Aparılan bir çox araşdırma oğlan yeniyetmələrin təxminən üçdə birinin, gənc qızların isə yarısının özlərini kök hiss etdiyini göstərir.
Yetkinlik dövründəki gənclərin ən böyük istəyi ətrafdakılar tərəfindən bəyənilmək, "ən gözəl" və ya "ən qüsursuz bədənə" sahib ola bilməkdir. Mediada və sosial saytlarda gördükləri fit bədənlərə qovuşmanın həllini isə çox vaxt "çox aşağı kalorili", "zülallarla zəngin" və ya "tək növ qidaya dayanan" pəhrizlərdə tapırlar. Məhz təhlükə siqnalları da bu nöqtədə çalmağa başlayır, çünki şüursuzca saxlanılan pəhrizlər yeniyetmənin həyat standartlarına həyatı boyunca mənfi istiqamətdə təsir edəcək olan fiziki və ruhi sağlamlıq problemləri gətirir. Pəhriz mütəxəssisi Melis Torluoğlu yetkinlik çağında düzgün olmayan qidalanmanın gətirib çıxardığı 7 sağlamlıq problemini izah etdi.
Anoreksiya nervoza
Aparılan bir araşdırmada yetkinlik dövründə qız və oğlanların çəkiləriylə yaxından maraqlandıqları, bu dövrdə bədbəxt, stresli, hirsli, kədərli və xoşbəxt olma kimi dəyişən duyğu vəziyyətlərinin yemək yemə davranışı üzərində təsirli olduğu təsbit edilmişdir. Araşdırma xüsusilə qız yeniyetmələrin beyinlərini davamlı olaraq "kökələcəyəm" düşüncəsiylə məşğul etdikləri və tək düşüncələrinin arıq olmaq olduğuna işarə edir. Aparılan bir digər araşdırmada isə xüsusilə 13-14 yaş dövrünün "anoreksiya nervoza"-ya çatan yemə davranışındakı pozğunluqların ən sıx ortaya çıxa biləcəyi "kritik" proses olduğu vurğulanır.
Osteoporoz
Yetkinlik dövrü sümük meydana gəlməsini 45 faiz nisbətində qarşılayır və əmələ gələn sümük tutumu həyat boyu istifadə edilir. İrəliləyən yaşlarda alınacaq dərman və qida dəstəkləri isə fayda etmir. Qeyri-kafi enerji ilə bol miqdarda zülal qəbulunu dəstəkləyən pəhrizlər bu dövrdə kalsium əksikliyi meydana gətirə bilir. Bunun nəticəsində osteoporoza qədər gedən bir cədvəl meydana gətirərkən əzələ kütləsinin iş tempində də axsaqlıqlar yaşana bilər.
Böyrəklərdə zərər
Yetkinlik dövründəki gənclərin qidalanmalarında etdikləri əhəmiyyətli səhvlərdən biri arıqlamaq və daha çox əzələ kütləsinə sahib olmaq məqsədiylə zülallarla zəngin qida ilə bəslənməkdir. Halbuki, yüksək zülal çox erkən yaşda böyrəklərdə struktur pozğunluğuna yol aça bilər. Üstəlik böyrək çatmazlığı, nefrit və böyrək daşı kimi böyrək xəstəlikləri yavaş-yavaş meydana gəldiyi üçün illərcə irəliləyir.
Hipotiroid
Çox aşağı kalorili pəhrizlər yağları deyil zülalları yandırır və pəhriz buraxıldığı zaman yenidən sürətli kökəlməyə səbəb olur. Bunun nəticəsində yeniyetmə sağlam olmayan bir şəkildə arıqlayır. Kifayət qədər zülal alınamadığında da böyümə ilə yanaşı cinsi yetişkənlikdə gerilik və yağsız bədən kütləsində azalma görülür. Uzun müddət bu cür pəhrizlərin davam edilməsi halsızlıq, iştahsızlıq, yavaş ürək döyüntüsü, hipotermiya, dəri quruluğu, saçlarda kobudlaşma və kövrəklik artımıyla birlikdə "hipotiroid" kimi düzəldilməsi çətin olan sağlıq problemlərinə səbəb ola bilir.
Dəmir əksiikliyi
Ölkəmizdə məktəb uşaqlarının 20-35 %-i dəmir əksikliyi anemiyası problemiylə qarşı-qarşıyadır. Yetkinlik dövründə qız uşaqlarında "aybaşı" müddəti başladığı zaman bədəndə qan itkisi olur, bunun nəticəsində dəmir ehtiyacı, xüsusilə gənc qızlarda görülən əhəmiyyətli bir problem halına gəlir. Əgər çox aşağı kalorili və dəmir baxımından məhdud pəhrizlər uzun və davamlı tətbiq olunsa, dəmir əksikliyi anemiyası ciddi ölçülərə qədər artır.
Ürək xəstəlikləri
Aşağı kalorili qidalanma tipi əzələ itkisinə yol açır və əzələlərlə çalışan bir orqan olan ürəyə birbaşa təsir edir. Bunun nəticəsində çox gənc yaşlarda belə infark riski artır.
Ruhi problemlər
İncə bədənin hər zaman ideal olaraq qəbul edilməsi və mütəmadi olaraq şüursuzca tətbiq olunan pəhrizlər gəncləri depressiya, ictimai həyatdan uzaqlaşma davranışı, məktəb müvəffəqiyyətində geri qalma, diqqət cəmləmə qabiliyyətində azalma ilə sıx duyğu dəyişmələri kimi mənfiliklərə gətirib çıxarır.
Yetkinlik dövründə necə qidalanmalı?
• Qidalar müxtəliflik təmin etməlidir.
• Yağ və şəkərə sərhəd qoyulmamalıdır.
• Lif baxımından zəngin qidalara yer verilməlidir.
• Vitamin və minerallar kifayət səviyyədə qəbul edilməlidir.
• Qırmızı ət və yumurta kimi dəmirlə zəngin qidalar istehlak edilməlidir.
• Xüsusilə dəmirin sorulmasını artıran limon, portağal, narıngi, kivi, acı bibər və cəfəri kimi C vitamini ilə zəngin qidalar yeyilməlidir.
• Hazır və sürətli qida olaraq adlandırılan fast-food tərzi bəslənmədən uzaq durulmalıdır.
XƏBƏR LENTİ
Mehriban Əliyeva Mərdəkan və Binədə körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Azərbaycanda toylar başlayır? - “Boş gün yoxdur...” - VİDEO
İti öpmək faydalıdır?
Şokoladlı sürpriz yumurta(foto-resept)
Boğazlı köynək (vodolazka)
Günaha təşviq edən 3 qüvvə
Müqəddəs Kəbə evinin içərisində nə var?
"Kuskus" salatı (foto-resept)
Malıbəyli və Quşçuların işğalından 24 il ötür
Sivilizasiyanın sonunu gətirəcək risklər
Mükəmməl ailəyə sahib olmanın 10 qızıl qaydası
Təsbehinin qiyməti 100 mindir-FOTO
Nura Suri illər sonra DƏYİŞİB BELƏ OLDU - VİDEO
Bayram günlərində hava necə olacaq?
Möhtəşəm üzük modelləri
MN: Tovuz istiqamətində ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb
Rəngarəng keks (foto resept)
Bakı necə qızdırılır: kombi, İran sobası... – Ekspertlər təhlükə barədə
Türkiyədə zəlzələ olub
Azərbaycanda qeyri-adi toy - FOTO
Dahilərin gizli sirri: beyni gücləndirən içkilər
Bu qışa damğa vuracaq saç düzümləri
Dodaq formanıza görə xarekteriniz
Özbək plovu (foto resept)
Azərbaycan parlamentinin spikeri seçildi
Atatürk Bakıda anıldı
Cizgi filmi:xeyirlidir,yoxsa zərərli?
Hava haqqında
Gilasın faydaları
Hündür Daban Ayyaqabbılar
Ləzzətli peçenye (foto resept)
Hamiləlikdə sağlamlığınızı və formanızı qoruyun
Bakı metrosundan Yeni il sürprizi
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Yeni il əlamətləri
Şaxta Amerikanı dondurdu
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
Kıvanç Yeni İmicdə-FOTO
Azərbaycanda bazarlar ləğv olunur
Evdə mayonezi necə hazırlamalı? (resept)
Aişvariya Rainin 31 yaşlı Oğlu Peyda Oldu-VİDEO/FOTO
Prezident Polad Bülbüloğlunu təltif etdi
Kirayə mənzil bazarında durğunluq: səbəb nədir?
Ermənistan 1915-ci il hadisələrini gəlir mənbəyinə çevirməyə çalışır
Hansı peşələr intihara meyli artırır?
Günəş allergiyası
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
500 kq-lıq qadını müalicəyə yolladılar - Yük təyyarəsiylə - Foto
Hindistanda "turşu" qanunu qəbul edildi
- ŞƏRHLƏR