Bakıda hava
USD AZN
EUR AZN
09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41115

Yeni dövrün coğrafiyası (XV-XIX)-2

Yeni dövrün coğrafiyası (XV-XIX)-2

Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)

Böyük coğrafi kəşflərin mühüm iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya üçün həm var-dövlət   və  həm   də   geniş bazar tələb olunurdu. Bununla   bağlı   olaraq Böyük coğrafi kəşflər müstəmləkəçiliyin, okean arxasına əhali  köçürülməsinin və beynəlxalq əlaqələrin bütün dünyaya yayılmasının əsasını qoydu.

Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar üzərindəki hökmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin daha çox sənaye məhsulları istehsalını və satışını öz  əllərində toplayan  İngiltərə,  Fransa  və Hollandiya sürətlə varlanırdılar. Onlar getdikcə İspaniya  və Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Bütün sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların öyrənilməsində və öz müstəmləkələrinə çevirmələrində fəal rol oynamağa başlayıblar.

Magellanın Sakit okeandan keçdiyi yol tədricən intensiv gediş-gəliş yoluna çevrilir. Bu yol boyu Yeni Qvineya, Karolina, Marşal, Solomon, Markiz və b. adalar kəşf olunur və həm də məlum olur ki, bu adaların əksəriyyəti avropalılara qədər yerli xalqlarla məskunlaşıbdır. Özü də avropalıların qorxa-qorxa üzdükləri okean sularında yerli dənizçilərin gəmiləri sərbəst surətdə şütüyürdülər.

XVI əsrdəki Avropa xəritələrində "Naməlum Cənub Torpağı" (Terra Australis İnkoqnita – latın.) yenidən gündəmə gətirilir. Bu torpağın mövcudluğu haqqında fərziyyələr hələ lap qədimdən mövcud idi. Belə ideya irəli sürülmüşdür ki, Şimal yarımkürəsinin geniş quru sahəsini müvazinətdə saxlayan cənub torpaqları da mövcud olmalıdır.

Ptolemeyə görə bu torpaqlar cənubdan Hind okeanı ilə əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı Abraham Ortelinin düzəltdiyi xəritədə (1570-ci il) "Naməlum Cənub Torpaqı" bütün Yer kürəsini əhatə etməklə, aşağı enliklərə doğru çəkilir.

Bütün ömrünü cənub torpağının axtarışına həsr etmiş Pedro de Kiros Avstraliyanın Kolumbu adlandırılsa da, bu torpağı tapa bilməmişdir. Lakin qəribə təsadüf nəticəsində onun yol yoldaşı Luis de Torres Avstraliyaya xeyli yaxınlaşmış, indi onun adını daşıyan Torres boğazını keçmiş və sübut etmişdir ki, Yeni Qvineya materikin çıxıntısı olmayıb, müstəqil adadır. Kiros və Torresin səyahətlərinin böyük əhəmiyyəti  var idi. Belə ki, bir tərəfdən cənub torpağının axtarışı daimi diqqət mərkəzində saxlanılırdı və digər tərəfdən isə yeni-yeni əhəmiyyətli kəşflər edilirdi: Qrenlandiyadan sonra dünyanın ikinci böyük adası olan Yeni Qvineya avropalılara məlum olur. Daha sonra isə axtarılan Cənub materikinin sərhədlərinin cənuba doğru uzanması aşkar olunur. Lakin bu kəşflərin çoxu o zamanlar gizli saxlanıldığına görə sonralar həmin yerlərin təkrar kəşfləri baş vermişdir. Kiros və Torresin kəşfləri İspaniyanın Böyük coğrafi kəşflər erasında sonuncu akkordu oldu. Bundan sonra Pireney ölkələri öz qüvvələrini tamamilə əldə elədikləri torpaqların qorunmasına yönəltdilər.

Hollandiya böyük cəsarətlə Yeni kəşflər təşəbbüsünü öz əlinə keçirdi. 1602-ci ildə təşkil olunmuş «Ost-İndiya Hollandiya şirkəti» bir neçə ildən sonra Zond adalarındakı ən mühüm əraziləri portuqaliyalıların əlindən aldı. Yeni sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib çıxartdı. Hollandiya dənizçisi Villem Yanszon Torresdən bir neçə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə Keyp-York yarımadasının qərb sahillərini öz xəritəsinə köçürmüşdür. Artıq XVII əsrin ilk illərində hollandiyalı dənizçilər Avstraliyanın "Yeni Hollandiya" sahillərini görürdülər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və cənub sahillərinin xəttləri müəyyənləşdirilmişdir.

