"Son 2 saat ərzində Bakıda maddi ziyanla nəticələnən 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələrin hər ikisi sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən baş verib".
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda dumanlı, çiskinli və yağmurlu hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir: “Sürücülər paytaxtda dumanlı, yağışlı və çiskinli hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır. Hazırda paytaxtın Yasamal rayonu ərazisində uzağı görmə məsafəsi cəmi 20-30 metr təşkil edir. Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə olunur. Bundan əlavə, yağışlı hava şəraitində avtomobil asfalt yol üzərində sürüşə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinəti itirilə və tormoz məsafəsi uzana biləcəyindən sürücülər, ilk növbədə, tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. Ümumiyyətlə, belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqəti artırmalıdırlar”.
Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri, xüsusilə, əsas prospektlərdə, şosselərdə, o cümlədən Aeroport şossesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər.
Qeyd edək ki, sinoptiklər bildiriblər ki, noyabr ayının sonunadək ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraiti hökm sürəcək, qar və sulu qar yağacaq, Bakıda və Abşeron yarımadasında isə buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq.
Mənbə:ANS PRESS
XƏBƏR LENTİ
Dünyanın ən məşhur cütlüyü birlikdə filmə çəkiləcəklər
Sabahın HAVASI
Müdafiə Nazirliyindən Türkiyənin ölkəmizdə hərbi bazalar quracağı iddialarına REAKSİYA
Bayramdan sonra metabolizmanı sürətləndirən pəhriz
“Hercai”nin aktyorları nə qədər maaş alır?
Müəllimlərin diqqətinə: yeni qaydalar
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Kələm turşusu (foto resept)
Hava haqqında - 28.02.2014
Labirint-7
Acunun “Exxen”i ümidləri doğrultmadı
Su içmək üçün 7 səbəb
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edildi
Strasburq Universitetinin prezidenti azərbaycanlı tələbələrə müraciət etdi
İki üzük...
Snapchat-dakı yenilik hər kəsi təəccübləndirdi_FOTO
QARANQUŞ NAXIŞLI ayaqqabı və yaxalıq düzəldilməsi
Dadlı piroq (foto resept)
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Rasim Əliyevin ölümü ilə bağlı ABŞ-dan bəyanat
Ailədaxili rəqabət
HAVA necə olacaq?
"Honkonq qripi"ndən artıq ölən var
Şəkər xəstələri üçün pəhriz siyahısı
"London" taksiləri kütləvi şəkildə niyə cərimələnir?
Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - RƏSMİ + VİDEO
Koronavirusun qulaqlara təhlükəli təsiri
Ed Şiran izləyicilərini TƏƏCCÜBLƏNDİRİB-FOTO
Dünyanın tanınmış moda brendləri
Ətsiz kələm dolması (foto resept)
"Bakı Telefon Rabitə" hüquqi formasını dəyişdi
HAVA necə olacaq?-19 İyul
İnsanın ehtiyacı olan bütün elementləri saxlayan qida
Bakının metrostansiyası da zəbt olunur?
Xərçəng xəstəliyini dərman hazırlandı
Bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər
Azərbaycan Prezidentinin əfv sərəncamının icrası başa çatıb
Dərman kimi meyvə suları
Strasburqda Nizami Gəncəviyə həsr edilmiş sərginin açılışı olub
Gedişhaqqı açıqlaması
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
ABŞ Suriyada hərbi əməliyyatların başlanmasına bir neçə saat qalmış İsraili xəbərdar edəcək
Maraqlı İlluziyalar
Zəngilanın işğaldan azad olunmuş kəndindən görüntülər - VİDEO
Mən dönə bilmərəm!
Türkiyədəki səfirliyimizin mühafizəsi GÜCLƏNDİ
Uşaq otağı dizaynları
Prezident İlham Əliyev: "Biz özümüzü erməni təcavüzündən qorumalı idik"
Yaddaş gücləndirmək üçün 6 tövsiyə
İsti havada məşqlərə diqqət
- ŞƏRHLƏR