Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Hüseyn Ərəblinski
(1881-1919)
Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov) 1881-ci ildə Bakıda anadan olub. İlk təhsilini mollaxanada aldıqdan sonra o, rus- müsəlman məktəbində oxuyub. Məktəb illərində teatr dərnəyinin qoyduğu tamaşalarda həvəslə oynayan Hüseyn qohumları və yaxınlarının etirazlarına baxmayaraq həyatını teatrla bağlamaq qərarına gəlir.
Hüseyn Ərəblinski səhnəyə ilk dəfə 1897-ci ildə görkəmli teatr xadimi və rejissor Cahangir Zeynalovun hazırladığı "Lənkəran xanının vəziri" komediyasında mehtər Kərim rolunda çıxmışdır. Gənc aktyorun istedadını görən C.Zeynalov onun məşhur aktyor olacağına inandığını bildirmişdir. Çox keçmir, Ərəblinskini "Müsəlman Artistləri Cəmiyyəti"-nə üzv qəbul edirlər və o, Azərbaycanın müxtəlif bölgələrində teatr tamaşalarında çıxış etməyə başlayır. 1905-ci ildə Lənkəran qastrolu zamanı Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" tamaşasında oynadığı Fəxrəddin obrazı Hüseynə şöhrət qazandırır.
1906-cı ildə Ərəblinski "Nicat" cəmiyyəti nəzdindəki teatr truppasına daxil olur və 1913-cü ilədək bu truppa ilə tamaşalarda iştirak edir. Sonralar o, "Səfa" cəmiyyətinin teatr truppasına keçir. 1918-ci ildən isə Ərəblinski Zülfüqar və Üzeyir Hacıbəyli qardaşlarının teatr truppasında çalışmağa başlayır. Bu teatrda fəaliyyəti zamanı ona rejissorluq da tapşırılır və Ərəblinski istedadını bu sahədə göstərmək imkanı tapır. Elə həmin 1918-ci ildə Ərəblinski teatrın baş rejissoru təyin olunur. Eyni zamanda Ərəblinski teatr həvəskarları dərnəklərinə də rəhbərlik edir, istedadlı gənclərdən yüksəksəviyyəlli aktyor truppası yaradır.
Hüseyn Ərəblinski bütün fəaliyyəti ilə Azərbaycanda aktyorluq sənətinin nüfuzunu qaldırmağa çalışmışdır. Bu o zaman idi ki, ölkədə bəzi mürtəce qüvvələr teatrın əleyhinə çıxış edir, aktyorluq sənətinə etinasız yanaşırdılar. Azərbaycan aktyorlarının peşəkarlıq səviyyəsinin artmasında və püxtələşməsində Ərəblinskinin xidməti əvəzsizdir.
H.Ərəblinski Azərbaycanın ilk peşəkar rejissoru hesab edilir. Obrazın daxili aləmini dərindən duymaq və açmaq, əsərin səciyyəvi xüsusiyyətlərini incə detallarla verə bilmək qabiliyyəti Ərəblinskinin rejissorluq sənətinin əsas məziyyətlərindən olmuşdur. O, ədəbi dramaturji materialın ifaçılar tərəfindən düzgün dərk edilməsinə və tamaşada vahid ansambl yaradılmasına xüsusi diqqət
vermişdir. Onun hazırladığı tamaşalar böyük maraqla qarşılanırdı. Onlardan N.Qoqolun "Müfəttiş" (1906) və "Evlənmə" (1910), N.Nərimanovun "Nadir şah" (1906), F.Şillerin "Qaçaqlar" (1907), Ş.Şaminin "Dəmirçi Gavə" (1908), U.Şekspirin "Otello" (1910) tamaşalarını göstərmək olar.
Azərbaycan teatrının repertuarına Azərbaycan tarixi və milli müstəqillik uğrunda hərəkatla bağlı səhnə əsərlərinin daxil edilməsində Ərəblinskinin böyük rolu olmuşdur. Əyləncə xatirinə yazılan əsərləri qəbul etməyən rejissor Azərbaycanda ictimai-siyasi və mədəni-əxlaq məsələlərini qaldıran əsərlərə üstünlük verirdi.
Bununla bərabər Ərəblinskinin aktyor təbiətinə faciəvilik və romantik pafos daha yaxın olmuşdur. O, S.Lanskoyun "Qəzavat" əsərində Əhmədbəy Şamxal, Ş.Şaminin "Dəmirçi Gavə" əsərində Gavə, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"-ında Fərhad, "Ağa Məhəmməd şah Qacar"-da Ağa Məhəmməd şah, "Dağılan tifaq"-da Nəcəf bəy, F.Şillerin "Qaçaqlar" əsərində Frans Moor, Nəriman Nərimanovun "Nadir şah"-ında Nadir şah kimi faciəvi rolları yüksək sənətkarlıqla ifa etmişdir.
Yaradıcılığında milli teatr ənənələri ilə klassik Avropa teatr mədəniyyətini üzvi surətdə birləşdirən Ərəblinski müxtəlif janrlı əsərlərdə inandırıcı və parlaq obrazlar yaratmışdır. 1910-cu ildə U.Şekspirin "Otello" əsərində yaratdığı Otello obrazı Ərəblinski yaradıcılığının zirvəsi sayılır.
Ərəblinski musiqili teatr səhnəsində də fəaliyyət göstərmişdir. Azərbaycan operasının birinci və on məşhur tamaşası olan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası 1908-ci ildə məhz Hüseyn Ərəblinski tərəfindən tamaşaya qoyulmuşdur. O, sonralar Ü.Hacıbəylinin daha bir neçə opera və operettasının: "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Şah Abbas və Xurşidbanu", "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" və s. əsərlərin quruluşçu rejissoru olmuşdur.
Azərbaycanda peşəkar səhnə ustalarının yetişdirilməsində Ərəblinskinin böyük xidməti var. O, Azərbaycan dramaturgiyası və teatrının fəal təbliğatçısı olmuş, teatrın böyük təsiredici qüvvəsinin təbliğat işlərində geniş istifadə edilməsinin vacibliyini ictimaiyyətə çatdırmağa çalışmışdır. Azərbaycan teatrının nailiyyətlərini təbliğ etməkdən ötrü o, Cənubi Qafqaz, Şimali Qafqaz, Volqaboyu, Orta Asiya və Krım şəhərlərinə qastrol səfərləri etmişdir.
Azərbaycanda kino sənətinin yaradılmasında da Ərəblinskinin rolu olmuşdur. 1916-cı ildə "Neft və milyonlar səltənətində" adlı ilk Azərbaycan bədii filmində Ərəblinski baş rolda-Lütfəli bəy rolunda çəkilmiş və bu obrazı çox məharətlə də yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xəbərini Ərəblinski böyük məmnuniyyətlə qarşılamışdır. Artıq heç bir qüvvə milli müstəqillik ideyalarını, Azərbaycan tarixini, mədəniyyətini təbliğ etməyə qadağalar qoya bilməzdi. Planlarını dostu Üzeyir bəy Hacıbəyli ilə bölüşən Ərəblinski yeni, daha möhtəşəm tamaşalar qoymaq, Azərbaycan teatrını dünya səviyyəsində təbliğ etmək, ölkədə kino sənətini inkişaf etdirmək kimi böyük arzularla yaşayırdı. Belə bir vaxtda Hüseyn Ərəblinskinin həyatına xaincəsinə sui-qəsd edilir. Qohumlarından birisi onların nəslindən aktyor kimi mənfur peşə sahibinin olmayacağını bildirərək Ərəblinskini hədələyir, ondan peşəsini dəyişməyi tələb edirdi. Hər dəfə rədd cavabı alan bu "igid" 1919-cu il martın 17-də Hüseyn Ərəblinskini xaincəsinə öldürür.
XƏBƏR LENTİ
Nazirdən sosial kartlar barədə açıqlama
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Azərbaycanda fizika sahəsində nanoölçülü tədqiqatlara başlanılır
Gəlinin cehizi
Zənbil görnüşlü salat (foto resept)
Xəzərdə yenilik
Viktoriya Bekhem gülüş obyektinə çevrildi-FOTO
İllərə görə çox dəyişən məşhurlar
300 milyon dollarlıq rəsm
Azərbaycanlı aktyor vəfat edib
Passiv həyat tərzinin beyinə zərəri
Sovet dövrünün Moskvası: xarici turistin gözləri ilə
Rus dili dərs-24
Eşitmə əngəlli körpə anasının səsini ilk dəfə eşitdi-FOTO
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Bakıda Novruz festivalı
Razyana haqqında bilmədiklərimiz
“Eurovision-2014” biletləri satışda
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Ailə sirləri başqalarına deyilə bilər?
Koronavirusun ötürülməsi ilə bağlı daha bir mifə son qoyuldu
İlham Əliyev dəyişiklik etdi
Evlənmədən əvvəl cavablanmalı suallar
2017-nin dəbli saç düzmü hansı olacaq?
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
Anamın ətli sırdağı (foto resept)
Hava haqqında
"İƏT Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib"
Filipp Kirkorovun 11 minlik paltarı oğurlandı
Cəbhədə Ermənistanın dinc əhaliyə atəş açmasına dair cinayət işi açılıb
Hava haqqında - 07.12.2013
Tələbələrə uçan aparatlar veriləcək
Qubada Qanlı dərə qurbanları anıldı
Məşhur cütlük toydan sonra İLK DƏFƏ-FOTO
BMT-dən XƏBƏRDARLIQ: "Dünyanın üzərini qara bulud alıb"
Kişilərin futbol sevgisinin səbəbləri
Bir günə 10 milyona yaxın izləyici topladı
Yaz-yay ayaqqabı modelləri
Dəbli qol saatları
Nurgül Yeşilçay Mert Fıratla tərəfli müqabili oldu
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Bakısız mümkün olmayan böyük qələbə
Yuxuda arıqlamağın yolları
İlham Əliyev bəyanat verdi
Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır
"Rusiya gözəli"nin tacının qiyməti- 1 milyon dollar
Bakıda zəlzələ olub
Gələn il üçün QEYRİ-İŞ GÜNLƏRİ açıqlandı
Uşaqlarla səfər edərkən bunu etmək vacibdir...
- ŞƏRHLƏR