Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:54Ayla Ayla Surayye istide eriyib elememisen? 15:53Ayla Ayla salam canim sen necesen? 14:54PERI her vaxtiz xeyir necesiz millet 09:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40647

Haxıştalar

 

Haxıştalar

 

Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.


 

Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.
 

 

Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.

 

Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.

 

Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.

Mən aşiqəm gəl bizə haxışta,

Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.

Bibərdən uzun, ay qız haxışta,

Göydə ulduzun ay qız haxışta.
Gəl alım qardaşıma, haxışta,
Olum baldızın ay qız haxışta.

 

Al almağın vaxtı var, haxışta,

Şal almağın vaxtı, var haxışta.
Oğlanın adamısız, haxışta,
Aparmağın vaxtı var, haxışta

Ağ dəvə düzdə qaldı haxışta,
Yükü Təbrizdə qaldı haxışta.
Oğlanı dərd apardı haxışta,
Dərmanı qızda qaldı haxışta.
Gülü atdım dənizə haxışta,
Batdı çıxmadı üzə haxışta.
Nolar bizim baxçada haxışta,
Yar gələ bir gün bizə haxışta.
Bir oğlan var biçində haxışta,
Sarı sünbül içində haxışta.
Nolar onu görərdim haxışta,
Bu həftənin içində haxışta.
Dağlar başında lalə haxışta,
Əlində var piyalə haxışta.
Mən səninəm ay oğlan haxışta,
Düşmə özgə xəyala haxışta.
Ağacın adamı var haxışta,
Yedikcə badamı var haxışta.
Hərə bir ağız desin haxışta,
Desinlər adamı var haxışta.
Bir qız gördüm biçində haxışta,
Sarı sünbül içində haxışta.
Burda bir toy olacaq haxışta,
Bu ayın içində haxışta.
Mən aşiq gözlərinə haxışta,
Qoy baxım gözlərinə haxışta.

 

Haxıştalar

Canım canına qurban haxışta,
Gözlərim, gözlərinə haxışta.
Bülbül qonubdu gülə haxışta,
Calaq olub gül-gülə haxışta.
Yar gəldi bağçamıza haxışta,
Xəzan gətirdi gülə haxışta.
Ulduz dönüb ay olmaz haxışta,
Yaz getməsə yay olmaz haxışta.
Könül sevən gözələ haxışta,
Gözəllikdə tay olmaz haxışta.
Qızılgül dəstə-dəstə haxışta,
Bülbül qonar gül dəstə haxışta.
Burda bir yar sevmişəm haxışta,
Ala göz, boyu bəstə haxışta.
Sənə qurban ay oğlan haxışta,
Mənə ver sən hay oğlan haxışta.
Gəzdim eli-obanı haxışta,
Yoxdur sənə tay oğlan haxışta.
Qaşların çatan oğlan haxışta,
Köynəyi kətan oğlan haxışta.
Nişanlın apardılar haxışta,
Bixəbər yatan oğlan haxışta.
Əzizim aydın olsun haxışta,
Ay doğsun aydın olsun haxışta.
İki həsrət qovuşdu haxışta,
Gözlərin aydın olsun haxışta.
Dağ başına bar gəldi haxışta,
Demə ahüzar gəldi haxışta.
Qardaşı gözləyirdim haxışta,
Birdə gördüm yar gəldi haxışta.
Girdim bağa nar üçün haxışta,
Heyva dərdim yar üçün haxışta.
Analar qız bəsləmiş haxışta,
İgid oğlanlar üçün haxışta.
Tanrı məni quş eylə haxışta,
Qanadımı gümüş eylə haxışta.
Dar yolda dar küçədə haxışta,
Yarı mənə tuş eylə haxışta.
Mən aşiqəm gün gəlir haxışta,
Ay dolanır gün gəlir haxışta.
Gözlərin aydın olsun haxışta,
Nişanlın bu gün gəlir haxışta.
Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.
Gözəl yaşına gərək haxışta,
Sürmə qaşına gərək haxışta.
Toy günü tumə şalı haxışta,
Örtə başına gərək haxışta.
Bu gəlin özün bilməz haxışta,
Danışar sözün bilməz haxışta.
Suya tək gələn gözəl haxışta,
Çeşmənin sözün bilməz haxışta.
Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.
Taley sənə yar olsun haxışta,
Ömrün yaz bahar olsun haxışta.
Könül verdiyin oğlan haxışta,
Sənə tacidar olsun haxışta.
Pəncərənin milləri haxışta,
Açıb qızılgülləri haxışta.
Oğlanı yoldan eylər haxışta,
Qızın şirin dilləri haxışta.
Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.
İydənin hal ləçəyi haxışta,
Ətirlidir çiçəyi haxışta.
Kaş bəxtimə düşəydi haxışta,
Oğlanların göyçəyi haxışta.
Armud ağacı haça haxışta,
Əlim dolaşdı saça haxışta.
İgid ona deyirəm ki, haxışta,
Sevdiyini ala qaça haxışta.
Sular kimi axmaram haxışta,
Başa xına yaxmaram haxışta.
Üzün görsəm bəsimdir haxışta,
Aya, günə baxmaram haxışta.
Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.
Göydə ulduz olaydım haxışta,
Bəxtəvər qız olaydım haxışta.
Yar qapını döyəndə haxışta,
Evdə yalqız olaydım haxışta.
Yaşım üzümdən gedər haxışta,
Axar gözümdən gedər haxışta.
Çəkməyin oğlan adı haxışta,
Ağlım özümdən gedər haxışta.
Qaşların qarşı- qarşı haxışta,
Gözlərin bostan arxı haxışta.
Hara getsən tez qayıt haxışta,
Bilki, sən qoyma yalqız haxışta.
Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.
Qara toyuq hindədi haxışta,
Yumurtası hindədi haxışta.
Gəlnimizin qaş, qələmi haxışta,
Bəyimizin cibindədi haxışta.
Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.

Səslərin sayı: 15
30
543322
loading...
Şərhlər
Offline
Gulum
Bax bunları seçılmiş etdim gərəyim olar inşallah
17 mart 2016 23:18
Offline
MAYA EL
Çox göseəl xəbər oldu seçilmiş edirəm bəlkə lasım ola davamlı olsun çox bəyəndim
19 fevral 2015 17:56
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
✈██▓ Руслан Абилов ▓██✈
neyler neyler ? haxistalr nedemekdi bele ? biggrin
19 fevral 2015 12:27
Offline
Zehra.
Örgənib xına yaxdlarda demək olar.
18 fevral 2015 23:24
Offline
Leyla_
ilk defedi bura werh yaziram oxudum sozleri coxda guldum
17 fevral 2015 20:59
Offline
Eladi tewekkurler))
21 yanvar 2015 21:26
Offline
أحبك
Bunlar cox vaxti Novruz bayrami erefesinde oxunur,Bele ser kimi oxunusu maraqsiz gelir amma xorla oxunanda daha cox maraqli olur, Tesekkurler
21 yanvar 2015 21:17
imza: فراق
Offline
S.S.E.
Cox gozel xeberdir.
12 yanvar 2015 15:39
Offline
Pərvanə




Dəniz84
PərvanəDüşbərəni bükmüşəm,hakiştaQaynar suya tökmüşəm,hakişta3 gündü ki gəlmişəm, hakiştaQaynanami döymüşəm, hakiştaMaşallah qoçaq gəlinsən ilk gündən qaynanaın gözünün otunu almısan.

Yox-yox çox şükür qaynanamla aramız yaxşıdı.Xetir hörmətimiz var bir birimizə.
11 yanvar 2015 01:57
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Alalh butun qizlara qismət etsin xina yaxdi..
10 yanvar 2015 12:02
Offline
HUSNA
Maraqnan oxudum lezzet eledi,ALLAH qismet elesin dogmalarimizin xinayaxtilarinda deyek girl_ang
9 yanvar 2015 20:48
Offline
Fatma xanım
Çox gözəl düşünmüsüz ləzətnən oxudum
9 yanvar 2015 13:45
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
.........................................
♥Oxudum maraqli idi♥Bezileride gulmeli idi♥ biggrin ♥Xebere gore tesekkur edirem♥ give_ros
9 yanvar 2015 13:01
Offline
Aysel İ.
Düşbərəni bükmüşəm,hakişta
Qaynar suya tökmüşəm,hakişta
3 gündü ki gəlmişəm, hakişta
Qaynanami döymüşəm, hakişta

Maşallah qoçaq gəlinsən ilk gündən qaynanaın gözünün otunu almısan. biggrin
9 yanvar 2015 11:19
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Qəribə
Təşəkkür edirəm.
9 yanvar 2015 11:18
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
●♥ Səma ♥●

Düşbərəni bükmüşəm,hakişta
Qaynar suya tökmüşəm,hakişta
3 gündü ki gəlmişəm, hakişta
Qaynanami döymüşəm, hakişta
Allah guldursun sizi,ay Pervane xanim,qizlarimiz ele bilecekler ki,gelen kimi qaynanani doyub,gozunun odunu almaq lazimdi.Men texminen 15 iden sonra ola bilecek qaynana adayi kimi qorxdum..lollollol

Haxiwta..haxiwta..haxiwtaaa...gozum mazol olduu
Subaysan daaa,inshAllah sen,evlenende gelinimizin xinasinda deyecem bir ikisin,baldizi olaraq gelin qizimizin.Onda bilessen neye lazimdi..??wink
9 yanvar 2015 10:47
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
♥Mira♥
Cox gozel xeberdir.Subaylara qismet olsun INSALLAH girl_ang Xebere gore tesekkur edirem Sevinc xanim give_ros
9 yanvar 2015 10:36
Offline
ملاك
Armud ağacı haça haxışta,
Əlim dolaşdı saça haxışta.
İgid ona deyirəm ki, haxışta,
Sevdiyini ala qaça haxışta.

****************

Göydə ulduz olaydım haxışta,
Bəxtəvər qız olaydım haxışta.
Yar qapını döyəndə haxışta,
Evdə yalqız olaydım haxışta.

vay-vay-vay, neler varmis burda wink blush
9 yanvar 2015 10:05
Offline
.....
Eladi insallah qardasimin toyu olsun haxistasini ozum diyecem burdan ezberleyib insallah Allahi izini ile! butun qizlara xina gecesi nesib olsun insallah
9 yanvar 2015 09:47
Offline
S.S.90...Samir...
Haxiwta..haxiwta..haxiwtaaa...gozum mazol olduu dash
9 yanvar 2015 01:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!