Bakıda hava
USD AZN
EUR AZN
09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41115

Yeni dövrün coğrafiyası (XV-XIX)-3 (son)

 

Yeni dövrün coğrafiyası (XV-XIX)-3 (son)

 

Ardı...

Yeni dövrün coğrafiyası (XVIII əsrin ortasından–XIX əsrin ortasına qədər)

On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir. Həmçinin Rusiyanın da beynəlxalq nüfuzu artır, onun ərazisi xeyli genişlənir və ölkə Qara dənizə çıxış əldə edir. Fransanın başı inqilablara və Napoleonun apardığı müharibələrə qarışır, nəticədə Şimali Amerikadakı torpaqlarını itirir. ABŞ 1776-cı ildə özünü müstəqil elan edir.

Coğrafiyanın tarixində Yeni mərhələ XVIII əsrin 60-cı illərindən sonra daha qabarıq şəkildə nəzərə çarpmağa başlayır. Belə ki, istehsal münasibətlərinin inkişafı elmin, ədəbiyyatın, incəsənətin də hərtərəfli inkişafına səbəb olmuşdur, bir sıra yeni elm sahələri meydana gəlmişdir. İndi artıq adi faktları sadalamaqla məhdudlaşan təsviri tədqiqatlar deyil praktiki əhəmiyyətli eksperiment əsasında qoyulmuş, sistemləşdirilmiş, dərin riyazi təhlillərlə əsaslandırılmış yeni elmi tədqiqat işləri tələb olunurdu.

Məhz bu dövrdən başlayaraq elmi-tədqiqat məqsədləri üçün böyük dəniz və quru ekspedisiyaları təşkil olunur. Okeanın öyrənilməsində Kukun səyahətləri yeni dövr açır. Bəzi xarici müəlliflər bu dövrü "Kuk əsri" adlandırırdılar. Eyni vaxtda Rusiyada iri "akademik" ekspedisiyalar təşkil olunurdu. Xəritələşdirilmədə bu dövr dövlət kartoqrafiyasının əsasının qoyulması İngiltərə və Fransanın dənizlərdə rəqabətinin güclənməsi ilə eyni vaxta düşür. Yeni torpaqlar axtarmaq və onları ələ keçirmək məqsədilə bu ölkələr müxtəlif dəniz ekspedisiyaları təşkil edirlər. Bunlardan ən görkəmli elmi nəticələri Ceyms Kukun səyahətləri əldə etmişdir.

Ceyms Kuk (1728-1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və Magellandan sonra üçüncü çəkilir. Ceyms Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq Kuk ilk dəfə Okeaniuanı dünyaya tanıdanlardan olmuşdur.

Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün  müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.

Birinci ekspedisiyanın (1768-1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq  və əgər o real olarsa sərhəd nişanı ilə Britaniya tacına taxmaq. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qviney adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi.

İkinci ekspedisiya (1772-1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini kəsib keçir və heç kimin o vaxta qədər enə bilmədiyi 71010 c.e. olur. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun- Cənub Torpaqlarının olmadığı qənaətinə gəlir.

Kukun 1776-cı ildə təşkil olunan üçüncü ekspedisiyasının məqsədi Atlantik okeanından Sakit okeanına gedən yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, burada tapdıqları buruna Prins Uelsin adını verirlər, lakin keçilməz buzlar onları dəniz yolu axtarışı fikrində daşınmağa məcbur edir və geri dönürlər. 1779-cu ildə geriyə dönən Kuk yolüstü Havay adalarını kəşf edir və baş verən münaqişə zamanı yerli sakinlər tərəfindən həmin ilin 22 fevralında öldürülür.

XIX əsrin başlanğıcında böyük dəniz səyahətlərinin təşkili işində birincilik   Rusiyanın əlinə keçir. Əvvəlcə Amerikanın o zamanlar Rusiyaya məxsus olan Alyaska (1867-ci ildə Çar hökuməti ABŞ-a satmışdır) sahillərinə getmək üçün İ.F.Kruzenştern və Y.F.Lisyanskinin (1803-1806-cı illər) başçılığı ilə təşkil olunan ekspedisiya daha böyük işlər gördü. Bu dünya səyahəti nəticəsində Saxalin və Yaponiya sahillərinin bir hissəsinin təsviri verilir. Okeanoqrafiyaya aid tədqiqatlar aparılır, botanika və zoologiya kolleksiyaları toplanır.

Kuk kimi nüfuzlu səyyahın dediyindən sonra uzun illər cənub materikinin axtarışına fasilə verilmişdir. Nəhayət, 1819-1821-ci illərdə Rusiya dövləti F.F.Bellinshauzen və M.P.Lazaryevin başçılığı ilə naməlum Cənub materikinin axtarışına ekspedisiya göndərir. Onların gəmiləri bu naməlum materikin ətrafına fırlanır, beş dəfə sahilə xeyli yaxınlaşır və Antarktikanın sularında çoxlu yeni adalar kəşf edir. Ekspedisiyanın Antarktida sahillərinə ilk dəfə yaxınlaşdığı gün-28 yanvar 1820-ci il onun kəşf olunma tarixi kimi qəbul olunur. Sonralar bir sıra digər ekspedisiyalarda iştirak etmiş F.F.Bellinshauzeni sonuncu böyük dəniz səyyahı adlandırmaq olar. Yerin axırıncı materiki artıq kəşf olunmuşdur.

 

Yeni dövrün coğrafiyası (XV-XIX)-3 (son)

 

Dəniz səyyahlarının, yəni ilk kəşfiyyatçıların işləri hələlik başa çatsa da, səyahətçilərin işləri davam edirdi. Belə ki, bütün materiklərdə hələlik öyrənilməmiş çoxlu "ağ ləkələr" qalırdı. Onlar iki qütb dairəsində daha çox idi. Rusiyanın özündə olan sosial-iqtisadi vəziyyət ölkənin təbii şəraiti və təbii ehtiyatlarının hərtərəfli öyrənilməsinə diqqəti artırmağı tələb edirdi. Bu məqsədlə təşkil olunan akademiya ekspedisiyaları (1768-1774-cü illərdə) Rusiyada yeni tipli tədqiqatın aparılmasının əsasını qoydu. Tədqiqatlar geniş əraziləri əhatə edirdi: P.S.Pallasın marşrutu Volqaboyunu, Xəzər sahillərini, cənubu Uralı, Altayı kəsib keçirdi; İ.Q.Georqi Baykalın ilk tədqiqini apardı; S.Q.Qmelin Don, Qafqaz, şimali İran vilayətlərini tədqiq etdi.

Pallas ilk dəfə Rusiyanın oroqrafiyasının şəklini verir. Xəzər ətrafında cavan relyefin olduğunu göstərir, keçmişdə Xəzər-Qara dəniz hövzəsinin bir olması fərziyyəsini irəli sürür.

Kanada ərazisinin öyrənilməsi davam etdirilir: A.Makkenzi sonralar onun adı verilən çayla üzü aşağı enərək Şimal Buzlu okeanına çıxır və eyni zamanda ilk dəfə Qayalı dağlardan keçərək Sakit okeana enir.

Cənubi Amerika təbiətinin həqiqi öyrənilməsi 1799-1804-cü illərdə Aleksandr Humboltun və E.Bonplanın buraya olan səyahətlərindən sonra başlanmışdır. Onların apardıqları tədqiqatlar Orinoko hövzəsini, ekvatorial Andları və həmçinin Meksika yaylasını əhatə edirdi. Özünün coğrafi nəticələrinə görə bu XVIII əsrin sonu və XIX əsrin başlanğıcında aparılan tədqiqatların ən görkəmlisi hesab olunurdu.

İngiltərə hökuməti Daxili Afrikanın öyrənmək üçün şirkətlər təşkil edir. Bu şirkətlər tərəfindən Qərbi Afrikanın, xüsusilə Niger çayı hövzəsinin tədqiqi aparılır. Aparılan bütün bu səyahətlərin nəticələri təhlil edilir, ümumiləşdirilir və coğrafi ideyaların sonrakı inkişafına güclü təkan verir.

XVIII əsrin ortalarında Fransada klassik coğrafi materializm cərəyanı meydana gəldi ki, bu cərəyanın da görkəmli nümayəndəsi fransız filosofu və Böyük Fransa inqilabının ilhamçısı Şarl de Monteskyö (1689-1755) olmuşdur. Onun "Qanunların ruhu haqqında" kitabı təbii şəraitin ictimai inkişafa təsirinə həsr edilmişdir. Bu əsrin ayrı-ayrı fəsillərində o, xalqların həyatına, hətta onların siyasi təşkilinə təbiətin təsiri haqqında məlumat vermişdir. Coğrafi şəraitin müxtəlifliyinin qanunvericiliyə təsirinə xüsusilə diqqət yetirən filosof həmin kitabda "İqlimin xüsusiyyətlərinə qanunların münasibəti haqqında", "Torpaqların təbiətinə qanunların münasibəti haqqında" adlı xüsusi fəsillər verməsi heç də təsadüfü deyil. O, təbiətin dəyişdirilməsində insanların rolu haqqında mütərəqqi fikirlər söyləmişdir.

Bu dövrün humanitar elmlərində-fəlsəfədə, siyasi iqtisadda, tarixdə yeni qanunlar kəşf edilir, yeni fikirlər əmələ gəlirdi. Kant, Hegel, Feyerbax kimi filosoflar, Adam Smit və David Rikardo kimi iqtisadçılar meydana çıxırdı. Fəlsəfə və siyasi iqtisaddakı yeni fikirlər elmin başqa sahələrinə təsir etdiyi kimi, coğrafiyanın inkişafında da müəyyən rol oynayırdı; filosoflar və siyasi iqtisadçılar coğrafiyanın nəzəri məsələləri haqqında da çoxlu fikirlər söyləyirdilər.

Ümumiyyətlə, bu yeni dövr coğrafiya elmində də hərtərəfli yüksəliş dövrü oldu. Təsadüfü deyildir ki, XIX əsrin ortaları klassik dünya coğrafiyasının başlanğıcı hesab edilir. Məhz bu dövrdə A.Humbolt, K.Ritter, İ.Tünen, İ.Kant, kimi nəhəng, dünya şöhrətli coğrafiyaçılar meydana gəldi. Onlardan sonrakı dünya coğrafiyasının inkişafı bu klassik coğrafiyaçıların adları ilə bağlıdır. İndiyə qədər də bir çox ölkələrdə onların təsiri hiss edilməkdədir.

Böyük alman filosofu İmmanuil Kant (1724-1804) bir sıra əsərlərində coğrafiyaya da aid qiymətli fikirlər irəli sürmüşdür. Köniqsberq universitetində fiziki coğrafiyadan mühazirələr oxuyan alim coğrafiyanın elmlər sistemində tutduğu yeri müəyyənləşdirmişdir və göstərmişdir ki, obyektləri (hadisələri) öyrənmək üçün onları iki üsulla qruplaşdırmaq olar: birincisi, harada və nə vaxt meydana gəlmələrindən asılı olmayaraq onların mənşəyinə görə yaxud bu və ya digər məntiqi təsnifat əsasında; ikincisi, onların məkandakı mövqeyinə və yerinə (coğrafiya) görə və ya zamana görə (tarix) yaxud fiziki təsnifat əsasında təbiət obyektlərinin məkanındakı mövqeyinə görə öyrənilməsinə əvvəllər də böyük əhəmiyyət verilmişdi. Amma Kant coğrafiyada sahə (ərazi) konsepsiyasının, yəni xorologiyanın əsasını qoymuş, təbiətin sahə cəhətdən öyrənilməsini onun tarixi cəhətdən tədqiqindən ayırmışdı.

Onun coğrafiyaya aid fəlsəfi ideyalarının bir xüsusiyyəti də o idi ki, Kant təbiəti və insanı bir-birindən təcrid edilmiş şəkildə öyrənmiş, təbiəti, əhalini və təsərrüfatı ayrılıqda təhlil etmişdi. Filosofun coğrafiyaya aid mühazirələrində alman statistik coğrafiyasının istiqaməti hiss olunurdu, onun apardığı tədqiqatlar isə diyarşünaslıq xarakteri daşıyırdı.

Beləliklə, XIX əsrin əvvəlinə okeanlarda aparılan kəşflər əsasən başa çatdırılır, bütün materiklərin (Antarktida istisna  edilməklə) sahil xəttləri müəyyənləşdirilir və xəritəyə köçürülür, quru və su sahələrinin bölgüsü aydınlaşdırılır, dünyanın yeni elmi coğrafiyası yaradılmağa başlanır.

Taptıq Həsənov

Əbdürrəhim Hacızadə

"Coğrafiya tarixi"

Səslərin sayı: 3
6
2735
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Okeanoqrafiyaya aid tədqiqatlar aparılır, botanika və zoologiya kolleksiyaları toplanır.
13 iyun 2015 10:23
Offline
Fatma xanım
Kukun 1776-cı ildə təşkil olunan üçüncü ekspedisiyasının məqsədi Atlantik okeanından Sakit okeanına gedən yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, burada tapdıqları buruna Prins Uelsin adını verirlər, lakin keçilməz buzlar onları dəniz yolu axtarışı fikrində daşınmağa məcbur edir və geri dönürlər. 1779-cu ildə geriyə dönən Kuk yolüstü Havay adalarını kəşf edir və baş verən münaqişə zamanı yerli sakinlər tərəfindən həmin ilin 22 fevralında öldürülür.
30 mart 2015 21:02
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
.........................................
Maraqli bir xebere gore tesekkurler give_ros
30 mart 2015 19:27
Offline
Qəribə
Təşəkkürlər xəbərə görə. give_ros
27 mart 2015 16:43
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Dəniz səyyahlarının, yəni ilk kəşfiyyatçıların işləri hələlik başa çatsa da, səyahətçilərin işləri davam edirdi. Belə ki, bütün materiklərdə hələlik öyrənilməmiş çoxlu "ağ ləkələr" qalırdı. Onlar iki qütb dairəsində daha çox idi. Rusiyanın özündə olan sosial-iqtisadi vəziyyət ölkənin təbii şəraiti və təbii ehtiyatlarının hərtərəfli öyrənilməsinə diqqəti artırmağı tələb edirdi.
26 mart 2015 23:23
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Şəri Babayeva
Ceyms Kuk (1728-1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və Magellandan sonra üçüncü çəkilir. Ceyms Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq Kuk ilk dəfə Okeaniuanı dünyaya tanıdanlardan olmuşdur.

Təşəkkür Agat. Bilmədiklərimi öyrəndim.
26 mart 2015 22:42
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 13 yaşlı aktrisa vəfat etdi-SƏBƏB

    Qeyd edək ki, Qriqqs səhnəyə ilk dəfə 6 yaşında olarkən Skarlet Yohanson ilə birlikdə çıxmışdı
  • 9 yaşlı uşaq Universitet məzunu olmağa hazırlaşır

    Hollandiyanın Eyndhoven Texnik Universitetində təhsil alan 9 yaşlı Simons artıq məzun olmağa hazırlaşır
  • Məşhur model körpəsinin cinsiyyətini açıqladı

    Ana olmağa hazırlaşan kök model Eşli Qraham övladının cinsiyyətini açıqlayıb.
  • Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO

    Hazırda "Hakan Muhafız" serialında rol alan türkiyəli aktyor Çağatay Ulusoyun son görüntüsü pərəstişkarlarını məyus edib.
  • 2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI

    Qadin.Net axşam.az-a istinadən məlumatına görə, 2019-ci ildə sərvətinə sərvət qatan sənətçilər siyahısına 185 milyon dollar gəlirlə Teylor Svift liderlik edib.
  • Qış toyu üçün rəng seçimi

    Tünd qırmızı və açıq çəhrayı rənglər toyda romantik ab-hava yaradacaq.
  • 02:30 - Müəllif: AntonVoxVR
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Читай обзор, регистрируйся в Чемпион Слот и получи бонусы до 200 000 руб.!
  • 02:23 - Müəllif: itapraicMB
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Ciao a tutti vengo dall'italia / itawero
  • 00:31 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://www.pinterest.ru/pin/714735403347718041 http://vk.com/topic-904265_40504955 http://www.pinterest.ru/pin/715861303254582158 http://vk.com/topic-904191_39874195 http://vk.com/topic-904237_43526531 http://vk.com/topic-904054_39900850 http://vk.com/topic-904332_40136975 http://www.pinterest.ru/pin/849561917192616492 http://www.pinterest.ru/pin/626774473125363015 http://vk.com/topic-904173_40730756 http://vk.com/topic-904061_39874218 http://vk.com/topic-904263_40720361 http://vk.com/topic-904482_40133937 http://vk.com/topic-904431_39885114 http://vk.com/topic-904168_40529147 http://www.pinterest.ru/pin/821977369475118984 http://vk.com/topic-904252_40137120 http://www.pinterest.ru/pin/731905376926224772 http://www.pinterest.ru/pin/647603621401782410 http://www.pinterest.ru/pin/770185973758760565 http://www.pinterest.ru/pin/817051557381779501 http://vk.com/topic-904891_39887013 http://vk.com/topic-904464_39907109 http://www.pinterest.ru/pin/692921092654206510 http://vk.com/topic-904252_40131975 http://vk.com/topic-904218_40537829 http://www.pinterest.ru/pin/781022760363413383 http://vk.com/topic-904173_40721053 http://vk.com/topic-904054_39898290 http://vk.com/topic-904252_40134345 http://www.pinterest.ru/pin/775815473293345654 http://www.pinterest.ru/pin/617274692661413671 http://vk.com/topic-904310_40743302 http://vk.com/topic-904263_40722907 http://www.pinterest.ru/pin/589690144943716474 http://vk.com/topic-904263_40724300 http://www.pinterest.ru/pin/624381935823070388 http://vk.com/topic-904168_40530106 http://vk.com/topic-904062_40126561 http://vk.com/topic-904191_39874733 http://www.pinterest.ru/pin/798614946408986543 http://vk.com/topic-904197_43527014 http://vk.com/topic-904334_39910390 http://www.pinterest.ru/pin/634233560007930382 http://www.pinterest.ru/pin/742249582320886061 http://www.pinterest.ru/pin/791507703245014908 http://www.pinterest.ru/pin/849913760913005657 http://www.9damaomods.com/space-uid-1400274.html http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4
  • Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR

    Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!