Bakıda hava +6°
USD 1.7447 AZN
EUR 1.8399 AZN

Görən gözlər

Görən gözlər

Həmzə hər səhər, günəş doğulmadan qalxar, sübh namazını qılardı. Şəhərdə yaşadığı üçün Günəşin doğuşunu tam olaraq izləmə imkanı tapa bilməmişdi. Bu səhər vəziyyət bir az fərqli idi. Çünki axşamdan Üsamə adlı qardaşının kənddəki evinə qonaq olaraq gəlmişdi. Axşam kəndə gələndə Günəşin doğuşunu izləməyi düşünmüşdü.
Səhər qalxdığı zaman Günəşin çıxacağı istiqamətə doğru gedib gözləməyə başladı. Günəş, həqiqətən də, təsvir edilən yerdən doğulmağa başlamışdı. Günəşin çıxacağı yeri itirməməsinə heyrət etdi. Əlində tutduğu təqvim yarpağında Günəşin doğuş saatı 05:30 olaraq yazırdı. Saat də 05:30-u göstərirdi və Günəş hər zamanki kimi yenə görüş yerinə və zamanına sadiq qalmışdı. 
Əlindəki təqvimi bir az daha incələdikdən sonra ilin 180 günündə və 6 ayda olduğunu görmüşdü. Bu rəqəmlər dünyanın Günəş ətrafında etdiyi hərəkətin bir nəticəsi olmalıydı. Dünyanın bu hərəkəti edərkən heç dayanmaması, digər planetlərə toqquşmaması, orbitindən kənara çıxmması da insanı düşüncəyə sövq edirdi ...
İnsanlar günü səhər, günorta, ikindi və axşam olaraq vaxtlara ayırmışdı. Bu təsnif Günəşin səmada gəldiyi yerə görə təyin edilmişdi. Məsələn, günorta vaxtı Günəş tam təpədə olurdu. Bütün bunlar Günəşin vaxtların bilinməsi üçün bir hesab vasitəsi olduğunu göstərirdi. Mövsümlər də yenə Yer kürəsinin Günəş ətrafındakı fırlanması və onun oxunun əyri olması ilə bağlı idi.
Günəş doğmazdan əvvəl hər yer qaranlıq idi. Günəşin doğulmasıyla hər yer işıqlanır. Günəş sanki səmaya asılmış parıldayan bir lampadır, işıqlandırma vəzifəsini yerinə yetirir. Göndərdiyi işıq insanların gözünü yormur, işıq gücü nizamlıdır. Yaşıl bitkilər də gün işığı olmadan fotosintez edə bilməzdilər. Fotosintez edə bilməsəydilər də, nə bitkilər, nə heyvanlar, nə də bunlarla qidalanan insanlar yaşaya bilməzdi.
Gecənin sərinliyi Günəşin istilədən şüalarıyla birlikdə yerini isti bir havaya buraxırdı. Bu istilik təchizatı nə tükənir, nə də bir yanacaq yardımı gözləyirdi. Üstəlik həm işıqlandırma, həm də istilik üçün heç bir ödəniş istəmirdi. Ağlına elektrik və qaz təşkilatı gəlmişdi. Necə olur ki, onlar bir ay sonra qəbz göndərib öz ödənişlərini istəyirlər. Bəs Günəşi bizim xidmətimizə verən bizdən nə etməmizi istəyirdi? 
Üsamə Həmzəni hazırladığı süfrəyə nahar etmək üçün çağırırdı. Həmzə "Hansı süfrəyə otururamsa, ruzini verən Allahdır" deyə içindən keçirdi. Südün dadını çıxara-çıxara içərkən "Fərqində olmadan ot yeyib, su içirik" deyə düşündü. Doğrusu, çox qəribə idi: inək, qoyun, camış kimi heyvanlar yaşıl ot yeyib su içərək bu tərtəmiz, içilməsi asan, dadı və rəngi ota bənzəməyən südü vermişdilər. Bu süd heyvanın qarınındakı yarı həzm edilmiş qida ilə qanı arasından süzülərək çıxır, insana faydalı maddələr çatdırır. Sanki inək bir çevrilmə fabrikasıydı, həm öz xərci, həm də müəssisə xərci aşağı olan bir fabrikdir.
Yediyi bal bal arısı dediyimiz kiçik bir böcəyin mərifətiydi. Bal arısı dağlarda, ağaclarda və çardaqlarda özünə yuva qurmuşdu. Hər cür meyvədən yeyib qarnından insanlar üçün şəfalı, müxtəlif rənglərdə bal verirdi. Kim bilir neçə dənə arı neçə çiçəyə qonaraq bu balı hazırlamışdı və bizə təqdim etmişdi? Qarnındakı şirin və faydalı bala qarınındakı zəhərin qarışmaması da maraqlı idi. Arının o kiçik başında sanki bal istehsal  və zəhər istehsal etmə proqramı vardı.
Görən gözlər
Qurban bayramından qalan qovurmanı yeyərkən südündən faydalandığımız heyvanların eyni zamanda ətindən də faydalandığımız ağlına gəldi. "Bu ev heyvanlarının yerinə yırtıcı olan aslan və ya pələngi kəsmək vəziyyətində qalsaydıq, nə qədər çətin olardı." deyə düşündü. Heyvan sürülərinin otlağa gedərkən və qayıdarkən onlara baxmaq xoş olurdu. 
Yatdığı yatağı toplayarkən, içindəki lifin qoyun yunu olduğunu gördü. Heyvanların yunundan, tükündən soyuğa qarşı qorunmaq üçün faydalanmağımız da ayrı bir möcüzə idi. Geydiyi ayaqqabının dərisi yenə bir heyvandan əldə edilmişdi. Qısacası, heyvanların heç bir hissəsi israf olmur, bir işə yarayırdı. 
Qardaşı qonşu kəndə getmək üçün at hazırlamışdı. At belində gedərkən atın nə qədər evcil olduğunu düşünürdü. Şəhərdə at arabası ilə yük daşındığını da xatırladı. Dağlıq və qayalıq yerlərdə eşşək və qatır isti, susuz çöl mühitində dəvə kimi heyvanların yük daşımada, səfər edilməsində əhəmiyyəti çox böyük idi doğrusu. Heyvanların rənglərinin fərqli olması da göz və könlümüzə zövq verirdi. Hər heyvan öz yeməyini bilir və bir şəkildə o ruzisinə çatırdı.
Getdikləri kənddə insanlar əkinçiliklə dolanırdı. Bir cütçü torpağı qazır, içinə toxum səpirdi. Bu toxum daha sonra parçalanıb, çürüyüb, cücərəcəkdi. Ölü olan toxumdan, nüvədən, çəyirdəkdən diri ola bir bitkinin, ağacın çıxması nə möhtəşəm bir hadisə idi. Niyə bir ağac qabığıyla, bir plastik eyni işi edə bilmirdi? Kiçik toxum böyük bir ağacın proqramını, şifrəsini daşıya bilirdi. Torpaq da toxumu cücərdəcək bir quruluşda idi.
Cütçü, torpağı suvarmaq üçün kanallar açmış, 30 metr dərinliyindəki quyudan çıxardığı suyu istifadə edirdi. Yerin altı sanki nəhəng bir su anbarıydı. İnsanların suyu saxlaya biləcəkləri belə bir ambarı tikməsi həm çox bahalı olardı, həm də texniki olaraq qeyri-mümkün idi. Traktorla torpağı şumlayan cütçü, yenə torpaqdan çıxan neftin yan məhsulu olan mazutdan traktorun işləməsi üçün istifadə edirdi. Traktor dəmir parçalarından, mis tellərdən, güllə nömrəli akkumlyatordan, neft törəməsi olan plastik parçalardan meydana gəlirdi. Bütün bunlar bəzək əşyası düzəldilən qızıl və almaz da daxil olmaq üzrə hamısı torpaqdan çıxırdı.
Qupquru, ölü kimi olan torpaq, göydən enən suyla qabarıb yaşıllaşır, sanki dirilirdi. Bahar mövsümündə qupquru bir odun parçasının yaşıllaşıb meyvə verməsi də bir diriliş nümunəsi idi. İnsanların ölümdən sonrakı dirilməsi də belə olmalı idi ... 
Çiçəklər, ağaclar, bağlar, otlar yer üzünü bəzəyən bir gözəllik ünsürü idi. Eyni suyla sulandıqları halda, bir-birinə qonşu torpaqlarda yetişən meyvələrin, tərəvəzlərin dadları, qoxuları, rəngləri, şəkilləri fərqli fərqli olurdu. Yamyaşıl ağacdan yanacaq əldə etməmiz də, atəşin varlığı da bizim üçün böyük bir nemətdir. 
Yer üzü insanların yaşamasına, ruzi əldə etməsinə, istirahət etməsinə uyğun bir şəkildə olub, yayılmış bir döşək kimiydi. Kosmos araşdırmalarında dünyamız kimi havası, suyu, torpağı, istiliyi, bitki örtüyü insanların yaşamasına əlverişli olan başqa bir planetə rastlanamamıştı. Bu da dünyamızın insanlar üçün hazırlandığını göstərirdi.
Hava isindikcə sərinləməyə ehtiyac duyan Həmzə və Üsamə meşə və dənizin bir arada olduğu sahilə doğru yol aldılar. Dağların üzərində müxtəlif rəngli yollar vardı. Bir ağacın kölgəsində dincəldilər. Günəşin yerinə bağlı olaraq kölgə də zamanla yer dəyişdirir, uzanıb qısalırdı.
Bir da getdikdən sonra dənizin ucsuz-bucaqsız, mavi görünüşüylə qarşılaşdılar. Bir balıqçının qarmağındakı canlı, təptəzə balıqlar görülməyə dəyər idi doğrusu. Yaxşı ki, balıqlar, biz insanlar kimi ağıllı varlıqlar deyillər. Dəniz sanki böyük və xərcsiz bir saxlama dolabı kimiydi. Dağ kimi gəmilərin dənizi yara-yara hərəkət etməsinə, üzərində sərnişin və yük daşınmasına, ruzi axtarmasına, küləyin itələməsiylə yol alan yelkənliləri üzdürməsinə kim icazə verirdi, görəsən? Bir gəminin bacasından çıxan tüstü küləklə dağılırdı.  Bəs külək olmasaydı, çirkli hava hər tərəfi bürüsəydi, necə olardı? 
Həmzə və Üsamə dənizə girərək sərinlədilər, yuyundular, oksigen dolu havanı ciyərlərinə çəkdilər. Dənizlərdəki buxarlanma, buludların meydana gəlməsində də əhəmiyyətli rol oynayırdı. Lakin dəniz buxarlaşıb bitmədiyi kimi çaylarla da bəslənirdi.
Dənizdən çıxdıqları zaman külək yavaş-yavaş əsərək sərinlik verirdi və eyni zamanda külək bitki toxumlarını daşıyıb onların törəmələrinə də köməkçi olurdu. Külək şiddətini bir az daha artırmağa başlamış, hava da qaralmağa üz tutmuşdu. Hər halda bu külək rəhmət olan yağışın bir xəbərçisiydi. Göy üzündə buludlar hərəkətə keçmişdilər. Külək necə də tonlarla ağırlıqdakı buludları qaldırıb, yüklənir, davam edir, bir araya gətirib üst-üstə yığırdı? 
