Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Yoqa pozalarından

Yoqa pozalarından
Yoqada ayaq uzatma pozası – Uttana Padasana
Bu asana onurğa sütununun hərəkətliliyini yaxşılaşdırır, üz və boyun dərisinə cavanlaşdırıcı təsir göstərir, həzm sisteminin işini tənzimləyir, bel, qarın və sinə hissələrində qan dövranını, qalxanabənzər vəzini, gözləri, ağciyərləri və qarın boşluğu orqanlarını gücləndirir. Qarın nahiyəsində yığılan artıq piydən qurtulmağa kömək edir.
Asananın yerinə yetirilmə qaydası
Bel üstə uzanın və 3-4 dəfə dərindən nəfəs alın. Nəfəs verin, belinizi arxaya əyib nəfəs alın. Başınızın təpə hissəsini döşəməyə qoyun, əllərinizi döşəmədən yuxarı qaldırın və 2-3 dəfə dərindən nəfəs çəkin. Sonra ayaqlarınızı və əllərinizi qaldırıb 30 saniyəyə qədər bu pozada dayanın.
Əks göstərişlər
Hamilə qadınlara bu asananı hamiləliyin ilk 2-3 ayında etmək tövsiyə edilmir. Yüksək qan təzyiqi və qarın nahiyəsindən əməliyyat olunan insanlara asananı icra etmək olmaz.
Yoqa pozalarından
Yoqada “Tam Qayıq” pozası – Paripurna Navasana
Bu asana sinir sistemini sakitləşdirir, bədənin müvazinətini gücləndirir, bel nahiyəsində olan piyi azaldır, böyrəkləri möhkəmlədir və mədə-bağırsaq pozuntularını aradan götürür.
Asananın yerinə yetirilmə qaydası
Döşəməyə oturun. Bədəninizi bir qədər arxaya aparın, ayaqlarınızı isə 60-65 dərəcəyə qədər qaldırın. Pəncələriniz başınızdan daha yuxarı səviyyədə olmalıdır. Əllərinizi budlarınıza və döşəməyə paralel qaldırın. Yoqaya yeni başlayanlar 20 saniyəyə qədər bu pozada dayana bilərlər. Tədricən saxlama müddətini 1 dəqiqəyə qədər uzadın. Asananın tarazlığı sağrı əzələləri hesabına olmalıdır.
Əks göstərişlər
Bu asananı astma xəstələri, tez-tez baş ağrısı, aşağı qan təziyiqi, ürək xəstəlikləri olan insanlara etmək tövsiyə edilmir. Hamiləlik dövründə və menstruasiya zamanı asanını etmək olmaz.
Günel
Səslərin sayı: 12
33
3779
loading...
Şərhlər
Offline
Cavadova Xedice
Her defe bu sayta baxanda deyirem edəcəm heveslənirim ammaa sonraaa recourse
6 may 2016 11:20
Offline
Iceberg
Yoqa elcatmaz gorunur mene
4 may 2016 15:58
imza: shafaabdulla.blogspot.com
Offline
S U S E N _BACI
salam çook sagol Ruzigar yogo xeberi için :-)))
2 may 2016 14:12
Offline
Nermin_Guler
İdmandı, yoqadı mənlik deyil. bir -iki gün edirəm sonra yaddan çıxır.((
2 may 2016 12:19
Offline
Aysel İ.
Yoqa ilə məşqul olmaq üçün gərək mənim kimi iradəsiz olmayasan. Bir gün edib 5 gün etmirəm))
2 may 2016 11:36
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Yoqanı yox, platesi çox sevirəm. Ancaq Yoga da çox vacibdir.
2 may 2016 10:52
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Bu yoqanı bir gü tam çözəcəm, evdə yoqa hocamız ola-ola öyrənmirəm e, aşk olsun maa biggrin
2 may 2016 10:34
Offline
Azadə Həbibzadə
Yoqa insani cavanlasdirir.Tesekkur
29 mart 2015 22:50
Offline
Ayten
Prob elemek lazimdir smile
6 fevral 2015 00:45
Offline
gunay
Yoqa xeyirlidi, ama tembelliyime salib mesgul olmuram.
30 yanvar 2015 12:10
Offline
♥Lamiyə♥
İnsan orqaniziminə xeyiri var. Amma hövsələm heç yoxdur yoqaya
30 noyabr 2014 02:26
Offline
QWEN
Bacaran üçün əla hərəkətlərdi give_ros
29 noyabr 2014 14:11
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Mehrim_
Bir ara cehd eledim edenmedim de bu yoqani dash
28 noyabr 2014 12:31
Offline
Realist
Etməmişəm, fikrim də yoxdur. Edənlərə uğurlar olsun. Təşəkkürlər
28 noyabr 2014 01:00
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Qəribə
Çox gözəl və xeyirli məşqlərdir. Təşəkkürlər xəbər üçün.
27 noyabr 2014 11:25
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Nəzrin
Sözlərlə anlaya bilmirəm gərək şəkil olsun əsasda həvəs olsun )təşəkkür
27 noyabr 2014 00:25
Offline
Sonay Quluzade
•●Narın●•,
Mən də məşğul olası olmadım biggrin 3 dəfə qarın nahiyəsindən əməliyyatım olub, qan təzyiqim də bu gün 140-90 olur, səhəri gün 90-50. Yəni heç bir halda mümkün döyül, yoxsa məşğul olardım blum
Hacət-i Vuslat,
Lalə, mən düyün düşmərəm ey, xırt eliyib ortamdan qırılaram crazy
26 noyabr 2014 10:20
Offline
Hacət-i Vuslat
Həddini aşmadan idman xarakterli yoqa dərsləri yaxşıdır.
Mən ilk hərəkətdə düyün düşərəm dash
26 noyabr 2014 09:45
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
MİRiyeva
Yoqayla məşqul olmuşam. Asananın qaydalarından biri də özün özündə olmaqır. Etdiyin hərəkətlərə, bədədninə qulaq asmaqdır, yoxsa hərəkətləri kopyalasan fikrin başqa yerdə olsa onun heçbir xeyri olmayacaq wink
26 noyabr 2014 06:20
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
Şəri Babayeva
Yoqada ayaq uzatma pozası – Uttana Padasana
Uttana Padasana neçə dəfə oxudum heç bilmədim. dash Təşəkkür give_ros
25 noyabr 2014 21:52
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır