Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Bülbül
(1897-1961)
Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan musiqisinin on görkəmli nümayəndələrini yetirmiş Şuşada böyüyüb boya-başa çatmış Murtuza artıq kiçik yaşlarından "Bülbül" deyə çağırılırdı; xalq ona bu adı məharətli zəngulələrinə görə vermişdi. Gənc Bülbül də operada öz qüvvəsini sınamaq qərarına gəlir. O bir müddət həvəskar teatr tamaşalarında iştirak edəndən sonra peşəkar səhnəyə ayaq basır.
Bülbülün peşəkar teatr səhnəsində ilk çıxışı M.Əmirovun 1916-cı ildə Gəncədə tamaşaya qoyulmuş "Seyfəlmülk" operası ilə bağlıdır. Böyük uğur qazanmış tamaşa hamını gənc xanəndə barədə danışmağa vadar edir. Üzeyir bəy Hacıbəyli ilə tanışlıq isə Bülbülün müğənni həyatında dönüş yaradır. 1920-ci ildə Azərbaycan Opera və Balet Teatrının solisti Bülbül Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm", Z.Hacıbəyovun "Aşıq Qərib" operalarında İbn Salam, Kərəm, Qərib rollarını oynayır.
Ü.Hacıbəylinin məsləhəti ilə Bakı konservatoriyasına (sonralar-Azərbaycan Dövlət Konservatoriyası) daxil olan Bülbül məşhur musiqişünaslar A.Drozdo-Polyayev və N.Speranskinin sinfində təhsil almış, 1927-ci ildə konservatoriyanı müvəffəqiyyətlə bitirmişdir. Vokal texnikasını daha da təkmilləşdirmək üçün Bülbül dövlət tərəfindən Milana, məşhur La-Skala teatr və musiqi məktəbinə göndərilmişdir. 1931-ci ilədək o burada Delliponti və P.Qranidən dərs almışdır. Azərbaycana qayıtdıqdan sonra Bülbül Azərbaycan Opera və Balet Teatrında opera tamaşalarında oynamaqla bərabər, Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.
Bülbülün yaradıcılığı Azərbaycan vokal sənətinin inkişafında nıühüm rol oynamışdır. Geniş səs imkanlarına malik olan Bülbülün ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ənənələri üzvi şəkildə birləşmişdi.
Azərbaycan operasında lirik-dramatik terror kimi tanınan Bülbülün geniş diapazonlu, gözəl, məlahətli, axıcı səsi, həmçinin ifaçı-aktyor istedadı Azərbaycanın sərhədlərindən kənarda belə yüksək qiymətləndirilirdi. O, SSRİ-nin bir çox bölgələrində qastrollarda olmuş, Moskva və Leninqradın ən məşhur səhnələrində tamaşalar vermişdir. Mütəxəssislər qeyd edirdilər ki, müğənni həm də
böyük aktyorluq istedadına malikdir.
Ü.Hacıbəylinin "Koroğlu" operasında Bülbülün yaratdığı Koroğlu obrazı Bülbülün opera yaradıcılığının zirvəsi sayılır. O, romantik ruhlu xalq qəhrəmanının daxili aləmini hərtərəfli aça bilmişdir. Bülbülün ifasında Koroğlu partiyası Azərbaycan musiqili teatrı tarixində mühüm bir mərhələdir. Opera Azərbaycanın hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanmışdır. Bülbül bir çox digər operalarda da əsas partiyaları ifa etmişdir. Belə ki, o, Ü.Hacıbəylinin "Arşın mal alan" operasında Əsgər, R.Qliyerin "Şahsənəm" operasında Qərib, M.Maqomayevin "Nərgiz" operasında Əlyar, Ə.Bədəlbəylinin "Nizami" operasında Nizami, Niyazinin "Xosrov və Şirin" operasında Fərhad, Q.Qarayevin və C.Hacıyevin "Vətən" operasında Aslan obrazlarını məharətlə yaratmış, onların partiyalarını böyük ustalıqla ifa etmişdir. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülən Bülbülə 1940-cı ildə professor adı verilir.
II Dünya müharibəsi sona çatandan sonra Bülbül bir çox xarici ölkələrdə qastrollarda olmuş, Azərbaycan musiqisinin nailiyyətlərini təbliğ etmişdir. Bülbülün repertuarında Qərbi Avropa və rus klassiklərinin əsərləri də var idi. O, J.Bizenin "Karmen", C.Verdinin "Riqoletto", J.Masnenin "Verner", C.Puççininin "Toska", N.A.Rimski-Korsakovun "May gecəsi", S.V.Raxmaninovun "Aleko" operalarında əsas partiyaları ifa etmişdir.
Bülbül Azərbaycan xalq mahnılarının, təsniflərin əvəzsiz ifaçısı olmuşdur. Onun ifa etdiyi "Süsən sünbül", "Yaxan düymələ", "Qara gözlər", "Çal- oyna", "Segah" və s. təsnifləri xalq tərəfındən hər zaman sevilmiş, rəğbətlə qarşılanmışdır.
Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərinin populyarlaşmasında Bülbülün xüsusi rolu var. O, A.Zeynallının "Ölkəm", Ü.Hacıbəylinin "Sənsiz", "Sevgili canan" romanslannın ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz musiqi obrazları yaratmışdır. İndiyədək həmin romanslardan söz düşəndə həmişə onların ilk ifaçısı yada düşür.
1950-ci ildə Bülbül SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Bununla belə Bülbül yalnız xanəndə və opera müğənnisi olmamışdır. Musiqi sahəsində dərin elmi biliklərə malik olan Bülbül Azərbaycan milli vokal məktəbi ənənələrinin tədqiqi, rus və Avropa opera mədəniyyəti ilə bu ənənələrin sintezi və s. vacib musiqişünaslıq məsələlərinə aid bir çox əsərin müəllifidir.
Vətənpərvərliyi ilə seçilən Bülbül hələ 1932-ci ildə Azərbaycan xalq musiqisini öyrənməyi və təbliğ etməyi təklif etmişdir. Xatırlamaq yerinə düşər ki, o dövrdə Azərbaycanda qurulmuş mürtəce rejim milli ənənələrin, milli xüsusiyyətlərin qabardılmasına qarşı çıxır, bu istiqamətdə iş görənləri isə "millətçi" damğası ilə təqib edir və repressiyalara məruz qoyurdu. Azərbaycanın xalq musiqisinin az qala qadağan edildiyi bir dövrdə, saz, tar, kamança kimi musiqi alətlərinin ləğv edilməsi kampaniyasının aparıldığı bir şəraitdə xalq musiqisini öyrənməyi təklif etmək insandan böyük cəsarət tələb edirdi. Vətən eşqi, öz xalqının adət-ənənələrinə, zəngin mədəni irsinə olan dərin hörməti Bülbülə bu cəsarəti vermişdir. Çox çək-çevirdən sonra onun təşəbbüsü, nəhayət ki, qəbul edilmişdir.
Azərbaycan ziyalılarının dəstəyinə arxalanan Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildə kabinet Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutuna verilmiş, onun nəzdində fəaliyyəti davam etdirilmişdir. Kabinet 1938-ci ildə Bülbülün redaktəsi ilə "50 Azərbaycan el mahnısı" və 1956, 1958-cı illərdə "Azərbaycan xalq mahnıları" adlı topluları çap etdirilmişdir.
Dövlət tərəfindən 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni və medallarla təltif edilən Bülbülün on böyük qazancı xalqın ona və onun sənətinə olan sevgisi, bütün dünyada musiqişünasların, opera xadimlərinin böyük hörməti olmuşdur.
Bülbül 1961-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Onun vətəni, Azərbaycanın musiqi beşiyi Şuşa şəhəri hal-hazırda erməni işğalçılarının əlindədir.
XƏBƏR LENTİ
Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq
“Qarabağ”da şok itki
Liderlər və ağıl xəstəlikləri (2)
Adobe photoshop - İlk dərs
İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ərdoğandan Qarabağ şərti
Qoyun ili nə vəd edir?
Rəsmi Moskvadan Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi ilə bağlı AÇIQLAMA
500 metr hündürlükdə körpəni tək qoydu
Zamanın təsiri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Neftin qiyməti nə vaxt qalxacaq?
İmam sarığı tortu(foto resept)
TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
Sabahın hava proqnozu
Dünyaya sərt mesaj verdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Hadisə yeni FOTOsunu paylaşdı
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
UNO qatarı haqlamaq istədi
Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər
Diş qıcanmasının səbəbləri
Gəlin buketləri
Dəniz suyunun faydaları
MSK seçkinin ilkin nəticələrini açıqladı
HAVA necə olacaq?-12 yanvar
Erməlnilərin şərti: Sarkisyan getməlidir
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Ərdoğana cəza verildi
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
36 milyonluq fincan
Zəlzələdə 13 mindən çox adam yaralandı
Rus dili - РЎСЃ
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
Külək nə vaxta kimi davam edəcək?
Rezidenturada 24 plan yeri boş qaldı
"Kit-Kat"lı brauni (foto resept)
Qadınlar hansı ölkəyə bənzəyir?
İlham Əliyev Moskvaya getdi
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
WhatsApp niyə çökdü?
MƏHƏBBƏT HAQQINDA
Acı bibərlı pomidor sousu (foto resept)
Gündəlik normal qidalanma
Artıq ünvanlar daha tez və rahat tapılacaq
- ŞƏRHLƏR