Hər Yeni il ərəfəsində insanlara ciddi narahatlıq gətirən partlayıcılar azyaşlıların əyləncəsinə, böyüklərin isə baş bəlasına çevrilir. Ənənəvi olaraq dekabrın 15-dən sonra küçələrdə, məktəblərin ətrafında bu cür səslərdən qulaq tutulur. Pirotexniki məhsullar kimyəvi baxımdan da insan səhhətinə zərərli hesab olunur.
Bir neçə ildir ki, həmin malların ölkəyə gətirilməsi, satışı və istifadəsi qadağan edilib. Ancaq hələ də bu məhsulların qaçaqmal yolu ilə ölkəyə gətirilməsi hallarına rast gəlinir.
Durumu öyrənmək üçün paytaxtın ən böyük ticarət mərkəzlərindən olan “səkkizinci kilometr” bazarına baş çəkdik. Yeni il aksessuarları satanlar pirotexniki malların qadağan olunduğunu və artıq satışa buraxılmadığını bildirdilər. Qeyd edək ki, bazarda pirotexniki malların satışı ilə bağlı ciddi nəzarət olunduğu hiss olunurdu.
Ancaq bəzi satıcılar “fişəng var” desələr də, bizim real alıcı olmadığımızı görüb onları göstərməkdən imtina etdilər. Qeyd edək ki, bu cür fişənglərin qiyməti 6 manatdan başlayır, 20-30 manata qədər yüksəlir. Alıcılarla etdiyimiz söhbətdən də bəlli oldu ki, onlar pirotexniki məhsullar almağa meylli deyillər. Valideynlər isə bunun uşaqların həyatı üçün təhlükəli olduğunu bildirərək qadağanı alqışladılar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da "Yeni Müsavat"a bildirdi ki, pirotexniki məhsullar qadağan olunmasına baxmayaraq, bu gün də bazarlarda var: “Necə mübarizə aparılırsa-aparılsın, bunun qarşısını almaq mümkün deyil. Çünki Azərbaycanda buna tələbat var. Bu məhsulların azyaşlılar, yeniyetmələr tərəfindən istifadəsinin qarşısını almaq üçün əsas vəzifə məktəblərdə müəllimlərin üzərinə düşür ki, maarifləndirmə işləri aparsınlar, bu halları qınaq obyektinə çevirsinlər. Həmin məhsulların zərərindən bəhs etsinlər. Bu pirotexniki məhsulları istehsal edən ölkələrdə, ümumiyyətlə, bundan istifadə edilmir. Gərək insanlar bu hallara biganə qalmasınlar, standartlara uyğun olmayan fişəngləri almasınlar. Dövlət orqanlarının da üzərinə düşür ki, ciddi reydlər keçirsinlər, bu halların qarşısını alsınlar. Hər il Yeni il bayramında məhz bu partlayıcı maddələrdən zədələnənlər olur. İnsanlar qəfil partlayış səslərinə qorxur, xəstəlik tapırlar. Həmçinin ətraf mühit zəhərli qazlarla dolur”.
Bu pirotexniki məhsulların gömrükdən necə keçirilməsinə gəlincə, Eyyub Hüseynov bildirdi ki, bu mallar qaçaqmal yolu ilə gətirilir: “Bu məhsullar gömrükdən qaçaqmal yolu ilə keçirilir. Qaçaqmalçılıq yolları da müxtəlifdir. Şəxsi insanların çamadanlarında gələ bilər, iri konteynerlərin görünməz yerlərində də. Gömrük orqanları bu kimi hallara tam nəzarət edə bilmir. Qaçaqmalçılıq problemi bütün dünyada mövcuddur. Azərbaycanda nəyə tələbat varsa, leqal və ya qeyri-leqal olmasından asılı olmayaraq qaçaqmal yolu ilə ölkəyə gətirilir”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da qeyd etdi ki, sözügedən problem var və ona qarşı mübarizə aparılır: “Hər Yeni il ərəfəsində bu problem yaşanır. Bizim ərazilərdəki polis orqanlarının əməkdaşları əhalini ən çox narahat edən yüksək səs yayımına malik olan pirotexniki oyuncaqların dövriyyədən yığılması məqsədilə reydlər keçirirlər. Reydlər zamanı aşkar olunan vasitələr dövriyyədən çıxarılır. Bu günlərdə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Etimad Hüseynovdan 22280 ədəd pirotexniki məmulatlar müsadirə olunub. Hər il külli miqdarda pirotexniki vasitələr dövriyyədən çıxarılır. Bu il də reydlərimiz davam edəcək. Qadağan olunmuş məhsulları satan satıcılara cəza olaraq, məhsullar müsadirə olunur. Çalışacağıq ki, vətəndaşlarımız qarşıdakı bayramları daha təhlükəsiz şəkildə qeyd edə bilsinlər”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları bazarlarda monitorinqləri davam etdirir. Son məlumata görə, bu günlərdə paytaxtın Binəqədi, Qaradağ və Sumqayıt şəhəri ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 53300 ədəd partlayıcı oyuncaq götürülüb.
XƏBƏR LENTİ
Nazirdən sosial kartlar barədə açıqlama
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Azərbaycanda fizika sahəsində nanoölçülü tədqiqatlara başlanılır
Gəlinin cehizi
Zənbil görnüşlü salat (foto resept)
Xəzərdə yenilik
Viktoriya Bekhem gülüş obyektinə çevrildi-FOTO
İllərə görə çox dəyişən məşhurlar
300 milyon dollarlıq rəsm
Azərbaycanlı aktyor vəfat edib
Passiv həyat tərzinin beyinə zərəri
Sovet dövrünün Moskvası: xarici turistin gözləri ilə
Rus dili dərs-24
Eşitmə əngəlli körpə anasının səsini ilk dəfə eşitdi-FOTO
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Bakıda Novruz festivalı
Razyana haqqında bilmədiklərimiz
“Eurovision-2014” biletləri satışda
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Ailə sirləri başqalarına deyilə bilər?
Koronavirusun ötürülməsi ilə bağlı daha bir mifə son qoyuldu
İlham Əliyev dəyişiklik etdi
Evlənmədən əvvəl cavablanmalı suallar
2017-nin dəbli saç düzmü hansı olacaq?
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
Anamın ətli sırdağı (foto resept)
Hava haqqında
"İƏT Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib"
Filipp Kirkorovun 11 minlik paltarı oğurlandı
Cəbhədə Ermənistanın dinc əhaliyə atəş açmasına dair cinayət işi açılıb
Hava haqqında - 07.12.2013
Tələbələrə uçan aparatlar veriləcək
Qubada Qanlı dərə qurbanları anıldı
Məşhur cütlük toydan sonra İLK DƏFƏ-FOTO
BMT-dən XƏBƏRDARLIQ: "Dünyanın üzərini qara bulud alıb"
Kişilərin futbol sevgisinin səbəbləri
Bir günə 10 milyona yaxın izləyici topladı
Yaz-yay ayaqqabı modelləri
Dəbli qol saatları
Nurgül Yeşilçay Mert Fıratla tərəfli müqabili oldu
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Bakısız mümkün olmayan böyük qələbə
Yuxuda arıqlamağın yolları
İlham Əliyev bəyanat verdi
Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır
"Rusiya gözəli"nin tacının qiyməti- 1 milyon dollar
Bakıda zəlzələ olub
Gələn il üçün QEYRİ-İŞ GÜNLƏRİ açıqlandı
Uşaqlarla səfər edərkən bunu etmək vacibdir...
- ŞƏRHLƏR