Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Azərbaycan tarixindən yüz şəxsiyyət-80

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Yusif Məmmədəliyev

(1905-1961)

Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci ildə Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Doğma şəhərində orta təhsil aldıqdan sonra dəqiq elmlərə və təbiət elmlərinə böyük maraq göstərən gənc Bakı şəhərinə gəlmiş və 1926-cı ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir.

Təyinatını Gəncə (o zaman Kirovabad adlandırılırdı) şəhərinə alan Y.Məmmədəliyev bir müddət burada pedaqoji texnikumda kimya müəllimi işləyir. Çox keçmir ki, o, qədim Azərbaycan şəhəri İrəvana göndərilir. O zaman şəhər Yerevan adlanır və Rusiya imperiyasının siyasətini davam etdirən sovetlər burada erməniləşdirmə siyasətini aparırdı. Azərbaycanlılar müxtəlif vasitələrlə işdən çıxarılır, evləri əllərindən alınır, ermənilərin sayı günü-gündən artırılırdı. Buna baxmayaraq XX əsrin 20 - 30-cu illərində burada minlərlə azərbaycanlı yaşayır və təhsil alırdı. Yusif  Məmmədəliyev bir müddət Yerevan Pedaqoji İnstitutunda kimya müəllimi işləmişdir.

Kimya elminə olan böyük marağı, nəhayət, onu Moskva şəhərinə aparır. Burada o, SSRİ-nin ən böyük və məşhur təhsil ocağı olan M.Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olur. Təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan Y.Məmmədəliyev 1932 -1933-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim işləyir. Elmi rəhbəri, məşhur sovet kimyaçısı N.D.Zelinskinin məsləhəti ilə elmi iş üzərində çalışmağa başlayan gənc mütəxəssis 1933-cü ildən Azərbaycan Elmi-Tədqiqat Neft Emalı  İnstitutunda işləməyə başlayır. Çox keçmir ki, o, elmi konfranslarda, konqres və simpoziumlarda iştirak edir, özünü perspektivli alim kimi tanıdır.

Y.Məmmədəliyevin əsas elmi işləri neftin və  neft qazlarının katalitik emalı sahəsi ilə bağlı olmuşdur. Karbohidrogenlərin xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarının kəşfi neftdən daha çox məhsul istehsal etməyə, əvvəllər tullantı sayılan maddələrdən yeni, təbiətdə olmayan maddələr əldə etməyə imkan verirdi. Y.Məmmədəliyev bu istiqamətdə elmi araşdırmalar aparır və 1936-cı ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edib kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülür. İlk kitabı çap olunur. Kitab belə adlanırdı: "Azərbaycan qazları və onlardan kimyəvi istifadə". Gənc alimin təklif etdiyi yeni üsullar və onların tətbiqi xalq təsərrüfatına böyük gəlir gətirə bilərdi və bunu nəzərə alan respublika rəhbərliyi alimin fəaliyyəti üçün lazımi şərait yaradır.

Yusif Məmmədəliyevin gərgin əməyi öz bəhrəsini verir, o, neft qazlarını xlorlaşdırmaqla karbon tetra-xlorid, metilxlorid, metilen-xlorid adlanan yeni maddələr alır. Alim eyni zamanda bilavasitə neft və onun tərkib hissələri ilə də təcrübələr aparır. Onun elmi fəaliyyətinin nəticəsi o zaman bütün SSRİ alimlərini heyrətə gətirmişdi. Belə ki, aromatik parafin və tsikloparafin karbohidrogenlər üzərində aparılan təcrübələr aviasiya yanacaqlarının yüksək keyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan yaratmışdı. Başqa sözlə

desək, o dövrdə olduqca bahalı olan yüksək keyfiyyətli aviasiya benzininin daha sürətli və ucuz əldə olunma üsulu kəşf edilmişdi. Beləliklə də həm ölkədə istehsal edilən aviasiya benzininin həcmi artırılır, həm də ekoloji baxımdan böyük xeyir əldə edilirdi: əvvəllər neft tullantıları sayılan və Abşeron torpaqlarını və Xəzəri çirkləndirən maddələr indi istehsalata yönəldilirdi.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-80

 

k Vətən müharibəsi başladıqdan sonra hərbi sənayeyə cəlb olunan Y.Məmmədəliyev aviasiya benzinləri üzərində işini davam etdirdi. Müharibənin ilk dövründə Qroznı və Mozdok neft mədənlərini itirmiş SSRİ-də neft hasilatı azalmış, lakin hərbi texnikanın neft məhsullarına olan tələbatı artmışdı. Belə bir şəraitdə vəziyyəti Azərbaycan neftçiləri və Y.Məmmədəliyevin başçılığı ilə fəaliyyət göstərən Azərbaycan alimləri xilas etdilər. Y.Məmmədəliyevin izopropilenbenzolun sintezi ilə bağlı elmi araşdırmaları nəticəsində sovet hərbi aviasiyası yüksəkoktanlı yanacaqla təmin olundu. Bu isə  aviasiyamıza səmada hərbi üstünlüyü ələ keçirməyə və bununla da bütün müharibənin gedişinə təsir göstərməyə imkan verdi. 1942-ci ildə öz ixtirası üzrə elmi iş yazan alim kimya elmləri doktoru adına layiq görüldü, elə həmin ildə professor adı aldı. Y.Məmmədəliyevin digər nailiyyəti yeni növ yandırıcı məhlulun əldə edilməsi ilə bağlı olmuşdur. Belə ki, onun ixtira etdiyi kimyəvi məhlul on qalın zireh lövhələrini belə əridirdi. Bu məhlul adi şüşə qablarda alman tanklarna qarşı tətbiq edilirdi və müharibənin ağır dövründə düşmən tankları ilə mübarizədə əvəzsiz idi.

Məxfi hərbi işlərlə bərabər, neft emalının yeni üsulları üzərində işləyən Y.Məmmədəliyevin 1943-cü ildə "Toluolun sintezi" adlı kitabı çap edilir.

Müharibə qurtarana yaxın-1945-ci ildə Azərbaycan SSR-də elmin inkişaf səviyyəsini nəzərə alan Moskva Azərbaycana Elmlər Akademiyası təşkil etməyə icazə verdi. Elə həmin il Y.Məmmədəliyev akademik adına layiq görüldü. 1945-ci ildə o, Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunun direktoru təyin edildi.

Alimin müharibədən sonrakı elmi fəaliyyəti də uğurlu olmuşdur. Belə ki, Bakı neftinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi istiqamətində işləyən Y.Məmmədəliyev yuyucu maddələr almışdır. Tədqiqatlarını davam etdirən ixtiraçı alim piroliz məhsullarından plastik kütlə əldə etmişdir. Hal-hazırda bütün bəşəriyyət plastik kütlədən hazırlanmış əşyalardan geniş istifadə edir. İndiki

texnika və məişətimizi plastik kütlədən hazırlanmış əşyalarsız təsəvvür etmək çətindir. Lakin çox az adam bilir ki, belə kütlənin bəzi növlərinin alınmasında azərbaycanlı alim-Yusif Məmmədəliyevin böyük xidmətləri olmuşdur. Elmi ixtiralarına görə alim 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Azərbaycanda aparılan geoloji kəşfiyyatın nəticələri ilə daim maraqlanan Y.Məmmədəliyev Xəzər sahillərindən çox-çox uzaqlarda-Naftalanda aşkarlanmış neft üzərində də tədqiqatlar aparırdı. Məhz o sübut etmişdir ki, bu neftin ən böyük qiyməti onun müalicəvi əhəmiyyətindədir.

1947-ci ildə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilən Y.Məmmədəliyev Azərbaycan elminin istiqamətləndirilməsində, milli alim kadrlarının hazırlanmasında böyük əməli işlər görmüşdür. 1954-1958-ci illərdə o, Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. Onun rəhbərliyi ilə universitet dünya səviyyəli təhsil ocağına çevrilmiş, yeni korpuslarda laboratoriyalar, fənn tədrisi kabinələri, eksperimental bazalar təşkil edilmişdir. Əvvəllər yalnız tədris müəssisəsi kimi fəaliyyət göstərən universitet uğurlu elmi axtarışlar həyata keçirməyə başlamış və SSRİ elmi-tədris müəssisələri sırasında layiqli yer tutmuşdur.

1958-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü  seçilən Yusif Məmmədəliyev bir çox xarici ölkələrdə beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Onun çıxış və mühazirələri daim maraqla qarşılanmışdır. 1958-ci ildə yenidən Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilən alim bu vəzifədə əlindən gələni etmişdir. Respublika üçün yüksəkixtisaslı elmi kadrların hazırlanmasında onun səyləri uğurla nəticələnmişdir: o dövrkü elmin elə sahəsi yox idi ki, orada azərbaycanlı alimlər fəaliyyət göstərməsinlər. Elmlər Akademiyasının elmi potensialının artırılması istiqamətində apardığı işlər Y.Məmmədəliyevin 1960-cı ildə çap etdirdiyi "Azərbaycan elminin inkişafı" adlı kitabında öz əksini tapmışdır.

Azərbaycan və ümumən SSRİ elminin inkişafına görə Y.Məmmədəliyev Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni və çoxlu medallarla təltif edilmişdir.

Yusif Məmmədəliyev 1961-ci ildə Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

1964-1967-ci illərdə onun üç cilddən ibarət "Seçilmiş əsərləri" çap edilmişdir.

Səslərin sayı: 1
2
1098
loading...
Şərhlər
Offline
Fatma xanım
Çox keçmir ki, o, qədim Azərbaycan şəhəri İrəvana göndərilir. O zaman şəhər Yerevan adlanır və Rusiya imperiyasının siyasətini davam etdirən sovetlər burada erməniləşdirmə siyasətini aparırdı. Azərbaycanlılar müxtəlif vasitələrlə işdən çıxarılır, evləri əllərindən alınır, ermənilərin sayı günü-gündən artırılırdı. Buna baxmayaraq XX əsrin 20 - 30-cu illərində burada minlərlə azərbaycanlı yaşayır və təhsil alırdı. Yusif Məmmədəliyev bir müddət Yerevan Pedaqoji İnstitutunda kimya müəllimi işləmişdir.
18 noyabr 2015 19:26
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Müharibə qurtarana yaxın-1945-ci ildə Azərbaycan SSR-də elmin inkişaf səviyyəsini nəzərə alan Moskva Azərbaycana Elmlər Akademiyası təşkil etməyə icazə verdi. Elə həmin il Y.Məmmədəliyev akademik adına layiq görüldü. 1945-ci ildə o, Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunun direktoru təyin edildi.
18 noyabr 2015 06:21
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır