Düzgün məsləhət almasaq belə, kiminləsə bölüşmək adamı sakitləşdirir. Lakin çox vaxt bu, asılılığa çevrilir. Dərdini danışan adam onu dinləyəndən asılı vəziyyətə düşür, çətinliklərlə üzləşən kimi onun yanına qaçır. Onu dinləyən isə özünü psixoloq kimi aparmağa başlayır. Bu isə hər iki tərəfə zərər gətirə bilər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bəzən insanlar stress və çətinliklərdən çıxış yolunu özləri tapa bilmirlər. Problemlər onları o qədər sıxır ki, dərdini yaxınlarına, tanışlarına danışaraq kömək istəyirlər: "Yaxşı olar ki, belə vəziyyətlərdə psixoloqa müraciət etsinlər. Onlar heç bir təzyiq göstərmədən mənəvi rahatlıq tapmağa və düzgün yola istiqamətlənməyə kömək edəcəklər. Dərdini mütəxəssis olmayan birinə danışanda isə o, problemin kökünü anlamadan, öz həyat təcrübəsinə söykənərək məsləhət verir. Bəzən belə məsləhətlər insanı daha da pis vəziyyətə salır. Məsləhət verən tərəf isə hər şeyi daha yaxşı bildiyinə əmindir və özünü psixoloq kimi aparmağa başlayır. Psixoloq öz bitərəfliyini qorusa da, peşəkar olmayan şəxs bunu edə bilmir və şəxsə təzyiq edərək onu hansısa qərarı verməyə təhrik edir".
Qurbanova bildirib ki, insanlara elə gəlir, başqasına qulaq asmaq, onun dərdini və narahatlığını başa düşmək asandır: "Fikirləşirlər ki, "ağıllıyam, məsləhət verəcəyəm, yaşamağı öyrədəcəyəm, hər şey yaxşı olacaq". Amma olmur. Kökü tapılmadığı üçün həll olunmamış problem sonradan fəsadlara səbəb olur. İstər-istəməz bir problem daxildə gizlədilirsə, o, sonra eybəcər şəkildə büruzə verir".
Televiziya verilişlərində, filmlərdə psixoloqların özünü necə apardığını görən, bu haqda müəyyən qədər oxuyanlar da elə bilirlər ki, qarşı tərəfin hansı vəziyyətdə olduğunu bilirlər. Ola bilər ki, onlar problemini danışan insana düzgün yanaşsınlar. Amma bu, nadir hallarda olur.
Psixoloqun sözlərinə görə, yaxınlarına kömək etmək, ruh düşkünlüyündən, depressiyadan qurtarmaq istəyi insanı özünü psixoloq kimi aparmağa vadar edir. Amma bu, sadəcə psixoloq oyunudur, zərər gətirə bilər. Ona görə ki, təhsil almadan və təcrübə qazanmadan psixologiyanı dərindən bilmək mümkün deyil. Düzdür, həyat təcrübəsi və məntiq sayəsində kiməsə ağıllı məsləhət vermək olar. Amma bu məsləhət ona yaramaya və daha ağır psixoloji sarsıntılara gətirib çıxarar.
Psixoloqun insanın hər an yanında olması mümkün deyil. Həm də insan başqaları ilə də bölüşməyə ehtiyac duyur. Yaxınlarımıza dərdimizi, narahatlığımızı danışdıqda onlar dəstək verdikdə rahatlanır və ürəklənirik. Bizi başa düşmələri kədərimizi, həyəcanımızı azaldır. Lakin bir müddət keçəndən sonra yeni problem yaranır. Bu problemlə də üzləşəndə özümüz həll etməyə çalışmadan dostumuzun yanına qaçırıq. Dost bilməlidir ki, onun əsas vəzifəsi ona əziz olan insanı sakitləşdirməkdir. Həmin adama dəstək olmalı və onu sakitləşdirməlidir. Həyatını dəyişdirməyə isə çalışmamalıdır. Onun həyatını və fikirlərini dəyişməyə çalışdığı prosesdə ona əziz olan insana yeni bir psixoloji travma vura bilər.
