Qəza və Qədərə iman
Qəza və qədərin tərifi, dəlilləri və onlar arasındakı fərq
Lüğəti mənada ərəbcə "qəza" hökm, son qərar deməkdir. Şəri mənada isə bu, pak və Uca Allahın bu aləmdə yaratdığına, məhv etdiyinə və dəyişdirdiyinə verdiyi qərara deyilir. Qədər sözü isə lüğəti mənada ərəbcə "qədərə" felindən əmələ gəlmiş məsdərdir və bir şeyin miqdarını təyin etməyə deyilir. İstilahi mənada isə qədər, Uca Allahın Öz əzəli elmi sayəsində əzəldən məxluqatı üçün müəyyən etdiyi müqəddəratdır.
Alimlər qəza ilə qədər arasındakı fərqi belə izah etmişlər: qədər–bir şey baş verməmişdən öncə onun müqəddəratını təyin etməyə deyilir. İşi bitdikdən sonra isə ona qəza deyilir. Əbu Hatim qəza ilə qədərin arasındakı fərqi izah edib demişdir: “Qədər–dərzinin bir libası tikməmişdən öncə onu təxmin etməsinə deyilir. Onu dəqiqliklə ölçüb-biçib, tikib hazırladıqda bu artıq qəza sayılır. Beləliklə də qədər qəzadan öncə baş verir. İbn Əsir demişdir: “Qəza və qədər bir-biri ilə sıx bağlılığı olan, ayrılmaz iki məfhumdur. Qədər bir binanın özülü kimidir, qəza isə binanın özü kimidir. Bu iki şeyi bir birindən ayıran binanı tarimar etmiş olar.”
Qəza və qədər kəlimələri yanaşı işləndikdə fərqli mənada, ayrı- ayrılıqda işləndikdə isə eyni mənanı ifadə edirlər. Bunu da bəzi alim- lər bildirmişlər.
Qədəri isbat edən dəlillər
Qədərə iman gətirmək imanın əsaslarından biridir və bunu Quran və Sünnədəki dəlillər sübuta yetirir.
Qurandan Uca Allahın bu ayələrini dəlil göstərmək olar: “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq” (Qəmər, 49). O, həmçinin buyurur: “Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür” (əl- Əhzab, 38). O həmçinin buyurur: “O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir” (əl-Furqan, 2).
Sünnədə də qədər barədə çoxlu hədislər vardır. Həmin hədis- lərdən biri məşhur Cəbrail hədisidir ki, bu hədisdə o, Peyğəmbərdən (s.a.s) imanın rüknləri barədə soruşmuş və Peyğəmbər (s.a.s): “Qədərin xeyir və şərinə iman gətirməkdi”–deyə cavab vermişdir. Həmin hədisi tam formada mələklərə iman fəslində qeyd etmişik.
Muslim "Səhih" əsərində Abdullah ibn Amr ibn əl-Asdan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət edir: “Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl məxluqatın müqəddəratını yazmışdır. O zaman Onun Ərşi suyun üzərində idi” ("Səhih Muslim", 2653).
Qədərə iman məsələsində səhabələr və onlardan sonrakılar yekdil rəydə olmuşlar. Muslim "Səhih" əsərində Tavusun belə dediyini rəvayət etmişdir: “Mən Rəsulullahın (s.a.s) səhabələrindən bəzilərini gördüm, onların hamısı hər bir şeyin qədərə uyğun baş verdiyini xəbər vermişlər.” Həmçinin, Abdullah ibn Ömərin (r.a) belə dediyini eşitmişəm: “Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Hər bir şey, hətta acizlik və fəallıq (yaxud fəallıq və acizlik) belə qədərlə bağlıdır.” İmam Nəvəvi demişdir: “Quran və Sünnədə varid olmuş tutarlı dəlillər, habelə səhabələrin icması və bir də sələf və xələf alimlərinin yekdil rəyi subut edir ki, pak və Uca Allah (əzəldən) hər bir şeyin müqəddəratını yazmışdır”.
Qədərin mərtəbələri
Dəlillərdən aydın olur ki, qədərin dörd mərtəbəsi vardır. Bunu alimlər də təsdiqləmişlər. Həmin mərtəbələr aşağıdakılardır:
Birinci mərtəbə: Allah bütün mövcud olan və olmayan, mümkün olan və olmayan hər bir şeyi əhatəli şəkildə bilir. Nə olub, nə olacaq, nə olmayıb və əgər olsaydı, nə cür olacağını yalnız Allah bilir. Buna da Uca Allahın bu ayəsi dəlildir: “Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz” (ət-Taləq, 12).
Buxari və Muslimin "Səhih" əsərlərində İbn Abbasın (r.a) belə dediyi rəvayət olunur: “Peyğəmbərdən (s.a.s) müşriklərin uşaqları haqqında soruşdular. O buyurdu: “Allah onları yaratdığı zaman onların nə əməllər edəcəklərini yaxşı bilir” ("Səhih əl-Buxari", 1384; "Səhih Muslim", 2659).
İkinci mərtəbə: Allahın Qiyamət gününədək olacaq hər bir şeyi yazmasıdır. Uca Allah buyurur: “Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda mövcuddur. Şübhə- siz ki, bu, Allah üçün asandır” (əl-Həcc, 70). O, həmçinin buyurur: “Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq” (Yasin, 12). Sünnədən isə bir az əvvəl Abdullah ibn Amr ibn əl-Asdan, müqəddəratın yerlə göy yaranmamışdan əlli min il əvvəl yazılması hədisini dəlil göstərmək olar.
Üçüncü mərtəbə: hər şeyin istəklə bağlı olması, yəni Allah istədiyi şey olur, istəmədiyi isə olmur. Uca Allah buyurur: “Bir şeyi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da olar” (Yasin, 82). O həmçinin buyurur: “Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!” (ət-Təkvir, 29). Buxari və Muslim, Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Sizdən heç kəs deməsin ki: “Allahım, əgər istəyirsənsə, məni bağışla! Allahım, əgər istəyirsənsə, mənə rəhm et!” Qoy hər kəs qətiyyətlə dua etsin. Çünki Allah istədiyini edir və heç kəs Onu nəyəsə vadar edə bilməz” ("Səhih əl-Buxari", 6339; "Səhih Muslim", 2679).
Dördüncü mərtəbə: Allahın hər bir şeyi yoxdan yaratmağa qadir olması. Belə ki, hər bir iş görəni və onun gördüyü işi, hər bir hərəkət edəni və onun hərəkətini, habelə hər bir hərəkətsiz duranı və onun hərəkətsizliyini yaradan məhz pak və müqəddəs Allahdır. Uca Allah buyurur: “Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır” (əs-Saffət, 96). Buxarinin "Səhih" əsərində İmran ibn Husayndan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Allah var idi və Ondan başqa heç bir şey yox idi. Onun Ərşi suyun üzərində idi. Allah Kitabda (olacaq) hər şeyi yazdı. (Sonra) göyləri və yeri yaratdı” ("Səhih əl-Buxari", 3191).
Qədərə tam iman gətirmək üçün bu mərtəbələrin hamısına iman gətirmək vacibdir. Bunlardan birini inkar edən kəs qədərə iman gətirmiş sayılmır. Daha doğrusunu isə Allah bilir.
Qədərə iman gətirməyin faydaları
Qədərə iman gətirməkdə möminin həyatı üçün böyük faydalar vardır.
1. Bir işi gördükdə Allaha arxayın olmaq, belə ki, səbəbləri də, onun nəticələrini də yaradan Allahdır.
2. Hər bir şeyin Allahın qəza və qədəri ilə olmasını başa düşdükdə möminin canı rahat və qəlbi arxayın olur.
3. İnsan istəyinə nail olduqda lovğalanmamalıdır, çünki bu naliyyət Allahın istəyi sayəsində olmuşdur. Sadəcə olaraq Allaha şükür edib lovğalıqdan uzaq durmaq lazımdır.
4. Bir iş alınmadıqda qəmgin olmaq lazım deyil. Çünki bu da Allahın qədəridir və buna səbir etmək gərəkdir.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan ordusu Kəlbəcərə yola düşüb - VİDEO
Kürəkdəki ləkələri necə aradan qaldırmalı?
Polis Şeyma Subaşının evinə basqın edib
“Hədəf”-“Xan” nəşrləri “Tarki-Tau”da iştirak edib
Banan viruslar əleyhinə mübarizəyə kömək edir
Bu gün Azərbaycanda sonuncu buraxılış imtahanıdır
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı vəziyyət nə yerdədir?
D vitaminli su hazırlanıb
Neymarın cəzası məlum oldu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-33
Həcc ziyarətini 1000 kamera izləyəcək
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Maykl Ceksonun həyatı film olur
Üzeyir Hacıbəylinin Şuşadakı evi - VİDEO
Məkkə faciəsinə görə 28 nəfər edam olunacaq
Hacı Nurandan üzücü xəbər
"Sevgilisiz" olmağın 15 üstünlüyü
"Canım qurtardı"
iPad mini-də Retina olacaq
Səlbiyyə sifətləri nədir və hansılardır?
Qırmızı soğanın inanılmaz faydaları
Bəzi əşyaların istifadə müddəti
Hulusi Akardan Azərbaycana qələbə təbriki
Kəhrəba haqqında
Qara rəngli diş məcunu və faydası
Qaz balonсuğunu metroda sərnişinlərin üzünə püskürtdü - VİDEO
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Yenilənmiş Hyundai Veloster
Bəzi tarixi yerlərə səyahət
Azərbaycanın qaz kəmərinin altında itmiş şəhər tapıldı
Məcburi köçkünlərin...
İŞİD-in zəhərlədiyi gələcək
Ermənistanlı kənd icması rəhbəri: “Azərbaycanlı əsgərlərin mahnı oxuması kənd sakinlərinə pis təsir edir”
Adobe Photoshop (Dərs-15)
Dünyaca məşhur aktyor VARİSİNİ açıqladı-FOTO
İndi də İspaniyada məşhurlaşdılar - FOTO
Cəfəri maskası
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Bisküvit tortu (foto resept)
Uşağına bu adı verənə 10 min dollar mükafat
Azərbaycan milli uşaq oyunları-11
Dünyanın ən darısqal şəhəri
Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağalıb - FOTO
16 yaşlı gəncin boyu şoka saldı - 2.31 sm
Alış-verişdə nəyə diqqət etməli?
Google axtarışı təkmilləşdirdi
Sevimli salat (foto resept)
- ŞƏRHLƏR