Hollandiyalı Abel Tasman 1642-1643-cü illərdə Avstraliyanı cənubdan keçərək Tasmaniya və Yeni Zelandiya adalarını kəşf etdi. Lakin Tasmanın uğursuzluğu onda İndiki o, kəşf etdiyi bu adaların lap yaxınlığında yerləşən Avstraliya kimi böyük bir materiki görə bilməmişdir. Materikin kəşfi sonrakı əsrlərə qalmışdır.

XVI əsrin ikinci yarısında qızıl və ədviyyatla dolu portuqal və ispan gəmilərini qarət etmək üçün ingilis, holland və

fransız dəniz quldarlarının fəaliyyəti güclənir, bir çox hallarda buna dövlətlərin özləri də rəvac verirdilər.

Böyük dəniz qulduru hesab olunan ingilis Frensis Dreyk 1577-1580-ci illərdə   Magellandan sonra ikinci dünya səyahətini həyata keçirir. Bu səyahəti zamanı o cənubi Amerikanı Antarktidadan ayıran ən enli Dreyk boğazını kəşf edir, ispanların gözləmədikləri yollarla Cənubi Amerikanın Sakit okean sahillərilə üzərək onların çoxlu qızıl və başqa sərvətlər yüklənmiş gəmilərini qarət edir və ələ keçməsin deyə özünün sürətli gəmisi ilə dünyanı  bir daha dolanır. İngiltərəyə qayıdan Dreyk dövlət xəzinəsinə bu ölkənin illik gəlirindən iki dəfə çox dəyərində olan qızıl verir, özünə və adamlarına da pay göturür.

Bizim öyrəndiyimiz dövrün mühüm bir mərhələsini də Asiya və Şimali Amerikanı şimaldan dolanmaqla Hindistana və Çinə yolların axtarışı təşkil edirdi. Dünyanın əsas dəniz yollarında İspaniya və Portuqaliya dövlətləri hökmranlıq etdiklərinə görə yeni Şimal yolunun axtarışının təşəbbüskarları hollandlar və ingilislər olmuşlar. İlk ingilis (1553-cü il) və holland (1557-ci il) ticarət gəmiləri Şimali Dvinanın ağzında görünürlər. Ən mühüm elmi əhəmiyyət daşıyan ekspedisiya Villem Barensin (1596-1597-ci illər) başçılığı ilə hollandların təşkil etdikləri ekspedisiya olmuşdur. Bu ekspedisiya Yeni Torpaq adasını şimaldan keçərək Buzlu adlanan limanda qışlamışdır.

Xarici ölkələrin belə cəhətlərini görən rus pomorları Asiya materikinin şimalında yeni kəşflər aparmağa girişirlər.

Əlbəttə, belə işlərlə onlar hələ lap əvvəllər də məşğul olurdular.

Qərbi Avropa  ilə ticarətin  genişləndirilməsi çoxlu xəz-dəri tələb edirdi. Kazan xanlığının süqutu (1552-ci il) xəz- dəri ilə zəngin olan Sibirə qısa və rahat yolların açılmasına səbəb oldu. Yermak tərəfindən Kuçum xanlığının məğlub edilməsi (1581-ci il) kazakların və onların arxasınca xəz-dəri tədarükçülərinin Sibirə axınını xeyli sürətləndirdi. Yeni torpaqlara doğru hərəkət həm çay yolları və həm də şimal dənizlərinin sahilləri boyu həyata keçirilirdi. Cəmi əlli ildən sonra rus səyyahları Çukotkaya və Kamçatkaya gedib çıxdılar. Xəritələrdən görünür ki, onlar enlik üzrə 1200 – Yerin çevrəsinin 1/3 bərabər olan məsafə keçmişlər. Bu səyyahlar Yenisey, Xatanqa, Lena, Kolıma, İndiqirka, Yana, Anadır və b. çayların ağızlarını kəşf etmişlər. Pomorların qayıqları və buzlu suya davamlı olan gəmiləri (koçları) cəsarətlə Şimal Buzlu okeanına çıxmışdır. 1639-cu ildə İvan Moskvitin Aldan çayının su ayrıcısını aşaraq Oxot dənizinə tökülən çaylarla Sakit okeana gəlib çıxır.

1643-1646-cı illərdə Vasiliy Poyarkovun dəstəsi Lenadan Amura keçir və Oxot dənizində üzür. 1648-ci ildə Semyon Dejnyov Kolıma çayından Çukot dənizinə çıxır və onu böyük çətinliklə üzüb keçərək Asiya ilə Amerikanı ayıran Berinq boğazına daxil olur, Asiyanın şimal-şərq ucqarının təsvirini verir və sonralar həmin burun Dejnyov burnu adlandırırlar.

Böyük  coğrafi  kəşflərin  ikinci  mərhələsində  coğrafiyaya  aid  yazılan  ədəbiyyatların  sayı  çoxalır, elmi əsasları

dərinləşdirilir.

Nikolay Kopernik (1473-1543-cü illər) Heliosentrik nəzəriyyəni yaratdı. Jan Bodenin (1530-1595) "Coğrafi mühitin insan cəmiyyətinə təsiri" kitabı nəşr (1566) edildi ki, bu da coğrafiyanın nəzəri cəhətdən dirçəlməsində xüsusi rol oynadı. Bu əsərdə müəllif antik və ərəb alimlərinin mühit haqqındakı mülahizələrinə əsaslanan yeni fikirlər irəli sürürdü. Jan Boden antik coğrafi materializm inkişaf etdirməklə, insanı təbiətdən ayrı götürən və o zaman hakim olan xristian dininin doqmatizminə kəskin zərbə endirdi.

Bu dövrdə bir sıra alimlər tarixi coğrafiya ilə məşğul olurdular. Hollandiya alimi Avraam Orteli (1524-1598) coğrafiyanı tarixin gözü adlandırmışdır. O, qədimdə xalqların məskunlaşmasından, o dövrdəki dövlətlərin sərhədlərindən danışan elmə tarixi coğrafiya deyirdi və onu tarix elminin yardımçı fənni hesab edirdi. Orteli 1570-ci ildə tarixi coğrafi xəritə və atlasları nəşr etdirdi. Onun ardınca 1567-ci ildə  İtaliya (Florensiya) taciri Lyudoviko Qviççardinin iqtisadi coğrafiya sahəsində ilk əsər sayılan «Niderlanın təsviri» kitabı çapdan çıxdı.

Yeni dövrün coğrafiyası (XV-XIX)-2

Əsərin birinci hissəsində Niderlandın bütövlükdə təbiətindən, əhalisindən və təsərrüfatından danışılır. Müəllif coğrafi mövqeyin, çayların və dənizlərin ölkələrin həyatındakı rolundan ətraflı bəhs etmiş, həmçinin ölkədə mövcud olan sənətkarlıq və ticarətin vəziyyəti, ölkənin idarə olunması haqqında geniş məlumat vermişdir. İkinci hissədə Niderlandın  17  əyalətinin  hər  biri  haqqında  ayrı-ayrılıqda  söhbət  açılır.  Qviççardini  bu  hissədə  şəhərlərin coğrafiyasına daha çox diqqət yetirmiş, iqtisadi-coğrafi hadisələri və müxtəlif proseslərin səbəblərini daha geniş göstərmişdir. Bu əsər coğrafiya tarixində əhəmiyyətli hadisə olub, 35 dilə tərcümə edilmişdir.

XVII-XVIII əsrlərdə təbiiyyat elmində metafizika (mexaniki) materializm hökm sürürdü ki, bunun da əsasını Bekonun və Dekartın fəlsəfi   sistemi təşkil edirdi. Empirik təbiətşünaslıq təbiət və sosial hadisələrin öyrənilməsi proseslərini bir-birindən ayırırdı. Bu dünyagörüşün mərkəzində təbiətin dəyişməzliyi haqqında müddəa dururdu: madam ki, təbiət mövcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan gündən bəri necə var, elə də qalmışdır. Təbiət və sosial hadisələrin öyrənilməsi proseslərini bir-birindən ayıran empirik təbiətşünaslıq coğrafiya elminə də neqativ təsir göstərdi.

Təbiətşünaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatçılardan biri olan Hollandiya coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci ildə «Ümumi coğrafiya» adlı elmi əsəri nəşr olundu. Bu kitabla tarixdə ilk dəfə olaraq Yer haqqında bilikləri sistemləşdirən coğrafiya elmi meydana gəldi. Bu əsərdə iqtisadi coğrafiya ilə bağlı çoxlu fikirlər var.

Varenius ilk dəfə olaraq coğrafiyanı bütünlüklə (ümumi coğrafiya), iri zonalar (xoroqrafiya) və kiçik sahələr üzrə (topoqrafiya) öyrənən təbiiyyat elmi kimi müəyyən etdi. Onun əsərində coğrafiya vahid bir elm kimi qalır, çünki tədqiqat olunan obyektlərin miqyasına görə bölünməsi onların öyrənilməsi prinsiplərini dəyişdirmir. Beləliklə, müəllif ilk dəfə olaraq Yer barəsindəki biliklər sistemindən ümumi coğrafiyanı və xüsusi (regional) coğrafiyanı ayırırdı.

Vareniusa görə, coğrafiya riyazi elm olub, Yer kürəsinin xüsusiyyətləri, forması, ölçüləri, onda baş verən hərəkətlər, hadisələrin dinamikası, quru və dənizlər haqqında riyazi-coğrafi məlumatlar verir, enlik və uzunluq dairəsini təyin edir. "Ümumi coğrafiya" xəritədə məsafəni ölçmək, xəritədən və kompasdan istifadə qaydaları, gəmilərin dəniz yollarını təyin etmək və s. kimi əməli biliklər də verir.

Xüsusi coğrafiyanı (müasir mənada, diyarşünaslığı) alim üç yerə bölür:

1. Günəşin və ulduzların hərəkətinə xas olan əlamətlər;

2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar);

3. İnsanlara, yaxud ölkənin sakinlərinə xas olan əlamət;

Müəllif üçüncü qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı məsələlər sırasına daxil edir. Onun fikrincə, bu məsələlərin öyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cür münasibəti onun metafizik materializm mövqeyində durması ilə izah olunur.

Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və ümumi səliqə ilə aydınlaşdırılır, bununla əlaqədar çoxlu xəritələr və qrafiklər verilir. Kitab metodoloji baxımdan fərqlənir. Bir çox antik coğrafi yazılara xas olan tarixilik burada, demək olar ki, yox dərəcəsindədir. Müəllif öz dövrünə görə oxucularına xeyli yeni məlumatlar – yerin quru və su hissələrinin nisbəti, relyef, filizlər və s. haqda məlumatlar vermiş, Yerin 5 qurşağını, iqlim müxtəlifliyini, başqa əlamətlərini ilk dəfə geniş izah etmişdir. Lakin onun kitabında əsrin fəlsəfəsi təsirindən asılı olaraq, insan məsələlərinə heç toxunulmamış, yaxud da çox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri və praktiki yeniliklər, sistemləşdirmə, təhlil etmə onu coğrafiya elminin banisi etmişdir. Vareniusdan  sonra yeni elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Bütün ölkələrdə, o cümlədən Rusiyada onun təsiri ilə coğrafiya məktəbləri meydana gəlir.

3.5  Yeni Dövrün başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)

Avropada baş verən ingilis burjua inqilabı (1642-1660) kapitalizm dövrünün başlanmasından xəbər verdi.  İngiltərə sənayesinin inkişafına ciddi fikir verir, əvvəlcə Hollandiyanı və sonralar isə müəyyən  müddətə Fransanı satış bazarlarından sıxışdırıb çıxarır. İngiltərə  iri müstəmləkəçi dövlətə çevrilir. Lakin buna baxmayaraq məhz Fransa bu dövrdə coğrafiya və xəritəşünaslıq sahəsində görkəmli işlər görür.

Avropa ölkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər lazım idi. Dəniz yollarını idarə etmək, ticarəti nizama  salmaq,  fabrik,  zavod  müəssisələrini  yaratmaq  və  onları  xammalla  təmin  etmək  və  s.  üçün  coğrafi məlumatlar tələb olunurdu.

Böyük kəşflərin sürəti XVII əsrin ortalarına zəifləyir. Bu müddətdən sonra materiklərin daxili hissələri və onların təbii sərvətlərinin öyrənilməsinə daha çox diqqət yetirilir. Materiklərin təbii zonalarının bitki, heyvan aləmi, faydalı mineralları öyrənilir və əhalinin demoqrafik vəziyyəti üzərində müşahidələr aparılır.

Göstərilən dövrdə ən çox coğrafi tədqiqat işlərini Rusiya təşkil edirdi və bu tədqiqatlar – Sibiri, Uzaq Şərqi və

Şimali Amerikanın şimali-qərb sahillərini əhatə edirdi.

Rusiyanı böyük dəniz ölkəsinə çevirmək haqqında I Pyotrun cəhdlərilə bağlı olaraq ölkədə coğrafi ekspedisiyaların sayı artırılır. Onun təkidi ilə 1717-1720-ci illərdə Qotlib Şober Volqaboyuna, Xəzər sahilinə və Qafqaza səyahətlər edir və buraların iqlimini, heyvanlar aləmini və əhalisini öyrənir. I Pyotr Xəzərə və Xəzərsahili vilayətlərə böyük maraq göstərirdi. Buradan Çinə və Hindistana qısa yollar axtarışına və səpinti qızıl yataqlarına xüsusilə əhəmiyyət verilirdi. 1703-1726-cı illərdə bu böyük göl-dənizin artıq xəritəsi çəkilir və Amu-Dərya çayının Xəzərə tökülmədiyi müəyyənləşdirilir.

Şimal Buzlu okeanından Sakit okeana gedən dəniz yolunu tədqiq etmək üçün  I Pyotr Vitus Berinqin (1681-1741)

başçılığı ilə Kamçatka ekspedisiyasını təşkil edir.

Berinqin təşkil olunan ekspedisiyası nəticəsində: Alyaska sahillərinin bir hissəsi, Aleut, Komandor, Müqəddəs Lavrentiya adaları kəşf olunur. Şimal Buzlu okeanı (Kolımadan şərqə), Kuril adalarının bir hissəsi, Şimali Yaponiya sahil xəttləri başdan başa təsvir olunur və sonralar onun adını daşıyan Berinq boğazı və dənizi kəşf olunur. İlk dəfə xəritələrdə uzunluğu 9 min km-dən çox olan Arxangelskdən Çukotkaya qədər uzanan Rusiyanın bütün şimal sahillərinin real şəkli yaranır.

XVII əsrin ortasından XVIII əsrin ortalarına qədər olan Yeni dövrdə dünya və onun ayrı-ayrı hissələrinin xəritələri düzəldilməyə başlanır,  iri həcmli coğrafi tədqiqatlarla zənginləşir. Bununla belə  hər bir ölkədə coğrafiya həmin ölkənin xüsusi tələblərinə uyğun inkişaf etdirilirdi.

Bürokrat, mühafizəkar və yarımfeodal Almaniyada idarə sistemini təmin etmək üçün  XVIII əsrin başlanğıcında sırf inzibatçılıq formasında kameral statistik coğrafiya meydana gəlir. Bu yeni coğrafiya məktəbi sonralar müxtəlif kameral, statistika, ticarət coğrafiyası adları altında inkişaf etdi. Bu məktəblər alman dövləti üçün iqtisadi səviyyəni göstərən müxtəlif məlumatlar hazırlayırdı. Statistik coğrafiyanın inkişafı ilə bağlı Almaniyada Axenval (1719-1772) və Buyuşinq (1724-1793) kimi alimlər yetişir.

İngiltərədə XVII əsrin axırlarında təbiəti və sosial həyatı ayrı-ayrılıqda  öyrənən, yeni əsaslar üzərində qurulmuş

ideyalar meydana gəlirdi. Bu ideyaların çoxu xüsusilə siyasi iqtisadın atası, ingilis fiziokratı Vilyam Pettiyə (1623-

1687) məxsus idi. Fiziokratlar kapitalın ilk təhlilini vermiş, onun maddi tərkibini və istehsalın formalarını müəyyənləşdirmişlər. Əgər Varenius XVII əsrdə genişlənən dəniz ticarətinin təbii məsələlərini elmi cəhətdən təhlil etmişdisə, V.Petti onun iqtisadi tərəfini aydınlaşdırmışdır. Petti əhali artımını nəzərdən keçirmiş və bir əsr keçdikdən sonra Maltusun söyləyəcəyi «əhali artımı bəşəriyyətin bədbəxtliyidir» fikrinə tamamilə zidd olan müddəa irəli sürmüşdür. O belə hesab edirdi ki, əhalinin çox olması varlılıq, əhalinin az olması isə yoxsulluqdur.

XVIII əsrdə Rusiyada müxtəlif təsərrüfat sahələrinin güclü inkişafı başlanmışdır. Yeni-yeni torpaqlar zəbt etmiş və mənimsəmiş Rusiya artıq nəhəng bir əraziyə malik idi. Bu nəhəng imperiyanın idarə olunmasına, onun təbii ehtiyatlarının mənimsənilməsinə, istehsalın inkişafına, xarici və daxili əlaqələrin genişləndirilməsinə kömək edə biləcək coğrafi biliklərə ehtiyacın artması Rusiyada coğrafiyaya aid əsərlər yazılmasına və xəritələr tərtib edilməsinə təkan verdi.

Rus alimi V.N.Tatişev (1686-1750) coğrafiyanın məzmununu, mahiyyətini təyin edən və onun vəzifələrini göstərən

"Ümumi  coğrafiya  və  Rusiyanın  coğrafiyası"  adlı  əsər  yazmışdır.  Əsərdə göstərilir  ki,  coğrafiya  üç  hissədən ibarətdir: 1) riyazi coğrafiya, 2) geodeziya və kartoqrafiya, 3) fiziki və siyasi coğrafiya.

Qərbi Avropada coğrafiyanın əsas vəzifəsi dəniz gəmiçiliyinin və ticarətin inkişafına kömək etmək idisə, Rusiyada coğrafiyanın mühüm vəzifəsi ən böyük quru hissəsini tutan ölkənin zəngin təbii ehtiyatlarının mənimsənilməsinə, onun ərazisində yeni istehsal sahələrinin yaradılmasına təkan vermək idi.

Alim göstərirdi ki, fiziki coğrafiyanın vəzifəsi təbiətin fiziki vəziyyətini, təkcə yerin səthini deyil, həm də onun tərkibini və quruluşunu, daxili sularını öyrənmək, onlardan istifadə yollarını, kortəbii proseslərin qarşısını almaq işlərinin çox vacib və əhəmiyyətli olmasını aydınlaşdırmaqdan ibarətdir.

Siyasi  coğrafiya  isə  V.N.Tatişevə  görə,  böyük  və  kiçik  kəndlərin,  limanların,  ölkələrin  mülkiyyətini  və hakimiyyətini, onların inkişafını, başqa ölkələrə münasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini, adət-ənənələrini, hansı mənəviyyata malik olmalarını və necə dəyişmələrini öyrənməlidir.

Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin çox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli və 3 tərkibli təsvir edir.

I. Tədqiqatın miqyasına görə:

a) bütün planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə;

b) müxtəlif ölkələrin xüsusiyyətlərini öyrənən coğrafiya;

v) topoqrafiya və yaxud yerin kiçik hissələrini öyrənən coğrafiya

II. Keyfiyyət göstəricilərinə görə:

a) riyazi coğrafiya. Yer kürəsinin böyüklüyü, həmçinin onun dərəcə torunu və s. öyrənən coğrafiya;

b) Yerin fiziki xüsusiyyətlərini, yeni təbii coğrafi məsələlərini öyrənən coğrafiya;

v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini öyrənən siyasi coğrafiya.

III. Zaman dəyişikliklərinə görə:

a) qədim dünya coğrafiyası;

b) orta əsrlər coğrafiyası;

v) müasir coğrafiya.

Beləliklə, Vareniusdan fərqli olaraq, Tatişev tarixiliyi qəbul edir və onu öyrənməyi lazım bilir. Siyasi coğrafiyada o,

əhali coğrafiyası məsələlərinə, o cümlədən əhalinin təsərrüfatla əlaqəsi məsələlərinə böyük yer verir.

Alim coğrafi tədqiqatların aparılması üçün ekspedisiyaya gedənlərə   kömək məqsədilə xüsusi proqramlar tərtib etmişdir. Çox maraqlıdır ki, onun proqramında coğrafiya tarixində ilk dəfə olaraq ərazi və əmək bölgüsünə xüsusi diqqət  verilmiş,  müxtəlif  ərazilərin  bu  və  ya  digər  istehsal  sahələri  üzrə  ixtisaslaşmasını  öyrənməyi  irəli sürülmüşdür.

Rusiya coğrafiyasının başında V.N.Tatişevlə yanaşı ensiklopedik biliklərə malik böyük   istedad sahibi, Rusiyada elmin təşkilatçısı, geoloq, fizik, kimyaçı, coğrafiyaçı, kartoqraf, filoloq və şair M.V.Lomonosov (1711-1765) dururdu. Alimin  fikrincə,  coğrafiya  geniş aləmi vahid  şəkildə öyrənir. Onun  bu  fikri indiki ümumi coğrafiya konsepsiyasına uyğun gəlir. Bu yerin varlığını bütövlükdə, kompleksli öyrənmək deməkdir. M.V.Lomonosov da V.N.Tatişev kimi tarixiliyi əsas hesab edirdi. O, Yerin tarixi ilə cəmiyyətin tarixini sıx əlaqədə götürmüşdür. «Yerin qatları haqqında» əsərində o, qeyd edir ki, Yer üzərində gördüyümüz nə varsa, hər şey – cisimlər, canlılar və bütün aləm öz yarandığı dövrdə olduğu kimi qalmamış, onlarda çox böyük dəyişikliklər baş vermişdir.

İqtisadi coğrafiya terminini ilk dəfə M.V.Lomonosov işlətmişdir. O, iqtisadi coğrafiyaya aid bir sıra qiymətli əsərlər yazmış, Rusiyada ilk  iqtisadi coğrafi xəritələr və atlaslar tərtib etmişdir. Alim Rusiyanın öyrənilməsində ayrı-ayrı inzibatı bölgüləri tədqiq etmək üçün xüsusi proqramlar hazırlamış, elmin və ali təhsilin yaradılmasının təşkilatçısı olmuşdur.

O, uzun müddət imperator akademiyasının coğrafiya departamentinə rəhbərlik etmişdir. Onun göstərişi ilə bir neçə

coğrafi ekspedisiyalar Rusiya rayonlarına tədqiqata getmişdir. Beləliklə, M.V.Lomonosov Rusiya coğrafiyasının inkişafına təkan vermişdir.

V.N.Tatişevin və M.V.Lomonosovun  dövründə Rusiyada coğrafiya elmi dünya şöhrəti qazanmışdı. Sonralar onların ardıcılları, elmi axtarışlarının davamçıları yarandı. Kamçatkanın tədqiqatçısı S.P.Kraşennikov, Orenburq quberniyasını dərindən öyrənən P.İ.Rıçkov (1712-1777) və b. alimlər yetişdi. Rusiyada praktik coğrafiya inkişaf etdiyi bir zamanda, Avropada coğrafiyanın nəzəri istiqaməti üstünlük təşkil edirdi.

Ardı var...

Taptıq Həsənov

Əbdürrəhim Hacızadə

Coğrafiya  tarixi

Səslərin sayı: 2
8
4262
loading...
Şərhlər
Offline
.....
sayenizde tekrarladim sag olun
5 fevral 2015 11:06
Offline
Şəri Babayeva
Hollandiyalı Abel Tasman 1642-1643-cü illərdə Avstraliyanı cənubdan keçərək Tasmaniya və Yeni Zelandiya adalarını kəşf etdi. Lakin Tasmanın uğursuzluğu onda İndiki o, kəşf etdiyi bu adaların lap yaxınlığında yerləşən Avstraliya kimi böyük bir materiki görə bilməmişdir. Materikin kəşfi sonrakı əsrlərə qalmışdır.

Maraqlı xəbərə görə təşəkkür.
4 fevral 2015 21:57
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Qəribə
Təşəkkürlər xəbərə görə Sərt_əsinti bacim. give_ros
4 fevral 2015 20:27
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
.........................................
Bu haqda melimetim var idi...Amma yenede oxudum tesekkurler give_ros
4 fevral 2015 18:09
Offline
Aysel İ.
Təşəkkürlər Sərt_əsinti. Arzusunda olan yalnız təhsil ala bilməyən xanınlar indi bu məlumatalar sayəsində Universitetə də daxil ola bilərlər.
4 fevral 2015 17:35
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Turkane Selim
Abel Tasmana bax sen!Tasmaniya ve Yeni Zelandiya kimi xirda adalari gorub amma avstraliya kimi boyuk materiki gormayib,indi avstraliyanin adi Tasmaniya olacaqdi.Cografiya maraqlidi tewekkurler give_ros
4 fevral 2015 17:12
Offline
S.S.E.
Sayenizde unutdugum melumatlari, kesfleri tekrarlamis oldum.Cox sag olun.
4 fevral 2015 16:58
Offline
Ellada Babayeva
İngiltərədə XVII əsrin axırlarında təbiəti və sosial həyatı ayrı-ayrılıqda öyrənən, yeni əsaslar üzərində qurulmuş ideyalar meydana gəlirdi. Bu ideyaların çoxu xüsusilə siyasi iqtisadın atası, ingilis fiziokratı Vilyam Pettiyə (1623 -1687) məxsus idi.
4 fevral 2015 15:57
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 02:30 - Müəllif: AntonVoxVR
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Читай обзор, регистрируйся в Чемпион Слот и получи бонусы до 200 000 руб.!
  • 02:23 - Müəllif: itapraicMB
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Ciao a tutti vengo dall'italia / itawero
  • 00:31 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://www.pinterest.ru/pin/714735403347718041 http://vk.com/topic-904265_40504955 http://www.pinterest.ru/pin/715861303254582158 http://vk.com/topic-904191_39874195 http://vk.com/topic-904237_43526531 http://vk.com/topic-904054_39900850 http://vk.com/topic-904332_40136975 http://www.pinterest.ru/pin/849561917192616492 http://www.pinterest.ru/pin/626774473125363015 http://vk.com/topic-904173_40730756 http://vk.com/topic-904061_39874218 http://vk.com/topic-904263_40720361 http://vk.com/topic-904482_40133937 http://vk.com/topic-904431_39885114 http://vk.com/topic-904168_40529147 http://www.pinterest.ru/pin/821977369475118984 http://vk.com/topic-904252_40137120 http://www.pinterest.ru/pin/731905376926224772 http://www.pinterest.ru/pin/647603621401782410 http://www.pinterest.ru/pin/770185973758760565 http://www.pinterest.ru/pin/817051557381779501 http://vk.com/topic-904891_39887013 http://vk.com/topic-904464_39907109 http://www.pinterest.ru/pin/692921092654206510 http://vk.com/topic-904252_40131975 http://vk.com/topic-904218_40537829 http://www.pinterest.ru/pin/781022760363413383 http://vk.com/topic-904173_40721053 http://vk.com/topic-904054_39898290 http://vk.com/topic-904252_40134345 http://www.pinterest.ru/pin/775815473293345654 http://www.pinterest.ru/pin/617274692661413671 http://vk.com/topic-904310_40743302 http://vk.com/topic-904263_40722907 http://www.pinterest.ru/pin/589690144943716474 http://vk.com/topic-904263_40724300 http://www.pinterest.ru/pin/624381935823070388 http://vk.com/topic-904168_40530106 http://vk.com/topic-904062_40126561 http://vk.com/topic-904191_39874733 http://www.pinterest.ru/pin/798614946408986543 http://vk.com/topic-904197_43527014 http://vk.com/topic-904334_39910390 http://www.pinterest.ru/pin/634233560007930382 http://www.pinterest.ru/pin/742249582320886061 http://www.pinterest.ru/pin/791507703245014908 http://www.pinterest.ru/pin/849913760913005657 http://www.9damaomods.com/space-uid-1400274.html http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4
  • Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR

    Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
  • Psixoloji xəstəliklə mübarizə aparmış məşhurlar

    Qaldığı oteldə hər şeyi mükkəmməl hala gətirməyə çalışdığını bildirir.
  • Qucaqlamağının bədəndə yaratdığı təsir

    Qucaqlamaq, yalnızlıq hissini azaldaraq, daxili qorxularla mübarizə aparmağa və özünə inanmağa kömək edir. Sinir sistemini yaxşılaşdırır.
  • 17:14 - Müəllif: Feride
    Film qəhrəmanları metroda (1)

    Film qəhrəmanları metroda

    Niyə belə geyiniblər ki? Velisopedi başa düşmədim
  • Məktəblərdə 5 günlük tətil olacaq

    Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir
  • 80 yaşlı kişiyə ərə gedən aktrisanın yeni paylaşımı

    Ozu ozunu bedbext eledi
  • Emily Ratajkowski'nin gözəl dərisinin sirri

    Emily, parıltı yaradan, A vitamini tərkibli kremlərdən istifadə edir.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )