Bakıda hava 10°
USD AZN
EUR AZN
13:46Feride Her kese salam 09:13Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41215

Azərbaycan tarixindən yüz şəxsiyyət-48

Azərbaycan tarixindən yüz şəxsiyyət-48

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Hüseyn xan Naxçıvanski

(1863-1919)

Hüseyn xan Naxçıvanski 1863-cü il iyunun 28-də zadəgan ailəsində anadan olub. Atası Kəlbalı xan oğlunu hərbçi görmək istədiyindən Hüseyn xanı 1876-cı ildə imperatorun himayəsində olan və Rusiyanın ən mötəbər zadəgan nəsillərinin oğullarının təhsil aldığı   Peterburqdakı Paj korpusuna oxumağa göndərir. İmperator II Aleksandr Hüseynin atasının rus ordusunun generalı, "Müqəddəs Georgi" ordeninin kavaleri olmasını nəzərə alaraq oğlanın bu məktəbdə oxumağına etiraz etmir.

Hüseyn xan Paj korpusunu 1883-cü ildə əla qiymətlərlə bitirir və Peterburqda yerləşən 1-ci qvardiya süvari diviziyasının leyb-qvardiya  süvari alayına təyinat alır. 1898-ci ilə qədər alayda xidmət edən rotmistr Hüseyn xan eskadron komandiri vəzifəsində Qafqaz hərbi dairəsinə göndərilir. Şimali Qafqazda süvari hissələrdə xidmətdə olan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilir.

1904-cü ildə rus-yapon müharibəsinə Naxçıvanski 2-ci Dağıstan süvari alayının komandiri vəzifəsində yollanmışdı. Alayda bir çox azərbaycanlı xidmət edirdi:  podyasavul  şahzadə  Feyzulla  Mirzə  Qacar,  ştabs-kapitan  Gəray  bəy Vəkilov, xorunji Əbdürrəhman Qurbanov, xorunji Cəmaləddin Musayev və b. çox keçmir ki, alayın sürətli süvari reydləri haqqında bütün cəbhələrdə danışmağa başlayırlar, Hüseyn xan isə bacarıqlı süvari komandiri kimi tanınır. Landun-Qou döyüşü onu daha da məşhurlaşdırır. Həmin döyüş səhnəsi rəssam V.Mazurovskinin rəsmində öz əksini tapmışdır (hazırda Moskvadakı Rusiya Dövlət  Müzeyində saxlanılır).

Rusiya ordusunda Hüseyn xan daha çox "Xan Naxıçevanski" kimi tanınmışdır. Rus-yapon müharibəsi qurtardıqdan sonra polkovnik Hüseyn xan leyb-qvardiya süvari hissələrinə təyinat alır, 1906-cı ilin əvvəlində isə Tiflisdə yerləşən 17-ci Nijeqorod draqun alayının komandiri təyin olunur. İmperator öz oğlunu da bu alayın döyüşçüsü sıralarına göndərmişdi. Alayın döyüş hazırlığının yüksək səviyyədə olmasına görə Hüseyn xana fligel-adyutant vəzifəsi verilir. Bu vəzifə imperatorun şəxsi yavərlərinə verilirdi. Daha sonra fligel-adyutant polkovnik Hüseyn xan Naxçıvanski leyb-qvardiya süvari alayının komandiri təyin edilir.

1907-ci ildə Hüseyn xanın rütbəsi artırılır: o, general-mayor olur. I Dünya müharibəsi ərəfəsində Hüseyn xan 2-ci süvari diviziyasının  komandiri təyin edilmiş, ona general-leytenant rütbəsi verilmişdi.

Müharibə başlananda o, üç qvardiya süvari diviziyadan ibarət süvari birləşmənin komandanı təyin olunur. Qafqaz müsəlmanlarından təşkil edilmiş və "Vəhşi  diviziya"  kimi  tanınan  diviziya  və  polyaklardan təşkil  olunmuş  süvari diviziya da ona tabe edilir. Hüseyn xanın rəhbərliyi altında alay komandiri Karl Qustav Mannerheym (gələcəkdə məşhur fin marşalı), polyak diviziyasının komandiri Anders (gələcəkdə məşhur Polşa sərkərdəsi) və başqaları vuruşurdu.

O, 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. Məşhur Qumbinen döyüşləri, Kraupişken şəhərinin ətrafında gedən döyüşlərdə, Samsonov və Rennekampfın korpuslarının mühasirədən çıxarılmasında Hüseyn xanın süvarilərinin çox böyük rolu olmuşdur. Şöhrəti bütün Rusiyanı dolaşan A.Brusilov, Y.Barsukov, M.Draqomirov, Y.Alekseyev kimi generallar onun müharibədəki döyüş xidmətlərini yüksək qiymətləndirmişlər.

Hüseyn xan Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi təsvir edirlər. K.Adaridi yazırdı: "Xan Naxçıvanskinin ali hərbi təhsili olmasa da, rəhbərliyin əmrlərini həmişə dəqiqliklə yerinə yetirən igid şəxsiyyət olmuşdur. Bilavasitə özünə tabe olan diviziya komandirlərinə sərbəstlik verdiyinə görə həmin komandirlər öz hərbi hissələri üçün yaxşı döyüş şəraiti yaradırdılar. Onun tabeliyində olan ən yaxşı döyüşkən qvardiya alayları özlərinə xüsusi qayğı və münasibət tələb etdiklərindən general Xan Naxçıvanskiyə bu qvardiyalara komandanlıq etmək o qədər də asan deyildi. General Xan Naxçıvanski qabiliyyəi hesabına şəxsi mənafe güdmədən süvari birləşmələrinə məharətlə komandanlıq edirdi".

Hüseyn xanın sərkərdəlik qabiliyyətini Karl Mannerheym "Memuarlarım" kitabında əks etdirmişdir. 

I Dünya müharibəsi bhələrində gösrdiyi rkərdəlik məharətinə görə Hüseyn xan Naxçıvanskiyə 1916-cı ildə tam süvari qoşun generalı rütbəsi və general-adyutant adı verilir. "Kaspi" qəzeti o zaman iftixarla yazırdı: "Qafqaz Ordusunun Baş Komandanının sərəncamında olan qvardiya süvarisi general-adyutant, general-leytenant həmyerlimiz Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilib".

Hüseyn xan Rusiyanın ən  yüksək orden və medalları ilə təltif edilib: "Müqəddəs Aleksandr", "Müqəddəs Georgi" ordeninin 3-cü və 4-cü dərəcələri, "Ağ qartal", "Müqəddəs Vladimir", "Müqəddəs Anna", "Müqəddəs Stanislav" ordenlərinin bütün dərəcələri, üzərində "İgidliyə görə" yazılmış qızıl silah, Bolqarıstanın "Döyüş xidmətlərinə görə", zabitlərə məxsus "Rumın Ulduzu" ilə, İranın "Şire-Xurşid" ordeninin 2-ci və 4-cü dərəcələri ilə.

Dövrün şahidləri yazırlar ki, inqilab baş verəndə sədaqət andına sadiq qalan generalımız son günlərədək çar ailəsi ilə olmuşdur. Müasir rus tədqiqatçısı F.Nesterov "İllərin əlaqəsi" (1984) tarixi-publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı N.İ.İvanovun, general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə çəkir. O yazır ki, "çar hakimiyyətdən imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək bildirdilər ki, biz andımıza sadiq qalacağıq. İmperator uzun illər boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi".

Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən güllələnib və Aleksandr Nevski monastırının qəbiristanlığında dəfn olunub. Hüseyn xanın həyat yoldaşı knyaginya Sofiya Nikolayevna Taube Danimarka kralı və eyni zamanda III Aleksandrın arvadının qohumu idi. Atalarının ölümündən sonra iki oğlu Avropaya mühacirətə getmişdir. Nəvəsi Corc Naxçıvanski ABŞ-da, digər nəvəsi Mariya Naxçıvanskaya Misirdə yaşayır.

Tədqiqatçı Ş.Nəzirlinin qənaətinə görə, ümumiyyətlə, Kəngərli nəslindən olan Naxçıvanskilər ailəsi Azərbaycana beş general vermişlər: general-mayor Ehsan xan, general-mayor Kəlbalı xan, tam süvari generalı İsmayıl xan, tam süvari generalı Hüseyn xan, general-mayor Cəmşid xan Naxçıvanskilər.

Bu nəsildən olan zlərcə zabit çar Rusiyası ordusunda xidmət etmişdir, onlardan bir çoxu Azərbaycan Milli Ordusunun formalaşmasında yaxından iştirak etmişdilər.

Səslərin sayı: 3
1
1975
loading...
Şərhlər
Offline
Fatma xanım
Dövrün şahidləri yazırlar ki, inqilab baş verəndə sədaqət andına sadiq qalan generalımız son günlərədək çar ailəsi ilə olmuşdur.
Bunu da tanıdım sağ ol
19 sentyabr 2015 14:14
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
  • 14:52 - Müəllif: Ayla Ayla
    F vitaminin faydaları (1)

    F vitaminin faydaları

    Linoleik turşusu (LA): Omeqa6 yağ qrupuna aiddir. Doymuş yağların yerinə istifadə edildikdə daha faydalıdır.
  • Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB

    Heç oglana görə silmək olar?
  • 13:46 - Müəllif: Feride
    İşləmək üçün Qadın oldu (3)

    İşləmək üçün Qadın oldu

    Icebergbir seral var idi onu xatirladimMən də Padinqtonun birincis eriyasını xatırladım
  • 13:44 - Müəllif: Feride
    Qar Adamı (özün düzəlt) (1)

    Qar Adamı (özün düzəlt)

    Yaxşı ideyadı OLaf oldu lap
  • 13:42 - Müəllif: Feride
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Canlı yaşıl bir çox markanın sevimlisi olsa da, xaki, tünd yaşıllı bu il çox görəcəksiniz.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )