Bu ssenari sizə tanışdır? İşinizi sevir, çoxsaylı layihələrə görə məsuliyyət daşıyırsınız. Son möhlətlər təzyiq göstərməyə davam edir. İş vaxtınız uzundur. Ailənizə və özünüzə vaxt ayıra bilmirsiniz. Məzuniyyətlər və ictimai səfərlər uzaq xatirələrə çevrilib. Yeganə hobbiniz işinizdir.
Cavabınız “hə”dirsə, bu, işqolik olduğunuz mənasına gəlir. İşqoliklər yalnız işləri üçün yaşayır, əlavə vaxtlarını da işlərinə sərf edir və işlərini evlərinə aparırlar. Bir çoxları çalışqanlıqları ilə fərqlənir. Lakin iş yaşama səbəbinə çevriləndə, bu bir qədər ağır hal alır. Bunun isə ictimai, texnoloji və maliyyə səbəbləri var. Bəzi tədqiqatlar insanların 40%-dən çoxunun geri qayıdarkən artıq işini itirmiş olacağı qorxusu ilə məzuniyyətlərə çıxmaqdan imtina etdiyi göstərir. Bundan başqa, bu hal ailələrin dağılmasına, bir sıra xəstəliklərin yaranmasına gətirib çıxara bilər. İşiniz varolma səbəbinizə çevriləndə, düşündüyünüz və sizə xoşbəxtlik gətirən yeganə şey olanda müdaxiləyə ehtiyacınız var deməkdir.
Çox işləməklə, həddindən çox işləməyi qarışdırmaq olmaz. Çalışqan insanlar sərhədlərini müəyyənləşdirməyi və işi şəxsi həyatdan ayırmağı bacarırlar. İşqoliklər üçün isə şəxsi həyat deyilən bir şey yoxdur.
“Bu bəlaya” düşüb-düşmədiyinizi anlamağın ən asan yolu
Yaxşı, bəs insan işqolik olduğunu necə anlaya bilər?
1.İşləmədiyiniz vaxt özünüzü əsəbi və bədbəxt hiss edirsiniz?
2. Özünüzə ayırdığınız boş bir vaxtınız yoxdur?
3. Eviniz də ofis kimidir?
4. Sosial münasibətləriniz get-gedə pozulurmu?
5. Hər işi, hər məsuliyyəti üzərinizə götürürsüz?
6. Daim zamanla yarışa girirsiz?
7. Həm fiziki, həm zehni olaraq daim bir gərginlik hiss edirsizmi?
8. Dostlarınızla, ailənizlə daim müzakirə etdiyiniz mövzu işlərinizlə bağlıdır?
Bu suallara verdiyiniz cavab “hə”dirsə, siz bir işqoliksiniz.
İşqoliklər xəstələnir, həyata küsür və...
İşqolik olmaq nələrə səbəb ola bilər?
Dalğınlıq və yaddaşsızlığa səbəb olur. Diqqəti toplamaq, demək olar ki, qeyri-mümkünə çevrilir.
Xroniki yorğunluğun ən vacib səbəblərindən biridir.
Sosial münasibətlərinizə təxmin etdiyinizdən daha çox ziyan verir.
Boyunda, beldə və kürəkdə davamlı ağrılara səbəb olur.
İnsanda əhvalsızlıq və istəksizlik yaranır.
Yaradıcılığın qarşısını alır.
Həzm və immunitet sistemini çökdürür.
Zehni olaraq performansın aşağı düşməsinə səbəb olur
Baş dönməsi, baş ağrısı kimi şikayətlərə sahib ola bilərsiniz.
İnsan daha əsəbi və dözümsüz olur. Bu, yuxu narahatlıqlarına qədər davam edə bilər.
İşqoliklik dərddirsə, dərmanı da var - sevin, sevilin...
Dərd varsa, dərmanı da var, şübhəsiz ki. Maraqlıdır, bir insan işqolikdirsə, bundan necə xilas ola bilər? Çıxış yolları da aşağıdakı kimidir:
Əsas məsələ qızıl ortanı tapmaqdadır... Öncə iş və özəl həyat arasında sağlam bir tarazlıq qurmaq lazımdır.
Daimi planlar quraraq bu tarazlıqla bağlı ilk addımı atmaq mümkündür.
Hər işi, hər məsuliyyəti üzərinizə götürməyin.
İşqolik olmanızın altında yatan səbəbləri tapın.
İşin xaricindəki vaxtda ağlınıza daim iş düşürsə, bunu dərhal başınızdan atın.
İş xaricindəki vaxtınızı işdən olmayan dostlarınızla, ailənizlə keçirməyə və iş mövzusunu heç açmamağa çalışın.
Başqa mövzulardan danışın, mümkünsə.
Özünüzə hər zaman ən önəmli insanın “siz” olduğunu anladın.
Mütləq özünüzə hobbilər tapın. Bu, idman da ola bilər, kitab da, hər hansı bir kurs da...
Hər şeyin mükəmməl ola bilməyəcəyini və xətalara yol verə biləcəyinizi qəbul edin, bunu həzm etməyə çalışın.
Həftəsonu tətilləri haqqında düşünün. Daha sonra isə uzunmüddətli səfərlər planlaşdırmağa başlayın.
* Könüllük barədə düşünün, başqalarına kömək edin, yeni insanlarla tanış olun.
* Hobbi tapın.
* Gördüyünüz hər bir işin mükəmməl olmalı olduğu düşüncəsindən azad olun.
* Bəzən heç bir şey etmədən dincəlməyin normal olduğunu qəbul edin.
* Bütün bunlar işə yaramırsa, onda professional yardım alın.
İşqoliklik - sayğı duyulası xəstəlik siyahısında imiş...
Amma psixoloqların da bu mövzuda maraqlı araşdırmaları var. Məsələn, onlar hesab edirlər ki, işqoliklik əslində çox işləmək demək deyil. Belə ki, çox çalışmaq bəzi məcburiyyətlərdən irəli gələn bir nəticədir. Çox işləyən insanlar eyni zamanda iş xaricində də sosial həyatlarını qorumağa çalışırlar. İşqoliklər isə normal vaxtlarda belə ediləcək bir sürü iş “tapırlar”. Şərtləri nəzərə alanda çox işləmək, işini sevmək və ya uğurdan zövq almaq yanlış bir şey deyil. Bunun əksinə olaraq, işqoliklər fasiləsiz olaraq iş haqqında düşünürlər. İşləmədikləri vaxt özlərini depressiyada hiss edirlər. Hətta fasilə vermək, səyahətə çıxmaq kimi məsələləri tamamilə siyahıdan çıxarırlar. Hədəfə çatıb, onun zövqünü yaşamaq əvəzinə, hər gün özlərinə yeni hədəflər tapırlar. Əgər siz işqolik birindən “lotoreyadan böyük pul udsan, nə edərsən” soruşsanız, cavabı belə olar ki, o pulla işimə davam edərəm.
“İşqoliklik” bir qayda olaraq, daim işini düşünmək, işinə böyük zaman ayırmaq və özündən gözləniləndən daha çox çalışmaq kimi davranışlarla təsvir olunur. İşqolikliyin işinə bağlı olmaq və ya işini uğurla bitirə bilmək üçün lazım olanda daha çox işləməklə heç bir əlaqəsi yoxdur. Onlar işlərindən başqa heç nə düşünmürlər. Özlərini və həyatlarını işləri ilə bağlı olaraq tamamlayır və hər zaman özlərini işləmək məcburiyyətində hiss edirlər.
Mütəxəssislər deyirlər ki, çox vaxt insanlar həyatdakı həqiqi problemlərlə üzləşməkdən qaçdıqları və ya ailədəki digər işkoliklərə bənzəməyə çalışdıqları üçün işqolik olurlar. Sosial münasibətlərdə çətinlik çəkənləri də çox vaxt iş xilas edir. Bu tiplər yatmağı, oyun oynamağı, səyahət etməyi, qısacası, iş xaricindəki hər işi, fəaliyyəti lazımsız və lüks hesab edirlər. Kanadalı psixoloq Barbara Killinger isə işqolikləri “hörmət ediləsi xəstələr” adlandırıb. Onun fikrincə, mükəmməllikləri onları çox vaxt narsizmə qədər apara bilir.
Bu günə qədər işqoliklərlə bağlı çoxlu sayda araşdırma aparılıb. 2001-ci ildə aparılan və Family Journal jurnalında yayımlanan bir araşdırma işqoliklərin uşaqlarının daha depressiv olduqlarını və valideyn boşluğu hiss etdikləri üçün özlərini yaşlarından xeyli böyük apardıqlarını üzə çıxarıb. 2000-ci ildə “Journal of Family Therapy”də yayımlanan bir başqa araşdırmadan çıxan nəticə isə odur ki, işqoliklərlə evli olan qadınlar digər həmcinslərindən daha çox boşanırlar. 1999-da aparılan və “Sex Roles” jurnalında yayımlanan bir digər araşdırma isə eyni dərəcədə işqolik olan qadınların stress faizi kişilərinkindən daha çoxdur. Buna səbəb isə onların işdən əlavə, ev və uşaqların da qayğısını öz üzərinə götürmələridir.
Bundan ən çox Amerika ziyan çəkir
"İşqolik" sözünün ən çox istifadə edildiyi ölkələrdən biri Amerikadır. Hətta Amerikanın yaşadığı ən önəmli problemlərdən biri kimi dəyərləndirilə bilər. Amerikada işqolikliyin zərərləri fiziki problemlərdən daha çoxdur. Ona görə də son illər Amerikada yaşanan boşanmaların böyük faizi işqolikliyə görə yaşanır.Hətta problem o qədər ciddi səviyyələrə çıxıb ki, ABŞ-da bununla bağlı sosial müdafiə dərnəkləri qurulub, internetdə işqoliklərin qrupları yaradılır. Həyat yoldaşlarının işqolik olmasından şikayətlənən qadın və ya kişilər bu dərnək və ya sosial şəbəkələrdə bir araya gəlirlər. Onlar bu problemdən çıxış yolu axtarmağa çalışırlar. Hətta ABŞ-da işqoliklik alkoqolizm, siqaret və ya narkotik maddə kimi ciddi asılılıq olaraq qəbul edilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ağız qoxusunun qarşısını alan üsullar
Koronavirus bu tarixə qədər davam edəcək
Pankreatitin kəskinləşməsi
Kanadada 17 il sonra məktub tapıldı-FOTO
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Düzgün makiyaj üçün 20 qızıl qayda
Aleksandr Borodin
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
13 milyon adam ölə bilər
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Qeyri-adi heyvanlar haqda faktlar
Pazllar ("İtmiş balıq Nemo")
İsrail yenə raket zərbələri endirdi
Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili
Qadın.Net-lilərin ən dəyərli əşyaları(2)
"Bakı 2015"in rekord vuran idmançısı
BÜRCLƏR bizə nə vəd edir?-15 yanvar
Yeni "Kalaşnikov"lar gəlir
Ana südünü nə artırar?
Birləşən banklarda əmanətlərin taleyi necə olacaq?
Balqabaqlar əsər oldu
Disney qəhrəmanlarının həzin sonu
Dollarda növbəti bahalaşma
“Eşkiya dünyaya hükümdar olmaz”da yeni sima
Hava haqqında
Bal ilə gələn gözəllik
Gigi və Bella Hadidin başına Gözlənilməz İş Gəldi-FOTO
Kartof salatı
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Dəri geyimlər
ABŞ-dan Qarabağ çağırışı
Apple App Store yeni rekord vurdu
2011-ci ilin yeni gəlinlik modelləri
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
5 günə şəkəri həyatınızdan çıxarın
"Vur, komandir, vur!"
"İnqilabi" prosessor nüvəsi yaradılır
Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu
Zamanın dayanmadan axdığına şahid olun
Pəhriz zamanı bu qidalardan uzaq durun
Dərdlərə dərman olan badımcan sapı
Günün ulduz falı - 14.09.2013
Sehirli uşaq kostyumları
Məktəblilər üçün düzgün qida menyusu
Məşhur model kökəldi-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
IV sinif dərsliklərinin taleyi nə olacaq?
- ŞƏRHLƏR