Son günlərdə yol polislərinə qarşı cinayət halları artıb. Noyabrın 17-dən 18-nə keçən gecə Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı Əbuzər Hüseynov xidməti borcunu yerinə yetirərkən sürücü tərəfindən bir neçə metr sürünüb və ağır xəsarət alıb.
Noyabrın 20-də isə Bakının Binəqədi rayonunda polis baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov öz xidməti vəzifəsini yerinə yetirən zaman naməlum şəxslər tərəfindən bıçaqlanıblar.
Yol polislərinə qarşı cinayət hallarının artması ortaya bir sualı çıxarıb. Niyə DYP əməkdaşlarının üzərində özlərini müdafiə edə biləcək silah, elektroşok və gözyaşardıcı qaz (sprey) kimi vasitələri yoxdur?
Milli.Az xəbər verir ki, hüquqşünas Ələsgər Məmmədli axar.az-a açıqlamasında baş verən son hadisələrin sıradan münaqişələr zəminində olduğunu və yol polisinə silah və ya eletroşok verilməsini lazım bilmədiyini deyib:
“Ümumiyyətlə, hər hansı bir cinayət əməli baş verirsə, burda bir peşəni və ya şəxsi fərqləndirmək lazım deyil. İstənilən halda zorakılıq kimə qarşı olubsa, bu, cinayət əməlidir. Baş verən son olayları yol polisinin spesifikasına aid cinayət əməli kimi düşünmürəm. Hadisələr üst-üstə düşmüş ola bilər, amma böyük ehtimalla sıradan münaqişələr zəminindədir.
Azərbaycanda yol polisinin özünü müdafiəyə ehtiyacı yoxdur. Çünki hər hansı bir formada hər zaman təhlükə altında deyil. Yol polisi cinayətkarı qovmur və cinayət axtarış polisi deyil ki, ona silah verib, əmrə dayanmayan maşına atəş açmasını istəyək. Yol polisi hərəkəti tənzimləyən, müşahidə edən və buna uyğun inzibati protokol tərtib edən şəxsdir. Maşın əmrə tabe olmasa belə, müşahidə kameraları vasitəsilə nömrəni qeydə alıb, cəriməni evə də göndərmək olar. Biz sivil ölkəyik və yol polisinin də qorunmağa ehtiyacı yoxdur. Bu baxımdan düşünmürəm ki, yol polisinə hökmən elektroşok və ya silah vermək lazımdır”.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə istənilən halda yol polisinin üzərində xüsusi qoruyucu vasitələrin olmasının zəruri olduğunu bildirib:
“Silah polisin ayrılmaz atributudur. Sadəcə olaraq, yol polisinin üzərində hansı xüsusi vasitələrin olmasından söhbət gedə bilər. Yol polislərində ən azından elektroşok və ya silah olmalıdır. Qanunvericilik bütün polislər üçün nəzərdə tutulub və hətta yol polisinin də silah daşımasına imkan verir. Silah yol polisinin təkcə özünü qoruması üçün deyil, asayişi qorumaq və cinayətkarı zərərsizləşdirmək üçündür. Bir növ psixoloji təsir vasitəsidir. Siz Amerikada, Avropada özünü müdafiə üçün xüsusi vasitələri olmayan polis görə bilərsiz? Xeyr, bu mümkün deyil. Qərbdə yol polisinin cinayətkarı zərərsizləşdirmək üçün silahı, elektroşoku və qandalları var”.
XƏBƏR LENTİ
Təhsil naziri iki şöbə müdirini işdən çıxardı
Ramazan ayının 11-ci gününün duası - İmsak və iftar vaxtı
Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”
Medvedev: "Rusiya tənəzzülə uğraya bilər"
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
Prezidentdən manat açıqlaması
DİQQƏT: “ASAN xidmət” 4 gün işləməyəcək
I sinfə qəbul dəyişir
Merve Boluğur müflis oldu
Özümüzü tanıyırıqmı?
Turist qadınları öldürənlər cəzalandırıldı-FOTO
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Ənliklərdən ənlik bəyənə bilmirsinizsə
“Facebook” sifətləri tanıyan startapı aldı
İmtahanın nəticələri AÇIQLADI
Sahibkarlardan İlham Əliyevə müraciət
Bir maşının neçə sürücüsü ola bilər?
Sağlam qidalanma proqramı
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
İcbari tibbi sığorta xidmətlərinə nələr daxildir? - SIYAHI
Azərbaycanın futbol klublarında yenilik
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"
Hamiləlikdə qidalanma
2012-ci ilin hamilə paltarları
Tuba Büyüküstün SAÇ STİLİNİ dəyişdi - FOTO
17 illik rəfiqələr bacı olduqlarını öyrəndilər-FOTO
Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
Nazirlikdən 66 şagirdin durumuna münasibət
38 uşaqlı ana: "Daha övlad sahibi olmaq istəmirəm" - FOTO
Gecə geyimləri
Hava haqqında - 14.02.2014
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Möhtəşəm üzük modelləri
Uşaq telefonu təklifi hələ öyrənilir
Mənim seçdiklərim
Uşağınızı cəsarətləndirmək üçün 20 ifadə
Dəbli kişi gödəkçələri
Xanımların sevimli geyim aksessuarı
Sirkdən heyvanları yığışdırdılar - ŞOK QƏRAR - FOTO
Bir-birini başa düşməyən ailənin yükünü kim çəkir?
Günün qoroskopu: Qəfil görüş, məktub, telefon zəngi ola bilər
Cennifer Lopez məktəbli "forması" geyindi- FOTO
Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Məşhurlar və övladları
Qızınıza söyləməməniz lazım olan 10 söz
2012-nin stil ikonları
Bu rayonlarda qaz kəsiləcək
SƏNİ SEVMƏK
500 milyon smartfon təhlükə altındadır
- ŞƏRHLƏR