Azərbaycanın bank sektoru qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxdı. Bəs onu dünya iqtisadiyyatındakı hazırkı qeyri-sabit vəziyyətdə nə gözləyir?
Bu sual təkcə bankların özlərini deyil, ilin sonuna kimi beş-altı bankın bağlanacağı ehtimalı ilə bağlı KİV-də yayılan məlumatlara maraq göstərən əhalini də narahat edir.
Belə bir qənaət ölkənin baş bankiri Elman Rüstəmovun bəyanatından sonra yarandı. Həmin bəyanata görə, 2014-cü ilin sonunadək bütün sistemin aktivlərinin təxminən 99 faizinə nəzarət edən banklar Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu kapitalın minimum həcminin 50 milyon manata çatdırılması ilə bağlı tələbini yerinə yetirməlidirlər. AMB-nin ehtimallarına görə, beş-altı bank kapitallaşmaya dair tələbləri yerinə yetirə bilməyəcək. Bununla əlaqədar E.Rüstəmov qeyd edib ki, həmin banklarla fərdi qaydada iş aparılacaq, onlardan hər birinin fəaliyyət strategiyası müəyyən ediləcək. Yəni heç bir bankın bağlanmasından söhbət getmir.
Axı Mərkəzi bank istəsəydi, belə bir addımı hələ 2010-cu ildə atardı. O zaman Azərbaycan iqtisadiyyatı üçün 15-20-yə qədər bank yetərli idi.
Yeri gəlmişkən, əhali bank sektorunda baş verənlərə çox diqqətlə yanaşır. Və əgər bankların əhəmiyyətli hissəsinin lisenziyaları geri alınarsa, onda əhali heç bir öyüd-nəsihətə qulaq asmadan sadəcə öz hesablarındakı pulları çıxarmağa başlayardı.
Aydındır ki, bu halda Əmanətlərin Sığortalanması Fondunun həmin zəmanətli əmanətləri ödəmək üçün vəsaitləri çatmazdı və hər şey son dərəcə acınacaqlı şəkildə başa çatardı.
Bu arada, ölkə bankları ötən müddət ərzində təkrar strukturlaşma nəticəsində xeyli möhkəmləniblər. Əgər hətta hansısa bankları belə vəziyyət gözləyirsə [AMB onların adını açıqlamır], əminliklə demək mümkündür ki, bu vəziyyət nə Azərbaycanın bank sisteminə, nə də ümumilikdə əhaliyə güclü təsir göstərəcək. Ölkənin bank sektorunun aktivlərinin ümumi həcmində bu bankların [beş-altı] aktivlərinin ümumi həcmi bir faizə yaxın təşkil edir. Bu gün həmin bankların balansında əhalinin depozitləri demək olar ki, yoxdur. Çünki onlar əmanətlər cəlb etmək üzrə icazəyə malik deyillər.
Müvafiq olaraq, onlar nə əhali, nə də kreditorlar üçün təhlükə kəsb edir. Əgər Mərkəzi Bank həqiqətən bankların sayını azaltmaq istəsəydi, bu, bir il əvvəl baş verərdi. Lakin AMB kapitala tələblərin yerinə yetirilməsi müddətini daha bir il uzatdı.
Əhali əmanətlərinin təhlükəsizliyinə görə bütün məsuliyyəti anlayan AMB planlı şəkildə bu banklar üçün riskləri azaldıb və bu gün əhalinin əmanətlərini heç nəyin təhdid etmədiyini inamla demək mümkündür.
Bundan əvvəl bəzi bankların bağlanması təcrübəsi - "Birlik Bank" (2011-ci il yanvarın 28-dən), "Kövsər Bank" (2010-cu il dekabrın 1-dən bağlanıb, lakin bu il bank öz lisenziyasını yenidən bərpa edib), "Debut Bank" (2010-cu il dekabrın 1-dən) və "Royal Bank" (2012-ci il iyulun 12-dən) yuxarıda deyilənlərin hamısını təsdiqləyir. Bu bankların gedişi əmanətçilərə və ümumilikdə ölkənin maliyyə sektoruna təsir etmədi, çünki onların yerli bank bazarında payı cüzi idi.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu "Royal Bank"la bağlı yaranan vəziyyətdə olduğu kimi, əhalinin otuz min manatadək həcmdə olan əmanətlərini ödəməyə qadirdir.
İstənilən halda Mərkəzi Bank belə addım atmazdan əvvəl banklara iki variantdan birini seçməyi təklif etməyə hazırdır: ya birləşməli, ya da statusunu bank olmayan kredit təşkilatı (BOKT) ilə əvəz etməlisən. Əmanətləri qəbul etmək icazəsi olmadıqda da həmin bankların BOKT funksiyasını yerinə yetirdiklərini hesab etmək olar.
Problemin mahiyyəti ondan ibarətdir ki, bu gün demək olar, bank xidmətlərinin aktiv bazarına malik ölkələrin hamısı bankların kapitallaşmasına tələbləri təqdim edirlər. Həmin tələblər qəbul edilən risklərə adekvat olmalı və bankların gözlənilməyən zərərləri kompensasiya etmək qabiliyyətini təmin etməlidir. Axı məlum olduğu kimi, adekvat kapitallaşma ilə effektiv idarə olunan banklar itkilərə nisbətən daha davamlıdır və digər “kapitallaşmamış” banklara nisbətən pərakəndə müştərilərə və biznes subyektlərinə iş fəaliyyətinin bütün dövrü, eləcə də tənəzzül dövrü ərzində daha çox kredit verməyə qadirdirlər.
Bununla yanaşı, tənzimləyici yalnız beş illik fasilədən sonra Azərbaycanın kommersiya banklarının ümumi kapitalına minimum tələbləri beşqat artırmaq haqqında qərar qəbul edib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
15 yaşlı azərbaycanlı girov geri qaytarıldı
Giləmeyvəli tost
"Ölmüş" qız 29 il sonra cinsiyyətini dəyişərək geri döndü
Şəffaf smartfon göstərildi
HAVA necə olacaq?
Yaponiyada 2018-ci il doğum göstəricisi aşağıdır
Kişilər qadınlarda nə axtarır?
Mütəxəssislərdən sağlam bədənin sirləri
Gözəl görünmək üçün... ölməyə dəyərmi?
Türkiyənin görməli yerləri
Kerem Bürsin saç əkdirib
Su haqqında bilmədiklərimiz
Bu yaxınlarda çökən WhatsApp-dan xəbər var
Azərbaycana qış gəldi
Hikmətli sözlər
Tramp əhalinin 98 %-ni vergidən azad edir
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Neymar üçün mundial bitdi
65 yaşlı kişinin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu da bənzərsiz Mercedes S-Class
Yoqurt yeyin, sağlam olun (I hissə)
Məşhur tərzi: Chiara Ferragni
Zeytun salatı (foto-resept)
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı
Mən orucluyam!
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Valideynlərə təcili kömək -1
Gimnastikanın daha iki növü Bakıda keçiriləcək birinci Avropa Oyunlarına salınıb
Təhsil xərcləri azaldılır
Ermənilər dinc sakini vurdu
Qışda şalı belə bağlayın - FOTO
Pazllar ("Tom və Cerri")
Armudun faydaları
Nostradamusdan daha az məşhur Azimov
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Qızılaxtaran axtardığını tapdı
Qırmızı dırnaq manikürü
Ən böyük zərbə müsəlmana oldu
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır
Pecenye M&M’S(foto resept)
HAVA necə olacaq?
Azərbaycanda hansı xəstəliklər ağır xəsarət hesab ediləcək?
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
Məşhur cütlükdən xeyirxah davranış
Ordumuz şəhid verdi
Hadisənin şəkli izləyicilərini təəccübləndirdi-FOTO
Valideyn məsuliyyətsizliyi: cəzalandırmaq çarədirmi?
Avropada tərk edilmiş binalar
- ŞƏRHLƏR