"Bu gün televiziyalardakı bəzi tok-şoular məni çox narahat edir. Telekanallar ailə daxilindəki eybəcərliklərin çox açıq şəkildə cəmiyyətə sırıdılmasında sanki bir-biri ilə yarışa çıxıblar".
Trend xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, telekanallar problemləri müzakirə edib məsələni onların həllinə yönəltmək əvəzinə, problemlərlə üzləşən ailələrin, insanların cəmiyyətin gözü qarşısında linç edilməsinə çalışırlar: "Ailə daxilində eybəcər münasibətlərin, danışılması mümkün olmayan məsələlərin geniş şəkildə auditoriyaya çıxarılmasına, onun hər bir ailəyə, hər bir evə, o kanala baxan hər bir şəxsin gözü qarşısına gətirilməsinə çalışırlar. Mən həmin telekanalların, aparıcıların mövqeyinə təəccüb edirəm. Onlar sanki aqressiyalarını yönəltməyə obyekt, problem axtarırlar. Nəticədə həmin verilişə gəlmiş insanlar da peşman olurlar və həmin verilişin də məqsədi, məramı aydın olmur".
Vitse-spiker qeyd edib ki, müvafiq dövlət orqanları Azərbaycanda fəaliyyət göstərən telekanallarla, media qurumları ilə birgə tədbirlər planı işləyib hazırlamalı, layihələr həyata keçirməlidir.
O, həmçinin bildirib ki, milli-mənəvi dəyərlər, ailə dəyərləri, bir milləti, xalqı formalaşdıran keyfiyyətlər daimi olmalıdır: "Əgər bu işdə fasilələrə yol verilsə və ya digər təsirlər, təzyiqlər, qloballaşma meylləri qarşısında geriyə addım atılsa, mütləq aşınmalar olacaq və biz daha çox problemlərdən danışası olacağıq. Bəli, bu gün mənəvi, siyasi, iqtisadi, ümumiyyətlə, çox ciddi təsirlər qarşısındayıq. Bu təsirlərin qarşısında dayanmaq hər bir xalqın müqavimət gücündən asılı olacaq".
B.Muradovanın sözlərinə görə, bu gün xaricdə baş verən proseslərin Azərbaycanda təkrarlanmasında müəyyən məqsəd güdən, kənardan ailə institutuna təsir etməklə Azərbaycanda ziddiyyətlər yaratmağa çalışan insanlar, qruplar, qüvvələr var: "Biz bu təsirlərə qarşı vahid güc kimi çıxmağı bacarmalıyıq və çıxırıq. Ona görə də ailə institutunu qorumaq, mili-mənəvi, dini dəyərləri hüquqi çərçivədə reallaşdırmağın yolunu cəmiyyətə aşılamalıyıq. Biz insanların əməllərinə hüquqi baxımdan qiymət veririk. Ancaq çox zaman Azərbaycanda ictimai qınağın gücü hüquqi məsuliyyətdən daha güclü olur”.
Vitse-spiker deyib ki, bu gün qadınlara qarşı zorakılıqdan danışırıq, amma bu zorakılıq çox zaman kişilərin özünə qarşı qayıdır: "Qadınlar bu və ya digər cinayət əməllərinə yol verərək narkotik vasitələrin yayılması, oğurluq və quldurluq hadisələrinin törədilməsinə cəlb olunurlar. Cəmiyyətimiz isə bu və ya digər səhvi, cinayəti kişiyə bağışlayır, qadına bağışlamaq istəmir. Biz bu barədə düşünməliyik ki, qınaq gücümüz necə olmalıdır".
XƏBƏR LENTİ
Körpəniz də musiqi dinləsin
Hovuzdakı mikroblardan qorunmağın yolları
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
E vitamini hansı qidalarda var?
Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı
O, yeni fenomendir
McDonaldsa şok! Filiallar bağlanır
Sinoptiklərdən xəbərdarlıq: hava çönəcək
İran "soyqırımı" inkar etdi
Psixoloqların NƏZƏRİNƏ: Dekabr ayında...
Hələ bu cür ad olmamışdı-FOTO
Moda şousu dağlarda, körpü üzərində oldu
Sabah hava necə olacaq?
Daxilimizdəki dünyalar
Suyun sirləri
Mavi almaz rekord qiymətə satışda
Uşaq otaqları üçün saatlar
Rusiyanın məşhur verilişi Bakıda çəkildi
Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR
Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.
Corabla yatmağın ziyanları
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 500 gün qalıb
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb - FOTO
Vintage stildə geyimlər
COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açıqlanacaq - TƏBİB
Lavaş içi salat (foto resept)
Qaz olmayacaq - SİYAHI
Bakıda güclü partlayış
Mart ayının qalibləri!
Ərdoğan ağlatdı
Hər kəs bu cütlükdən danışır-FOTO
Şokoladlı albalı(foto resept)
ANAMA-nın əməkdaşı işğaldan azad edilmiş rayonda minaya düşdü - RƏSMİ
Yuxusuzluq da stresə səbəb olur
Yeni texnologiyalar dövrü gəlir
Culia Robertsdən yay fotosessiyası
Cavan olmam bir də mən?
Ölkədaxili Qatar Biletləri ilə bağlı YENİLİK- Bu gündən...
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Küveytdə silsilə tədbirlər keçirilir
Məşhur modelin görüntüsü izləyiciləri heyran qoydu - FOTO
Baş ağrıları ilə həkimə gəldi: Beynindən Qurd Çıxdı-FOTO
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
Bananlı tort (foto resept)
Beyni necə sakitləşdirmək olar?
Model 1,5 milyon dollarlıq hədiyyəsini paylaşdı-FOTO
Saç kəpəyinin yaranma səbəbi (2)
Koronavirus insanı belə öldürür: ABŞ alimlərinin əldə etdiyi - Şok video
Yeni sosial şəbəkə yaradıldı
Qeyri-adi qab-qacaqlar
- ŞƏRHLƏR