Bu qədər ağırlıq necə də yerlə göy arasında dayanırdı? Buludlar zamanı gəlincə yağış yükünü boşaltmağa başlamışdı. Halbuki, 5 dəqiqə əvvəlki bulud yenə eyni bulud idi. Demək ki, küləyin buludları da peyvənd etmək vəzifəsi vardı. Yağış damlaları insanları, nazik yarpaqları incitməyəcək böyüklükdə və sürətdə yağırdı. Bəs tonlarla ağırlıq birdən boşalsaydı, necə olardı? Yağmuru ehtiyacımız olan meyvələr, tərəvəzlər, dənlər, ağaclar, heyvanlar və nəhayət, insanlar gözləyirdilər. 
Yağışın vəzifələrini bizim bir günlüyünə etməyimiz istənsəydi ya da onu buludlardan aşağı düşürmək lazım olsaydı, bunu heç vaxt bacarmazdıq deyə düşündü Həmzə. 
Yağış suyu çay, göl, bulaq, quyu olaraq yer üstündə və altında toplanırdı. Torpağın quruluşu yığmağa əlverişli olmasaydı, insanlar bu suları harada və necə saxlayardı ki? Suyumuz yerin dibinə çəkilsə, bizə kim bol su verə bilərdi ki?
Həmzə göydən enən suyun dadına baxdığında şirin və tərtəmiz olduğunu gördü. Birdən duzlu olaraq ensəydi, bitkilər çürüyər, torpaq səmərəsiz olar, heyvanlar faydalana, insanlar da çox sayda təmizlənmə təsisi qurardı hər halda. Göydən enən su yer üzünün ehtiyacına görə bəzən yağış, bəzən qar, bəzən də dolu şəklində enirdi. Enən yağış miqdarının ümumi olaraq da həmişə eyni miqdarda olduğu təsbit edilmişdi. Üstəlik yağış yalnız bir yerə yağmır, bütün Yer üzünə dağılırdı.
Yağış kəsəndə rəngarəng, yay kimi düzgün göy qurşağı ortaya çıxmışdı. Həmzə səmaya baxdı, təkrar, yenə baxdı, heç bir çatlaq və yarıq görə bilmirdi. Səma bir binanın tavanı kimi dünyanı göy qurşaqlarından, zərərli şüalardan, maqnit dalğalarından, səs-küydən, kosmosun soyuğundan qoruyacaq şəkildə 7 fərqli təbəqədən meydana gəlirdi. 
Həmzə səmaya baxdığında onun dirəksiz olaraq yüksəldildiyini də fərq etmiş, səmanın yerin üzərinə düşməməsinə heyrət etmişdi. Quşların qanad çırparaq boşluqda uçduqlarını görüncə, "Bunları boşluqda tutan güc nədir, havaya qaldırma qüvvətini, hava müqavimətini kim verir?" deyə Həmzənin ağlına müxtəlif suallar gəlirdi.
Vaxt axşam olur, Günəş qərb tərəfdən yavaş-yavaş itirdi. Bir bayraq yarışı kimi yerini hilal şəklindəki Aya buraxırdı. Hilal Hicri aylardan olan Rəcəb ayının əvvəli olduğunu da xəbər verirdi. 
Görən gözlər

Müsəlmanlar Ramazan oruclarını, bayramlarını, Həcc ibadətlərini həmişə göydəki Ayın mövqeyinə görə tarazlayırlar. Ay da eynilə Günəş kimi bir vaxt hesablama vasitəsidir. Ayın dünya ətrafındakı dönüşü həmişə eyni orbitdə olub, dəyişmir və kəsilmir. 
Bir saat əvvələ qədər ortalıq işıq və gündüz idi. Gündüz çalışıb dolanmaq üçün işıqlanırdı. İnsanın bədən və ruh sağlamlığı üçün ən uyğun iş zamanı gündüzdür. Gündüzün ardından dərhal gecə gəlirdi, arada heç fasilə olmadan, bir-birinə qarışmadan, bir-birini izləyirdi. Biri varkən, digəri olmurdu. 
Yayda gündüzün müddəti uzun ikən qışda da gecənin müddəti uzun olurdu. Bu da davamlı və nizamlı reallaşırdı. Gecənin qaranlığı üzərimizə mütəmadi çöksəydi, gündüz aydınlığını Allahdan başqa hansı qüdrət gətirəbilərdi ki? Gecə isə yatıb istirahət etmək üçün ən uyğun vaxtdır. Bəs mütəmadi olaraq gündüz olsaydı, dincələ biləcəyimiz gecəni kim gətirərdi ki?
Səma tərtəmiz ulduzlarla örtülmüşdü. Ulduzlar göyü bəzəyən bir zinət kimiydi. İçlərində daha parlaq bir ulduz vardı. Bu ulduz quruda və dənizdə səyahət edənlərin istiqamət tapmaqda istifadə etdikləri ulduz idi.
Həmzə bacısı Aişənurun əllərində böyümüşdü. Onun yaşlandığını düşünərkən öz kiçikliyi ağlına gəldi. Öncədən bəhsə dəyər bir şey deyildi, adı belə yox idi. Xoşlanılmayan və atılan bir damla sudan ən gözəl şəkildə yaradılmışdı. Anasının bətnində heç bir şey bilmirdi. Sonra eşidən, görən, danışan, düşünən, iradə və könül sahibi bir varlıq olmuşdu. Bədəninə uyğun, ruhuna uyğun, hər an təzə və isti südü hazırda gözləyən bir ana ilə qarşılaşdı. Bilmədikləri və qələmlə yazmaq öyrədildi ona. Qara, sarı, qırmızı, ağ rəngli insanların, həmçinin, bir-birindən fərqli yüzlərlə dili danışması da ibrət alınacaq bir hadisə idi. Bir ət parçası olan dilə yüzlərlə ləhcəni danışma qabiliyyəti necə verilmişdi ki? 
Zəif olaraq yaradılmış, sonra güclənmiş, sonra yenidən güçsüzləşib qocalacaq, yəni yaradılışı tərsinə çevriləcəkdi. Ömür verilmişsə, təbii ki, torpaqdan yaradılan, torpaqdan bəslənən bədən yenə torpağa dönəcəkdi...
Bütün bu hadisələrdən Həmzə bu nəticələri çıxarmışdı: 
Kainatda hər şey mükəmməl bir nizam və uyğunlaşma içində idi.
Təsadüfə qətiliklə yer yox idi. Hər şey bir qanunla hərəkət edirdi.
Heç bir şey boş yerə yaradılmamışdı. Heç bir şey israf olmur, faydalı bir şeyə çevrilirdi.
Bir yerdə nizam, qanun varsa, orada bir təşkil edən, bir qanun qoyucu olmalı idi. 
Yerdə və göydə olan hər şey insana xidmət etmək üçün yaradılmışdı.
İnsan bu Kainatın Sahibinin istəkləri istiqamətində yaşasa, bu xidmətlərin şükrünü ödəmiş olardı. 
Böyük Kainatı idarə edən Allah insanın idarəsini başqa əllərə buraxmazdı. 
İnsanları, ucsuz-bucaqsız göyləri və Yeri yoxdan yaradan Allahın insanları yenidən yarada bilməsi, əlbəttə ki, mümkündür və olacaqdı.
Səslərin sayı: 7
17
2403
Şərhlər
Offline
Nermin_Guler
Yediyi bal bal arısı dediyimiz kiçik bir böcəyin mərifətiydi. Bal arısı dağlarda, ağaclarda və çardaqlarda özünə yuva qurmuşdu. Hər cür meyvədən yeyib qarnından insanlar üçün şəfalı, müxtəlif rənglərdə bal verirdi. Kim bilir neçə dənə arı neçə çiçəyə qonaraq bu balı hazırlamışdı və bizə təqdim etmişdi? Qarnındakı şirin və faydalı bala qarınındakı zəhərin qarışmaması da maraqlı idi. Arının o kiçik başında sanki bal istehsal və zəhər istehsal etmə proqramı vardı.
2 may 2016 12:05
Offline
Xəyalə Murad
Qəlbin aynası gözlərdir. Bütün cavablar o gözlərdə gizlidir.
2 may 2016 10:59
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
S U S E N _BACI
Gözler susmaz ençok onlar danışır allahim gördüyüm içi çook şukr senide öperem allah amaninda
1 may 2016 20:58
Offline
Dəniz84
Werhleriniz ucun her birinize cox tewekkur edirem.

Narinim hardasan? Birdən qaçdın(( Darıxdım səninçün qız))
1 may 2016 17:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Asi
Sukurler olsun Rebbime yaratdigi hecne faydasiz dyildir/ Narinm bele gozel xeber ucun cox sagol air_kiss
23 mart 2015 09:52
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Narin...
Werhleriniz ucun her birinize cox tewekkur edirem.
18 fevral 2015 01:57
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
.....
Cox genis ve maragli melumat oldu
16 yanvar 2015 20:44
Offline
ملاك
İnsan bu Kainatın Sahibinin istəkləri istiqamətində yaşasa, bu xidmətlərin şükrünü ödəmiş olardı.
Heç bir şey boş yerə yaradılmamışdı. Heç bir şey israf olmur, faydalı bir şeyə çevrilirdi.
İnsanları, ucsuz-bucaqsız göyləri və Yeri yoxdan yaradan Allahın insanları yenidən yarada bilməsi, əlbəttə ki, mümkündür və olacaqdı.

Allah razi olsun, gozel xeber ucun
11 dekabr 2014 12:21
Offline
Narin...
Fatma xanım,
Qəribə,
Xanim_Xatun,

Çox sağ olun xanımlar. kiss
10 dekabr 2014 14:50
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Fatma xanım
Çox maraqla oxudum çox sağ ol
9 dekabr 2014 12:29
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Qəribə
Heç bir şey boş yerə yaradılmamışdı. Heç bir şey israf olmur, faydalı bir şeyə çevrilirdi.
Cox sag ol Narinim. give_ros
9 dekabr 2014 11:02
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xanim_Xatun
Bu süd heyvanın qarınındakı yarı həzm edilmiş qida ilə qanı arasından süzülərək çıxır, insana faydalı maddələr çatdırır.

Həqiqətən süd Aalhın yaratdığı möcüzələrdən biridir.
9 dekabr 2014 08:00
Offline
Narin...
Ellada Babayeva,
Gülbəniz,
ஐAytacஐ,
Dəniz84,

Şərhləriniz üçün çox təşəkkür edirəm xanımlar. Allah razı olsun. kiss
9 dekabr 2014 00:53
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ellada Babayeva
İnsanları, ucsuz-bucaqsız göyləri və Yeri yoxdan yaradan Allahın insanları yenidən yarada bilməsi, əlbəttə ki, mümkündür və olacaqdı.
8 dekabr 2014 22:53
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Gülbəniz
Yazan ellerin derd görmesin bacım.Ve bunların müqabilinde Allah bizden şükür etmeyimizi isteyib Allah'a ne qeder şükür etsek yenede azdır.
8 dekabr 2014 22:15
Offline
♥Mira♥
Maraqla oxudum girl_ten Xebere gore cox sag ol Narinim give_ros
8 dekabr 2014 22:11
Offline
Dəniz84
Heç bir şey boş yerə yaradılmamışdı. Heç bir şey israf olmur, faydalı bir şeyə çevrilirdi.

Sağ ol Narin. give_ros
8 dekabr 2014 21:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Ruhunuzun yaşı:
Ruhum cavandır!
Olduğum kimidir
Ruhum qocalıb!
Ruhum yoxdur
Çətin sualdır!