Ekologiya və Təbii Sərvətlər Nazirliyi həftənin ilk iş gününün hava proqnozunu açıqlayıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi 8-13 m/s olacaq, gecə arabir 18-23 m/s-dək güclənəcək. Gündüz şimal-qərb küləyi 9-14 m/s təşkil edəcək, axşama doğru arabir 18-23 m/s-dək güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, havanın temperaturu gecə 2-5°, gündüz 7-10°, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama doğru yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama doğru yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, gecə dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 6-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
XƏBƏR LENTİ
Günün qoroskopu: münasibətləri araşdırmayın
Elə et ki, üzr istəsin...
Qızılgülün faydaları
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Uşaqlar üçün quru səhər yeməyi: ziyanlıdır, ya faydalı?
Mehmet Ali Erbilən xəbər var
Azərbaycanda hava şəraiti dəyişəcək
Bu qış canımız daha tez isinə bilər
Arda millidən çıxarıldı
Yeni doğulan körpə hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO
Apple yenidən lider oldu
Saxta gün eynəklərini necə ayırd etməli?
“Samsung”un rəhbərinin övladları doqquz milyard dollar miras vergisi ödəməlidirlər
Cütlük 135 milyon dollar uddu
Dünyada İLK-Üzən supermarket istifadəyə verilir
Günün ulduz falı
AQTA koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçdi - FOTO
Xanımlarımıza yad güllər
Sabah Azərbaycanda 650 min ağac əkiləcək
Analıq qadınlıqdan imtina etməkdirmi?
Bütün Türkiyə qara geyinəcək
Valideynlərə müjdə!
Ana və qız arasında konflikt: necə davranmalı
Günün qoroskopu:Uğurlu gündür!
Evlənmək üçün kişiyə PUL verən ölkələr-SİYAHI
Keti Perri plagiatda günahlandırılır
Aleyna Tilki Bakıda
Bəzi faktların elmi izahı
Möcüzə gel süni damarlar yaradır
Bürclərin romantik sirləri (son)
Məndən imtina etmə, ana!
Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri
Ekran yorğunluğunun qarşısını almaq üçün 3 üsul
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
Fikirlərimizi necə ifadə edək?
99 yaşlı veteran koronavirusla mübarizə üçün 8 milyon avro yığdı
Məşhur aktyora 17 illik həbs cəzası
Şok! Marketdən alınan banandan əqrəb çıxdı
Özünü kişi cildinə salan məşhur aktrisanı tanımadılar - FOTO
Sızanaqlar üçün 3 maska
HAVA necə olacaq?
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Dəvə hərracda 30 minə satıldı - Foto
Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir
Hadisədən “Bahar hissləri” paylaşımı - FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
Dünyanın ən böyük qızıl külçəsi tapılıb - FOTO
2 uşaq anası olduğuna heç kim inanmır - FOTO
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
Pərəstişkarı onun üçün kitab yazdı
- ŞƏRHLƏR