Axşamçağının şeiri
Ümidlərin də böyüyü, kiçiyi,
Yenisi, əskisi olur, qızım;
Məsələn, "Yaxşı olacaq" adlı ümid var ha
Qoca ümiddi,
Ahıl ümiddi hətta
Nəsə yeni bir ümid tapmalı, düşünməli...
Sən ümidli danışanların səs rənginə fikir ver əsas,
Əgər bir adam tez-tez "Yaxşı olacaq" deyirsə,
Bir az da boğuqsa səsi...
Çox ağrılı mənzərədir,
Saçı ağarmış yekə bir kişinin əl açıb
diqqət dilənməsi...
Dərdlər həmişə ayıb olduğuyçün gizlədilmir, mələk qızım,
Başqa səbəbi də var bu xəcalətin;
Məsələ xəstələnmək deyil bəzən
Məsələ "Ağrın mənə gəlsin" deyənin olmamasıdır!
Heç kimin sənə sadiq qalmaması,
Xəstəliyin şəbi-yəlda kimi uzandıqca hamının
Fərqli bəhanələrlə çıxıb getməsidir!
Həyat, xərçəng xəstəsinə deyilən
Quru "Allah şəfa versinlər" qədər saxta olsa da,
Şəkərparəm, çarə
Möcüzələrə inanmaqdır!
Sözə sığmaz bəzi həqiqətlər, əzizim
Məsələn,
"Vətən nədir?" deyə sordum anama bir gün
Udqunub
Evimizin köhnə divarında asılan
Şəhid dayımın saralmış şəklini göstərdi gözləriylə
və yaş gilələndi yanaqları boyunca...
"Bəs azadlıq?"-dedim.
Göz yaşlarını sildi kəlağayısının ucuyla;
Sevgilim, mən azadlığın nə olduğunu
Anamın əlləri əsə-əsə
Saçlarını qulaqlarının ardına bənd etməsindən öyrəndim;
Görünməz sancaq,
Qara, uzun hörüklərinin dən düşmüşünü gizlədən həna...
Bildim ki, bəzi şeylərin görünməsi ayıbdı
Bəyaz olsalar belə.
Bir gün sevinə-sevinə
Allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam
Dedi ki, qorxmayın,
Dərdlər bizi Allaha çağıran azan səsidir!
Bizsə ahını, ağısını, giley-güzarını da sevdik anamızın
Düşündük ki,
Gileylər anaların təranəsidir!
Və gəl sənə iki sirr açım bu gecə:
Birincisi budur ki,
Tavanı hündür otaqlarda daha böyük olur sənsizlik.
İkincisi...
...Bir ümid də belə öldü, ey sevgili,
Ruhu şad olsun!
İlqar Kamil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ukrayna neftimizi istəyir
Əzələlər və stress
Tokio yapon mətbəxini öyrənmək istəyənlər üçün viza rejimini sadələşdirə bilər
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Sevgidə çətinliklər...
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
Duzlu kələmlə dadlı şorba (foto-resept)
Enli ətəkli şalvarlar
Qarağatlı piroq (foto resept)
Qiyməli pide (foto resept)
İranın xüsusi nümayəndəsi Qarabağ münaqişəsi ilə əlaqədar Bakı, Moskva, İrəvan və Ankaraya gedəcək
Piylənmə və maddələr mübadiləsi sindromu
2018-in trend aksesuarları
Sitatlarımız - III hissə
ABŞ 2 gizli dosyeni açdı: Koronavirus belə yayıldı – Şok gəlişmə
Göz rənginə görə göz qələmi seçimi
Selena Gomez izləyicilərinə müraciət etdi-FOTO
Hazal Kaya gəlin olacaq-FOTO
“Xətai” stansiyası bağlandı
Ermənilər Ağrı dağ tamahı
Ən yaraşıqlı türk aktyorlar
2020 yay trendləri
İstirahət gününün HAVAsı
Səfərbərlik qaydasında dəyişiklik
Katsudzo Nişinin 6 qaydası - 3
Mərkəzi Aran rayonlarında günvurma problemi
Azərbaycanın caz əfsanəsi
Günün ulduz falı
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Toyota Camry-də yenilik var
ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək
Fərqli badımcan turşusu (foto resept)
Bakıda şahmat üzrə dünya kuboku start götürür
Sabahın HAVAsı
Sevən qısqanarmı?!
Bu ərazidə iki gün işıq olmayacaq
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Sentyabr ayının qalibləri!
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
HAVA necə olacaq?-10 dekabr
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Gənc qalmağın sirləri
Kəs və yapışdır-9
Kiçik biznes qurmağın yolları
Acun keçmiş xanımı ilə toya getdi-FOTO
Android üçün yeni servis olacaq
Avqust ayında sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq - RƏSMİ
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Burcu Esmersoy qayınanasını izləmədən çıxartdı-FOTO
- ŞƏRHLƏR