Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlüklərini açıqlayıb.
ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş tapşırıqlar yeni nəsil şəxsiyyət vəsiqələrinin köməyi ilə təkcə portal üzərindən “vahid pəncərə” prinsipinin reallaşdırılmasını deyil, eyni zamanda elektron xidmətlərin keyfiyyətinin yüksəlməsini, xidmətlərə çəkilən dövlət xərclərinin azalmasını, yeni elektron xidmət növlərinin yaranmasını, bürokratik əngəllərin aradan qaldırılmasını, nağdsız hesablaşmaların artmasını, elektron ticarətin inkişafına kömək etməklə yanaşı, bütünlükdə ölkəmizdə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsini təmin edəcək.Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil ediləcəyidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.Sərəncama əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsini, şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin edəcək.Qeyd edək ki, Nazirlər Kabinetinə şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu sərəncamda nəzərdə tutulan işlərin 2015-ci il dekabrın 1-dək başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Qəbul imtahanının VAXTI açıqlandı
Ayaqqabı almadan əvvəl bunları bilməlisiniz!
Misirin gözəlliyi dəblə birləşərsə...
Zəncəfilli peçenyelər( foto resept)
Devid Bekhem baba olacaq
Santa Klausun qatarı
Alimlərdən ŞOK ETİRAF: “Yerin altında həyat var”
Facebook-da alver etmək olacaq
Oyuna geçikən komandaya şok cəza verildi
Rokçu Haykonun görünüşü TƏƏCCÜBLƏNDİRDİ-FOTO
"1918-ci ilin mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir"
Ən xoşbəxt olduğumuz saat bilindi
Gənclik və problemləri
Azərbaycanlı kişi ginekoloqun rəqsi rekord qırdı
Sevdiyi qıza evlilik təklif etmək istədi, ancaq evini yandırdı
Nikel allergiyası
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
Həyat qaynağımız, yaşama səbəbimiz nədir?
Bakı necə qızdırılır: kombi, İran sobası... – Ekspertlər təhlükə barədə
“Hər uşaq bir hədiyyədir!”
HAVA necə olacaq? 24 Mart
Bakıya 3D printerlər gətirilir
Mer və ulduzlar dünyanın ən varlı prezidentinə qarşı - FOTO
Azərbaycanda vətəndaşlar ev telefon nömrələrini istədiyi ünvana apara biləcəklər
Britni Spirs rəqs zamanı ayağını sındırdı - VİDEO
Təəccübləndirən məlumatlar
Nebahat Çehre Canan Karataydan üzr istədi-SƏBƏB
Kosmosdan polisə zəng gəldi, işə rəsmilər qarışdı
"Gəlinlik dəbi" moda həftəsində qeyri-standart gəlinliklər təqdim edildi-FOTO
Söz birləşmələri - 2
Wikipedia 250 redaktorla vidalaşdı
Oğlaq bürcü qadını
Hıçqıran körpəyə nə etməli?
Özünü ən sevdiyi məşhura bənzədən 8 insan
Heyvanlar və qorxuları
Baş infeksionist Cəlal İsayev koronavirus peyvəndi haqqında nələr dedi?
Dünyada 100 nəfər qalarsa, onlar kimlər olacaq?
WhatsApp hərəkətə keçdi
Kartof qovurması (foto-resept)
Ermənilərin başına raket yağdırıldı
Boğaz ağrısında təbii müalicə üsulları
Bakının böyük təhlükəsi
İdman və astma
Çak Norris azərbaycanlı karateçilərə dəvət göndərdi
Sürüşmə sahələri aktivləşib
114 kiloqram arıqlayıb, tanınmaz oldu - FOTO
Evdə təmizlik işləri qadınların əhval-ruhiyyəsinə yaxşı təsir edir
Türkiyə kurortu sökülür
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Sony "ağıllı" qıfıl satacaq
- ŞƏRHLƏR