Bakıya gətirilən yeni sərnişin avtobusları şəhərimizin sakinlərinə və qonaqlara yüksək səviyyədə xidmət göstərəcək.Milli.Az xəbər verir ki, paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov Azər Tac-a Bakıya gətirilən yeni avtobusların əsas üstünlükləri barədə danışıb. F.Sadıqov bildirib ki, bu günlərdə Bakıya Türkiyədə yerləşən zavodda yığılan “İsuzu” markalı 50 avtobus gətirilib. “Avro 5” standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb. İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir.
Bu avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək. Bu barədə danışan F.Sadıqov deyib: “Yəni, əvvəlki kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bu, təhlükəsizlik baxımından vacib şərtdir. Bundan başqa, avtobusların yan şüşələri salona düşən Günəş işığını təxminən 80 faiz azaldır”.
Yeni avtobusların hansı istiqamətdə işləyəcəyi ilə bağlı sualı cavablandıran “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi qeyd edib ki, bu avtobuslar yaxın günlərdə əvvəlcə 65 nömrəli marşrut üzrə, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək.
Həmsöhbətim vurğulayıb ki, gələn ilin əvvəllərində paytaxta əlavə 150 avtobus da gətiriləcək. “Çalışırıq ki, sərnişinlərə, o cümlədən birinci Avropa Oyunlarında şəhərimizə gələcək qonaqlara yüksək keyfiyyətli, komfortlu xidmət göstərək”, - deyə F.Sadıqov əlavə edib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Moldova millisi Putinin cavabını verdi
Dərimiz niyə quruyur?
Gürcüstanın baş naziri Azərbaycana gəlib
Temperatur 45 dərəcəyə çatacaq-Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Zebra çəkməyi öyrənək
Ermənilər daha bir məscidimizi tövləyə çevirdi - VİDEO
Qohumluq əlaqələri cəmiyyəti ailəyə çevirir
Balqabaq cemi (foto resept)
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür
Paşinyan: “Müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi”
Keçmiş sevgilisindən Timatinin ayrılıq xəbərinə reaksiya
Düşmən orduda çaxnaşma
Ata 10 yaşlı oğlunu çarmıxa çəkdi
Toy günü elə bir şey istədi ki...-FOTO
Ordu döyüş vəziyyətində
Uzunömürlü ailələrin sirri
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər tətbiq edilir: YENİ XİDMƏT
Qurbanlıq heyvanları onlayn necə alacağıq? - VİDEOREPORTAJ
Antidepressantların uşaqlara faydaları və zərərləri
Badımçanlı rulet (foto resept)
Çinin Apple-i sürətlə inkişaf edir
Şaftalının faydaları
Məşhur aktrisa 98 kq arıqladı-FOTO
Qadın və kişi arasındakı fərq
"Azərbaycan və Ermənistan prezidentlərinin bu ay görüşəcəyinə ümid edirik"
ABŞ-dan şok etiraf
Çobanyastığı maskası
Sədərək" ticarət mərkəzinə gedən yol bağlanır
Arda Turan evləndi – FOTO
Atəş altında olan Qapanlıdan xəbər var
Meditasiyanın insana qazandırdığı keyfiyyətlər
Romantik şamlar
Sel Astaraya ziyan vurub
Özünüzü motivasiya etməyin 10 yolu
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
İpoteka götürmək üçün maaşınız bu qədər olmalıdır
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək
Fransız rejissor islamı qəbul etdi
Gilas souslu ördək (foto resept)
Ər və arvad mübahisə zamanı nələri etməməlidir?
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Kəsmikli, qaymaqlı tort (foto resept)
Əllərə necə qulluq etməli?
Almadan Qu quşunun hazırlanması
Ağıllı soyuducu təqdim edildi
Diqqət! Gmail.com poçtunda virus
Ermənilər terrorçuları Qarabağa gətirirlər
- ŞƏRHLƏR