Bakıda hava 22°
USD AZN
EUR AZN

Kompüterinizdə problem yaranıb?(Dərs 2)

Kompüterinizdə problem yaranıb?(Dərs 2)

Dərs 2

Bu günkü dərsimizdə sizlərlə tez-tez olmasa da,amma qarşılaşdığımız kompüter problemindən danışacayıq.Yaxın əyləşin... winked

Hələ ki,Windows XP-da baş verənlərdən söhbət gedəcək.Növbəti dərslərimizdə isə Windows Vista və Windows 7 sistem əməliyyatları haqda da məlumat alacayıq.

Windows XP kimi bir əməliyyat sistemində belə bir çox problem ilə qarşılaşa bilərsiniz. Ancaq qorxmayın; bu problemlər ümumiyyətlə qalıcı zərərlərə gətirib çıxarmaz. Yenə də problemlər qarşısında nə etməniz lazım olduğunu bilməlisiniz.

 

Kompüterinizdə problem yaranıb?(Dərs 2)



 

Windows əməliyyat sistemi ilə çalışan kompüterlərdə, PCi bağlamaq üçün sistem qutusunun üzərindəki düymədən istifadə edilməz. Əvvəlcə reallaşması lazım olan əməliyyat, əməliyyat sisteminin özü-özünü bağlamasıdır. Bunun tamamlanması isə, ancaq "Başla" menyusundakı "Kompüteri Bağla" əmri ilə mümkün ola bilər.

 

Kompüterinizdə problem yaranıb?(Dərs 2)



 

Ancaq sistemdə meydana gələ biləcək bəzi səhv və problemlər, "Kompüteri Bağla" əmrini istifadə etmənizə icazə verməyə bilər. Məsələn hər hansı bir proqramın cavab vermədiyi vəziyyətlərə göz ata bilərik. Əgər Windows XPdən əvvəlki distributivləri istifadə edirsinizsə, bu kimi vəziyyətlərdə klaviatura ilə maus da əmrlərə cavab verməz və təbii olaraq idarəni itirmə hissinə qapılarsınız.

Tövsiyələrimizə keçmədən əvvəl bunu deməkdə fayda var; bu tip vəziyyətlər Windows XP-də sayıları azalmışdır. Çünki Windows XP, Windows 98 və Windows ME-ə görə çox daha dayanıqlı bir əməliyyat sistemidir.( Windows Vista və Windows 7 sistemləri haqqında növbəti dərslərdə məlumat olacaq.)"Dayanıqlı" sözü ilə sistemin, bir proqramın kilidlənməsi kimi texniki problemlər qarşısında çalışmasının pozulmamasını anlaya bilərik. Bu xüsusiyyət, əməliyyat sisteminin yaddaş qaynaqlarını daha müvəffəqiyyətli bir şəkildə istifadə etməsindən qaynaqlanır. Beləcə sistem, ciddi problemlərlə qarşılaşıldığında kilidlənmə ya da çökmə kimi geri dönüşü olmayan səhvlərə qarşı qorunmuş olur.

 

Kompüterinizdə problem yaranıb?(Dərs 2)



 

Windows XP-də əvvəlki distributivlərdən fərqli olaraq, bir proqram kilidləndiyində bütün əməliyyat sistemini bağlamanıza gərək qalmaz. Çox vaxt yalnız səhv verən proqramı bağlayaraq Windows ilə işə davam edə bilərsiniz.

Sistemi yenidən başlatmaq:

 

PC-iniz bir proqram işlədərkən, yeni bir proqram yüklərkən və ya indiyə qədər tez-tez istifadə etdiyiniz və heç problem yaratmamış olan bir proqram ilə çalışarkən kilidlənə bilər. Az əvvəl də söylədiyimiz kimi, çox vaxt yalnız proqramı bağlayaraq Windowsa dönə bilər və işə davam edə bilərsiniz. Əgər səhv verən proqramı təkrar başlatdığınızda səhv davam edirsə, əməliyyat sisteminizi yenidən başlatmanızda fayda var. Bunun üçün "Başla" düyməsini basın; "Kompüteri Bağla" əmrini seçin və "Yenidən Başla"ı seçin.

Sistem cavab vermədikdə:

 

1- Əgər kompüteriniz heç bir əmrinizə cavab vermirsə, dərhal çaxnaşmaya düşməyin. Bəzən əməliyyat sistemi, yalnız keçici bir müddət üçün hərəkətsiz qala bilər. Bu vəziyyət, sistemin əmrinizi hələ yerinə yetirə bilməməsi nəticəsində ortaya çıxar. Başqa bir deyişlə kompüter o anda əmrinizi yerinə yetirməklə məşğuldur və digər bir əməliyyat etmənizə icazə verməz. Buna görə, ilk mərhələdə sistemə bir az zaman ayırmalı və əməliyyatı bitirməsi üçün gözləməlisiniz.

 

2- Bir az gözlədikdən sonra PC-nin əmrlərinizə cavab verib- vermədiyinə təkrar nəzarət edin. Əgər mausu oynatdığınızda, kiçik ox ekranda hərəkət edirsə əhəmiyyətli bir problem yox deməkdir. Klaviaturanın işləyib-işləmədiyinə nəzarət etmək üçünsə, "NUM LOCK" düyməsinin işığının yanıb- yanmadığına baxın.

 

İdarələr əsnasında sisteminiz heç bir şəkildə cavab vermirsə, əvvəldə izah edildiyi kimi kompüterinizi yenindən başladın.

3- Əgər sabit diskin işığı yanmırsa, klaviaturanız,mausunuz işləmirsə və ekranınızda donub qalmış bir proqram pəncərəsi varsa, bu proqramı sağlam bir şəkildə bağlama şansınız ola bilər. Eyni anda "Ctrl + Alt + Del" düymələrinə basın. Ekranda Windows XP-nin "Vəzifə İdarəçisi", yəni o anda işləyən proqramları siyahısı ilə bir pəncərə meydana çıxacaq. Bu siyahıda, kilidlənmiş proqramın yanında "Cavab vermir" xəbərdarlığını görəcəksiniz. Proqramı seçmək üçün adının üzərinə basın. Daha sonra "Vəzifəni sonlandır" düyməsini basın. Düyməni basdıqdan sonra bir neçə saniyə gözləməniz gərəkə bilər. Ancaq bir müddət sonra ekranda bir dialoq pəncərəsi meydana çıxacaq və proqramı bağlamanıza köməkçi olacaq. Əgər bunlar da işə yaramazsa, yenidən "Ctrl + Alt + Del" düymələrinə müraciət edin. Ancaq bu dəfə düymələrə iki dəfə üst -üstə basın. Bu şəkildə kompüterinizi yenidən başlatmaq mümkün ola bilər.

 

Kompüterinizdə problem yaranıb?(Dərs 2)



 

4- Əgər kompüteriniz "Ctrl + Alt + Del" düymələrinə də cavab vermirsə, sistem qutusu üzərində olan və açma-bağlama düyməsinin yanında olan  kiçik yenidən başlama (reset) düyməsinə basmalısınız. Ancaq bu düyməni çox sıx istifadə etməmənizdə fayda var. Çünki reset düyməsi, kompüterin heç bir şəkildə cavab vermədiyi vəziyyətlərdə son çarə olaraq istifadə edilməlidir. Əks halda təmir edilə bilməz və geri dönüşü olmayan problemlərlə qarşı-qarşıya qala bilərsiniz.

 

DİQQƏT: "Vəzifə İdarəçisi"ni istifadə edərək kilidlənmiş bir proqramı bağlayarkən, işləməkdə olan başqa bir proqramı bağlamamağa diqqət yetirin.

Öyrənənlərə uğurlar! smile

Səslərin sayı: 12
74
15228
loading...
Şərhlər
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Butun bunlara ne ehtiyac var indi cox gulcu vedeki effektiv program var Iobit kompterde olan butun problemleri ozu hel edir ve catismayan problemleride qaydasina qoyur pro versiyasinan istifade edin goreceksiz crazy
8 oktyabr 2015 14:04
Offline
The Moon
COX SAGOLUN, MINNETDARAM.
25 fevral 2013 11:31
Offline
mamedov ismayil
hec basa dusmadim kompuyuter donanda ne edirler
8 fevral 2013 11:13
Offline
๑۩۞۩๑ Nuray ๑۩۞۩๑
LALOCHKA xanim sizin komputerinizde virus var ona gore hanisisa papkani acanda gec acilir
20 noyabr 2012 18:01
Offline
Aynaz Ayxan
hmm tskler
4 sentyabr 2012 15:19
Offline
LALOCHKA
SALAM COX XAHIS EDIREM KOMEK EDESINIZ MENIM NOTBOOKUM COXGEC GEC ISLEYIR YENI BIR PAPKANI COX GEC ACIR VEUZAGI 1 SAATDAN SONRA DONUR VE TAMAMILE GEC GECACILIR MEN NE EDE BILERM KI KOMPUTERIM TEZ TEZ CALISSIN XAHIS EDIREM CVB YAZIN bully
4 avqust 2012 17:30
Offline
H.o.s.T-cu qiz( Banu )
komputerde problem olanda perezaqruzka verirem hemise wink
28 avqust 2011 16:48
Offline
Cehrayi Pantera
cox sag olun komputer hakkinda verdiyiniz bilikler ucun
4 iyul 2011 10:47
Offline
Semedova
twkr bilmeyenler oyrensin menim ucun ise bu dersler cox sadedir...
3 may 2011 01:00
Offline
Aytən
3-cu hisse ne vaxt olacaq?
30 aprel 2011 12:05
Offline
YaZaR-Ali
Selcan_Xatun,
[b]Fatma[/b
oyrenmeyin yaxsi yoxdur ... oyrenin :)
19 mart 2011 00:50
Offline
Sabina
təşəkkürlər
18 mart 2011 11:58
Offline
OmeN666
INTIZAR,
Xanim. man meile parol qoyular onu neca aca bilerem xais edirem komak edin? Bu cumlenizi bele başa duşdum ki, siz E-Mail parolun dagidmaq isdiyirsiz ... Duzdu ? Bunun ucun uzun proses kecmek lazimdi. Burda başa salmaq mumkunsuzdur...
17 mart 2011 22:42
Offline
INTIZAR
komputerin 3-cu darsnda gozlayiram?

komputerde problem olanda reset duymasin basiram sistem blokundaki perezaqruzkani

man meile parol qoyular onu neca aca bilerem xais edirem komak edin?
12 mart 2011 21:07
Offline
Zerife
biz azini basa dusdum
12 mart 2011 16:53
Offline
OmeN666
Banu_,
Xanim! Onuda unudma ki sistemin en tehlukeli yerlerinden biride mehs ele o hissedi. Tesabufen sehf bir şeyi skritiya salsan, Hec ozunde anlamadan yavaş yavaş sistemini berbad hala sala biler... Bunu xususi vurgula...!
11 mart 2011 22:10
Offline
Nergiz
oxudum cox sagolun amma bezi seyleri basa dusmedi
10 mart 2011 21:22
Offline
PePito
heleki yaxsi gedir ,ama men qarsima bilmediyim nese cixanda hayir basiram gedir wink hec ne oldugunu bilmiremde
9 mart 2011 12:17
Offline
Mexbube
cox sag olun amma yaxsi basa duse bilmedim
9 mart 2011 12:03
Offline
Ceylan Mumoğlu
orkide88,
sonra oxuyacam,artiq gecdi,yuxum gelir

Yuxunuz şirin olsun winked
Aygun,
Firuşka,
Deymez,xanımlar,buyurun. winked
9 mart 2011 01:49
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )