Krımın işğalından sonra Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını çökdürməsi artıq region ölkələrinə də təsir edib. Rusiyanın iqtisadi çöküşünün fəsadları Cənubi Qafqaz regionuna kimi gəlib çatıb. Artıq rus böhranı Ermənistanı ciddi şəkildə vurub. Bu ölkənin valyutası olan dram ucuzlaşıb, ölkədə bahalaşma başlayıb. Bu isə ciddi etirazlara səbəb olub. Gürcüstanda da artıq lari dəyərdən düşməyə başlayır və qiymətlərdə artım müşahidə olunmaqdadır.
Rusiyaya qarşı sanksiyaların Azərbaycana real təsiri isə hələ ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasıdır. Bu prosesin Azərbaycan iqtisadiyyatına zərbə vuracağı şübhəsizdir. Amma ekspertlər hesablayırlar ki, bunun fəsadları özünü hələ bir müddət sonra göstərəcək.
Bununla belə, Rusiyadakı böhranla bağlı Azərbaycan ictimaiyyətində çox ciddi narahatlıq var. İlk növbədə, bu, onunla bağlıdır ki, Rusiyada yaşayan soydaşlarımızın əksəriyyəti hər il buradakı yaxınlarına pul göndərir, dəstək verirlər. İndi Rusiyada vəziyyətin pisləşməsi, rublun dəyərdən düşməsi ciddi şəkildə bu ölkədən Azərbaycana daxil olan pul kütləsinin azalmasına səbəb olub. Bu isə xeyli vətəndaşımızı narahat edir və onların maddi durumuna ciddi təsir göstərir.Eyni zamanda Rusiyadakı vəziyyət Azərbaycanda bir ərzaq qıtlığı təşvişi yaradıb. Rusiyanın bir sıra bölgələrində yaşanan ərzaq qıtlığı, dükanların bir çoxunun, demək olar ki, boş olması, SSRİ dönəmində olduğu kimi, ərzaq mağazaları qarşısında növbələrin yaranması barədə Bakıya gəlib çatan xəbərlər insanları Azərbaycanda da belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı təşvişə salıb. Əməkdaşlarımızın paytaxtın müxtəlif yerlərində, ictimai nəqliyyatlarda apardıqları müşahidələr onu göstərib ki, əksər yerlərdə insanlar Rusiyadakı böhrandan və bunun bütün dünyaya, həmçinin Azərbaycana təsirindən danışırlar. Belə məlum olub ki, Azərbaycan insanı Rusiya ətrafında baş verənləri çox diqqətlə və narahatlıqla izləyir.
İnsanları daha çox düşündürən isə Rusiyanın çöküşünün Azərbaycana necə təsir edəcəyi, Dağlıq Qarabağ məsələsinə nə verə biləcəyi və ölkə iqtisadiyyatında hansı durumun yaranacağıdı. Əməkdaşlarımızın müşahidələri zamanı məlum olub ki, insanlar daha çox bir-birinə Rusiyada yaşanan ərzaq qıtlığının Azərbaycanda da təkrarlana biləcəyini söyləyir və indidən “yaman gün” üçün tədarük görməyi məsləhət verirlər.
Camaat arasında yaşanan təşvişdən doğan məsləhətlər, əsasən, onların bir-birinə konservləşdirilmiş məhsullar, un və un məmulatları, düyü, qreçka, vermişel, bəzi kənd təsərrüfatı məhsulları ehtiyatı görməklə bağlıdır. Bir çox vətəndaşlar Rusiyadakı bu krizin ciddi şəkildə Azərbaycanı da vuracağı qənaətindədirlər.
Ekspertlərin fikrincə, əslində, Azərbaycan vətəndaşlarının bu cür narahatlığı başadüşüləndir. Çünki Rusiyadakı böhranın bütün dünyaya, həmçinin region ölkələrinə ciddi təsir edəcəyi şübhəsizdir. İqtisadçılar hesab edir ki, yaxın dövrlərdə Azərbaycanda ciddi ərzaq qıtlığı gözlənilməsə də, bahalaşmanın olacağı qaçılmaz görünür. Onların fikrincə, insanları təlaşlandıran həm də bu amildir. Eyni zamanda ekspertlər düşünürlər ki, Rusiyadakı böhran uzun müddət davam etsə, bəzi ərzaq məhsulları ilə bağlı Azərbaycanda da müəyyən problemlər yarana bilər.
Bununla belə, bu cür fikirlər də var ki, insanlar arasında ərzaq qıtlığı təşvişi qəsdən də yaradıla bilər. Böyük biznesmenlərin, işbazların öz məhsullarının tez və kütləvi satışına nail olması üçün insanlar arasında belə panika yaratması mümkündür. Amma istənilən halda, səbəbindən asılı olmayaraq, bu gün Azərbaycan vətəndaşları, xüsusən də Bakı sakinləri arasında real olaraq ərzaq qıtlığı təşvişi yaşanır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Saçları bəsləyən qidalar
Bakının piyada kamikadzeləri
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Uzunömürlü münasibətə sahib olan məşhurlar
Yaz gəlinlik nümunələri
Azərbaycan tarixindən yüz şəxsiyyət-34
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Albalı piroqu (foto resept)
Uşaqlar üçün moda
Toyuq ətində Ebola: Azərbaycana böyük təhlükə
Qadınlar bayramı haqda ilginc həqiqətlər
Evdə hazırlaya biləcəyiniz saç boyaları
Cazibədar dodaqlar
Xəyanət edən kişilərdə müşahidə edilən davranışlar
Müdafiə Nazirliyindən düşmən hücumu iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda poliklinikaların sayı artırılır
Ərdoğan prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
"Rafaello" tortu (foto resept)
Google-da Apple-dan istifadə olunur
Oqtay Şirəliyev Xızıdakı qəzada yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıta gedib
Gözəl göz makiyajları
28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub-FOTO
Gənc xanımlar üçün çanta modelləri
Atatürk hansı komandanın azarkeşi olub?
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Güclü təsir edən dərmanların satışı ilə bağlı apteklərə məhdudiyyət qoyulubmu?
Reynmen koronavirusa yoluxdu
Bol tərəvəzli skumbriya(foto resept)
Şokoladlı desert
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
İyun ayında hava necə olacaq?
Kral ailəsi övladlarını necə BÖYÜDÜR?
Rənglərin mənaları və təsirləri
30 yaşdan sonra hamiləlik
"Yeteneksizsiniz"də Bakıdan kadrlar
2012-ci ilin gəlinlik saç modelləri
Günün ulduz falı - 18.03.2014
Günün ulduz falı
Can verənlərin gözünə ölüm mələyi eyni şəkildə görünür?
Bakıya yağış yağacaq
Daha yaxşı münasibətə sahib olmaq üçün...
20 ilin ən güclü tornadosu olub
Əcnəbi mütəxəssislərin işə cəlb edilməsi mexanizmi yaradılacaq
İmtahan vermiş abituriyentlərin NƏZƏRİNƏ
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Zehni açan qidalar
Boğaz körpüsünü Adriana Limaya bağışladılar
Saçlarınızı dəsmalla qurulamayın
Demək Akalın qəzəbləndi-FOTO
- ŞƏRHLƏR