Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Azərbaycan tarixindən yüz şəxsiyyət-86

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Mirəsədulla Mirqasımov

(1883-1958)

Mirəsədulla Mirələsgər oğlu Mirqasımov 1883-cü ildə Bakıda anadan olmuşdur. Orta təhsil aldıqdan sonra o, təhsilini davam etdirmək üçün Rusiyanın ali məktəblərindən birinə qəbul olunmaq qərarına gəlir. M.Mirqasımov Odessa şəhərinə gələrək burada Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. Həmin fakültədə bir çox Azərbaycan həkimləri, o cümlədən Nəriman Nərimanov təhsil almışdır. Təhsil illərində tibbin cərrahiyyə sahəsinə maraq göstərən Mirəsədulla Mirqasımov 1913- cü ildə universiteti uğurla bitirmişdir.

Təyinatını Odessa şəhərinə alan gənc cərrah 1913 - 1916-cı illərdə Odessada  həkim  işləmişdir. Artıq I Dünya müharibəsinin getdiyi bir dövrdə Odessa hospitallarında çoxlu sayda yaralılar və xəstələr var idi və tibb işçiləri gecə-gündüz işləyirdilər. Burada Mirqasımov hərbi cərrahiyyə sahəsində zəngin təcrübə toplamışdır.

1916-cı ildə Bakıya gələn həkim burada hərbi lazaretdə fəaliyyətə başlayır. Qafqaz cəbhəsindən gətirilən minlərlə yaralı Bakı hospitalları və lazaretlərində yerləşdirilir, tibb  işçilərinin çatışmazlığı şəraitində onlara lazım olan köməklik göstərilirdi. 1917-ci ilin sonlarında Bakıda bolşevik və daşnakların sovet hakimiyyəti qurulanda M.Mirqasımov hərbi lazaretdən çıxır və indiki №-li doğum evində cərrah vəzifəsində çalışmağa başlayır. Bu, ziyalı insanın sovet hakimiyyətinin törətdiyi cinayətlərə qarşı etiraz addımı idi. 1918-ci ildə Azərbaycanda müstəqil dövlətin yaradılmasını alqışlayan Mirqasımov cərrah kimi fəaliyyətini davam etdirirdi.

Sovet hakimiyyəti illərində cərrah işləyən Mirəsədulla Mirqasımovun əsas diqqəti, elmi fəaliyyəti sidikdaşı xəstəliyinin etiologiya, klinika və müalicəsinin öyrənilməsinə, irinli peritonitlərə, urologiya və cərrahlığın digər aktual məsələlərinə həsr olunmuşdur. Azərbaycan Dövlət Universitetinin tibb fakültəsi nəzdində əvvəlcə namizədlik, 1927-ci ildə isə doktorluq dissertasiyasını dafiə etmiş M.Mirqasımov tibb elmləri doktoru adına layiq görülmüşdür. O, Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk alim-cərrahdır.

Tibb fakültəsində dosent kimi çalışan alimin 1928-ci ildə işıq üzü görən fundamental elmi əsəri "Azərbaycanda sidikdaşı xəstəliyinin öyrənilməsinə dair materiallar" adlanırdı. Əsərdə alim tərəfindən toplanmış faktlar təhlil edilir, xəstəliyin yaranma səbəbləri, xüsusiyyətləri, fəsadları, müalicə yolları araşdırılırdı.

1929-cu ildə M.Mirqasımov universitetin tibb fakültəsinin professoru seçilmişdir.

 

1930-cu ildə universitetin tibb fakültəsi bazasında Azərbaycan Tibb İnstitutu açıldı. Mirəsədulla Mirqasımov burada hospital cərrahiyyə kafedrasının professoru və müdiri seçilmiş, uzun illər bu vəzifədə çalışmışdır. 1933-cü ildə alimin  "Qısaca  ümumi  cərrahiyyə  kursu" monoqrafiyası işıq üzü gördü. Əsər cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərslik kimi qəbul edilmişdir. Onun müəllifi Azərbaycanda müasir tibb elminin əsasını qoyanlardan biri kimi respublika rəhbərliyinin diqqətini cəlb etmişdir. Üç il ərzində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi çalışan M.Mirqasımov bu mərkəzi icra hakimiyyəti orqanının işini milli ruhda qurmağa çalışırdı. O dövrdə mövcud olan şərait buna imkan vermədi və alim yenidən tibbə qayıtdı.

1934-cü ildə Azərbaycan SSR əməkdar elm xadimi fəxri adına layiq görülmüş Mirəsədulla Mirqasımov Azərbaycanda milli tibb kadrlarının hazırlanmasında böyük rol oynamışdır. Onun köməkliyi ilə minlərlə azərbaycanlı gənc tibb fakültələrinə qəbul edilir, həkim kimi fəaliyyət göstərir, on istedadlıları isə tibb elmi ilə məşğul olurdular.

1941-ci ildə faşist Almaniyası Sovet İttifaqına hücum edəndə alimin artıq 58 yaşı var idi. Yaşını və tutduğu vəzifələri, topladığı təcrübəsini nəzərə alaraq Bakı hospitallarından birində cərrah kimi fəaliyyətinə imkan yaradılır. 1941-ci ildə o, "Ölkənin müdafiəsində cərrahiyyənin rolu" adlı kitab çap etdirir. Burada müəllif ilkin tibbi yardımın yaralının həyatının xilas edilməsində böyük rolunu qeyd edirdi. Müharibənin qalibiyyətlə qurtaracağını və  Azərbaycan elminin  inkişaf səviyyəsini nəzərə alan SSRİ rəhbərliyi respublikada Elmlər Akademiyası yaratmağa icazə verir. 1945-ci ildə Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının akademiki və Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti seçilir.

Azərbaycanda elmi təfəkkürün mərkəzi olan Elmlər Akademiyasının yaradılması böyük hadisə idi. Yaradılanda onun tərkibində 4 şöbə var idi: neft və geokimya elmləri, neft və fizika-texniki elmlər, bioloji və kənd təsərrüfatı elmləri, ictimai elmlər. Onların tabeliyində 16 institut, 2 bölmə, 2 muzey, mərkəzi akademik kitabxana və s. qurumlar fəaliyyət göstərirdi. Elmlər Akademiyasının ilk ümumi  yığıncağı 1945-ci il martın 31-də keçirildi və həmin gün Azərbaycan Elmlər Akademiyasının yaranma tarixi hesab edilir. Azərbaycanda milli Elmlər Akademiyasının yaradılması elmi tədqiqatların inkişafı və dərinləşdirilməsi üçün yeni-yeni imkanlar açır, elmin nailiyyətlərini respublikanın inkişafında daha geniş tətbiq etməyə imkan verirdi. Fəaliyyətə başlayanda akademiyanın 15 həqiqi üzvü,

1975-ci ildə isə 49 həqiqi üzvü və 41 müxbir üzvü var idi. Azərbaycan alimləri həm sovet, həm də ümumbəşəri elmin inkişafına layiqli töhfələr vermişlər.

Tibbi araşdırmalara bilavasitə rəhbərlik edən M.Mirqasımov insan və heyvan fiziologiyası, bioloji vacib olan birləşmələrin strukturu, fiziki quruluşu və kimyəvi tərkibi istiqamətində alimlər yetişdirirdi. 1955-ci ildən Beynəlxalq Cərrahlar Assosiasiyasının həqiqi üzvü seçilən

Mirəsədulla Mirqasımov qarın  yatalağı xəstəliyi sahəsində tədqiqatlar aparırdı.

1957-1959-cu illərdə onun "Qarın yatalağının cərrahiyyəsi" adlı kitabının 1-ci və 2-ci cildləri nəşr edildi. Tibb elmində böyük rezonans doğurmuş əsər bu təhlükəli xəstəliyin cərrahi yolla müalicəsindən başqa, ümumilikdə aradan qaldırılması istiqamətində kompleks tədbirləri də işıqlandırırdı.

Akademik Mirəsədulla Mirqasımovun geniş və çoxcəhətli fəaliyyəti Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və medalla qiymətləndirilib.

Mirəsədulla  Mirqasımov 1958-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Səslərin sayı: 1
1
772
loading...
Şərhlər
Offline
Fatma xanım
Heç tanımırdım sayəndə oxudum çox sağ ol
2 dekabr 2015 19:19
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır