Dünya bazarında neftin qiymətinin 66 dollara düşməsi və Rusiyada yaşanan iqtisadi böhran Azərbaycanda mənzil bazarına da təsirsiz ötüşməyib. Bakıda evlərin əsas alıcılarının Rusiyada yaşayan soydaşlarımız olduğundan, indi onların bu ölkədə yaşanan iqtisadi böhran səbəbindən çətin duruma düşməsi Azərbaycanda mənzillərin ucuzlaşmasına səbəb olub. Hazırda satışa çıxarılan və kirayə təklif olunan evlərin qiymətində nə dəyişikliklər var?
Mənzil bazarındakı son durumu öyrənmək üçün Bakının Nizami rayonunda yerləşən bəzi “ofis”lərə baş çəkdik.
Makler Həsənağa Alcanov deyir ki, mənzil bazarında alıcılıq qabiliyyəti sıfıra yaxınlaşıb: “Qiymətlərdə enmə var, daşınmaz əmlak təxminən 5-7% ucuzlaşıb. Bazarda təklif olunan evlərin də əksəriyyəti Rusiyada yaşayan azərbaycanlıların evləridir. Burada satıb pulunu oraya göndərirlər. Orada iqtisadi böhran yaşandığına görə, pula ehtiyac var və məcbur qalıb buradakı evlərini satırlar. Burada yaşayan insanlar isə evlərini ucuz satmırlar. Kirayə qiymətlərində, hələ ki, ucuzlaşma müşahidə olunmur. Bu adətən may-iyun ayında bölgələrdən gələn tələbələr qayıtdıqdan sonra baş verir. Dərs ili bitən kimi tələbələr evləri boşaldır və qiymətlər demək olar ki, 50% ucuzlaşır”.
Ev alqı-satqısı ilə məşğul olan Sərdar Cavadov da təsdiqləyir ki, mənzillərin qiymətində nəzərə çarpacaq dərəcədə ucuzlaşma var: “Təxminən 2000-3000 manat ucuzlaşma müşahidə olunur. Ev satmaq istəyən çoxdur, alıcı isə demək olar ki, yoxdur. İnsanların vəziyyəti pisdir, heç kimin nağd pulu yoxdur ki, ev alsın” .
S.Cavadov da ucuzlaşmada Rusiya faktorunun rolundan danışır.
Nizami rayonunda, “Neftçilər” metrosu yaxınlığında yerləşən və “makler bağı” kimi tanınan parkda toplaşan ev dəllalları da mənzil bazarında ucuzlaşma olduğunu təsdiqlədilər.
Maklerliklə məşğul olan Rəfiqə Həsənova da deyir ki, bazarda alıcı qıtlığı yaşanır: “Əvvəllər 95 min manata satılan mənzillər indi 70 min manatdan təklif olunur. “Leninqrad proyektli” mənzillər əvvəllər 110 min manata satılırdı, indi 90-95 min manata satılır. Kirayələrin qiyməti isə qalxıb. Çünki rayonlardan müraciət edənlər çoxdur. Rusiyadan, Ukraynadan, Belarusiyadan qayıdan ailələr kirayə ev axtarır. İki otaqlı, tam şəraitli, əşyalarla təmin olunmuş mənzillər 350-400 manata kirayə verilir”.
Mənzil bazarındakı durumun səbəbini izah edən iqtisadçı ekspert Vüqar Bayramov da bildirdi ki, alıcılıq qabiliyyətinin azalması qiymətlərə təsir edib:
“Bizim mənzil bazarında apardığımız monitorinqlər də göstərir ki, bazarda alıcıların sayında azalma var. Mənzil bazarında alıcı qıtlığı, tələbatın azalması müşahidə olunur. Bu da qiymətlərə təsirsiz ötüşməyib. Bizim monitorinqlərimiz göstərir ki, oktyabr və noyabr aylarının yekunlarına nəzər salsaq artıq dekabr ayında qiymət azalmaları müşahidə edilir. Ancaq alıcı az olduğuna görə, qiymətlərin azalması çox da nəzərə çarpmır. Satışa çıxarılan evlərin nominal qiyməti dəyişməyib. Amma real qiymət azalıb. Yəni, real alıcı ev almaq istəyirsə o zaman nominal qiymətdən daha aşağı qiymətə təklif olunur. Məsələn, 350 min manata öz mənzilini təklif edənlər real alıcı tapanda, noyabr ayında 330 min manata satırdısa, dekabrda artıq 300 min manata belə razılaşırlar. Rusiyadan Azərbaycana gələn vəsaitlərin azalması mənzil bazarına təsir göstərib.
Güman olunur ki, 2015-ci ildə Rusiyadan gələn vəsaitlər 30% azalacaq, 700 milyon manata düşəcək. Nəzərə alsaq ki, mənzil bazarında formalaşan tələbin təxminən 30%-i Rusiyadan gələn azərbaycanlıların payına düşürdü ki, bu tələb artıq yoxdur. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi səbəbindən vətəndaşlar artıq qənaətə üstünlük verirlər”.
Ekspert onu da bildirdi ki, növbəti aylarda da mənzil bazarında durğunluq davam edəcək və indiki halda durğunluğun azalması üçün heç bir iqtisadi əsas yoxdur: “Artıq il başa çatır. Adətən dekabr-yanvar ayında ipoteka proqramı təsdiq olunur. Bu da tələbin azalmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. Bu baxımdan Rusiyada və dünya bazarında baş verən proseslər onu deməyə əsas verir ki, durğunluq davam edəcək, qiymət azalmaları olacaq. Kirayə bazarında da durğunluq var, ancaq qiymət azalmaları müşahidə olunmur”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?- 5 Dekabr
Duyğuları açıq ifadə etmək qorxunu azaldır
"Simens"də böyük ixtisar başladı
Zibildən pul qazana biləcəyik
Kondisioner işlədən HƏR KƏS BİLMƏLİDİR - Sətəlcəm olmaq istəmirsinizsə...
Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik" - FOTO
Rəssam yazıçılar
İmkansız tələbələrin bu ehtiyacları ödənilə bilər
Məşhurları təqlid edən italiyalı Emanuele
Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı - FOTO
Daşların "qızıl yaddaşı" - xrizokol
Siyənək salatı (foto resept)
Soyuqdəymə zamanı yol verilən səhvlər
Məşhur aktyor Cey Lonu lağa qoydu-FOTO
Döyüşçümüz 20-ci dəfə dünya çempionu oldu
Elmin hələ də aça bilmədiyi 15 sirr
Eşq şəhəri Paris eşqə savaş elan etdi
Məhkəmə təxirə salındı
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
FİFA prezidenti istefa verdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda
Laçın-Sünik sərhədində dalğalanan bayrağımızın görüntüsü yayıldı - FOTO
Fəxriyyə Xələfova "European Fashion Award 2016" mükafatına layiq görülüb - FOTO
Putinə ağır zərbə vuruldu
Facebook-un əsas sirri... - İstifadəçilər üçün vacib xəbər
Dodaq ətrafı qırışları necə yox etməli?
Mayli Sayrus ana olacaq
Sağlam dəri üçün maskalar
Ermənilərə qan udduran igidimizi siz də tanıyın - VİDEO
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Toy üçün "həzin rəqs" musiqiləri
"Facebook"dan YENİLİK
Toyuqlu bulqur plovu (foto resept)
Hava haqqında
Azərbaycanlılar Ermənistanın BMT-dəki nümayəndəliyinin başını ağrıtdılar
Göbələk dolması (foto resept)
İstilik enerjisinin qiymətlərinə yenidən baxılacaq
Pomidor şorbası
20 Yanvar günü onun da qiymətini qaldırarlarmı?
Günəş tutuldu: bu hadisəni Bakıda da gördülər
Gülməli pişiklər
Prezident xanımı ilə ziyafətdə - FOTO
Ömer Muzun özünəməxsus rəsmləri
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Yoqurtlu küftə (foto resept)
Bayram günü HAVA necə olacaq?
Silvestr Stallone məhkəməlik oldu
Bakıda sürücülərə xoş sürpriz
Sofi Loren illər sonra sirrini açıqladı
Rahatlığın yollarını tapan insanlar
- ŞƏRHLƏR