Bakıda hava 13°
USD AZN
EUR AZN
14:32Feride Salam canim necesen 10:46Sima salam herkese necesiz
41236

F.Kafka "Məhkəmə"-18

 

F.Kafka "Məhkəmə"-18

 

Elə o dəqiqə də məhkəmə dəftərxanaları olan yerdən tamamilə əks istiqamətdəki bir qəsəbədə yaşayan rəssamın yanına yollandı. Kasıb-kusublar yaşayan bir yer idi, evlər ordakından da bomboz görünürdü və küçələr ərimiş qarın ordan-burdan qabağına qatıb gətirdiyi zir-zibillə dolmuşdu. Rəssamın yaşadığı evin böyük alaqapısının bircə tayı açıq idi, bağlı tayının yanındakı divarda deşik vardı və K. yaxınlaşan anda oradan ürəkbulandıran sarı rəngli maye buğlana-buğlana bayıra axdı, bir neçə siçovul qorxudan yaxındakı çirkarxa doluşdu. Pilləkənin ayağında bir uşaq ağzı üstə yıxılıb ağlayır, ancaq səsi qapının o biri tərəfindəki tənəkə sexindən gələn gurultudan eşidilmirdi. Sexin qapısı açıq idi və üç şəyird nəyisə dövrələyib çəkiclə döyəcləyirdi. Divardan asılmış ağ tənəkə lövhədən qopan ölgün işıq zolağı şəyirdlərdən ikisinin üstünə düşür, onların sifətlərini, önlüklərini parıldadırdı. K.-nın bütün bunlara uzun-uzadı tamaşa etməyə vaxtı yox idi, çünki burdakı işini tez qurtarmaq, rəssama bir-iki sual verib onu yoxlamaq və elə həmin dəqiqə də banka qayıtmaq istəyirdi. Burda kiçicik bir uğur qazana bilsə, bu gün bankdakı işləri də yaxşı gedəcəkdi. Dördüncü mərtəbədə addımlarını yavaşıtdı, nəfəsi kəsilirdi, pilləkənlər də, mərtəbələr də çox hündür idilər və rəssam da lap yuxarıda, çardaqda yaşayırdı. Burda hava çatmırdı, heç pilləkən duracaqları da yox idi, dar pilləkənlərin hər iki tərəfini divarlar tutmuşdu, yalnız hündürdə bir-iki balaca pəncərə qoyulmuşdu. K. yenicə dayanıb nəfəsini dərən anda mənzillərin hansındansa balaca qız uşaqları çıxaraq gülüçə-gülüşə, tələsə-tələsə yuxarı qalxmağa başladılar. K. yavaş-yavaş onların arxasınca getdi, qızlardan biri büdrəyərək geri qaldığı üçün ona çatdı, pillələri yanaşı çıxanda soruşdu:

– Rəssam Titorelli burda yaşayır? 

Təxminən on üç yaşında olan bu qız bir az da qozbel idi və cavab əvəzinə dirsəyi ilə K. toxundu, çəpəki nəzərlərlə onu süzdü. Nə yaşı, nə də fiziki çatışmazlığı qızı tamamilə pozulmaqdan xilas edə bilməmişdi. Heç gülümsəmir, yalnız ciddi, kəskin, gəl-gəl deyən baxışlarla K.-nı süzürdü. K. özünü elə göstərdi ki, guya onun özünü necə apardığını görmür və soruşdu: 

– Rəssam Titorellini tanıyırsan? 

Qız başını tərpədərək suala sualla cavab verdi: 

– Onunla nə işiniz var? 

K.-ya elə gəldi ki, bu tələsikdə də Titorelli barədə nəsə öyrənsə yaxşıdır. 

– Şəklimi çəkdirəcəm. 

– Şəklinizi çəkdirəcəksiniz?–ağzı açıla qalan qız əlini yüngülcə K.-ya toxundurdu, elə bil nəsə çox qeyri-adi, mənasız bir söz eşitdi, onsuz da qısa olan ətəyini əlləri ilə bir az da yuxarı dartaraq, bacardığı qədər sürətlə, artıq səsləri yuxarı mərtəbələrdə eşidilməz olan rəfiqələrinin arxasınca qaçdı. Pilləkənin növbəti dönəcəyində K. qızların hamısını təzədən gördü. Məlum məsələ idi ki, qozbeldən K.-nın nəyə gəldiyini öyrənmişdilər və onu gözləyirdilər. Onlar hər iki tərəfdən divara qısılmışdılar ki, K. aralarından rahat keçə bilsin və əlləri ilə önlüklərini düzəldirdilər. Qızların sir-sifətləri, eləcə divar boyu belə zülmələri həm uşaq olmalarından, həm də baxımsız qaldıqlarından xəbər verirdi. İndi K.-nı dövrəyə almış qızların başında yolgöstərən qozbel dayanmışdı. K. elə onun sayəsində mənzili düz tapmışdı. Əslində, bir az da qalxmaq isyirdi, ancaq qız ona göstərdi ki, Titorellinin yanına getmək üçün dönmək lazımdır. Rəssamın mənzilinə gedən pilləkən daha dar, uzun idi və qurtaracağı da görünürdü: Titorellinin qapısının ağzında sona çatırdı. Rəng vurulmamış taxtadan düzəldilmiş bu qapının qarşısı o birilərinə nisbətən daha ıqlı idi, çünki lap yuxarıda çəpinə qoyulmuş balaca bir pənrə vardı və Titorellinin adı da qalın fırça ilə qırmızı rəngdə yazılmışdı. K. öz dəstəsi” ilə pillənin ortasına çatmamış, yuxırıda qa azacıq aralandı və orada ge köynəyində bir kişi göründü, deyəsən hay-küylü addım səslərini eşitmişdi. Dəstəni göndə:

– Oho! – deyərək gözdən itdi. 

Qozbel sevincindən əl çaldı, o biri qızlar da K.-nın arxasına düzülərək sanki onu tələsdirməyə çalışdılar.

Onlar hələ çatmamış, rəssam qapını tam açdı və baş əyərək K.-nı içəri dəvət elədi. Qızları isə qoymadı, nə qədər minnət eləsələr də, zorla dürtülmək istəsələr də, heç birini içəri buraxmadı. Yalnız qozbel onun qolunun altından sivişib keçə bildi, ancaq rəssam tez onun ardınca cumdu, ətəyindən tutub fırlada-fırlada geri gətirdi, burda olmadığı anda belə içəri girməyə cəsarət etməyən qızların yanında yerə qoydu. K. heç bilmədi, bu gördüklərinə nə desin, sanki dostlar bir- biri ilə zarafatlaşırdı. Qapının ağzına düzülmüş qızlar boyunlarını irəli uzadaraq bir neçə zarafatyana söz dedilər, ancaq K. heç birini başa düşmədi, hələ də qozbeli əlindən yerə qoymayan rəssam güldü. Sonra o, qapını örtüb, yenə də təzim etdi, əlini K.-ya uzadaraq özünü təqdim etdi: 

 

F.Kafka "Məhkəmə"-18

 

– Rəssam– heykəltaraş Titorelli! 

K. hələ də arxasından qızların pıçıltısı eşidilən qapıya işarə etdi: 

– Deyəsən, bu binada sizi çox sevirlər...

– Yaman dəcəldirlər,–deyə rəssam əbəs yerə gecə köynəyinin son düyməsini bağlamağa çalışdı. Ayaqları da yalın idi, əynində sarı rəngə çalan enli kətan şalvar vardı, belini kəmərlə bərk sıxmışdı, ayaq tərəfi isə yellənirdi. – Bu dəcəllərin əlindən mənə rahatlıq yoxdur,–deyə sözünə davam etdi, köynəyin sonuncu düyməsi düşdüyü üçün əlini aşağı saldı, gedib kreslo gətirdi, K.- ya oturmağı təklif etdi,–Onlardan birinin–bu gün burda yoxdur–şəklini çəkmişəm, indi məndən əl çəkmirlər. Özüm evdə olanda, yalnız mənim icazəmlə içəri gəlirlər, evdə olmayanda isə, ən azı biri burda olur. Qapıya düşən açar düzəltdiriblər, bir-birinə ötürülər. Necə təngə gəldiyimi təsəvvür edə bilməzsiniz. Məsələn, şəklini çəkmək üçün bir qadınla evə gəlirəm, açarımla qapını açıram və görürəm ki, qozbel balaca stolun arxasında oturub fırça ilə dodaqlarını qırmızı boyayır, onun yanında qoyub getdikləri balaca bacı-qardaşları da ora-bura qaçışır, hər yeri töküb-dağıdırlar. Ya da gecəyarısı–bu, dünən başıma gəlib–evə qayıdıram,–xahiş edirəm, bunları nəzərə alaraq burdakı səliqəsizliyə görə məni bağışlayasınız,–hə, evə qayıdıram, yatağa girmək istəyirəm, ayağıma nəsə dəyir, əyilib çarpayının altına baxıram, birini ordan dartıb çıxarıram... Heç bilmirəm, məndən nə istəyirlər, özləri başa düşməlidir ki, onlardan xoşum gəlmir. Əlbəttə, işimə manilik törədirlər. Bu emalatxanamə mə pulsuz vermiş olsaylar, çoxdan köçüb getmişdim...

