Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Pənah Vaqif
(1717-1797)
Molla Pənah Vaqif 1717-ci ildə Azərbaycanın Qazax mahalının Salahlı kəndində anadan olub. Məktəbdə sonra isə mədrəsədə təhsil almış Vaqif ümumi biliklərdən başqa, şəxsi mütaliə hesabına fars və ərəb dillərini də öyrənmiş, memarlıq və astronomiyaya da maraq göstərmişdir. Müdrikliyi və biliyi ilə seçilən Vaqifin yanına ətraf kəndlərdən insanlar məsləhətə gəlirdilər. Əlindən gələn köməkliyi əsirgəməyən Vaqifin şöhrəti el arasında daha da geniş yayılırdı.
XVIII əsrin ortalarında Vaqif Qarabağa köçür və burada yenicə formalaşmaqda olan Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində müəllimlik fəaliyyətinə başlayır. Şagirdlərinə vətənə məhəbbət və sədaqət hissi ilə dərin biliklər aşılayan Vaqif çoxsaylı şagirdləri hesabına Şuşada məktəb açır. Sadə xalq arasında böyük nüfuz sahibi olması xəbəri Qarabağ xanı İbrahimxəlil xana çatınca onu saray işlərinə cəlb edir, müəyyən problemlər yarandıqda ondan məsləhət istəyir. Çox keçmir ki, xan özünü müdrik şəxs kimi göstərmiş Vaqifə saraya köçməyi və xanlığın eşikağası olmasını təklif edir. 1769-cu ildə Vaqif sarayda eşikağası vəzifəsində fəaliyyətə başlayır. Bu vəzifənin sahibi xanın və onun sarayının bütün işlərini təşkil etməli, mərasimlərin təşkilindən başlamış şikayətlərin qəbuluna qədər bütün məsələləri həll etməli idi. Bu sahədə özünü kifayət qədər bacarıqlı göstərən Vaqif xanlığın baş vəziri olmaq təklifini alır.
Bu dövrdə Azərbaycan və onun tərkib hissəsi olan Qarabağ xanlığı ağır problemlərlə üz-üzə qalmışdı. Ayrı-ayrı xanlıqlara parçalanmış Azərbaycanın başı üzərini iki əsas təhlükə almışdı: şimaldan Rusiya imperiyası, cənubdan İran dövləti xanlıqların müstəqilliyinə son qoyub Azərbaycanı öz dövlətlərinə qatmağa çalışırdılar. Ardı-arası kəsilməyən açıq və gizli danışıqlar, kəskin siyasi və iqtisadi mübarizə vaxtaşırı ağır müharibələrlə tamamlanırdı. Gah Gürcüstanı, gah da köçmə erməniləri Azərbaycan torpaqlarına hücum etməyə və qiyam qaldırmağa sövq edən Rusiya imkan yarandıqca öz qoşunları ilə də hücuma keçirdi.
Belə vəziyyətdə hər bir xanlıq dərin düşünülmüş hərbi-siyasi fəaliyyət yürütməli idi. Qarabağ xanlığı da eyni problemlərlə üzləşmişdi. Üzdə dostluq vəd edən Rusiya bir zamanlar Nadir şah tərəfindən Qarabağa köçürülmüş və indi bu ərazidə yaşayan erməniləri daim qanuni hakimiyyətə xana qarşı çıxışlar etməyə və qiyamlara sövq edir, vaxtaşır xanlığın Gürcüstanla əlaqələrini pozmağa
çalışırdı. Eyni zamanda Qacarlar dövləti də cənubdan Qarabağa hücuma hazırlaşırdı. Belə şəraitdə İbrahimxəlil xan Vaqifə xanlığın xarici siyasətini təşkil etməyi tapşırır.
Vaqifin siyasi xətti qonşu dövlətlərlə dostluq yaratmaq prinsipinə əsaslanırdı. O, İrəvan, Naxçıvan, Qaradağ, Şəki, Gəncə xanlıqları ilə normal qonşuluq əlaqələri yaratmış, münaqişəyə səbəb ola biləcək problemləri həll etmişdi. Gürcüstan feodal dövlətlərinin hakimləri ilə də normal qonşuluq əlaqələri yaradılmış, münaqişəyə son qoyulmuşdu. Rusiya ilə çətin danışıqlar nəticəsində nisbətən dost münasibətləri qurulmuşdu, halbuki hamıya aydın idi ki, Rusiya Azərbaycanı və onun tərkib hissəsi olan Qarabağı işğal etmək planlarından əl çəkməyib. Hər halda danışıqlar nəticəsində Rusiya tərəfindən həm müstəqilliyi tanımaq məsələsi həll olunmuş, həm də hərbi təcavüz etmək üçün rus məmurlarına heç bir bəhanə verilməmişdi. Təkcə İranın Qacarlar dövləti ilə əlaqə yaratmaq mümkün olmurdu.
Hələ 1795-ci ildə Qarabağa uğursuz yürüş etmiş Ağa Məhəmməd xan Qacar xanlığın müstəqilliyi haqqında heç eşitmək belə istəmir və xanlığın ona tabe olmasını tələb edirdi. Qəti rədd cavabını aldıqda o, Qarabağa ikinci dəfə hücum edir və Şuşanı tutur. Şuşada olan Vaqif həbs edilir, şahın əmri ilə ölümə məhkum olunur. Lakin şah sui-qəsd nəticəsində öldürülür və o azad edilir.
Şah öldürüldükdən sonra İbrahimxəlil xanın Şuşada olmamasından istifadə edən Məhəmməd bəy Cavanşir adlı feodal hakimiyyəti ələ keçirmək istəyir. Vaqif ona maneçilik törədir, əhaliyə xanlığın qanuni hökmdarına sadiq qalmağı tövsiyə edir. Bundan qəzəblənən Məhəmməd bəy Vaqif və onun "Alim" təxəllüsü ilə şeirlər yazan 15 yaşlı oğlu Əliağanı həbs edərək öldürtdürür.
Xalqın dəstəyi ilə Şuşaya qayıdan İbrahimxəlil xan Məhəmməd bəyi cəzalandırır və Vaqifi təntənə ilə Şuşada dəfn edir.
Molla Pənah Vaqif təkcə dövlət xadimi deyil, şair kimi də məşhur olmuşdur. Onun yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələlərdən birini təşkil edir. Klassik Şərq şerini dərindən bilən qəzəl, müxəmməs, müstəzad və s. formalarda əsərlər yazmışdır. Onun poeziyasın mövzusu dünyəvi məhəbbət, gözəllərin vəsfidir. O, insanı mənəvi və fiziki cəhətdən kamil, harmonik inkişafda görmək istəyir, bunu öz şeirlərində vurğulayırdı.
Klassik üslubda yazmağına baxn Vaqif şifahi xalq ədəbiyyatı, aşıq şeri ilə çox bağlı olmuşdur. Onun yazdığı təcnis və qoşmalar milli poeziyanı zənginləşdir Vaqif öz lirikasında klassik poeziyanı xalq şerinin ən yaxşı ənənələrini üzvi şəkildə birləşdirməyə nail olmuşdur. Dünyəvi ideallar şairi olan Vaqifin əsərlərində nikbinlik, həyatsevərlik çox vaxt önə çəkilir, onu poeziyasının ümdə xüsusiyyətlərini təşkil edir.
Vaqifin "Bir gözəl ki şirin ola binadan”, "Sərasər bir yerə yığılsa xublar", "Açıq başda əgər olsa bir dilbər", "Bulut zülflü, ay qabaqlı gözəlin", "Bir zaman havada qanad saxlayın", "Kür qırağının əcəb seyrənhagı var", "Sevdiyim, ləblərin yaquta bənzər" və s. qoşmaları, "Bax" rədifli qəzəli XVII Azərbaycan poeziyasının ən gözəl nümunələridir.
Lirik şeirlərdən başqa Vaqif sosial yönümlü şeirlər də yazırdı. Onun "Bayram oldu, heç bilmirəm neyləyim" qoşması zəhmətkeş sadə insanların üzləşdiyi problemdən xəbər verir, "Görmədim" müxəmməsi ictimai ədalətsizliyə, bərabərsizliyə qarşı yönəldilmişdir. Vaqif şerinin realizmi Azərbaycan poeziyasının inkişafına güclü təsir göstərmişdir.
Vaqifin poeziyası Azərbaycan ədəbi dilinin inkişafında da xüsusi rol oynamışdır. O, öz əsərlərində sadə xalq dilini ədəbi-bədii dil səviyyəsinə qaldırmışdır. Təsadüfi deyil ki, onun bir çox şeirlərinə aşıqlar musiqi bəstələmişlər.
Azərbaycanın görkəmli dövlət xadimi şairi Vaqifin adı bütün Qafqaza yayılmış, onun əsərləri tərcümə edilərək dillər əzbəri olmuşdu. Avropa şərqşünasları onun şeirləri ilə ilk dəfə 1856-cı ildə "Məcmueyi-divani-Vaqif və digər müasirin" kitabı vasitəsilə tanış olmuşlar ki, bu kitabda Vaqifin seçilən əsərləri çap edilmişdir.
XƏBƏR LENTİ
Arnold Şvartsneqqer son görünüşü ilə təəccübləndirdi-FOTO
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Ağcaqanadlar məhz BU İNSANLARI SANCIR
“Eurovision-2015” bu şəhərdə olacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?
HAVA necə olacaq?
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Şeyma Subaşı yeni döyməsi ilə gündəm oldu - FOTO
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Bakının yeni seysmik riski öyrənilir
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Zövqlü divar rəsmlər
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
Emin atası və oğulları ilə - FOTO
Yaylıq istafədə etməyin 5 yolu
Bakı metrosu sabah açılır - RƏSMİ
Kişilərin sevdiyi 4 qadın tipi
Roqaliki (foto resept)
Yalanı bəzəməklə "həqiqət" kimi satanların məqsədi nədir?
Alimlər yeriyən balığı videoya çəkə biliblər
Ətli rulet (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Ermənilərin itkisi təsdiqləndi
Günün qoroskopu:Bədxərclik etməyin!
Cem Yılmazdan yeni film gəlir
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Ətli və pendirli qutab (foto resept)
Heydər Əliyev Mərkəzində "Qarabağın səsi" layihəsinin təqdimatı olub
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Mayın 20-də qəbul imtahanı olacaq
Məşhur ulduz ilk dəfə ata oldu
Latviyaya səyahət
Osteoporoz
Milyarder qaçqınlar üçün iki ada alacaq
Qızıl boyunbağılar
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Bakıdakı bahalı avtomobil dayanacaqları
Amerikansayağı dərsliklər
Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Həyatınızın açarı olun
Rusiyadan ABŞ-a xəbərdarlıq
Kral və dəyirmançı
"Atiye" serialının təqdimatı oldu-FOTO/VİDEO
- ŞƏRHLƏR