Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Mirzə Qədim İrəvani
(1825-1875)
Mirzə Qədim İrəvani 1825-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda anadan olmuşdur. Onun atası Məhəmməd Hüseyn taxta üzərində oyma sənətinin mahir ustalarından idi. İrəvanda ibtidai təhsil aldıqdan sonra burada üsuli-cədid məktəbini bitirən Mirzə Qədim Tiflisə getmiş və orada progimnaziyanı qurtarmışdır. 1840-cı illərdə İrəvana qayıdan Mirzə Qədim ömrünün sonunadək burada yaşamış və poçt teleqrafçısı vəzifəsində çalışmışdır.
Yaradıcılığının ilk dövründə gənc rəssam əsasən dekorativ sənət sahəsində fəaliyyət göstərmiş, divar rəsmləri və bədii tikmələr üçün rəsm və trafaretlər çəkmişdir. Artıq bu dövrdə rəssam qızılgül, zanbaq və s. gül və çiçəklərdən mürəkkəb kompozisiyalar tərtib edir, bununla yanaşı, müxtəlif quşların canlı və real təsvirini verirdi. Klassik miniatür boyakarlığından fərqlənən bu əsərlər göstərirdi ki, rəssam Avropa boyakarlığına böyük maraq göstərir.
Mirzə Qədim İrəvani bu dövrdə həmçinin kağız, şüşə və güzgü üzərində də bir neçə portret çəkmişdir. Obrazların həllinə görə sxematik, koloritinə görə şərti dekorativ xarakter daşıyan bu portretlər arasında "Süvari", "Rəqqasə", "Dərviş" portretləri xüsusilə seçilir.
XIX əsrin ortalarında M.F.Axundzadə, H.B.Zərdabi, S.Ə.Şirvani və d. mütəfəkkirlərin fəaliyyət göstərdiyi mühitdə demokratik ideyaların, qabaqcıl fəlsəfi fikirlərin, yeni estetik normaların və realist ədəbiyyatın təsiri altında Azərbaycan təsviri sənəti öz inkişafını davam etdirirdi.
Bu dövrdə Azərbaycan təsviri sənətinin inkişaf istiqamətini müəyyənləşdirən əsas xüsusiyyət onun orta əsr sənətinə xas olan şərti dekorativ üslubdan tədricən realist təsvir metoduna keçməsi, yeni bədii forma, yeni növ və janrlarla zənginləşməsindən ibarətdir. Bu yeni keyfiyyət saray və imarətlərin daxili tərtibatında, yəni ov, döyüş, məişət səhnələri, portret səciyyəli təsvirlərdən ibarət divar boyakarlığında, həm də müxtəlif məzmunlu əlyazmalara və litoqrafiya üsulu ilə çap edilmiş kitablara çəkilmiş illüstrasiyalarda özünü göstərirdi. Bu dövrdə yaranmış təsviri sənətin səciyyəvi üslub xüsusiyyətləri, ideya-estetik mahiyyəti və sənətkarlıq nailiyyətləri M.M.Nəvvab, Xurşidbanu Natəvan, Usta Qəmbər Qarabaği kimi dövrün görkəmli rəssamları və xalq ustalarının yaradıcılığında qabarıq əksini tapmışdır.
Mirzə Qədim İrəvaninin yaradıcılığının təkmilləşmə mərhələsi də elə həmin illərə təsadüf edir. O, İrəvan sərdarı kimi tanınan sonuncu İrəvan xanı Hüseynqulu xanın məşhur sarayının divar rəsmlərini bərpa etmək dəvəti alır. Burada rəssam sarayın otaqlarını, xüsusən güzgülü zalın divarlarını bəzəyən köhnə dekorativ pannoları və süjetli kompozisiyaları yenidən bərpa etməklə bərabər, bir neçə orijinal əsər, o cümlədən konkret tarixi şəxslərin portret təsvirlərini çəkmişdir.
1x2 m ölçüsündə çəkilən hər bir belə portret yağlı boyalarla işlənib divara yapışdırılmışdır. Bu portretlər monumental formasına, ifaçılıq üslubuna və texnikasına görə Azərbaycan təsviri sənətində yeni keyfiyyətli portret əsərləri hesab edilir. Tamaşaçıların və mütəxəssislərin diqqətini ən çox Fətəli şah Qacar, onun oğlu şahzadə Abbas Mirzə, sonuncu İrəvan xanı Hüseynqulu xanın portretləri cəlb edir.
Azərbaycan bədii sənətinin yüksək səviyyəsini, həmçinin İrəvanın əsrlər boyu azərbaycanlılara məxsus olduğunu sübut edən Sərdar sarayı sonralar bərbad hala salınmış və məhv edilmişdir. Təkcə iki portret (Fətəli şahın və Abbas Mirzənin) divardan çıxarılaraq Tiflisə aparılmış və hal-hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Mirzə Qədim İrəvaninin yaradıcılığının püxtələşmə və həm də ən məhsuldar dövrü 1860-1870-ci illərə təsadüf edir. Rəssamın hazırda bəlli olan on qiymətli əsərləri məhz bu illərdə yaranmışdır. "Oturmuş qadın", "Vəcihulla Mirzə", "Şah Tələt" (hər üçü Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır), "Molla", "Gənc qadın", "Fətəli şah", "Abbas Mirzə", "Naməlum qadın" (R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır) və s. başqa portretlər rəssamın bu dövrdəki yaradıcılıq nailiyyətlərini əks etdirir.
Akvarel və tempera texnikasında işlənmiş bu əsərlərdə orta əsr klassik miniatür sənətinə xas şərti dekorativ üslubla realist dəzgah boyakarlığının səciyyəvi xüsusiyyətləri üzvi surətdə əlaqələndirilmiş, nəticədə özünəməxsus bədii forma, orijinal üslub yaranmışdır.
Bədii obrazın idealizə edilməsi, fərmanın dekorativ səpkidə həlli, zərif və ifadəli rəsmi, lokal və parlaq rənglərin kontrast düzümü, koloritin zənginliyi və başqa üslub xüsusiyyətlərinə görə bu əsərlər klassik Şərq miniatür sənətinin gözəl ənənələrini əks etdirir. Digər tərəfdən isə fiqurların və ayrı-ayrı əşya və ünsürlərin həcmli təsvirinə səy göstərmək, zəif olsa da, kölgə-işıq kontrastlığından, rənglərin xəfif keçidi və perspektiv qanunlarından istifadə edilməsi Mirzə Qədim İrəvaninin müasir formalı realist boyakarlığın bəzi xüsusiyyətlərinə yiyələndiyini sübut edir.
Mirzə Qədim İrəvaninin qadın portretləri xüsusi səciyyəsi ilə nəzərə çarpır. Onlar kompozisiyası, koloriti, fiqurların duru-şu və hərəkəti, geyimi, libaslan, ornament bəzəyi və s. cəhətdən bir-birinə çox oxşayır. Lakin obrazların bədii həllinə, fərdi əlamət və ifadəliliyinə görə onlar əsaslı surətdə bir-birindən fərqlənirlər. Bu əsərlər həm rəssamın, həm də dövrün estetik normalarını, gözəllik idealını əks etdirir. "Oturmuş qadın" və "Gənc qadın" portretlərində xalq yaradıcılığı və şair Molla Pənah Vaqifin poeziyasında tərənnüm olunan şux, nikbin, gözəl qadın obrazı yaradılmışdır. Mirzə Qədim İrəvaninin "Oturmuş qadın" portreti təkcə Azərbaycanda deyil, ümumiyyətlə, XIX əsr Orta Şərq rəssamlığında ideal qadın gözəlliyini əks etdirən on görkəmli və nümunəvi əsərlərdən biridir. Burada yerə salınmış zəngin və bəzəkli xalça üzərində bir qədər ədalı pozada oturmuş gənc və məlahətli bir qadın təsvir edilib. Obrazın sadə və təbii, canlı və real təsvirinə görə bu portret XIX əsrdə "Qacar üslubunda" geniş yayılmış rəsmi portretlərdən əsaslı surətdə fərqlənir və Mirzə Qədimin ən qüvvətli əsəridir.
"Şah Tələt" və "Naməlum qadın" portretlərində kompozisiya qapalı və simmetrikdir, tərəflərin müvazinəti şaquli istiqamətli memarlıq formaları, eyni formalı şəbəkə və pəncərə pərdələri vasitəsilə gözə çarpdırılır.
"Şahzadə Aleksandr arvadı ilə", "Şah və vəziri" kimi ikifiqurlu kompozisiyasında rəssam təsvir olunan şəxsləri müəyyən süjet əsasında qruplaşdırır. Bu əsərlər birgə portret olmaqla bərabər, məişət janrlı tematik tablo xarakteri daşıyır. Birinci əsər rus mətbuatında dərc edilmiş şəkil əsasında çəkilsə də, rəssam onun kompozisiya və kolorit həllində dəyişikliklər etmiş, Şərq motivləri, dekorativ elementləri ilə zənginləşdirmişdir.
Mirzə Qədim xalq sənətini dərindən bilən, əsərlərində bu tükənməz sərvətin gözəl ənənələrindən gen-bol və bacarıqla istifadə edən mahir ornamentalist rəssam olmuşdur.
Onun əsərlərində döşəməyə salınmış xalça, mürəkkəb naxışlı şəbəkə, adamların geyimi və ev əşyasının üzərində çəkdiyi müxtəlif biçimli ornament bəzəkləri bunu sübüt edir. Sankt-Peterburqda Dövlət Ermitajında saxlanan güzgünün qapıları üzərində çəkdiyi gül və çiçək təsvirləri xüsusilə yüksək bədii zövq, böyük sənətkarlıqla işlənmişdir.
Mirzə Qədim İrəvaninin yaradıcılığı ilə Azərbaycan təsviri incəsənətində şərti dekorativ üslubdan yeni keyfiyyətli realist sənətə keçid başlanır.
Mirzə Qədim İrəvani 1875-ci ildə İrəvan şəhərində vəfat etmiş və orda da dəfn olunmuşdur.
XƏBƏR LENTİ
Banklar faizləri endirməyə başladı
Amerikada yaşamaq istəyənlərə şad xəbər
Alma haqda bunları bilməlisiniz!
Manatın taleyi ilə bağlı yeni xəbər
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Bayrağımız Şurnuxa sancıldı - VİDEO
Gəlin saçı üçün aksessuarlar
Günün qoroskopu: geniş miqyaslı, böyük işə başlamayın
DİN-dən əhaliyə sayıq olmaqla bağlı XƏBƏRDARLIQ
HAVA necə olacaq?-25 İyul
Yaz-yay geyimləri
Həzmsizliyin qarşısını necə almalı?
Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi olacaq?
Kələm turşusu (foto resept)
Yaşayış evindən öz-özünə çıxan yanğının səbəbi bəlli oldu - FOTO
Bürcünüzə görə hansı idmanı etməlisiniz?
Bakıda 720 manata alça satılır
"İndiana Cons”un məşhur aktyoru öldü-FOTO
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Məşhur tərzi: Chiara Ferragni
Burak Özçivit
Qaz limiti ləğv olunsun - Milli Məclisdə UNİKAL TƏKLİF
Dərinizə təbii üsullarla qulluq edin!
Yeni imtahan modelinin layihəsi hazırdır - RƏSMİ
Prezident İlham Əliyev: Azərbaycan Ermənistanın işğal etdiyi 2000 hektar ərazini qaytarıb
Bu rəsm əsəri 9,5 milyona avroya satıldı-FOTO
Hər kəs bu Şamdan danışır-FOTO/SƏBƏB
Günün ulduz falı
Rusiyanın turizm şəhəri yüz faiz turistlə doldu
Marsda həyat olduğu üzə çıxdı
Obama rusların Suriyadakı əməliyyatlarını tənqid etdi
Karelin Bakı-2015-ə yüksək qiymət verdi
Justin Biber nişanlısı ilə birlikdə ağladı-FOTO
Mənim pişiklərim
Ali Sunal qış tətilinə çıxdı-FOTO
Azərbaycanda spirtli içki aludəçiləri ömürlük sürücülük vəsiqəsindən məhrum ediləcəklər?
İranda şok cəza
Azərbaycan təhsilində yeni layihəyə start verilir
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Ombudsman UNICEF-dən erməni terrorunun kiçik qurbanlarına qarşı daha şəffaf münasibət istədi
Xətdə qalan sevgili (ARAŞDIRMA)
Bu gündən Azərbaycanda Ticarət Festivalı başlanılır
Kralın 500 min dollarına görə qovuldu - FOTO
Bu cür şəkillər hələ görmədiniz
Burada dovşanlar insan kimi yaşayır
Blok edilən saytlar axtarılır
Yataq otağına hansı bitkiləri qoymalı?
İdman üçün "Zamanım yoxdur" deyənlərə ipucları
Azərbaycanın neçə xalq şairi və xalq yazıçısı qaldı?
Ermənistanla sərhəd kəndlərində su hovuzu tikildi
- ŞƏRHLƏR