Bakıda hava 14°
USD AZN
EUR AZN
13 noyabr 20:35Surayye Hec mene yazib elemirsiz iki baci 13 noyabr 20:35Surayye salam canim menim sen necesen 13 noyabr 18:32Sima salam axsamiz xeyir necesiz
41119

Azərbaycan tarixindən yüz şəxsiyyət-91

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Azərbaycan tarixindən yüz şəxsiyyət-91

Qara Qarayev

(1918-1981)

Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda anadan olmuşdur. Atası Azərbaycanın tanınmış uşaq həkimi, respublikada qadın alicə müəssisələrinin təşkilatçılarından biri olmuşdur. Uşaqda musiqiyə olan hədsiz həvəsi gördükdə ona həyatda seçdiyi yolla getməsinə maneçilik törətməmişdir.

Qara Qarayev ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində almışdır. Bu fakültə ilkin musiqi təhsili verməklə bərabər, dinləyicilərini konservatoriyaya daxil olmaq üçün hazırlayırdı. 1933-1938-ci illərdə Qara Qarayev həmin konservatoriyada müvəffəqiyyətlə oxumuşdur. Burada ona tanınmış müəllimlər, məsələn, bəstəkarlıq üzrə R.Rudolf, Azərbaycan xalq musiqisinin əsasları üzrə Ü.Hacıbəyli dərs demişdir. Artıq bu dördə o özünün ilk musiqi əsərlərini yaratmağa başlamışdır. 1938-ci ildə yazdığı "Könül mahnısı" kantatası Azərbaycan musiqisində yeni düşüncəli bəstəkarın doğulmasını göstərdi.

XX əsrin 40-cı illərinin 2-ci yarısı Q.Qarayevin yaradıcılığının yetkinləşmə dövrü olmuşdur. Bu dövrdə P.Çaykovski adına Moskva Konservatoriyasında D.Şostakoviçin bəstəkarlıq sinfində təhsil alan Q.Qarayevin yaratdığı musiqi əsərlərinin əksəriyyəti faşizm üzərində qazanılmış qələbə və bu qələbədə Azərbaycan xalqının rolunun tərənnüm edilməsi ilə bağlı olmuşdur. O, 1943 və 1946-cı illərdə 1-ci və 2-ci simfoniyalarını yazmış, 1945-ci ildə isə C.Hacıyevlə birgə "Vətən" operasını bitirmişdir.

1946-cı ildə P.Çaykovski adına Moskva Konservatoriyasında təhsilini başa vurduqdan sonra vətənə qayıdan Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. Bəstəkarın yazdığı musiqi əsərləri dərin ideya-fəlsəfi məzmunu ilə dinləyiciləri cəlb edirdi. 1947-ci ildə yazdığı və zərifliyi ilə seçilən simli kvartetində aşıq və muğam sənəti xüsusiyyətləri əksini tapmışdır. Bəstəkarın melodik dilinin səlisliyi və ifadəliliyi ilə səciyyələnən "Leyli və Məcnun" simfonik poemasında Nizaminin eyniadlı əsərinin humanist ideyası ustalıqla ifadəsini tapmışdır. Yaratdığı əsərlərə görə Qara Qarayev 2 dəfə-1946 və 1948-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Bəstəkar 1952-ci ildə "Yeddi gözəl" baletini Nizaminin eyniadlı poeması üzrə yazır. Bu balet sovet musiqisinin ən yüksək nailiyyətlərindən biri kimi qiymətləndirilir. Baletdə milli musiqinin məqam-intonasiya sistemi və balet janrının xüsusiyyətlərindən məharətlə istifadə olunmuşdur. Onun musiqisində janr lövhələri ilə epiklik, psixologizm ilə faciəvi pafos, lirika ilə qrotesk vahid dramaturji konsepsiyaya tabe olmaqla vəhdət təşkil edir. 1952-ci ildə tamamladığı "Alban rapsodiyası"nda Q.Qarayev M.Qlinka və A.Rimski-Korsakovun simfonik lövhələrinə xas ənənələri inkişaf etdirmişdir. O, melodiya, ritm, məqam, polifoniya, orkestr palitrası, musiqi forması sahəsində yeni ifadə vasitələri axtarırdı. Onun novatorluq axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nailiyyətlərinə əsaslanırdı.

Bəstəkarın P.Abrahamsın eyniadlı romanı üzrə 1958-ci ildə yazdığı "İldırımlı yollarla" baleti onun yaradıcılığında tam yeni mərhələ idi. O bu janrda ilk dəfə olaraq Cənubi Afrika xalqlarının azadlıq mübarizəsini təsvir etmiş, zəngin obrazlar yaratmışdır. Q.Qarayev Cənubi Afrika musiqi folkloruna həssaslıqla yanaşmış, onu müasir musiqinin mürəkkəb ifadə vasitələri ilə işləmişdir.

1953-cü ildə Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri seçilən Qara Qarayev müasir Azərbaycan bəstəkarlıq məktəbinə başçılq etmişdir. R.Hacıyev, A.Babayev, A.Məlikov, H.Xanməmmədov, X.Mirzəzadə, V.Adıgözəlov və digər Azərbaycan bəstəkarları onun yetirmələridir. Elmi fəaliyyətlə məşğul olan bəstəkar Azərbaycan musiqisinin inkişafı problemlərinə həsr olunmuş bir çox məqalə və məruzələr yazmışdır. O, həmçinin, Ü.Hacıbəylinin, S.Prokofyevin, D.Şostakoviçin yaradıcılığına həsr olunmuş bir sıra elmi əsərlərin də müəllifidir. 1957-ci ildə konservatoriyanın professoru, 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən Q.Qarayev 1959-cu ildə həm də SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür. 

Azərbaycan tarixindən yüz şəxsiyyət-91

Əksər əsərlərində insanın gözəllik uğrunda mübarizəsini göstərməyə çalışan bəstəkar əsrin ictimai problemlərini də ustalıqla açmışdır. Bununla belə, böyük bəstəkar dövrün tələbinə uyğun bir sıra  musiqi əsərləri də yaratmışdır. Onların sırasında S.Vurğunun sözlərinə yazdığı "Zamanın bayraqdarı" kantatası (1959), "Klassik süita" (1967), 26 Bakı komissarının xatirəsinə həsr olunmuş oda (1968)  və V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr olunmuş oratoriya-plakatı (1970) göstərilə bilər. Qara Qarayevin musiqi dili sahəsinə gətirdiyi yeniliklər Azərbaycan, eləcə də dünya musiqisinin inkişafında mühüm rol oynamışdır. Onun kamera orkestri üçün yazdığı 3-cü simfoniyası (1965), skripka ilə orkestr üçün konserti (1967), "Zəriflik" monooperası (A.Barbüsün novellaları əsasında, 1971), "Dostluq himni" kantatası (1972), "Coşqun qaskoniyalı" müzikli (E.Rostanın "Sirano de Berjerak" pyesi əsasında, 1973) bunu bir dafa sübut edir.

1962-ci ildə SSRİ Bəstəkarlar İttifaqının katibi seçilən Qara Qarayev 1967-ci ildə Lenin mükafatına layiq görülmüşdür.

Qara Qarayev kinofilmlərə və dram əsərlərinə yazılmış müxtəlif mövzulu süitaların müəllifidir. "Rəqs müəllimi", "Nikbin faciə", "Qəribə adam", "Antoni və Kleopatra" dramlarına yazdığı musiqilər konkret süjet əsasında yaradılmasına baxmayaraq, hər biri müstəqil əsər kimi şöhrət qazanmışdır. "Tarixin ibrət dərsi", "Uzaq sahillərdə", "Mateo Falkone", "Qoyya", "Xəzər neftçiləri haqqında dastan", "Vyetnam", "Dənizi fəth edənlər", "Don Kixot" kinofilmlərinə yazdığı musiqilər həm də janr etibarilə orijinaldır.

Klassik ənənələrə xüsusi diqqət verməklə yanaşı ən müxtəlif formalara müraciət edən müəllif kütləvi mahnı və estrada musiqi janrlarında da əsərlər yaratmışdr.

Qara Qarayevin musiqisi ümumdünya şöhrəti qazanmış, baletləri SSRİ- nin və bir sıra dünya teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur. 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən bəstəkar 2 dəfə Lenin ordeni, həmçinin Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə də təltif edilmişdir.

Qara Qarayev 1981-ci ildə Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

Səslərin sayı: 0
2
1522
loading...
Şərhlər
Offline
Nermin_Guler
1962-ci ildə SSRİ Bəstəkarlar İttifaqının katibi seçilən Qara Qarayev 1967-ci ildə Lenin mükafatına layiq görülmüşdür.
20 dekabr 2015 11:21
Offline
Aysel İ.
Qara Qarayev kinofilmlərə və dram əsərlərinə yazılmış müxtəlif mövzulu süitaların müəllifidir. "Rəqs müəllimi", "Nikbin faciə", "Qəribə adam", "Antoni və Kleopatra" dramlarına yazdığı musiqilər konkret süjet əsasında yaradılmasına baxmayaraq, hər biri müstəqil əsər kimi şöhrət qazanmışdır. "Tarixin ibrət dərsi", "Uzaq sahillərdə", "Mateo Falkone", "Qoyya", "Xəzər neftçiləri haqqında dastan", "Vyetnam", "Dənizi fəth edənlər", "Don Kixot" kinofilmlərinə yazdığı musiqilər həm də janr etibarilə orijinaldır.
Azərbaycanın bu cür dahi şəxsiyyətlərini bizə xatırlatdığı üçün, daha doğrusu unutmağa imkan vermədiyi üçün Agata çox təşəkkür edirəm. Allah razı olsun!
16 dekabr 2015 12:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 21:03 - Müəllif: ChapoLoatsKV
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    Лучший магазин по продаже программаторов кодграбберов. На рынке с 2010г. Всегда на связи. Качественный продукт с гарантией качества! kodgrabbr.ru kodgrabber.club кодграббер.ру кодграббер.клуб Telegram: +19193482124 @kodgrabber_club кодграбберы, программаторы ключей, ретрнаслятор длинная рока, прогрмматор toyota lexus, купить кодграббер Pandora
  • Məşhurlardan qısa saç modelləri

    Haydi sacini hec qisaltmir
  • Mandalinin bilinməyən faydaları

    Potasium tərkibi yüksək qa təzyiqinin qarşısımı alaraq infarkt riskini azaldır. Xolesterin azalmasına kömək edir.
  • Leonardo Di Kaprio haqqında bilinməyən məlumatlar

    O gun 45 yasi oldu axi hele de evlenmir
  • İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel

    yerim melum Beyendim
  • Necati Şaşmazın verəcəyi təzminat bəlli oldu

    Qeyd edək ki, Nagehan Necatidən 60 min lirə təzminat istəmişdi. 2012-ci ildə evlənən cütlüyün 6 və 3 yaşında iki övladı var.
  • Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF

    O iki yuzu de verene kimi anadan emdiyin sud burnunan gelir
  • 20:17 - Müəllif: LeslieNapAA
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    уводили аккаунт или испытывали проблемы доступом на HYDRA? Сам неоднократно обжигаясь наконец нашел Тут всегда всегда ровно! Единственный реальный сайт от администрации проекта. Hydra2web http://6ejio4ka.ru/
  • Məşhur aktrisa 20 il sonra ETİRAF etdi

    HBO şirkətinin istehsalı olan reytinqli ABŞ serialı "Sex and the city"nin aktrisası Kristin Deyvis (Kristin Davis) ekran işindəki intim səhnələrlə bağlı açıqlama verib.
  • 18:34 - Müəllif: Sima
    Mandalinin bilinməyən faydaları (2)

    Mandalinin bilinməyən faydaları

    Zəngin C vitamini tərkibi sayəsində immunitet sistemini gücləndirir.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış