Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 8-13 m/s olacaq, gecə arabir 18-23 m/s-dək güclənəcək. Gündüz şimal-qərb küləyi 9-14 m/s sürətlə əsəcək, axşama doğru arabir 18-23 m/s-dək güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a bildiriblər ki, havanın temperaturunun gecə 2-5°, gündüz 7-10°, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama doğru yağıntılı olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama doğru yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, gecə dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 6-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
XƏBƏR LENTİ
Baharın rəng trendi
Elektrik sobasını təmizləməyin ən sadə yolu
"ASAN xidmət"də yenilik
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi
HAVA necə olacaq?- 5 fevral
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
"Şrek" qərarını verdi
Yumurta XƏBƏRDARLIДћI
Yam-yaşıl ada
"Facebook" məşhur səhifələri yoxlamağa başlayacaq
Buraxılış sinif şagirdləri haqqında məlumatlar TQDK-nın sisteminə daxil ediləcək
2019-cu ildə Facebook-u nə gözləyir?
Məhkəmə Cem Yılmazın iddiasını rədd etdi - VİDEO
Deputatlar hansı telefondan istifadə edirlər?
Qısa saçlar üçün saç yığma modelləri
Yayda təbiətin gözəlliyi
Qəhramanların qeyri adi qorxuları...
Dünyaca məşhur serialın filmi çəkilir – VİDEO
Saçlarınız üçün faydalı maskalar
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Bunlar kişilər üçün zərərlidir
Messinin yoldaşından milyon “like”lıq paylaşım - FOTO
Dünyanın maraqlandığı balaca qızın yeni görüntüsü
Topladığı qəpiklər sayəsində “Cek pot” uddu
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
3 yaşlı uşaq Dünyanı Heyrətləndirdi-VİDEO/FOTO
2010-cu ilin 10 ən gözəl qadını
Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Gürcüstanda qəza: Azərbaycan səfirliyinin birinci katibinin qızı xəsarət alıb
Məşhur modellər ilk dəfə səhnədə necə görünürdülər?
"Günəşli" yatağındakı 220 nömrəli quyu əsaslı təmirdən sonra
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Ukraynanın birinci xanımından maraqlı AÇIQLAMA
Mehriban Əliyevaya orden verildi
“Facebook” qocalır
Gürcüstanı su basdı
Gözəl sırğalar
Ayaqqabılar
Uşağınız tez-tez ağlayırsa...
Devid Bekhem ilk dəfə filmə çəkildi
Şamı (foto resept)
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Azərbaycanda zəlzələ oldu
İkimərtəbəli evini "iPhone 6"-ya dəyişən var
Hava haqqında
Məşhur aktyoru səhnədə bıçaqladılar-FOTO
Məşhur aktrisa sosial mediadan imtina etdi
Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO
Eyni bal toplayanlar arasında seçim necə aparılacaq? - RƏSMİ
- ŞƏRHLƏR