Müsahibimiz onu da deyib ki, insan mərhəmət hissindən irəli gələrək dostuna kömək edir, onu dinləyir, sakitləşdirir: "Özü də çətin vəziyyətdə olanda dostundan eyni dəstəyi gözləyir. Dostluq və sevgi hissi bir-birinə emosional bağlılıq olmadan mümkün deyil. Psixoloqa pasiyenti ilə uğurlu müalicə üçün sərhəd saxlamaq vacibdir. Sərhəd qarşıdakı insanla açıq söhbət etməyə imkan verir. Şəxs dərdini, həyatını danışarkən onu olduğu kimi qəbul etdiklərini, qınamadıqlarını hiss edir. Psixoloqla istənilən mövzuda danışa və hərəkətlərinin pisləndiyindən qorxmaya bilər. Bu hissi mütəxəssis onda yarada bilir. Əslində daxilində bəlkə də qınayır, amma pasient bunu duymur və özünü təhlükəsiz vəziyyətdə hiss edir. Bütün bunar psixoloqdan əziyyət tələb edir. O, işini yaxşı bilməlidir. Psixoloqlar başqa insanı hiss etməyi öyrəniblər. Kimsə öz dostuna məsləhət verərkən isə onun yaşadıqlarını anlamadan da bunu edə bilər".
Bəs yaxın bir insanın depresiyaya düşəcəyini görürüksə ona necə kömək edə bilərik? Qurbanovanın sözlərinə görə, belə olan halda psixoloqa getməyi məsləhət görmək ən yaxşı yoldur: "Bəzi insanlar özlərini psixoloq kimi aparmaqdan zövq alırlar. Onlarla ünsiyyət təhlükəli nəticələnə bilər. Kiminsə probleminə qulaq asıb ona məsləhət verərək özünü onlardan daha üstün hiss edirlər. Özgüvənləri artır. "Mən bilirəm necə yaşamaq lazımdır", "mən ağıllıyam" kimi düşünməyə başlayırlar. İnsan hər şeyi bilən kimi özünü aparmağa qısa müddət ərzində vərdiş edə bilər. Belə insanlar özlərini xilaskar kimi aparmağı xoşlayır, həvəslə bilsələr də, bilməsələr də məsləhət verirlər. Bunu edərək başqalarının problemləri ilə öz başını qarışdırır və öz şəxsi problemlərini unudurlar. Belələri onların məsləhətinə ehtiyac duyanlarla dostluq edir, amma nadir halarda özlərini narahat edən məsələlər barədə danışırlar. Vaxtlarının çox hissəsini başqalarının problemlərini müzakirə etməyə sərf edirlər".
Elə adamlar var ki, onlarda insanı dinləmək və səmimi söhbətə həvəsləndirmək istedadı var. Onlar bunu öz təbiətindən irəli gələrək, heç bir məqsəd güdmədən edirlər. Belələrinə çox vaxt "o, anadangəlmə psixoloqdur" deyirlər. Onlar yaxşı dost olur. Problemini danışanda tərəfsiz qalır və heç bir qərar verməyə təhrik etmir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Canlıların təbii "kompasları"
"Göbələk" peçenye (foto resept)
Facebook-da şərhlərdən şikayət olacaq
Sən getdin...
Təhsil Nazirliyindən milli qiymətləndirmə ilə bağlı AÇIQLAMA
1 Apreldə Göygöl Milli Parkında "Açıq qapı" günüdür
Körpə nə üçün ağlayır?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
iPad Air-in istehsal dəyəri azalıb
Şəhid əsgərimiz dəfn edildi
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Harri və Meqan Markl koronavirusdan belə qorunacaq
Rusiyaya getmək istəyənlər mütləq oxusunlar
Kəsmikli peçenye "Qızıl gül" (foto resept)
Qar yağacaq - XƏBƏRDARLIQ
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub - RƏSMİ
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Yaydan sonra kökəlməyin
Hicablı makiyaj ustası
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb
Erməni nazir: "Biz Bakıya getməliyik"
Bu tərəvəzlər immuniteti gücləndirir
Müzakirə edək!
Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”
Şəkilləri internetdə 1575 dollara satılan Spike
Azərbaycanda ünvanlı sosial yardım işdən üstündür?
COVID-19-un müalicəsində effektli dərman tapıldı?
Ancelina Coli oğlu ilə vidalaşdı
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Qarğıdalı-düyü salatı
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Tatlısəsə 600 min dollarlıq dələduzluq
Azərbaycan quş əti istehsalını 3 dəfə artıracaq
Respublika Endokrinologiya Mərkəzi bağlandı
Uşaqlarda keçid dövrü
Ehtiyatlı olun: Məşhur viskidə …böcək dərmanı!
Məşhur aktyor iflic oldu
Beyonce ölən körpəsindən danışdı
Bakı Avropaya mühüm sənəd verdi
Qeyri-adi analar
Məşhurlar arıqlama sirləri
Düşməndən daha bir təxribat: Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər - RƏSMİ
ABŞ senatoru prezident İlham Əliyevi təbrik edib
Duzlu qurabiyə (foto resept)
Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək
Amenore – aybaşı gecikməsinin səbəbləri
- ŞƏRHLƏR