Həmin anda qapının arxasından zərif, ürk bir səs eşidildi:

– Titorelli, indi gələ bilərik?

– Yox! 

Həmin səs yenə eşidildi: 

– Tək mən də gələ bilmərəm? 

– Sən də gələ bilməzsən!–deyə rəssam qapıya tərəf gedib, onu arxadan bağladı. 

Bu aralıqda K. imkan tapıb otağa göz gəzdirmişdi və heç ağlına da gətirə bilməzdi ki, belə miskin balaca otağa emalatxana demək olar. Eni də, uzunu da heç iki addım olmazdı. Hər şey–döşəmə də, divarlar da, tavan da taxtadan idi və tirlərin arasında nazik şırımlar görünürdü. K. ilə üzbəüz divarın dibində üstünə rəngbərəng yataq dəsti salınmış çarpayı vardı. Otağın ortasındakı molbertin üstündə bir şəkil vardı və onun üzərinə qolları döşəməyə çatan köynək salınmışdı. Hava dumanlı olduğu üçün K.-nın arxasındakı pəncərədən yalnız qonşu binanın qarla örtülmüş damı görünürdü. 

Qapıdan gələn açar səsi K.-ya xatırlatdı ki, burdan tez getmək istəyirdi. Ona görə də fabrik sahibinin məktubunu cibindən çıxarıb rəssama verdi və dedi:

– Haqqınızda bu cənabdan–tanışınızdan eşitmişəm və onun məsləhəti ilə gəlmişəm. 

Rəssam onu ötəri oxuyaraq çarpayının üstünə tulladı. Fabrik sahibi Titorellidən yaxın tanışı, onun sədəqəsinə möhtac olan kasıb bir adam kimi danışmamış olsaydı, doğrudan da elə bilərdin, rəssam fabrik sahibini heç tanımır və ya, ən azı, onu yadına sala bilmir. Hələ üstəlik də soruşdu: 

– Siz şəkil almaq, yoxsa şəklinizi çəkdirmək istəyirsiniz? 

K. heyrətlə rəssama baxdı. Görəsən məktubda nə yazılmışdı?

K. elə bilmişdi ki, fabrik sahibi öz məktubunda onun məhkəmə barədə məlumat almaq istədiyini yazmışdı–başqa cür də ola bilməzdi! Çox tələsmiş, hər şeyi götür-qoy etmədən durub bura qaçmışdı! Ancaq indi rəssama nəsə cavab verməli idi və molbertə baxaraq dedi:

– Hazırda şəkil üzərində işləyirsiniz? 

– Bəli,–deyə rəssam molbertin üzərinə çəkilmiş köynəyi götürüb çarpayının üstünə–məktubun yanına tulladı,–Portretdir, ancaq hələ tam hazır deyil.

Göydəndüşmə bir təsadüf K.-ya məhkəmədən söz salmağa fürsət verdi, çünki bu, hansısa bir hakimin portreti olmalı idi. Yeri gəlmişkən, şəkil vəkilin iş otağında gördüyünə çox bənzəyirdi. Düzdür, burda tamamilə başqa bir hakim–kök, yanaqlarını görünməz edən qalın qara saqqallı bir kişi təsvir olunurdu, ancaq ordakı yağlı boya ilə işlənmişdi, bu isə rəngli karandaşlarla çəkildiyi üçün zəif, solğun çıxmışdı. Qalanlar isə eyni idi, çünki burda da hakim kreslosunun dirsəkaltından yapışaraq sanki qəzəblə ayağa qalxmaq istəyirdi. K. elə o dəqiqə “Bu ki hakimdir!”–demək istədi, ancaq hələlik özünü saxladı, bütün xırdalıqlarına baxmaq üçün şəklə yaxınlaşdı. Kürsünün arxa söykənəcəyinin düz ortasında təsvir olunmuş iri fiqurun nə olduğunu başa düşmədi, rəssamdan soruşdu. Rəssam dedi ki, onun üzərində bir az işləmək lazımdır və stolun üstündən rəngli bir karandaş götürüb fiqurun kənarlarını bir az işlədi, ancaq K. yenə də heç nə başa düşmədi. Nahayət, rəssam dilləndi: 

– Bu,ədalətdir!

İndi tanıdım,–dedi K.–bax, bu gözlərini bağlamaq üçün tərəzi, bu da zidir. Ancaq niyə qanadları ayaqlarındadır və sanki qaçır?

– Elədir, sifariş əsaında belə çəkmişəm. Əslində, Ədalət və Zər ilahələri bir yerdə təsvir olunub. 

– O qədər də yaxşı ittifaq deyil,–K. gülümsədi,–Ədalət yerindən tərpənməməlidir, yoxsa tərəzi pozular, qərar ədalətli olmaz. 

– Bu məsələdə mən sifarişçidən asılıyam... 

– Elədir,–deyən K. sanki bu iradı ilə heç kimin xətrinə dəymək istəmədiyini bildirdi,–bu fiquru elə çəkmisiniz ki, sanki doğrudan da kreslonun söykənəcəyində dayanıb. 

– Xeyr, mən nə fiqur, nə də hakim kreslosu görmüşəm, bunların hamısı təxəyyülün məhsuludur, ancaq nə çəkəcəyimi mənə demişdilər. 

– Necə yəni demişdilər?–K. özünü elə göstərdi ki, guya rəssamı yaxşı başa düşmür,–bu, kreslosunda oturan hakim deyil?

– Elədir, ancaq baş hakim deyil və heç vaxt da belə kresloda oturmayıb. 

– Ancaq buna baxmayaraq belə təntənəli görkəmdə şəklini çəkdirir? Lap Ali Məhkəmənin sədri kimi oturub.

– Bəli, bu cənablar yaman şöhrətpərəstdirlər. Ancaq belə şəkil çəkdirməyə yuxarılardan icazələri var. Hamısına dəqiq deyilib ki, şəkillərini necə çəkdirə bilərlər. Təəssüf ki, bu şəklə görə onların mantiyaları, kresloları barədə heç nə demək olmaz, rəngli karandaş belə təsvirlər üçün yaramır. 

– Elədir, ancaq qəribədir ki, bu şəkil rəngli karandaşla çəkilib. 

– Hakim özü belə istədi, qadına bağışlayacaq.

Deyəsən, şəklin görünüşü rəssamı həvəsə gətirdi, köynəyinin qollarını çırmalayaraq bir neçə karandaş götürdü və K. karandaşların dalğavari hərəkətləri ilə hakimin baş tərəfində qırmızıya çalan kölgənin necə yarandığına, həmin kölgənin parıltısının şəklin kənarına tərəf uzandığına tamaşa elədi. Bu oynaq kölgə tədricən başa vurulan bəzəyə və ya taca oxşamağa başladı. Yalnız Ədalət ilahəsinin fiquru güclə nəzərə çarpacaq dərəcədə işıqlı qaldı və fiqur bu işıqda daha qabarıq görünməyə başladı. İndi o nə Ədalət, nə də Zəfər iilahəsinə bənzəyir, daha çox Ovçuluq ilahəsini xatırladırdı. Rəssamın necə ləməsi K.-nı istədiyindən də çox maraqlandırmışdı. Ancaq

sonda özünü danladı ki, burda çox qaldı və öz işi üçün heç nə eləmədi. Qəflətən soruşdu: 

– Bu hakimin adı nədir? 

– Bunu deməyə ixtiyarım yoxdur,–deyən rəssam şəklə tərəf əyilmişdi, sanki bir az bundan əvvəl hörmətlə qarşıladığı qonağını indi tamam unutmuşdu.

K. rəssamın bu hərəkətini şıltaqlıq hesab elədi və özünə acığı tutdu ki, niyə bu qədər vaxt itirdi.

– Siz yəqin məhkəməyə mərhəm adamlardansınız, elə deyilmi?–deyə soruşdu.

Rəssam o dəqiqə karandaşları yerinə qoydu, qəddini düzəldərək əllərini ovuşdurdu və təbəssümlə K.-ya baxdı: 

– Bəli, indi açıq danışmağın vaxtı yetib... Məktubda da yazıldığı kimi, siz məhkəmə barədə məlumat əldə eləmək istəyirsiniz və məni də öz tərəfinizə çəkmək üçün əvvəlcə şəkillər bardə söhbətə başalayırsınız... Ancaq incimirəm, axı siz hardan biləsiniz ki, bu yolla məni ələ almaq olmaz. Xahiş edirəm...–K.-nın etiraz etmək istədiyini görüb, ona aman vermədi və sözünə davam etdi:–Yeri gəlmişkən, tamamilə düz dediniz, mən məhkəməyə mərhəm adamam...–Sözünə ara verdi, sanki bununla K.-ya öz vəziyyətilə barışmağa imkan yaratdı. Qapının arxasından yenə də qızların səsi eşidildi. Çox güman ki, ora yığışıb ya açar deşiyindən, ya da aralı qalmış yerlərdən içəri baxırdılar. K. bu və ya digər şəkildə üzr istəmək fikrindən vaz keçdi, çünki onun fikrini mövzudan yayındırmaq istəmirdi və bir də ən çox onu istəmirdi ki, rəssam özünü çəkib dağın başına qoysun. Ona görə də soruşdu: 

– Siz orda rəsmi vəzifədəsiniz? 

– Xeyr!–rəssam qısa cavab verdi, sanki bu sual onu çox danışmağa qoymurdu. 

K. isə onun susmasını istəmirdi və ona görə dedi: 

– Ancaq çox vaxt qeyri-rəsmi vəzifədə olanların sözü rəsmi vəzifədə olanların sözlərindən keçərli olur.

– Mənimki eləsindəndir,–deyə rəssam qaşlarını dartaraq başını tərpətdi,–dünən fabrik sahibi ilə sizin işiniz barədə danışdıq. Məndən soruşdu ki, sizə kömək edə bilərəmmi. Dedim ki, həmin adam özü yanıma gəlsin və çox şadam ki, belə tez gəldiniz. Deyəsən, bu iş sizi çox narahat edir... Mən buna təəccüblənmirəm... Bəlkə əvvəlcə paltonuzu çıxarasınız?

 Ardı var...

Səslərin sayı: 0
0
920
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ

    Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
  • Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi

    Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi
  • Kakaolu, armudlu keks (foto-resept)

    Offf nə yeməli görsəndi
  • Məşhur Maqnat 150 milyonluq ev aldı

    Heç manqat qırağa dursun milyonçu qızı da olmadıq
  • 14:32 - Müəllif: Feride
    Həyatı yoldaşı seçərkən... (1)

    Həyatı yoldaşı seçərkən...

    Maraqlıdır ki, ağıllı xanımlarla evlənən bəzi kişilərin beynində “zəiflik” rast gəlinsə də, xəstəliyin heç bir əlamətindən əziyyət çəkməyiblər. Onlar tam əmin olub ki, son dərəcə intellektual və işləkdirlər.
  • Ərdoğan məşhur aşpazın qonağı oldu

    İnstagramda Burakı izliyirəm xoşum gəlir
  • 2019-un ən çox qazanan ifaçıları

    TEylor bu pulu nəydən qazanır?
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    В детской стоматологии Family Dent отличный подход к детям. Старшей дочери недавно установили здесь титановые брекеты, а младшему сыну вылечили зубы совсем без слез. Такого еще ни разу не было. Впервые без нервотрепки и криков. Теперь ходим только сюда - стоматология Family Dent Мне эта стоматология Family Dent понравилась очень качественной . Всего хорошего рекомендую !
  • 12:25 - Müəllif: Sima
    Qadınlara 25 milyon ödəyəcək (2)

    Qadınlara 25 milyon ödəyəcək

    Qalmaqallı prodüser Harvi Vaynşteynlə bağlı məhkəmə qərar verib.
  • 12:14 - Müəllif: Sima
    Məşhur müğənni yeni İMİCDƏ (1)

    Məşhur müğənni yeni İMİCDƏ

    Məşhur müğənni yeni İMİCDƏ
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış