Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...

2014-cü il...  İlin son ayı…

Hər il, ilin son ayı, son ayın sonuncu günündə, eyni anda qeyd edilən iki bayram bu günü bütün dünya azərbaycanlıları üçün əlamətdar gün kimi tarixə çevirir.  Məlumunuz olduğu kimi həmin gün qeyd edilən bayramlar - 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişidir. 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü - Azərbaycan millətini birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 

Yeni il...

Dünyanın demək olar ki, hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə - xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. 

Biz çox ölkələrdə oxşar adətlərdən biri “Şaxta babanın” evlərə qonaq getməsi, balacalara hədiyyələr gətirməsidir. Adəti üzrə onlar da öz növbəsində, əvvəlcədən “Şaxta babaya” məktub yazaraq öz istək və arzularını, fərqli bayram təbriklərini, bəzən hətta heç kimə deyilməyən “kiçik sirləri” belə ağ kağıza köçürüb “Şaxta babaya” çatdırılması üçün poçt qutusuna atırlar.

Azərbaycanın ilk milli qadın portalı – Qadin.Net saytı və xanımları hər zaman düşünən mətbəx və süfrələrin əvəzolunmaz, ən sevimli "Bizim Tarla" markası yeni müsabiqə ilə sizlərə bayram sovqatı gətirir! 

Adətə sadiq qalaraq Şaxta baba bayram hədiyyəsini, “Bizim Tarla” markasının hədiyyə səbətini sizlərə təqdim edəcək. Yalnız, hədiyyəni seçilmiş şəxslər əldə edəcəklər. “Seçilmiş” şəxs olmaq üçün isə  siz əvvəlcədən Şaxta babaya məktub yazmalısınız. Daha sonra keçiriləcək səsvermə nəticəsində seçiləcək 11 şəxsdən biri olarsınızsa o zaman Şaxta baba ilə görüşüb hədiyyənizi ala biləcəksiniz. 

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak qaydaları olduqca sadədir. Qeyd edildiyi kimi siz sadəcə Şaxta babaya məktub yazmalısınız.  Məktubda  istək və arzularınızı, təklif və iradlarınızı,  təbriklərinizi,  bir sözlə - demək istədiyiniz hər nə varsa, rahatlıqla yaza bilərsiniz!

Yalnız unutmayın ki, maksimum 500 simvoldan istifadə edə bilərsiniz. İnternet səhifələrindən götürülmüş hazır məktublar müsabiqəyə buraxılmır!

Yazdığınız məktubu  award@qadin.net elektron poçt ünvanına göndərməyiniz lazımdır.

Səsvermə:

1. Səsvermə 26.12.2014-cü il saat 03:00-dan başlanır və 28.12.2014-ci il saat 03:00-da başa çatır! 

2. Səsvermə zamanı 01.12.2014-cü il tarixindən sonra qeydiyyatdan keçmiş şəxslərin səsləri etibarsızdır!

3. Özü özünə səs vermiş istifadəçilər - müsabiqədən kənarlaşdırılır!

Qaliblərə mükafat:

1-ci yer – “Bizim Tarla” markasının hədiyyə səbəti + Bizim Tarladan salat kasası

2-ci yer – “Bizim Tarla” markasının hədiyyə səbəti + Bizim Tarladan salat kasası

3-cü yer – “Bizim Tarla” markasının hədiyyə səbəti + Bizim Tarladan salat kasası

Bundan əlavə, növbəti 7 yerin sahibinə də “Bizim Tarla” məhsullarından ibarət hədiyyə çantaları təqdim ediləcək! 

Xüsusi seçim:  Müsabiqədə iştirak edən bütün iştirakçılardan, “Bizim Tarla” markasının münsifləri tərəfindən seçiləcək ən maraqlı, fərqli məktubun sahibinə “Bizim Tarla” markasının hədiyyə səbəti, “Bizim Tarla” markasından qazan və salat kasası hədiyyə olunacaq. 

 

Müsabiqənin təşkilatçısı “Bizim Tarla” markasıdır.

“Bizim Tarla” markası hazırlanan məhsulların keyfiyyət standartlarına, milli ağız dadımıza uyğun ev üsulu ilə konservləşdirilməsinə nəzarət edir. Bu gün "Bizim Tarla" hər bir azərbaycanlının qürurla “yerli məhsul” deyə istehlak edə biləcəyi bir markadır. Bundan başqa "Bizim Tarla" məhsulları Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilir.

26.12.2014 - Səsvermə:

1. Səsvermə 26.12.2014 - 03:00 etibarı ilə başlayır və 28.12.2014 - 03:00 tarixinədək davam edir. Ekranın(saytın) sağ tərəfində görmüş olduğunuz "Sorğu" bölməsinin köməkliyi ilə seçmiş olduğunuz "istirakçı nömrəsinə"  səs verə bilərsiniz.
2. Səsvermədə yalnız qeydiyyatlı istifadəçilərin iştirak hüququ var!
3. "Özü özünə" səs vermiş istifadəçilərin səsləri etibarsız sayılır!  
4. Səsvermə zamanı  01.12.2014-cü il tarixindən sonra qeydiyyatdan keçmiş şəxslərin səsləri etibarsızdır!
5. İştirakçı nömrəsinin ona məxsus olduğunu bəlli edən iştirakçının nəticələri ləğv edilir!
6. Kütləvi halda saxta səslərin toplanmasına cəhd göstərən iştirakçının səsləri ləğv edilir!

 

Qaliblərin mükafatlandırılması 29.12.2014-cü il 14:00-da  "28 Mall" ticarət və alış-veriş mərkəzində, "Bizim Tarla" stendinin qarşısında təşkil olunacaqdır!

 

 

Səsvermə sona çatdı! Müsabiqənin nəticələri:

 

1-ci yer: 21 keçərli səs sayı ilə 23 saylı məktubun müəllifi 

 

2-ci yer: 12 keçərli səs sayı ilə 16 saylı məktubun müəllifi  

 

3-cü yer: 8 keçərli səs sayı ilə 1 saylı məktubun müəllifi

 

Qaydalara əsasən  eyni zamanda  7, 8, 9, 12, 13, 18, 31 saylı məktubların sahibləri də təşkilatçılardan hədiyyə səbətini qazanmış oldu!

Xüsusi yerin sahibi isə gün ərzində munsiflər heyətinin seçimindən sonra elan ediləcək!


Ümumilikdə bütün istifadəçilərin nəticələri:

01 -    8 səs:    8 keçərli   0 keçərsiz

02 -    0

03 -    2 səs:    2 keçərli   0 keçərsiz

04 -    0

05 -    0

06 -    1 səs:    1 keçərli   0 keçərsiz

07 -    3 səs:    3 keçərli   0 keçərsiz

08 -    4 səs:    3 keçərli   1 keçərsiz

09 -    5 səs:    5 keçərli   0 keçərsiz

10 -    1 səs:    1 keçərli   0 keçərsiz

11 -    2 səs:    2 keçərli   0 keçərsiz

12 -    4 səs:    4 keçərli   0 keçərsiz

13 -    4 səs:    4 keçərli   0 keçərsiz

14 -    0

15 -    1 səs:    1 keçərli   0 keçərsiz

16 -  12 səs:  12 keçərli   0 keçərsiz

17 -    1 səs:    1 keçərli   0 keçərsiz

18 -    4 səs:    4 keçərli   0 keçərsiz

19 -    1 səs:    1 keçərli   0 keçərsiz

20 -    1 səs:    1 keçərli   0 keçərsiz

21 -    0

22 -    0

23 -  21 səs:  21 keçərli   0 keçərsiz

24 -    0 

25 -    X - İstifadəçi öz iştirakçı nömrəsinə səs verdiyi üçün nəticələri ləğv olunmuşdur!

26 -    0

27 -    1 səs:    1 keçərli   0 keçərsiz

28 -    0

29 -    X - İstifadəçi öz iştirakçı nömrəsinə səs verdiyi üçün nəticələri ləğv olunmuşdur!

30 -    1 səs:    1 keçərli   0 keçərsiz

31 -    4 səs:    4 keçərli   0 keçərsiz

32 -    2 səs:    2 keçərli   0 keçərsiz

33 -    1 səs:    1 keçərli   0 keçərsiz  

Bütün qaliblərimizi ürəkdən təbrik edirik!

Həmçinin dəyərli vaxtlarını ayırıb, müsabiqədə iştirak etmiş bütün iştirakçılara dərin təşəkkürlərimizi bildirik!

Hədiyyələrin təqdimatı, məkan və zamanla bağlı məlumat əldə etmək üçün info@qadin.net elektron poçt ünvanına yazmağınız xahiş olunur.

P.S. - Məktub nömrələri qeyd edilmiş 1-10-cu yerin sahibləri, bütün qaliblər:  məktubu göndərdiyiniz e-mail ünvanından, adınız,  soyadınız, şəxsiyyət vəsiqənizin seriya nömrəsini qeyd etməniz şərti ilə 29.12.2014 - 03:00 tarixinədək info@qadin.net elektron poçt qutusuna məktub yazmağınız xahiş olunur!

Səslərin sayı: 32
253
10210
loading...
Şərhlər
Offline
Agat_Kris
Şerhleri oxuduqdan sonra Qalib gelmemeyine çox sevindim...Xanımlar Allah çörek pulumuzu qazanan erlerimizin canını sağ elesinki istediyimiz her bir şeyi uşaqlarımıza,özümüze ala bilek...
Bizim Tarla çox hemde çox sexavetli imişsenki minlerle istehsal etdiyin o gözel mehsulların yalnız bu qederini qaliblere layiq bilmisen.

Danışarkən, zəhmət olmasa, sərhədi pozmamağa çalışın. Siz burada söz atdığınız insanların heç birini tanımırsınız, və necə biri olduqlarını da bilmirsiniz. Haqqlarına girmiş olmayın sakın. Qul haqqı pis şeydir. Uğurlar!
20 may 2015 17:34
imza: Pozitiv olun!
Offline
ÖzDüNyAm
biri mene desin bu yariwmadaki sozler deyiwilibdi? evvel bunlaridi? men niye 2ye ele yazmiwam? belkem sef yazmiwam scratch_ unknown
15 may 2015 16:01
Offline
sebine ismayilova
Yes mende qalib olmusamyuppi sagol saxta baba
17 yanvar 2015 21:30
Offline
Gulay
Qalibleri men de tebrik edirem, her birinize ugurlar.
14 yanvar 2015 10:41
Offline
Wirin Qiz
men hec inanmiram neise birden bire bas verer
11 yanvar 2015 20:58
Offline
Hacət-i Vuslat
Son şərhlərə baxıb utandım lap... recourse
Müsabiqəyə mükafat üçün qatılmayanlardan idik biz. Sırf uşaqların yalvarması ilə son gün axırı ki, göndərdim məktublarını. Fərq etməz,mükafat 1 banka da ola bilərdi.Düzü biz istədik kitabdan filandan olsun ki, faydalı olsun. Narazıçılığımız gözlətmələri üçün idi, yoxsa ki, mükafatın nə olmağının fərqi yoxdur.Saytımızda istifadəçilərin təşkil etdikləri müsabiqələr də olur. Orada mükafatımız sadəcə iştirak etmək, həyəcan, qalibiyyət olur.
Nahaq çoxları sırf "aclıqdan" qatıldığımızı düşünür, məyus oluram bu xəbərin səhifəsinə gəldikcə...
3 yanvar 2015 08:46
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
●♥ Səma ♥●
Xanimlari bu qeder gozletdiklerine cox esebleshdim,duzu.Hele bizim tarladan "sebet" deyib 32 kampot 1 salat vermelerine demirem. diablo neynek,biz beleyik,deyerlilere deyer vermeyi bacarmiriq.Amma sizleri tanimaqi men cox isterdim,eziz xanimlar...Bu menimcun cox gozel bir hiss olardi.Neyse,kecene gizesht deyerler.Gelen defe bir az sxavetli olarlar,umid edek en azindan...
2 yanvar 2015 23:49
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Weyla
Taaa ne istiyirsiniz eee?? Bizim tarla sizi 1 illik azuqeyle temin eliyifdanaa

biggrin good
2 yanvar 2015 23:17
Offline
Gülbəniz
Şerhleri oxuduqdan sonra Qalib gelmemeyine çox sevindim...Xanımlar Allah çörek pulumuzu qazanan erlerimizin canını sağ elesinki istediyimiz her bir şeyi uşaqlarımıza,özümüze ala bilek...
Bizim Tarla çox hemde çox sexavetli imişsenki minlerle istehsal etdiyin o gözel mehsulların yalnız bu qederini qaliblere layiq bilmisen.
2 yanvar 2015 13:50
Offline
S.S.90...Samir...
Weyla,
Taaa ne istiyirsiniz eee?? Bizim tarla sizi 1 illik azuqeyle temin eliyifdanaa crazy
31 dekabr 2014 02:48
Offline
Weyla
Booyyyyyy...hediyyeleri uje aldinizzz??? tehh yediniz helemiii????

Hele yememiwik,cunki cewidler o qeder muxtelif idi ki,2015-ci il qurtaranacan yeyeceyik)))). diablo )))
31 dekabr 2014 02:23
Offline
S.S.90...Samir...
Booyyyyyy...hediyyeleri uje aldinizzz??? tehh yediniz helemiii????
31 dekabr 2014 01:56
Offline
Weyla
Dunenden werh yaziram,getmir ki,getmir...Dunen Bizim Tarlanin sayesinde o qeder eseblewmiwdim ki,axwam da werhlerin sayta yuklenmemesi tam ustune duwdu-esebleri tarima cekilmiw halda gece nece yatdim hec bilmedim((((
Hediyye arxasinca geden qizlar meseleni coooox yungul,mulayim formada teqdim edibler.Duzdu burda sohbet hediyyenin azligindan-coxlugundan getmir.hediyye hediyyedir.Amma hediyyeni de almagimizi,o hediyyenin bizlere nece teqdim olundugunu bilseydiniz siz de pis olardiniz.Saat 2 deyib 2 saat yarimdan sonra gelmekleri bes deyil,hele ustelik o hediyyeleri de bize vermek istemirdiler,guya kimise gozleyirdiler,kimdense icaze almali idiler,ve s.....
Biz resmen o hediyyeleri pis cixmasin "qaraciligimiza salib" aldiq....Qizim,bicare uwaq az qalirdi ele oradaca da yixilsin uzansin yere yorgunluqdan...

Men wexsen Bizim Tarladan cox kusdum,Waxta baba! no
31 dekabr 2014 01:52
Offline
Hacət-i Vuslat
Hacət-i Vuslat,
"Ajvar" salatı doğurdan ləzzətlidirsə, qohum-əqrəbaya tövsiyə edim.

Kiçik qızım axşamdan atasına sifariş verib,təəssüf ki, bütün marketlərdə yoxdur ("Bizim Tarla" - əncam çəkin zəhmət olmasa cool ). Təsəvvür edin necə dadlıdır da... nyam Onu bilirəm ki, qızımın ən çox sevdiyi badımcan kürüsünə əvəz tapıldı. Tərkibində kök olmadığı üçün (kökə alergiyası var) bu salat mənə də sərf edir.

Mənə bax e, heç nəyə baxmadan "Bizim tarlanın" rəsmi reklamçısına çevrildim wassat
Təbrik edirəm - siyasətiniz əla işləyir! good
30 dekabr 2014 10:12
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
H.M
Bugunku gun berbad idi, bizi cox gozletdiler...
30 dekabr 2014 02:44
Offline
Ellada Babayeva
Evə çatanda hazır yeməyimizi isitməyə halımız yox idi - açdıq "Ajvar" salatını qarnımızı əziyyətsiz doyurduq. Acından idimi, ya nə - çox dadlı gəldi."Siyasət" dediyim budur - bizi yordular ki, məhsulların dadını daha yaxşı anlayaq

recourse Ac qaldığınıza üzüldüm. Amma Qadın netlilərin bir-birilərini tanımalarına şad oldum.
30 dekabr 2014 02:09
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Ay Lalə, sən də siyasətçisən e, niyə yazmırsan ki, hər şey bərbad idi, 3 dənə banka ilə başımızı aldatdılar.

Ceylan xanım, səmimi deyim ki, hədiyyənin böyük və kiçik olmasının heç bir mahiyyəti yoxdur. Bu məktublara biz səs vermişik, biz qalib etmişik. Bu məktublar qəlblərimizi fəth etdi səs verdik.
Lakin
“Bizim Tarla” markasının hədiyyə səbəti + Bizim Tarladan salat kasası
Bunu vəd edib təqdim etdikləri hədiyyəni gördükdə insana elə gəlir ki, qəsdlə hisslərimizlə oynadılar,Bizim əvəzimizdə hədiyyəni götürməyə gedənlərin qarşısında utandırdılar bizi. Bu məhsullardan hər birimizin evində var çox şükür Allaha ki, bunu almaq iqtidarındayıq. lakin Qalib olub hədiyyə qazanmağın başqa zövqü var.

Ancaq müsabiqə maraqlı və gözəl idi. müsabiqələrin bol olmasını arzu edirəm. Təşəkkürlər Qadın net. give_ros
30 dekabr 2014 00:28
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Pərvanə
Sponsorun fikir dəyişməsi, həm də saat 2 deyib 5 də gəlməsi, qaliblərə səbət vəd edib, çanta verməsi tamamilə onların özünəməxsus "ideya

Bizim tarlanı cəzalandırmaq lazımdı diablo Bizim xanımları yorublar diablo winked
29 dekabr 2014 23:47
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xəyalə Murad
Ay Lalə, sən də siyasətçisən e, niyə yazmırsan ki, hər şey bərbad idi, 3 dənə banka ilə başımızı aldatdılar. Bizim Tarlanın canı sağ olsun!

Mən birinci yer sahibi kimi iki kampot, bir qarox və qızım Xədicənin yemək kasasından da kiçik kasa üçün sponsorumuz "Bizim Tarla"-ya dərin təşəkkürümü bildirirəm. Çox şad oldum ki, gürcü qonşularıma bəh-bəhlə təqdim etdiyim, dadından doymuram dediyim Bizim Tarlanın əsl "dadını, ləzzətini" dadmış oldum. Sponsorun saat 2 deyib 5 də gəlməsi, qaliblərə səbət vəd edib, çanta verməsi tamamilə onların özünəməxsus "ideyadır".

Bundan başqa uşaqlar gəşəng əyləndilər, hava şarının içində şəkil çəkdirdilər. biz Qadın.Netlilər bir=birimizi əyani olaraq tanıdıq.Çox şad oldum - Xəyalə xanımın qaynanası ilə, Dəniz 84-ün anası ilə, Məlahət xanımla, Şeyla xanımla tanış olduq. İn şa Allah hamı sağ-salamat evlərinə çatıb.

Uşaqların və sizlərin sözün əsl mənasında saatlarla ac-susuz, üstəlik ayaq üstdə gözləməyinizə həqiqətən pis oldum.
29 dekabr 2014 22:57
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Pərvanə




Zuleyxa Aliyeva
Pərvanə, xanımhə çəkdirdik baxarsız...ama çox gözlədik dəhşət

Gözləməyinizə dəyib ümid edirəm.Hanı bəs şəkillər?Yerləşdiribndə xəbərə baxaq.
29 dekabr 2014 22:52
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır