Bakıda hava
USD AZN
EUR AZN
09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41115

Azərbaycan coğrafiyasının inkişaf tarixi-7 (son)

 

Azərbaycan coğrafiyasının inkişaf tarixi-7 (son)

 

Ardı...

Ətraf mühitin mühafizəsi

Azərbaycanın coğrafiya tarixində ətraf mühitin mühafizəsi inkişaf etməkdə olan yeni və əhəmiyyətli elm sahəsidir. Bu sahənin adı hələlik tam sabitləşməyibdir, ona görə də "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlarda istifadə", "Ekoloji coğrafiya" və başqa adlar işlədilir. Müxtəlif adların işlədilməsi bu elmin nisbətən cavan olması elmlər arası sintez xarakteri daşıması və s. ilə bağlıdır.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə elm sahəsinin mahiyyətini təbiət-insan- təsərrüfat üçlüyünün arasındakı qarşılıqlı əlaqələr təşkil edir. Bu əlaqələr Azərbaycan ərazisində elə ahəngdar qurulmalıdır ki, onun təbiəti və ehtiyatları xalqımızın həm indiki və həm də gələcək nəsillərinin maddi və mənəvi tələbatını tam ödəyə bilsin. Ona görə də Azərbaycan təbiətinin mühafizəsi, bərpası və səmərəli istifadə olunmasının öyrənilməsi sahəsində digər elmlərlə yanaşı, coğrafiya elmi də fəal iştirak edir.

Belə ki, göstərilən sahənin coğrafi aspektlərinin ciddi tədqiq olunmasına böyük ehtiyac duyulur. Bu tələbat ondan irəli gəlir ki, uzun illərdən bəri respublikamızın yeraltı və yerüstü sərvətləri intensiv istismar olunduğu halda, keçmiş sosialist planlı təsərrüfatçılıq şəraitində, onun qorunmasına və geniş bərpasına zəif diqqət yetirilirdi. Bu boşluğun doldurulmasında, problemin elmi əsaslarla öyrənilməsində 1969-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunda, təbiətimizin qorunmasında böyük xidmətləri olan akademik H.Ə.Əliyevin təşəbbüsü ilə "Təbiəti mühafizə şöbəsi"-nin yaradılması mühüm rol oynamışdır.

Ölkədə ətraf mühitin mühafizəsi ilə bağlı aşağıdakı istiqamətlərdə geniş elmi-tədqiqat işləri aparılmışdır: dağ-mədən rayonlarında pozulmuş torpaqların rekultivasiyası, qırılan və quruyan meşə sahələrinin bərpası; meşə ziyanvericilərinə qarşı mübarizə üsulları; sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrinin çirkləndirdikləri torpaqların və atmosferin qorunması; su hövzələri və su anbarlarının mühafizəsi və s.. Aparılan bu tədqiqatlar əsasında 1976-1980-ci illərdə Azərbaycanın meşə təsərrüfatının inkişafının baş sxemi və başqa layihələr hazırlanmışdır.

Meşələrin bərpası işlərində yerli ağac növlərindən geniş istifadə olunmasının üstünlükləri müəyyən edilmişdir. Qarayazıdan başlamış Xəzər dənizinədək uzanan Kürqırağı tuqay meşələrinin mühafizəsi və bərpasının ətraflı öyrənilməsi (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1976) həyata keçirilmişdir. Meşəçilik sahəsində əldə olunan elmi tədqiqatların və aparılan təcrübələrin nəticələrindən Qarayazı, İsmayıllı və Hirkan (Lənkəran) dövlət qoruqlarının bərpası və inkişafında geniş istifadə edilmişdir. Meşə örtüyünün zərərverici həşəratlardan qorunması üzrə bioloji üsullar hazırlanmışdır (Ə.R.Əliyev, 1968). Azərbaycanın ilk dəfə olaraq meşə xəritəsi tərtib olunmuşdur (N.Axundov, 1986). H.Ə.Əliyev və M.E.Salayevin rəhbərliyi altında Azərbaycan torpaqları, xüsusilə meşə torpaqları, onların mühafizəsi və s. coğrafiyası ətraflı surətdə öyrənilmişdir. H.Ə.Əliyevin "Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları"(1964), "Qəhvəyi meşə torpaqları" (1965), M.E.Salayevin "Kiçik Qafqazın torpaqları" (1966), "Azərbaycan torpaqlarının diaqnostikası və təsnifləşdirilməsi" (1991) monoqrafiyaları və b. çap edilmişdir.

Azərbaycan torpaqlarında baş verən eroziya prosesləri, xətti eroziya və onları yaradan təbii-antropogen amillər, mübarizə tədbirləri ümumi və regional miqyasda ətraflı tədqiq edilmiş, zəngin elmi ədəbiyyat və xəritələr yaradılmışdır (K.Ə.Ələkbərov, F.Ə.Hacıyev, Ə.M.Rüstəmov və b.). Daşkəsən və Gədəbəy bölgələrində dağ-mədən tullantılarının aqrokimyəvi xüsusiyyətləri və mikroelementlərinin mexaniki tərkibi öyrənilmişdir. (K.R.Məmmədov, 1988). Müəyyən edilmişdir ki, bu rayonlarda torpaqların rekultivasiyasını aparmaqdan qabaq onları əhənglə qarışdırmaq lazımdır. Yalnız belə halda rekultivasiya olunmuş torpaqlarda bitki əmələ gəlir.

Mis mədənlərinin bərk tullantılarından və sularından mikrogübrə kimi üzüm bağlarında istifadə edilməsi, onun məhsuldarlığını yüksəldir və yarpaqlarında əmələ gələn göbələk xəstəliklərini tamamilə yox edir.

1972-ci ildən başlayaraq Azərbaycanın 30-dan çox bölgəsində torpaq və şum qatlarında radioaktiv elementlərin paylanma xəritə sxemi tərtib olunmuşdur ki, bunların da əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyəti vardır (A.H.Niyazov, 1985,1988).

Ermənistan Respublikasının qonşuluğumuzda yerləşən Qafan, Qacaran, Aqarak, Dəstəkert mis-molibden kombinatlarından Oxçuçaya və Araza axıdılan çirkli suları bu regionun ətraf mühitinə və kənd təsərrüfatı bitkilərinin ekologiyasına mənfi təsir göstərir.

Həmin sularla suvarılan torpaqlarda ağır metalların həcmi həddən artıq olmuşdur (İ.Ə.Quliyev, 1990). Xəzər dənizinin ekoloji şəraitiningərgin vəziyyəti nəzərə alınaraq onun öyrənilməsinin və mühafizəsinin təşkili həm respublikamızın və həm də həmsərhəd ölkələrin daim diqqət mərkəzində durmalıdır. Bakı arxipelaqının dibində neft və digər çirkləndirici maddələrin paylanması təsnifatı verilmişdir (Ə.Q.Gül, 1993), Azərbaycan sahil zonasına axıdılan çirkab sularının miqdarı və tərkibi öyrənilmişdir (N.M.Ağalarova, 1992).

Alimlərimiz bütövlükdə Xəzər akvatoriyasında çirklənmənin tərkibi, Azərbaycan sahillərində isə yayılmasının kəmiyyət və keyfiyyət tərkibini öyrənmiş və onların ilkin xəritələrini tərtib etmişlər. Xəzər dənizinin ekoloji mühitinin qorunmasına həsr edilən fundamental əsərlərdən biri də A.Q.Kasumov "Xəzər gölünün ekologiyası", (Bakı, 1994, rus dilində) monoqrafiyasıdır. Burada Xəzərin bütövlükdəçirklənməsi, bioloji mühiti və onun qorunması haqqında ətraflı biliklər verilir. Hazırda Xəzər üçün ən vacib problem onun sektorlara bölünməsini başa çatdırmaq, onun mühafizəsini isə bütün sahil ölkələrilə birgə həyata keçirməkdir.

Hazırda Xəzərin neft-qaz ehtiyatlarından geniş istifadə edilməsi ilə əlaqədar olaraq, onun mühafizəsinin beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi bu ölkələrin diqqət mərkəzində durmalıdır. Şəhərlərin sənaye müəssisələrinin müxtəlif tullantılarla atmosferivə ətraf ərazilərin çirkləndirilməsi məsələləri Gəncə şəhəri timsalında ətraflı öyrənilmişdir (İ.B.Xəlilov, 1991, Ş.İ.Məmmədova, 1996). Bu tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Gəncə və onun ətraf ərazilərini ən çox alüminium zavodunun tullantıları çirkləndirir.

 

Azərbaycan coğrafiyasının inkişaf tarixi-7 (son)

 

Azərbaycan Respublikasının müxtəlif regionlarında fəaliyyət göstərən istilik-elektrik stansiyalarının ətraf mühitə təsiri məsələləri də tədqiq edilmişdir və səmərəli təkliflər verilmişdir (A.B.Mirzəyev, 1987).

Azərbaycan çaylarının istifadəsi və su hövzələrinin qorunması məsələləri (R.B.Abdullayev, F.Y.Fətullayev, N.Ə.Məmmədov), su anbarlarının ətraf mühitə təsiri (Ş.B.Xəlilov, 1991) Abşeron göllərinin ekoloji vəziyyəti (A.A.Əliyev, 1991) və s. məsələlərin kompleksli tədqiqi aparılmışdır.

Bakı Dövlət Universitetinin Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının əməkdaşları Abşeronun neftlə çirklənmiş torpaqlarının bioloji rekultivasiyası (N.K.Mikayılov), Xəzərsahili zonaların mühafizəsi və ətraf mühitin optimallaşdırılması (Ş.Y.Göyçaylı) və s. üzrə geniş elmi-tədqiqat işləri aparmışdır. Kafedranın təşəbbüsü ilə 1990-1997-ci illərdə ekologiya üzrə respublika miqyaslı elmi-metodiki konfranslar keçirilmişdir. Konfransların materiallarında maraqlı məlumatlar verilmiş və faydalı təkliflər irəli sürülmüşdür.

Ətraf mühitin mühafizəsi üzrə iri həcmli təşkilatı-idarəetmə və elmi-layihələşdirmə işləri görülmüşdür.

Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi, Azərbaycan Milli Aerokosmik Agentliyi və onun nəzdində Ekologiya İnstitutu yaradılmışdır. Kosmosdan ətraf mühitin müntəzəm öyrənilməsi, mühafizəsi və onda baş verən dəyişiklikləri izləyən müşahidələrin aparılması və s. istiqamətində iri həcmli tədqiqat işləri həyata keçirilir. Azərbaycan EA Coğrafiya İnstitutunun müvafiq şöbələri və BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasının əməkdaşları "Azərbaycanda təbiətin mühafizəsinin (1986-2000-ci illər) kompleks sxemi"-nin və təbii ehtiyatlardan səmərəli istifadə olunmasının kompleks proqramı»nın və digər çox mühüm dövlət layihələrinin hazırlanmasında yaxından iştirak etmişlər.

Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə və coğrafi ekologiya ixtisasları üzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadr hazırlığı aparılır. 1981-ci ildən isə müvafiq kafedra yaradılmışdır.

Azərbaycan təbiətinin öyrənilməsində, təbliğində və ətraf mühitin mühafizəsi sahəsində bir çox alimlərin danılmaz əməkləri olsa da, akademiklərdən H.Ə.Əliyevin və B.Ə.Budaqovun apardıqları işlər xüsusi qeyd olunmalıdır.

Azərbaycanın təbiətinin qorunması haqqında ilk həyəcan təbilini vuran akad. H.Ə.Əliyev olmuşdur. Özünün "Həyəcan təbili" (1982) kitabında akademik yazmışdır: "Torpaq dilə gəlib şikayətləndi. Kimdən? Özünün süd verib bəslədiyi insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından birisi kimi haray saldım... dedim ki, qoysəsimi hamı eşitsin. Həyəcan təbilini insanların qulağının dibindən asmaq lazımdır". Digər müəlliflərlə şərikli yazdığı "Kənd təsərrüfatı və təbiətin mühafizəsi" (1980), "Azərbaycanın torpaq fondu və onların səmərəli istifadəsi və mühafizəsi"(1982) və b. əsərlərində Həsən Əliyev təbiətin ən böyük keşikçisi olaraq qalmışdır.

B.Ə.Budaqovun bu istiqamətdə apardığı tədqiqatlar onun "Təbiəti qoruyaq" (1977), "Dözümlü və dözümsüz təbiət" (1990) və b. kitab və məqalələrində öz əksini tapmışdır. Müəllif bizim ədəbiyyatda ilk dəfə olaraq üç aparıcı-təbii, təbii-antropogen və antropogen amillərinəzərə alaraq Azərbaycan ərazisini 22 ekoloji-coğrafi rayona ayırmışdır. Hər bir rayonun ətraf mühitinin gərginlik dərəcəsindən asılı olaraq kompleks tədbirlər hazırlanıb həyata keçirmə haqqında dəyərli tövsiyyələr verilmişdir.

Azərbaycanın yeni iqtisadi şəraitə keçməsi, onun təbii ehtiyatlardan xüsusilə, neft–qazdan istifadəyə beynəlxalq şirkətlərin cəlbedilməsi ətraf mühitin qorunması və bərpasının dünya standartları səviyyəsində qurulması işləri ciddi dövlət nəzarəti altındasaxlanılmalıdır. Beynəlxalq təbiəti mühafizə təşkilatları–BMT ətraf mühitin mühafizəsi üzrə Proqramı (UNEP-inqilis.) və digərləri ilə əlaqələrin genişləndirilməsi böyük fayda verərdi.

Taptıq Həsənov

Əbdürrəhim Hacızadə

"Coğrafiya tarixi"

Səslərin sayı: 4
8
5043
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Beynəlxalq təbiəti mühafizə təşkilatları–BMT ətraf mühitin mühafizəsi üzrə Proqramı (UNEP-inqilis.) və digərləri ilə əlaqələrin genişləndirilməsi böyük fayda verərdi.
13 iyun 2015 10:12
Offline
Qəribə
Təşəkkürlər xəbərə görə.
28 aprel 2015 21:23
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Şəri Babayeva
Təşəkkürlər Agat.
28 aprel 2015 18:51
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
Ətraf mühiti elə təmizlədilər ki heç ağacda qalmadı , bir yannan meşələr kəsilir bir yannan da şəhərdəki ağaclar bir azdan ogisgensiz qalacıyıq

Bəli tam razıyam sizinlə Fatma xanım. Di gəl ki, həyətində quruyub aşmaq üzərə olan ağacı kimsə kəssə yazığı həbs edərlər.
28 aprel 2015 12:45
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Ətraf mühiti elə təmizlədilər ki heç ağacda qalmadı , bir yannan meşələr kəsilir bir yannan da şəhərdəki ağaclar bir azdan ogisgensiz qalacıyıq
28 aprel 2015 11:32
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Azadə Həbibzadə
Azərbaycanın yeni iqtisadi şəraitə keçməsi, onun təbii ehtiyatlardan xüsusilə, neft–qazdan istifadəyə beynəlxalq şirkətlərin cəlbedilməsi ətraf mühitin qorunması və bərpasının dünya standartları səviyyəsində qurulması işləri ciddi dövlət nəzarəti altındasaxlanılmalıdır. Beynəlxalq təbiəti mühafizə təşkilatları–BMT ətraf mühitin mühafizəsi üzrə Proqramı (UNEP-inqilis.) və digərləri ilə əlaqələrin genişləndirilməsi böyük fayda verərdi.
28 aprel 2015 00:11
Offline
Ellada Babayeva
Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə və coğrafi ekologiya ixtisasları üzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadr hazırlığı aparılır. 1981-ci ildən isə müvafiq kafedra yaradılmışdır.
27 aprel 2015 23:14
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
✦AyseL✧
Tewekkurler yalan demiyim sona qeder sebrim catmadi oxumaga 2ci wekile qeder oxudum .indiye qeder de bacardigim qeder oxumuwam hansini gordumse.Tewekkurler AGat xanim give_ros
27 aprel 2015 22:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 13 yaşlı aktrisa vəfat etdi-SƏBƏB

    Qeyd edək ki, Qriqqs səhnəyə ilk dəfə 6 yaşında olarkən Skarlet Yohanson ilə birlikdə çıxmışdı
  • 9 yaşlı uşaq Universitet məzunu olmağa hazırlaşır

    Hollandiyanın Eyndhoven Texnik Universitetində təhsil alan 9 yaşlı Simons artıq məzun olmağa hazırlaşır
  • Məşhur model körpəsinin cinsiyyətini açıqladı

    Ana olmağa hazırlaşan kök model Eşli Qraham övladının cinsiyyətini açıqlayıb.
  • Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO

    Hazırda "Hakan Muhafız" serialında rol alan türkiyəli aktyor Çağatay Ulusoyun son görüntüsü pərəstişkarlarını məyus edib.
  • 2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI

    Qadin.Net axşam.az-a istinadən məlumatına görə, 2019-ci ildə sərvətinə sərvət qatan sənətçilər siyahısına 185 milyon dollar gəlirlə Teylor Svift liderlik edib.
  • Qış toyu üçün rəng seçimi

    Tünd qırmızı və açıq çəhrayı rənglər toyda romantik ab-hava yaradacaq.
  • 02:30 - Müəllif: AntonVoxVR
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Читай обзор, регистрируйся в Чемпион Слот и получи бонусы до 200 000 руб.!
  • 02:23 - Müəllif: itapraicMB
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Ciao a tutti vengo dall'italia / itawero
  • 00:31 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://www.pinterest.ru/pin/714735403347718041 http://vk.com/topic-904265_40504955 http://www.pinterest.ru/pin/715861303254582158 http://vk.com/topic-904191_39874195 http://vk.com/topic-904237_43526531 http://vk.com/topic-904054_39900850 http://vk.com/topic-904332_40136975 http://www.pinterest.ru/pin/849561917192616492 http://www.pinterest.ru/pin/626774473125363015 http://vk.com/topic-904173_40730756 http://vk.com/topic-904061_39874218 http://vk.com/topic-904263_40720361 http://vk.com/topic-904482_40133937 http://vk.com/topic-904431_39885114 http://vk.com/topic-904168_40529147 http://www.pinterest.ru/pin/821977369475118984 http://vk.com/topic-904252_40137120 http://www.pinterest.ru/pin/731905376926224772 http://www.pinterest.ru/pin/647603621401782410 http://www.pinterest.ru/pin/770185973758760565 http://www.pinterest.ru/pin/817051557381779501 http://vk.com/topic-904891_39887013 http://vk.com/topic-904464_39907109 http://www.pinterest.ru/pin/692921092654206510 http://vk.com/topic-904252_40131975 http://vk.com/topic-904218_40537829 http://www.pinterest.ru/pin/781022760363413383 http://vk.com/topic-904173_40721053 http://vk.com/topic-904054_39898290 http://vk.com/topic-904252_40134345 http://www.pinterest.ru/pin/775815473293345654 http://www.pinterest.ru/pin/617274692661413671 http://vk.com/topic-904310_40743302 http://vk.com/topic-904263_40722907 http://www.pinterest.ru/pin/589690144943716474 http://vk.com/topic-904263_40724300 http://www.pinterest.ru/pin/624381935823070388 http://vk.com/topic-904168_40530106 http://vk.com/topic-904062_40126561 http://vk.com/topic-904191_39874733 http://www.pinterest.ru/pin/798614946408986543 http://vk.com/topic-904197_43527014 http://vk.com/topic-904334_39910390 http://www.pinterest.ru/pin/634233560007930382 http://www.pinterest.ru/pin/742249582320886061 http://www.pinterest.ru/pin/791507703245014908 http://www.pinterest.ru/pin/849913760913005657 http://www.9damaomods.com/space-uid-1400274.html http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4
  • Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR

    Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış