Elə bir ev tapmaq mümkün deyil ki, orada qış tədarükləri görülməsin və ev üsulu ilə konservlər hazırlanmasın. Hansı üsul və hansı metodla hazırlanması evə və evin xanımına məxsus olsa da, əksər hallarda hazırlanma üsulları eynidir və olduqca diqqət tələb edir. Çünki konservləşdirilən qidalar insan sağlamlığı üçün təhlükə, hətta ölüm riski də daşıya bilər.
Zavod üsulu ilə hazırlanan konservləşdirilmiş tərəvəzlərin dadı, təbii ki, ev üsulu ilə hazırlanan tərəvəzlərin dadını vermir. Uzun müddət saxlanılması üçün tərkib etibarilə ev üsulundan fərqlənən bu konservlərdən zəhərlənmə sayı da olduqca az olur. Lakin qiymət baxımından olduqca baha olan bu qidaları almaq insanlara sərf etmədiyindən ev üsulu ilə bağlamalar daha çox üstünlük təşkil edir. Lobya, kələm, badımcan, pomidor, xiyar və bu kimi tərəvəzlərin hazırlanaraq bağlanılması və aylarca saxlanılması olduqca böyük risk daşıyır və bu cür qidalar əksər hallarda insan həyatına son qoyur. Havaların soyuması və bu cür konservləşdirilmiş qidaların üzə çıxarılaraq yeyilməsi də bu məsələnin daha da diqqət mərkəzinə çəkilməsi üçün səbəbdir.
Toksikoloq Azadə Rəhimovanın sözlərinə görə, konservlər hazırlanan zaman tərəvəzlərin tərkibində olan mikroorqanizmlər mütləq məhv edilməli və bunun üçün hazırlanan konservlər istilik dərəcəsi 100 dərəcə C olan bir prosesdən keçməlidir. Xüsusən tərəvəzlərin asit dərəcəsi aşağı olduğundan onların sterilizə edilməsində daha diqqətli olmaq lazımdır. Lobya, badımcan və bu kimi tərəvəzlərin bağlanması zamanı əksər hallarda sterilizasiya üsulundan istifadə edilmir və bankaların atmaması onun yaxşı konserv olması ilə əlaqələndirilir. Halbuki sterilizasiya edilmədən bağlanan bu konservlərin tərkibindəki klostridium-botuliniumun öldürücü sporları məhv olmur və konserv istifadəsi zamanı həyati təhlükə daşıyır: "Mağazadan alınan və istifadə olunan konservlərin səbəb olduğu ölüm halları yox sayılacaq qədər azdır. Çünki bu cür konservlər əl dəymədən və texniki üsulla hazırlanır, yüksək dərəcədə sterilizasiya olunur. Ev üsulu ilə hazırlanan bağlamalarda xüsusən yaşı və təcrübəsi az olan xanımlar tərəfindən hazırlanan bağlamaların yüksək sterilizasiya olunması isə hər zaman real olmur. Belə olan halda ölüm və kəskin zəhərlənmə riskinin də olması qaçılmaz bir faktdir. Əslində klostridium-botilinium bakteriyaları insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar tərəfindən "hazırlanan" toksin - botulotoksin - dünyada ən güclü bioloji zəhərlərdən sayılır. Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə, suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər kifayyət qədər yaxşı təmizlənmir və yuyulmur, düzgün sterilizasiya olunmur və daha sonra isə uyğun olmayan şəraitdə saxlanılırsa, bekə olanhalda zəhərlənmə və ölüm riski 90%-dir".
Toksikoloq bu cür konservləri qaranlıqda saxlanılan ölüm olaraq dəyərləndirir və onun fikrincə, tərəvəzləri plastik qabda saxlamaq ikiqat zəhərdir. Çünki plastik qabların tərkibində zəhərli kimyəvi elementlər olur. Bu elementlər sirkə ilə reaksiyaya girəndə dəhşətli tərkib yaranır: "Bazarlarda, eləcə də marketlərdə, hətta ev xanımları belə bəzən plastik çəlləklərdə müxtəlif turşuları saxlayırlar. Bu cür saxlanılan turşuların zəhərlənmə verməsi riski daha çoxdur. Qida maddələri ilə zəhərlənmə qidalanmadan bir neçə saat sonra kəskin surətdə başlayaraq - ürək bulanması, qarınüstü nahiyədə köpmə və ağrı ilə hiss edilir. Belə hallar baş verən zaman ev üsulu ilə tədbir görüb xəstəni qətiyyən gecikdirmək olmaz. Əks halda, bu cür zəhərlənmələr qısa müddətdə bədəndə iflic yarada və insan həyatına son qoya bilər".
Bağlama və konservləşdirilmənin olduqca yüksək təhükəsi olmasına baxmayaraq bu gün istənilən bazarda ev üsulu hazıranan turşulara rast gəlmək mümkündür. Kim tərəfindən və hansı üsulla hazırlandığı bəlli olmayan bu cür turşuların gözəl görünütüsü də alıcıların diqqətini cəlb edir. Ümumiyyətlə, mütəxəssislər hesab edirlər ki, daha çox açıq havada - bazarlarda və küçələrdə satılan turşular təhlükə mənbəyinə çevrilir. Bununla belə, bu cür turşuların alıcıları da az deyil.
Qeyd edək ki, ötən il ölkədə 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1525 nəfər zəhərlənib. Həmin hadisələrin 31-i botulizm olub. Botulizm hadisələrindən 42 nəfər zərər çəkib. Qida zəhərlənmələri nəticəsində 4 nəfər dünyasını dəyişib. Onların 2-si botulizm (turşudan zəhərlənmə), 2-si isə qeyri-mənşəli qida qəbulu (göbələk) nəticəsində zəhərlənib. Bu ilin təkcə sentyabr ayında isə Azərbaycanda əhali arasında 84 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 91 nəfər zərər çəkib. Bir botulizm hadisəsi qeydə alınıb, zəhərlənməyə ev şəraitində hazırlanan leço səbəb olub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Eyni serialda rol alacaqlar?
Gəncədə "Gənclik onun imzasıdır" adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Duzlu pomidor (foto resept)
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu
Ənənə, yoxsa qanlı şou və qəddarlıq?
Qarğıdalı-düyü salatı
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Günorta yaranan baş ağrılarının səbəbləri
6 erməni əsgər məhv edildi
DİQQƏT! WhatsApp-da yeni problem var
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Türkiyədə YouTube qadağası ləğv edildi
Necə gözəl gəlin olmalı?
Mübarizsiz 10 il...
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Dünya yenə onları izləyəcək
Həm Android, həm Firefox-la işləyən smartfon
HAVA necə olacaq?- 18 MART
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
İranda zəlzələ oldu
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Rusiyada qəribə hadisə: İnsanlar müvəqqəti kor oldu - VİDEO
Hər kəs bu qadınan danışır-SƏBƏB
Sinan Akçıl BOŞANIR
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Bunu paylaşan "facebook" profilindən olacaq
Metabolizmanı sürətləndirən tövsiyələr
Qoltuqaltı qaraltıları ilə necə mübarizə aparmalı?
Xamada toyuq filesi (foto resept)
Hipertoniya (təzyiq xəstəliyi)
Bu qəsrdə ruhlar yaşayır
Sevinc gətirən doğuş
Sinir sistemini gücləndirən meyvə
MTN-ə əlavə səlahiyyət verildi
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Burun tıxanmasına qarşı tədbirlər
Alimlər cizgi filmini DNT-yə yazdılar
Qarabağ sentyabra qaytarıla bilər
Tarixin ilk selfisi
Psixoloji Etüd - 2
Sözlərin təsnifatı
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
Daimi ordusu olmayan ölkələr
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi
Azərbaycanlı gimnast: "Vətəndə çıxış etmək böyük məsuliyyətdir"
- ŞƏRHLƏR