Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Həbib bəy Səlimov
(1881-1920)
Həbib bəy Hacı Yusif oğlu Səlimov 1881-ci ildə Naxçıvanda anadan olub. I Dünya müharibəsində o, igidliyi ilə fərqlənir və komandanlığın diqqətini cəlb edir. Az bir vaxtda Həbib bəy podpolkovnik rütbəsinədək yüksəlir. Lakin o, hərbi təhsilini davam etdirmək qərarına gəlir, Rusiya ordusunun ən yüksəksəviyyəli hərbi təhsil ocağı olan Baş Qərargahın Nikolayev Hərbi Akademiyasına daxil olur. Olduqca çətin imtahanlardan uğurla keçən Səlimov təhsil illəri zamanı özünü hərb elminə yaxından bələd peşəkar zabit kimi göstərir. Hərbi Akademiyanı müvəffəqiyyətlə bitirən polkovnik Həbib bəy Rusiya imperiyası və onun ordusu parçalandıqdan sonra Azərbaycana gəlir.
Ölkədəki ağır vəziyyətlə tanış olan Səlimov hökumətin adına ürək ağrısı ilə belə bir raport yazır: "1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün. 2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır".
Müsəlman Korpusu tərkibində ilk döyüşlərdəcə fərqlənən Həbib bəy Azərbaycana gəlmiş Nuru paşanın diqqətini cəlb edir və o, sərkərdəmizi Qafqaz İslam Ordusunun Azərbaycan hissələrinin qərargah rəisi təyin edir. Bakı istiqamətində Azərbaycan-türk qoşunlarının azadlıq yürüşündə Səlimov Cənub qrupunun komandanı təyin olunur və ən ağır Gəncə-Bakı istiqamətində dəmir yolu boyunca irəliləmək əmri alır. Nəvai, Ağbulaq, Ələt stansiyalarını azad etdikdən sonra Bakıya doğru irəliləyir, Bakının düşmənlərdən təmizlənməsində şəxsi fəallıq göstərir. Türk hərbçilərinin xatirələrində Səlimov "cəsur, təcrübəli, döyüş texnikasını yaxşı bilən, igid sərkərdə" kimi xatırlanır.
Milli Ordunun Baş Qərargah və Dəftərxana rəisi Həbib bəyə təşkilatçılıq qabiliyyəti və Milli Ordunun yaradılmasında xüsusi səylərinə görə 1919-cu ilin fevralında general-mayor rütbəsi verilib. O, 1918-1920-ci illərdə milli ordumuzda xidmət edən, milliyyətcə Litva tatarı general-leytenant Məmməd bəy Sulkeviçdən sonra ikinci general idi ki, ali hərbi təhsili vardı.
1919-cu ilin iyulunda Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən rus silahlı qüvvələri bolşeviklərin təhriki ilə silahlı qiyam qaldıraraq cənub bölgəsini Rusiyaya birləşdirmək barəsində bəyanat verirlər. Qiyamçıları yerlərinə oturtmaq üçün təcili surətdə təşkil edilən briqadaya komandan təyin olunan Səlimov onları darmadağın edir, qənimət kimi götürdüyü 1 təyyarəni, 24 topu və 60 pulemyotu Azərbaycan ordusunda istifadəyə verir. Bu uğurlu əməliyyatdan sonra o, Muğan və Lənkərana qısa müddətə vali təyin edilir.
1920-ci il martın 22-də-Novruz bayramı axşamı Ermənistan silahlı qüvvələri və qiyamçı ermənilər Şuşa, Laçın, Xankəndi, Xocalı, Əsgəran və başqa yaşayış məskənlərinə generallar Dro Kanayan, Doli Qazar və Droqonun başçılığı ilə hücum edirdilər.
Dərhal Qarabağa göndərilən Səlimov teleqramda yazırdı: "Təkrar edirəm, məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında Qarabağda müharibə gedir". Hərbi nazirin əmri ilə tərkibində 20 minə yaxın əsgər və zabit olan Qarabağ Ərazi Qoşunları təşkil olunur və onlara H.Səlimov komandan təyin edilir.
Təpədən-dırnağadək silahlanmış düşmən hücumunun qarşısı alınır, ona ağır zərbələr vurulur. Bundan sonra Azərbaycan hərbi hissələri aprelin 3-də əks-hücuma keçir. 12 günlük ölüm-dirim savaşında erməni qüvvələri darmadağın edilir, generallar Dəli Qazar və Droqon öldürülür, Dro qaçmaqla canını qurtarır. Qarabağın bütün məntəqələri üzərində yenidən üçrəngli bayrağımız dalğalanır.
Bu vaxt cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düşmən üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik edərək demişdi: "Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz".
1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun yaranmasında əvəzsiz xidmətləri olan general Səlimovun şöhrəti Qarabağ döyüşlərindən sonra bütün Azərbaycana yayılır. Cümhuriyyət dövrünün on görkəmli sərkərdələrindən biri, general-mayor Həbib bəy Səlimov nə kabinet, nə də məiyyət generalı olmuşdur. Milli ordumuzun ilyarımlıq fəaliyyətində daim ön cəbhədə vuruşmuş, fitri hərbi istedadı ilə Azərbaycanın müstəqilliyinə təcavüz etmək istəyən silahlı düşməni məhv etmişdir. Ömrü boyu vətənə sədaqətlə xidmət edən general ailə qurmağa belə vaxt tapa bilməmişdir.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası qoşunları tərəfindən işğal edilir. Minlərlə ziyalımız Türkiyə, Fransa və Almaniyaya mühacirətə gedir. Səlimov vətənini tərk etməkdən imtina edir və Azərbaycanda qalır. Həbib bəyin bilik və bacarığından faydalanmağa çalışan sovetlər onu Naxçıvana hərbi komissar təyin edirlər. Lakin Səlimov Rusiyanın yeritdiyi siyasətə, Azərbaycanda rəhbər vəzifələrə qeyri-millətlərin nümayəndələrinin, ilk növbədə ermənilərin təyin edilməsinə, tədricən Azərbaycan Ordusunun rus-erməni hissələri ilə əvəz olunmasına qarşı kəskin etiraz edir.
1920-ci il sentyabrın 1-də həbs olunan general Həbib bəy Səlimova qarşı yalançı ifadələr toplanmağa başlayır. Tədqiqatçı Ş.Nəzirlinin Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində aşkar etdiyi cinayət işi Səlimovun ömrünün son aylarını öyrənməyə imkan verir. Ona qarşı irəli sürülən bütün böhtançı ittihamları general rədd edirmiş. Belə olanda cəlladlar yeni ittihamlar irəli sürürlər. O, 1918-ci ildə türk generalı Nuru paşa ilə bərabər bolşeviklərə qarşı döyüşlər aparmaqda, Muğanda bolşevik qiyamını yatırmaqda, Cümhuriyyət Ordusunun təşkil olunmasında, Sovet hökumətinə qarşı nifrət bəsləməkdə, Sovet vaxtı Azərbaycan xan və bəyləri ilə oturub-durmaqda ittiham edilir və "əksinqilabçı" adlandırılır. Səlimov bütün sadalananları qürurla təsdiqləyir və onları cinayət əməlləri deyil, vətən qarşısında borcun yerinə yetirilməsi kimi qəbul etdiyini bildirir. Üç ay yarım həbsxanada verilən işgəncələr generalın mübariz ruhunu qıra bilmir və o əvvəlki kimi Sovet hökumətini əslində qanunsuz, işğalçı hökumət hesab etdiyini bildirir.
XI Qızıl Ordunun hərbi tribunalı general-mayor Həbib bəy Yusif oğlu Səlimovu güllələnməyə məhkum edir, əmlakının isə müsadirə olunması barədə qərar çıxarır. 1920-ci il dekabrın 30-da saat 10:30-da Səlimovu güllələyirlər. Əmlakının müsadirəsi zamanı məlum olur ki, məşhur generalın heç evi də yox imiş, o, qardaşının ailəsi ilə birgə yaşayırmış və iki qardaşın iki desyatin torpağı və üç desyatin dədə-baba bağ sahəsi var imiş (1 desyatin-11 kv. m).
XƏBƏR LENTİ
Ramiz Mehdiyevdən ermənilərə sarsıdıcı zərbə
Təşvişə düşən Ermənistan yeni silah axtarışına çıxıb
Məşhur cütlüyün model qızı 17 yaşını belə qeyd edir-FOTO/VİDEO
Qışda saçlara qulluq
Jennifer Lopezin illərə görə dəyişən tərzi
İsrail parlamentində yolka yasaqlandı
Hava haqqında
Təsirli Lamborghini Aventador
Mən quldur Ermənistan hakimiyyətindən xilas olmağımızı həsrətlə gözləyirəm!
Erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır - RƏSMİ
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Qadınlar niyə yalan danışır?
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 110 yeni yoluxma
Microsoft strategiyanı dəyişdi
"Ermənistanda başa düşürlər ki, Azərbaycan Ordusuna qarşı dayana bilməyəcəklər"
Məşhur alimdən yadplanetlilərlə bağlı sensasion açıqlama
"Şahdəniz"in işlənməsi üzrə müqavilənin müddəti 2048-ci ilə kimi uzadılır
Yanan binaya erməni sevinСЃi
COVID-19 peyvəndi 2021-ci ilin ilk yarısında yoxsul ölkələrə çatacaq - ÜST
Ramazan ayına görə 500 məhsulun qiyməti endirildi
Qəhvəli piroq (foto-resept)
Üzgüçülüyün faydaları
Hamilə xanımlar üçün
"Mançester Yunayted"in yeni baş məşqçisi rəsmən bəlli oldu
Məşhur cütlük evləndi
Suvenirin hazırlanma qaydası
Mədən faciəsində hamını ağladan mənzərə
Nazani Ə : "Mən heç kimə, özümə də etibar etmirəm..."
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
Dünyanın ən fotogenik qadını - FOTO
"Uğur sərhəd tanımır"-(Sosial Çarx)
Bu hiylələr çox işinizə yarayacaq
Dünyada ilk dəfə robot filmdə baş rola çəkiləcək - FOTO
Özəl Məsut: onu fərqləndirən nədir?
2020-ci ilin sağlamlıq QOROSKOPU - Hansı bürcü nə gözləyir?
iPad mini-də Retina olacaq
Şahzadənin nişanlısı təriqətini dəyişdi
Bu gün Məhərrəm ayı başlayır
Yeməkdən sonra isti çay içənlərin NƏZƏRİNƏ
Dövlət Xidməti ordu üçün xüsusi ixtisaslı kadrlar hazırlayacaq
Şahzadə toyuna xalqı da ÇAДћIRDI
Uhanda çəkiliş aparan jurnalistlər itkin düşüb - VİDEO
V, VIII və X sinif şagirdləri hansı hallarda sinifdə qalacaqlar?
Dəri çatları üçün yosun maskası
Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1
Öldükdən 5 il sonra qızının doğum gününə...
Xəz-dəri geyimləri - dünən və bu gün
Tərəvəzli makaron (foto-resept)
Demi Lovato hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
- ŞƏRHLƏR