Bakıda hava 14°
USD AZN
EUR AZN
13 noyabr 20:35Surayye Hec mene yazib elemirsiz iki baci 13 noyabr 20:35Surayye salam canim menim sen necesen 13 noyabr 18:32Sima salam axsamiz xeyir necesiz
41119

Azərbaycan tarixindən yüz şəxsiyyət-79

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-79

 

Adil İsgəndərov

(1910-1978)

Adil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncə (o dövrdə Azərbaycan Rusiyanın tərkibində olduğundan şəhər Yelizavetpol adlanırdı) şəhərində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra o, Bakıya gəlmiş və 1931-ci ildə burada Teatr Texnikumunu bitirmişdir. Lakin seçdiyi sənət yolunda irəliləmək üçün orta təhsilin az olduğunu hiss  edincə o, Moskvaya yollanmışdır. Adil İsgəndərov A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olmuş və 1936-cı ildə oranı rejissor diplomu ilə bitirmişdir. Qeyd etmək lazımdır ki, Moskvada təhsil aldığı illərdə o, Moskva Bədaye Teatrında və Vaxtanqov adına teatrda rejissorluq təcrübəsi keçmişdir.

1936-cı ildə Bakıya qayıtdıqdan sonra Adil İsgəndərov M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının rejissoru təyin edilmişdir. Gənc rejissorun birdən-birə belə məsul vəzifəyə təyin edilməsi bir sıra səbəblərlə izah olunurdu. Belə ki, o zaman respublikada peşəkar rejissorlar az idi, üstəlik, onların bəziləri təzə-təzə genişlənən repressiya dalğasının qurbanı olmuşdular. Ona görə də digər sahələrdə olduğu kimi, teatrda da məsul vəzifələrə gənclər təyin edilirdi. Artıq 1937-ci ildə A.İsgəndərov teatrın baş rejissoru və direktoru təyin olunmuşdu. Bəzi sahələrdə təcrübəsiz şəxslərin məsul vəzifələrə təyin edilməsi özünü doğrultmasa da, teatrda özünü doğrultdu.

Adil İsgəndərovun ilk rejissorluq işi A.Korneyçukun pyesi əsasında "Polad qartal" tamaşası olmuşdur. 1936-cı ildə səhnələşdirilən bu tamaşa tənqidçilərin müsbət rəyini qazanmışdır. Onlar gənc rejissorun istedadını və novatorluğunu xüsusi qeyd etmişlər. 1937-ci ildə A.İsgəndərov M.İbrahimovun "Həyat" pyesini səhnəyə qoymuşdur.

Bir çox istedadlı aktyorların repressiya qurbanı olmasına, onların gənc və təcrübəsiz aktyorlarla əvəzlənməsinə baxmayaraq gənc rejissor uğurlu aktyor truppası təşkil edərək gözəl tamaşa hazırlamağa nail olmuşdur.

1938-ci il rejissor Adil İsgəndərov yaradıcılığının, bəlkə də, ən uğurlu ili sayıla  bilər. Həmin il o, Səməd Vurğunun “Vaqif” pyesini səhnələşdirmişdir. Azərbaycan milli rejissorluq sənətinin ən parlaq nümunələrindən biri olan bu tamaşanı 28 yaşlı bir gəncin səhnələşdirməsi sənət möcüzəsi kimi qəbul edilmişdir.

Geniş bədii ümumiləşdirmələr, tipik xarakterlər və mizanlar, xalq dramına xas əzəmətli səhnələrlə zəngin olan bu tamaşa indiyədək əhəmiyyətini itirməmişdir. Xalqımızın on sevimli tamaşalarından birinə çevrilən “Vaqif” tamaşası uzun illər səhnədən düşməmiş, tamaşaçıların zovqünü oxşamışdır. Belə ki, 1977-ci ildə tamaşa 1000-ci dəfə oynanılmışdır.

Vaqif” tamaşasına görə Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938) fəxri adına layiq görülən Adil İsgəndərov yeni-yeni tamaşalar qoyur. 1939-cu ildə o, S.Vurğunun "Xanlar", 1940-cı ildə görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının "Aydın", 1941-ci ildə yenə də S.Vurğunun "Fərhad və Şirin" pyesləri əsasında maraqlı tamaşalar hazırlayır. II Dünya müharibəsi illərində onun rəhbərlik etdiyi teatrın aktyorları ayrı-ayrı təşviqat qruplarının tərkibində cəbhələrdə, hospitallarda tamaşalar verir, vətənpərvərlik ruhunda səhnələr oynayırdılar. Zabit və əsgərlərin döyüş ruhunun yüksəldilməsində, onlara qələbəyə inamın, düşmənə nifrətin aşılanmasında belə tamaşaların böyük rolu olmuşdur.

1945-ci ildə müharibə qurtardıqdan dərhal sonra Adil İsgəndərov aktyor truppası təşkil edərək gərgin məşqlərə başlayır. Çox keçmir ki, teatrın səhnəsində yazıçı M.S.Ordubadinin "Dumanlı Təbriz" əsəri çox böyük uğurla oynanılır. Məlumdur ki, 1945-ci ildə Cənubi Azərbaycanda M.Pişəvərinin rəhbərliyi ilə milli oyanış başlamış, orada bir sıra demokratik islahatlar keçirilmişdi. Şimali Azərbaycandan Təbrizə yollanan Azərbaycan ziyalılarının hərtərəfli fəaliyyəti nəticəsində şah rejiminin yürütdüyü farslaşdırma siyasətinin qarşısı alınmış, milli oyanış prosesi ictimai həyatın bütün sahələrində özünü göstərmişdi. Azərbaycan Dövlət Dram Teatrının Təbrizdə göstərdiyi tamaşalar da bu məqsədə xidmət edirdi. M.S.Ordubadinin "Dumanlı Təbriz" əsərində Cənubi Azərbaycanda cərəyan edən inqilabi proseslərdən xəbər verilirdi. 1947-ci ildə Adil İsgəndərov C.Cabbarlının “1905-ci ildə” və Ə.Məmmədxanlının "Şərqin səhəri" əsərlərini tamaşaya qoyur. Sovet təbliğat maşınının tələb etdiyi inqilabi mövzuda hazırlanmalarına baxmayaraq, tamaşalar həm də azərbaycanlıların mübarizliyini nümayiş etdirirdilər. 1948-ci ildə A.İsgəndərov SSRİ Dövlət mükafatına layiq görülür.

1949-cu ildə teatrın səhnəsində A.İsgəndərovun yeni rejissor işi göstərilir. Bu dəfə o, dünya klassikinə müraciət etmişdi-V.Şekspirin "Otello" əsərini səhnələşdirmişdi.

 

Teatrın böyüməsi, inzibati işlərin çox vaxt aparması, üstəlik, Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs deməsi Adil İsgəndərovun rejissorluq fəaliyyətinə təsirsiz qalmır. Belə ki, növbəti tamaşasını o yalnız 1953-cü ildə hazırlayır. Bu, türk yazıçısı Nazim Hikmətin "Türkiyədə" əsəri idi. Həmin ildə rejissor M.Hüseynin "Cavanşir", bir il sonra isə C.Məcnunbəyovun "İliç buxtası" əsərini səhnələşdirir. Paralel olaraq A.İsgəndərov Azərbaycan Rus Dram Teatrı və Azərbaycan Opera və Balet Teatrında da əsərlər tamaşaya qoymuşdur. 1959-cu ildə Adil İsgəndərov SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür.

Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olan Adil İsgəndərov 50-ci illərdə Azərbaycan kinolarında çəkilmək üçün dəvətlər alır. Onun yaradıcılığına xas olan realizm, orijinal və təsirli ifadə vasitələri, monumentallıq bir kino aktyoru kimi də ona şöhrət qazandırır. O, 1958-ci ildə "Qara daşlar" və "Uzaq sahillərdə", 1961-ci ildə "Məhəbbət dastanı", 1963-cü ildə "Romeo qonşumdur" və "Mən rəqs edəcəyəm", 1966-cı ildə "26 Bakı komissarı", 1971-ci ildə "Axırıncı aşırım", 1976-cı ildə "Dərviş Parisi partladır", 1977-ci ildə "Arxadan vurulan zərbə" filmlərində yaddaqalan obrazlar yaratmışdır. Müxtəlif səpkili bədii filmlərdə istər mənfi, istərsə də müsbət obrazlar yaradan Adil İsgəndərov kinoaktyor kimi Azərbaycan kinosu tarixində böyük iz qoymuşdur.

1964-cü ildə A.İsgəndərov özünü kino rejissoru kimi də sınamışdır. O, "Əhməd haradadır?" filminin quruluşçu rejissoru olmuşdur.

Azərbaycan teatr sənətinin problemlərinə həsr olunmuş bir sıra məqalələrin müəllifi olan Adil İsgəndərov 1956-cı ildə professor adına layiq görülmüşdür.

1966-cı ildə Adil İsgəndərov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru təyin olunur. Qeyd etmək lazımdır ki, həmin vaxtdan etibarən Azərbaycan kinosunda yeni dövr başlayır. Belə ki, əvvəllər Azərbaycan kinolarının əksəriyyətinin rejissorları və baş rolların ifaçıları ya Moskvadan, ya da SSRİ-nin digər respublikalarından dəvət edilirdi. A.İsgəndərov isə milli rejissor və aktyor kadrlarından geniş istifadə etməyə üstünlük verir. Bir çox istedadlı gənclərimizi təcrübə qazanmaq üçün Moskvaya göndərir. Onlar Azərbaycana qayıtdıqdan sonra isə milli kinomuzun inkişafına xidmət edirlər. Təsadüfi deyil ki, məhz Adil İsgəndərovun direktor olduğu dövrdə (1966-1974) "Azərbaycanfilm" kinostudiyasında milli ruha və müasir kino sənətinin tələblərinə cavab verən filmlər çəkilmiş, yeni-yeni milli rejissor və aktyor kadrları yetişdirilmişdir.

Belə ki, H.Seyidbəylinin "Nəsimi", T.Tağızadənin "Yeddi oğul istərəm" və "Dədə Qorqud", Ş.Mahmudbəyovun "Şərikli çörək", K.Rüstəmbəyovun "Axırıncı aşırım", Ə.İbrahimovun "Ulduzlar sönmür" kimi uğurlu filmlərinin yaranmasında Adil İsgəndərovun bir kinostudiya direktoru və bədii şuranın sədri kimi müəyyən xidmətləri olmuşdur. Onun təşkilatçılığı və milli yanğısı sayəsində kinostudiya yeni avadanlıqla təchiz edilmiş, bədii, sənədli, elmi-tləvi filmlər, televiziya və multiplikasiya filmləri, "Mozalan" kinojurnalı istehsal olunmağa başlamışdır. Azərbaycan filmləri dəfələrlə ümumittifaq və beynəlxalq kinofestivallarda mükafatlar qazanmış, bir çox ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilmişlər.

Fəaliyyəti illərində Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, həmçinin, medallarla təltif edilmiş Adil İsgəndərov 1978-ci ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Səslərin sayı: 1
1
1461
loading...
Şərhlər
Offline
Fatma xanım
Ən çox sevdyi aktyorlardan biri Allah rəhmət eləsin
17 noyabr 2015 10:52
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 21:03 - Müəllif: ChapoLoatsKV
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    Лучший магазин по продаже программаторов кодграбберов. На рынке с 2010г. Всегда на связи. Качественный продукт с гарантией качества! kodgrabbr.ru kodgrabber.club кодграббер.ру кодграббер.клуб Telegram: +19193482124 @kodgrabber_club кодграбберы, программаторы ключей, ретрнаслятор длинная рока, прогрмматор toyota lexus, купить кодграббер Pandora
  • Məşhurlardan qısa saç modelləri

    Haydi sacini hec qisaltmir
  • Mandalinin bilinməyən faydaları

    Potasium tərkibi yüksək qa təzyiqinin qarşısımı alaraq infarkt riskini azaldır. Xolesterin azalmasına kömək edir.
  • Leonardo Di Kaprio haqqında bilinməyən məlumatlar

    O gun 45 yasi oldu axi hele de evlenmir
  • İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel

    yerim melum Beyendim
  • Necati Şaşmazın verəcəyi təzminat bəlli oldu

    Qeyd edək ki, Nagehan Necatidən 60 min lirə təzminat istəmişdi. 2012-ci ildə evlənən cütlüyün 6 və 3 yaşında iki övladı var.
  • Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF

    O iki yuzu de verene kimi anadan emdiyin sud burnunan gelir
  • 20:17 - Müəllif: LeslieNapAA
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    уводили аккаунт или испытывали проблемы доступом на HYDRA? Сам неоднократно обжигаясь наконец нашел Тут всегда всегда ровно! Единственный реальный сайт от администрации проекта. Hydra2web http://6ejio4ka.ru/
  • Məşhur aktrisa 20 il sonra ETİRAF etdi

    HBO şirkətinin istehsalı olan reytinqli ABŞ serialı "Sex and the city"nin aktrisası Kristin Deyvis (Kristin Davis) ekran işindəki intim səhnələrlə bağlı açıqlama verib.
  • 18:34 - Müəllif: Sima
    Mandalinin bilinməyən faydaları (2)

    Mandalinin bilinməyən faydaları

    Zəngin C vitamini tərkibi sayəsində immunitet sistemini gücləndirir.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış