İsi babasının dadlı-duzlu söhbətlərindən doymurdu, ondan nağıllar, əfsanələr, rəvayətlər öyrənir, bu yerlərin igidləri barədə söhbətlərə maraqla qulaq asırdı. Onu kəndin, çayın, gölün, dağın adları da çox maraqlandırırdı. “Baba, oraya niyə qocalar yeri deyirlər? Bax, o dağın adı niyə təpəsi dəlik adlanır?”
İsinin belə sualları babanın üstünə yağış kimi yağırdı. Baba da aramla, yorulmaq-usanmaq bilmədən nəvəsinin suallarına bacardığı kimi cavab verməyə çalışırdı. “Qocalar” barədə suala cavab verəndə baba dedi:
- Bala, bu dağlarda elə yer yoxdur ki, onun adı olmasın. Örüşü adı ilə tanıyırlar. Nəbi səngəri, Nəbi yurdu, Pəri çınqılı, Keçəl dağ, Gəlin qaya, Qoç daş, İşıqlı, Muradtəpə, Ağ oyuq, Qızıl daş, Qızıl qaya, Yeddi bölük, Mıxtökən, Dəlidağ və yüzlərlə bu cür adı gözümü açandan eşitmişəm. Bunların hamısının da öz mənası var. Bunu adların özü deyir. Çox da dərin izaha ehtiyac yoxdur. Bəzi adlar müəyyən adamın, tayfanın adından yaranıb. Dağların, qayaların adları onların oxşayışına işarə kimi də verilib, hər bir ad bu qoca tarixin bir növ möhürüdür. Qaldı ki, soruşduğun o yerin adının qoyulması lap bu yaxınların işidir. O adın verilməsinin səbəbkarlarından biri də elə sənin babandır, mənəm. Oğlum, müharibənin şıdırğı vaxtı idi. Kəndimizin cavanlarıvə orta yaşlı kişiləri orduya çağırılmışdı. Vətəni qorumağa getmişdilər. Kəndin atlarından da ölçüyə düşənləri müharibəyə göndərmişdilər. Kəndimizdə ancaq arvad-uşaq, bir də qocalar qalmışdı. Bir yandan cəbhənin dəhşətli xəbərləri, bir yandan da kənddə un, taxılın çatışmaması işimizi çətinləşdirmişdi. Kənd arvadları kişiləri əvəz etmişdilər. Onlar ən ağır işləri öz üzərlərinə götürmüşdülər. Əkin-biçin onların öhdəsinə düşürdü.
Nə isə, bir gün əmi oğlum Salman çəliyə söykənə-söykənə bizim qapıya gəldi:
- Ay Hüsü!–dedi,–Bu qız-gəlin gecə-gündüz çalışır, işləyir, heyim olmasa da, ürəyimdə təpər var. Vicdanım məni məcbur elədi ki, gəlim deyim ki, kəndimizin yanındakı o boş əkin yeri o qədər də uzaq deyil. Bütün kəndin qocaları yığışsın, gedib oranı əkib becərək. Qoy, bizim də kəndimizə bir az köməyimiz dəysin. Heç olmasa, bu ağır vaxtda taxıl əkərik, bostan–tərəvəz yetişdirə bilərik.
Ağlıma batdı. Elə həmin gün qapı-qapı düşdüm, əlsiz-ayaqsız qoca kişilərin hamısına Salman kişinin fikrini çatdırdım. İnsafən, hamı razı oldu. Elə səhərisi gün hamımız həmin sahəyə işləməyə yollandıq.
Orada, bax, o çayın qırağındakı yeri bacardığımız kimi şumladıq, əkib-becərdik. Bu işimizi 1945-ci ilə kimi-müharibə qurtarana qədər davam etdirdik. Müharibə xalqımızın qələbəsi ilə qurtardı. İgidlərimiz bir-bir, iki-iki kəndə qayıtdılar, gəlməyənlərimiz də az olmadı. Hə, o zamandan həmin yerə el-oba ad verib: Qocalar yeri. Qocaların çoxu dünyamızdan köçsə də, onların adı o yerə yazıldı. Qocalar yer adı beləcə yarandı.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İran prezidentini belə görmüşdünüz?
AZAL uçuşlarda endirim etdi
Qadınlar ən çox nəyə pul xərcləyirlər?
Balaca qızlarımız üçün palto və gödəkçələr
Türk pizzası (foto resept)
HAVA necə olacaq?
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Köklü, qozlu, darçınlı keks (foto resept)
Orduda ilk qadın general
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Yeni il üçün manikür modelləri
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
"Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığının genişləndirilməsi üçün birgə istehsal sahələri yaradılmalıdır"
Kişilər əsəbləşəndə kimə çevrilir?
Bengünün toyu üçün 5 yük maşınında gül gətiriləcək
Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi enib
Britni Spirsin 57 milyonluq davası
“Coker” filmi daha bir uğura imza atdı
Kartoflu konvert (foto resept)
İrem Derici KÖKƏLDİ-FOTO
İş axtaranların NƏZƏRİNƏ: Bu cümlələrdən qaçın
Bütün Dünya Bu qızdan danışır-SƏBƏB/VİDEO
Düşmənləri sevindirməmək üçün oxuyun
Bakıda qanunsuz tikililər ləğv ediləcək!
Seda Sayandan etiraf
Dekorasiya ideyaları
Şanlı ordumuzun qalib əsgərləri geri qayıdırlar - VİDEO
Yaşıl çayın sirləri
Leksika - 2
Azərbaycanda Novruz bayramıdır
Canlı yayımda verilən sual hər kəsi təəccübləndirdi
Azərbaycan qazı Avropa üçün önəmlidir
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Xankəndi tamamilə boşaldılıb – FOTO
UEFA iki futbolçusu koronavirusa yoluxmuş kluba texniki məğlubiyyət verdi
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
İnyesta "Real"a məğlubiyyətdən sonra: "Bir yumruq olmalıyıq..."
Yataq dəstləri
Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Sellülitə son
Evlilik ildönümlərini belə qeyd etdilər
Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - SİYAHI
Kəvərli şorba (foto resept)
Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT
Sağlam saçlara qovuşmağın yolları
İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi - RƏSMİ
Marsda həyat varmı?
Ermənilər Ağrı dağ tamahı
- ŞƏRHLƏR