Artıq torpaq və evi sənədləşdirmək prosesi daha da asanlaşır. Xüsusi ilə bölgələrdə daşınmaz əmlakların qeydiyyatı alınması məsələsi çox sadə üsulla həll ediləcək.
Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib.
ANS PRESS-in məlumatına görə, Dövlət Komitəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun qüvvəyə mindiyi tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilməsi üçün səyyar xidmətlərə başlayıb. Yəni sadə dillə desək, sənədləri qaydasında olmayan mülk sahibləri torpaq və evlərini asanlıqla sənədləşdirə biləcəklər.
ASAN Xidmətin səyyar modelinə bənzəyən bu sistem vasitəsi ilə mülk sahibi yaşadığı ərazi üzrə xidmətdən yararlana biləcək. İlkin mərhələdə bu kampaniya Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib. Kampaniyanın üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır.
Belə ki, vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə edəcəklər. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək, vaxta qənaət etmək və vətəndaş məmnunluğunu artırmaqdır.
Eyni zamanda, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Artıq iki rayonda aparılmış kampaniya çərçivəsində 2 gün ərzində 300-ə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.
Noyabr ayından start verilən kampaniya respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcək.
Bu cür anoloji tədbirlər il ərzində qeydiyyat sayının rekord həddə çatmasına səbəb olub. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 17,4% artıb.
Komitə tərəfindən həyata keçirilən bu kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırmağa imkan verir. Bununla yanaşı, yeni xidmət daşınmaz əmlak bazarının inkişafına müsbət təsir edəcək.
Mənbə:ANS PRESS
XƏBƏR LENTİ
Ən bahalı güllər (FOTO)
Əsəb xəstəliyi testi
Qadın.netin "xarici" xanımları (III hissə)
Onlara Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Ribeyro Lənkərana gəlir
Qan analizinin daha bir sirri
WhatsApp ətri satılır
Çox yemək yedikdə bədəndə baş verən dəyişiklər
Beren Saat xəyanət xəbərlərindən sonra İLK DƏFƏ-FOTO
Analar mükəmməl olmayın!
Menstruasiya ağrıları
Kağızdan fil düzəldən - FOTO
Azərbaycan Prezidentinin əfv sərəncamının icrası başa çatıb
Noyabr ayının qalibləri!
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
Uşaqlarda korluq yaradan səbəblər
"Neft Daşları"nda yeni quyu qazılır
Hər yerə geyə biləcəyiniz 5 qiyafət
Azərbaycanda səfərbərlik gözlənilir? - RƏSMİ AÇIQLAMA
Türkiyədə yeni qadağa
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
Teflon örtüyü olan qablarda təhlükə
27 aprelin hava proqnozu
Bakıda yeni marşrut xətti açılır - 40 avtobus işləyəcək
Əlinizdən qoymayacağınız 15 maraqlı kitab
Xaçmazda zəlzələ baş verib
Niyə itirdik laylaları?
Yeni il axşamı üçün kombin tövsiyələri
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
Kəlbəcərin Daşbulaq kəndinin görüntüləri - VİDEO
Qeyri-sabit hava neçə gün çəkəcək?
Heydər Əliyevin rəsmi olan qızıl iPhone-lar
Artıq çəki yuxusuzluğa səbəb olur
Ebru Şallı SİRRİNİ açdı
İrem Derici hər kəsi təəccübləndirdi
Ər öz arvadını yaxın qohumlarının evinə getməyə qoymursa...
Pekinin ən böyük bazarında koronavirus tapıldı: Risk yüksəkdir
JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ
İstirahətsiz işləyənlərin nəzərinə: siz dəli ola bilərsiniz
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Müvəffəqiyyətli olmaq üçün 15 həqiqət
Bakının mərkəzində yol kənarı sökülür
SMS vasitəsilə bankomat "sınır"
Vyetnamdakı delikates təamı
Göz formanıza görə makiyaj üslubu
Bu gün Ümumdünya Qan Donoru Günüdür
Şah plov (foto resept)
İlham Əliyevdən maraqlı müqayisə
Donald və Melani Tramp Yeni il partisi verdi-FOTO
ÜST koronavirusla bağlı son rəqəmləri açıqladı
- ŞƏRHLƏR