Otaqda elə gurultu vardı ki, baş partlayırdı. Hər şey bir-birinə qarışmışdı, gülüşlərdən, qəhqəhələrdən baş açmaq olmurdu. Bu operaya dirijorluq edən Votren gözlərini artıq sərməst olmuş Ejenlə Qorio atadan çəkmirdi. Ejen də, Qorio da stula söykənərək, ciddi nəzərlə bu qəribə qarışıqlığa baxır və az içirdlilər: onlar bu axşam edəcəkləri işi düşünür, lakin ayağa dura bilmirdilər. Votren qıyqacı onlara tərəf baxır, üzlərinin ifadəsini izləyirdi. Mürgüləməyə başlayanda, Votren fürsət tapıb, Ejenin qulağına pıçıldadı:
– Belə, dostum, belə, sən hələ Votren lələ ilə güləşmək üçün yetişməmisən! O, səni çox sevir və sarsaq işlər görməyinə yol verməz. Əgər mən bir şeyə qərar vermişəmsə, ancaq Allah mənim yolumu kəsə bilər. Bəli! Bəli! Biz qoca Tayferi xəbardar etmək istəyirdik! Amma şagirdin kələyi baş tutmadı! Təndir qızıb, xəmir yoğrulub, kündə əlimizdədir. Sabah onu yeyib, qırıntılarını göyə sovuracağıq. Yox, yox, əzizim, kündə gərək bişsin! Xırda-mırda vicdan əzabı çəksək də, çörək mədəmizdə həzm edildikcə hər şey yaddan çıxacaq. İndi biz bir az yatarıq, polkovnik qraf Frankessini isə şpaqasının ucu ilə bizim üçün Mişel Tayferin sərvətinə yol açar. Viktorina qardaşının varisi olduqdan sonra ildə on beş min mədaxili olacaq. Mən artıq məlumat toplamışam, anası tərəfdən olan mirası üç yüz mindən artıqdır.
Ejen bu sözləri eşitsə də, cavab verməkdə aciz idi: dili damağına yapışmışdı:, gözlərini yuxu basır, stol və kirayənişinlər isə nurlu duman içində görünürdü. Yavaş-yavaş gurultu azaldı, kirayənişinlər bir-bir dağılışmağa başladılar. Otaqda ancaq madam Voke, madam Kutür, madmazel Viktorina, Qorio ata və Ejen qaldı. Ejen yuxunun arasından, Vokenin süfrənin üstündəki şüşələri yığışdırıb, artığını bir şüşəyə tökdüyünü görürdü.
Madam Voke deyirdi:
– Ah, nə dəlisov cavanlardır!
Bunlar Ejenin dərk edə bildiyi son sözlər idi.
Silviya dedi:
– Heç kəs cənab Votren kimi bu cür kələk işlədə bilməz! Baxın, Kristof necə xoruldayır!
Votren dedi:
– Əlvida, cici. Mən “Vəhşi dərə”dəki Martiyə baxmaq üçün teatra gedirəm. Bu, böyük pyesdir, “Rahib”dən təbdil edilmişdir. Arzu etsəniz, xanımları da oraya apara bilərəm. Madam Kutürü də, madmazel Viktorinanı da dəvət edirəm.
Madam Kutür:
– Təşəkkür edirəm, – deyə cavab verdi.
Voke bağırdı:
– Qonşu, niyə belə? Siz Şatobrianın “Atala”sı* üsulunda “Rahib”dən təbdil edilmiş bir əsərə baxmaq istəmirsiniz? Keçən yay cökə ağacları altında onu sevə-sevə oxuyub, Elodeya Maqdolinası kimi göz yaşı tökürdük. Tərbiyəvi əsərdir, gənc xanım üçün də faydalı ola bilər.
Viktorina cavab verdi:
– Biz teatra gedə bilmərik.
Votren isə Ejenlə Qorio atanın başlarını gülməli halda yırğalayaraq:
– Qoçaqlar lap hazır olublar, – dedi.
Votren, tələbə rahat yatsın deyə, onun başını st lun ına söykədi, hərarətlə alnından öpdü və oxudu:
Şirin yuxuya dal, mənim əzizim!
Qorxma, dincini al, mənim əzizim.
Viktorina:
– Qorxuram xəstələnsin, – dedi.
Votren cavab verdi:
– Elə isə yanında qalıb qulluq edin. – Viktorinanın qulağına pıçıldadı: – Bu, vəfalı bir arvad kimi sizin vəzifənizdir. O, sizə pərəstiş edir, onun arvadı olacağınıza əmin ola bilərsiniz.
Sonra ucadan:
– Bu surətlə, – dedi, – onlar hamının hörmətini qazandılar, xoşbəxt yaşadılar, çoxlu uşaq doğub-törədilər. Bütün məhəbbət romanlarının sonu budur. İndi isə Voke cici, – dedi və madam Vokeni qucaqladı, – şlyapanızı, gül naxışlı bayırlıq paltarınızı geyinin, qrafinya ş rf n z başınıza salın. Sizin üçün çağırmağa mən özüm gedirəm.
Votren oxuya-oxuya eşiyə çıxdı:
Ey günəş, ey günəş, sənsən yaradan,
Boranı yetişir sənin istinlə...
– Vallah, madam Kutür, belə bir adamla çardaqda da özümü xoşbəxt hiss ed rəm. Qorio ata da keflənib. – Üzünü vermişel fabrikantına doğru çevirdi: – Bu qoca simic məni bir dəfə də olsun bir yerə aparmamışdır. Aman Allah, o, bu saat yerə yıxılacaq! Qoca adamın ağlını itirməsi biabırçılıqdır! Siz deyə bilərsiniz ki, gərək ağlı olsun ki, itirsin də... Silviya, Qorio atanı otağına aparın.
Silviya qocanın qoltuğundan yapışıb yuxarı apardı, elə paltarlı-paltarlı, yük kimi, çarpayının üstünə yıxdı.
Madam Kutür Ejenin gözləri üstünə düşən saçlarını sığallayaraq:
– Yazıq oğlan, – deyirdi, – lap qız kimidir: bir damcı artıq içə bilmir.
Voke dedi:
– Ah, mən otuz ildir pansion saxlayıram. Bir çox cavanlar gəlib, necə deyərlər, mənim əlimdən keçib, amma cənab Ejen kimi sevimli, tərbiyəli cavan görməmişəm. Madam Kutür, onun başını çiyninizin üstünə qoyun. Buna bax, buna bax, onun başı madmazel Viktorinaya doğru meyil edir. Görünür, taleyin hökmü belədir. Az qalmışdı başı stula dəysin. Amma ikisi bir yerdə nə qəşəng görünür!
Madam Kutür hirslə:
– Səsinizi kəsin, qonşu. Siz elə sözlər danışırsınız ki...
Madam Voke cavab verdi:
– Nə olar, o ki eşitmir. Silviya, gedək paltarımızı geyək. Mən korset taxacağam.
Silviya təəccüblə dedi:
– Nə danışırsınız, xanım, nahardan sonra da hündür korset taxmaq olar? Yox canım, korseti çəkmək üçün başqasını tapın. Mən sizin qatiliniz ola bilmərəm. Belə ehtiyatsızlıqdan adam ölə də bilər.
– Çarə yoxdur, cənab Votrenin xatiri üçündür.
– Demək, siz öz varislərinizi çox sevirsiniz.
Madam Voke:
– Yaxşı, Silviya, bəsdir danışdın, – dedi və öz otağına keçdi.
Silviya Viktorinaya öz xanımını göstərərək:
– Heç bu yaşda da belə şey edərlər?! – dedi.
Yemək otağında madam Kutürlə Viktorina, bir də qızın çiyninə söykənib yatan Ejen qalmışdı. Kristofun xorultusu sükuta dalan evin hər tərəfinə yayılır, Ejenin uşaq kimi məsum, füsunkar yuxusuna başqa bir lətafət verirdi. Viktorina xoşbəxt idi: o, ən gözəl qadın hisslərinin canlı ifadəsi olan şəfqət hissinə qapıla bilər, ağır bir günah işlətmədən, sevdiyi gəncin ürək döyüntüsünü öz ürəyinin yanında duya bilərdi. Qızın üzündə ana məhəbbəti və bu hissə görə bir vüqar duyulurdu. Onun qəlbində qaynaşan fikirlərin yığını arasından, saf, gənclik hisslərinin hərarəti ilə oyanmış çoşqun ehtiras həyəcanları görünürdü.
Madam Kutür qızın əlini sıxaraq:
– Mənim biçarə qızım!.. – dedi.
Qoca arvad qızın bu dəqiqə xoşbəxtlikdən nurlanmış iztirablı, qüsursuz üzünə məftun nəzərlərlə baxırdı. Viktorina qədim ikonaya bənzəyirdi; sanki, rəssam, təfərrüatına əhəmiyyət vermədən, sakit və vüqarlı fırçasının bütün sehrkarlığını sarımtıl tonla ifadə etmiş, lakin bu sarılıqda göylərin qızılı şəfəqini əks edən qız surətinə vermişdi.
Viktorina Ejenin saçlarını oxşayaraq:
– Anacan, – dedi, – o, axı iki stəkandan artıq içmədi.
Madam Kutür cavab verdi:
– Qızım, o, əyyaş olsaydı, şərabı başqaları kimi asan içərdi. Onun sərxoş olması onun saflığına dəlalət edir.
Küçədən ekipaj təkərlərinin səsi gəldi.
– Anacan, bu, cənab Votrendir. Cənab Ejenə kömək edin. O şəxsin məni bu vəziyyətdə görməsini istəmirəm: o, insan qəlbini çirkaba bulaşdıran ifadələr işlədir, bir də, onun baxışları qadın hisslərini təhqir edir: o, qadını sanki gözləri ilə soyundurur.
Madam Kutür:
– Yox, yox, qızım, – dedi. – Səhv edirsən. Cənab Votren yaxşı adamdır, qismən mənim mərhum ərimi xatırladır: o da bunun kimi kobud, lakin mərhəmətli, xeyirxah bir ayı idi.
Bu anda Votren yavaş addımlarla içəri daxil oldu. O, iki cavanın bu halda görünüşünə bir nəzər saldı: çırağın işığı onların üzünü, elə bil, nəvazişlə oxşayırdı.
Votren qollarını sinəsində çarpazlayaraq:
– Belə səhnələr, – dedi, – “Pavel və Virginiya”* müəllifi hörmətli Bernarden de Sen-Pyeri gözəl səhifələr yaratmaq üçün ilhama gətirə bilərdi. Gənclik nə gözəldir, madam Kutür! – Ejeni seyr edərək: – Yat, mənim sevimli balam, – dedi, – səadət bəzən insan yuxuda olduğu zaman gəlir. – Sonra yenə madam Kutürə tərəf dönərək: – Madam, – dedi, – bu gəncdə məni cəzb edən şey onun mənəvi gözəlliyi ilə cismani gözəlliyinin ahəngdarlığıdır. Yaxşı baxın: məgər bu, mələk çiynində yuxuya gedən bir məlaikəyə bənzəmirmi? O, məhəbbətə layiq gəncdir! Əgər mən qadın olsaydım, onun yolunda məmnuniyyətlə
ölərdim (yox, yox, mən o qədər də axmaq deyiləm), onun üçün yaşardım. – Sonra madam Kutürün qulağına pıçıldadı: – Onları məftun nəzərlərimlə seyr edərkən, Allahın onları bir-biri üçün yaratdığını düşünürəm. – Votren bir az sonra ucadan davam etdi:
– Allahın sirrindən heç kəs agah deyil, o, insanların ürəklərini, fikirlərini imtahandan keçirir. Pak və günahsız qəlbinizlə, insani meyillərinizlə birləşmiş olduğunuzu gördükcə mən özümə deyirəm ki: bunlar gələcəkdə də bir-birindən ayrılmayacaqlar. Allah-taala adildir. Bəli! – Sonra qıza dedi: – Yadımdadır, mən sizin əlinizdə xoşbəxt bir həyatın əlamətlərini görmüşdüm. Madmazel Viktorina, əlinizi mənə verin. Xiromantiyadan başım çıxır, mən dəfələrlə fala baxmışam. Qorxmayın, yaxın gəlin! Aman, yarəb, mən nələr görürəm! Namusuma and olsun ki, siz tez bir zamanda Paris aləmində ən zəngin qızlardan biri olacaqsınız. Siz, sizi sevən bir gəncə böyük xoşbəxtlik bəxş edəcəksiniz. Siz, sizə pərəstiş edən gözəl, məşhur, zəngin bir gəncə ərə gedəcəksiniz.
Aşağıya enən işvəkar dul arvadın ağır ayaq səsləri Votrenin fala baxmasına mane oldu.
– Budur, Voke cici də gəldi. O, ulduz kimi qəşəng, piyalə kimi zərifdir! – Sonra əlini Vokenin korsetinin kənarına qoyaraq soruşdu:
– Özümüzü, deyəsən, bir az sıxmışıq axı?! Cici, belinizi çox tarım çəkmisiniz, Allah eləməsin, ağlasaq, partlayacaq. Lakin eybi yoxdur, mən bir əntiqəfüruş kimi qəlpələrin hamısını yığaram.
Voke madam Kutürün qulağına pıçıldadı:
– Bax, bu qoçaq fransız nəzakətindən xəbərdardır!
Votren Viktorina ilə Ejenə tərəf dönərək:
– Əlvida, balalarım, – dedi, əllərini onların başı üstündə açdı. – Mən sizə xeyir-dua verirəm. Madmazel, inanın ki, namuslu bir şəxsin xeyirxahlığı, hər halda, bir şeydir, o, sizə səadət gətirər. Allah-taala xeyirxah bəndələrin dostudur.
Madam Voke madam Kutürə dedi:
– Əlvida, mənim dostum, – sonra pıçıltı ilə soruşdu: – Siz nə fikirdəsiniz, cənab Voltren mənim barəmdə ciddi fikirləşirmi?
– Bəli, bəli...
Nəhayət, Viktorina ilə madam Kutür yalqız qaldılar. Viktorina əlinin içinə baxıb ah çəkdi:
– Ah, anacan, – dedi, – bu xeyirxah cənab Votren haqlı çıxsaydı, nə yaxşı olardı!
Qoca xanım cavab verdi:
– Bunun ancaq bir çarəsi var: sənin iblis qardaşın atdan yıxılmalıdır...
– Ah, anacan!
– Yarəb! Bəlkə, düşməninin ölümünü arzulamaq böyük günahdır. Nə çarə, yeri gələndə tövbə edərəm. Amma sözün düzünü axtarsan, mən məmnuniyyətlə onun məzarının üstünə çiçək səpərdim. Ürəyi daşdır! Anasını müdafiə etməyə mərdliyi çatmır. Əyri-üyrü yollarla sənin sərvətini mənimsəmişdir. Kuzinamın yaxşı sərvəti vardı. Sənin bədbəxtliyindən, bu barədə nikah sənədində bir kəlmə də yazılmamışdır.
Viktorina dedi:
– Səadətim bir başqasının həyatı bahasına başa gələrsə, bu səadət mənim üçün ağır yük olardı. Əgər səadətim üçün qardaşımın ölümü zərurətsə, mən həmişə burada qalmaq istərdim.
Madam Kutür cavab verdi:
– Yarəb! Sən özün gördün ki, bu sevimli cənab Votren, o dindar adam nə dedi. Onun iblisə Allahdan daha çox ehtiram bəsləyən insanlar kimi allahsız olmadığına inanmaq mənə xoşdu. Cənab Votren deyir ki, Allah bizi hansı yollarla apardığını kim bilər?
İki qadın Silviyanın köməyi ilə Ejeni öz otağına aparıb, yatağında uzandırdı. Rahat yatsın deyə, aşpaz qadın Ejenin düymələrini açdı. Otaqdan çıxanda, madam Kutür üzünü o tərəfə çevirdikdə, Viktorina fürsət tapıb Ejenin alnından öpdü: o, bu cinayətkar busə ilə səadətin bütün ləzzətini duydu. Viktorina Ejenin otağına nəzər saldı, bu günün fərəhli hadisələrini, necə deyərlər, bir təsirlə birləşdirdi, xəyalında bu günün mənzərəsini yaratdı, uzun müddət məftun nəzərlə bu mənzərəni seyr etdi və nəhayət, yuxuya getdi: o, özünü Parisin ən xoşbəxt xilqəti hiss edirdi.
Votrenin Ejenlə Qorio atanı kefləndirmək üçün təşkil etdiyi və şəraba yuxu dərmanı qatdığı bu ziyafət Votrenin öz fəlakətinə səbəb oldu. Yarısərxoş Byanşon madmazel Mişonodan “Ölüm-yalan” haqqında soruşmağı unutmuşdu. Əgər Byanşon bu adı , Votren, yaxud onun əsl adını söyləyəcək olsaq, katorqanın məşhur adamlarından Jak Ko len ehtiyatlı tərpənməyə məcbur olacaqdı. Hələ bundan başqa, Kol enin səxavətinə ümid bəsləyən madmazel Mişono gecə onu qaçmaq üçün xəbərdarlıq etməyin daha xeyirli olduğunu düşündüyü halda, Votren onu məzar üstündə qoyulan Venera heykəli adlandırmışdı. Bunun da nəticəsində Mişono onu polis idarəsinə təslim etməyə qərar verdi. O, Puare ilə birlikdə dərhal Sent-Ann döngəsinə, gizli polis idarəsinin məşhur rəisinin yanına getdi. O, yenə Qondüro adlı qoca məmurla görüşəcəyini zənn etdiyi halda, axtarış polis idarəsinin rəisinə rast gəldi. Rəis onu nəzakətlə qəbul etdi. Madmazel Mişono rəislə söhbət zamanı bütün şərtlər üzrə razılığa gələndən sonra damğanın izlərini yoxlamaq üçün deyilən dərmanın verilməsini xahiş etdi. Kiçicik Sent-Ann döngəsində ən böyük adam sayılan bu rəis yazı stolunun qutularında dərman şüşəsini axtaranda Mişono rəisin üzündəki sevinc ifadəsindən anladı ki, Votrenin tutulması sadə bir katorqa məhbusunun tutulması deyil, daha mühüm və böyük hadisədir. Mişono baş işlədib, polis idarəsinin bəzi xain katorqaçıların göstərişləri əsasında, əlinə çoxlu pul keçirmək fikrində olduğundan şübhələnməyə başladı. O, öz təsəvvürlərini rəisə söylədikdə, rəis gülümsədi və Mişononun şübhələrini dağıtmaq üçün dedi ki:
– Siz səhv edirsiniz. Ko len oğrular aləmində indiyə qədər təsadüf edilməyən ən qorxulu “Sorbonna”dır*. Bütün mətləb də bundadır. Bütün quldurlar bunu yaxşı bilir: Ko len quldurların bayraqdarı, istinadgahı,
bir sözlə, Bonapartıdır. O, bütün quldurların sevdiyi adamdır. Belə mahir bir quldur öz “kötüyünü” heç bir zaman Qrev meydanında* qoyub getməyəcək.
Madmazel Mişono başa düşmədi. O zaman Qondüro oğru şivəsindən götürülmüş bu iki sözün mənasını izah etdi. “Sorbonna” və “kötük” oğru şivəsinin ən qüvvətli ifadələrindəndir: oğrular insan başını iki nöqteyi-nəzərdən müayinə etmək zərurətini birinci olaraq başa düşmüşlər. “Sorbonna” – canlı adamın başı, onun məsləhətçisi, onun düşüncəsi deməkdir. “Kötük” isə bir heç, mənasız, axmaq bir şey deməkdir, insan, başı kəsildikdən sonra “kötüyə” çevrilir.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Ermənilər digər əraziləri də işğal ediblər"
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ermənilər Laçından qaçırlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Pesto souslu balıq (foto resept)
İnsanı ölümə aparan içkilər
Bu günün tarixi (07.09.2015)
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Messinin 30 yaşı oldu!
Günəş haqda qorxunc proqnoz
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Evlilik ildönümlərini belə qeyd etdilər
Əsəb xəstəliyi testi
Sağ qalmaq üçün bunları etmək şərtdir
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Tərəvəzli plov (foto resept)
Güzgüdəki əksim - həyat yoldaşım
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Gəncliyin sirri-Səməni
Hansı çiçək hansı otağa qoyulmalıdır?
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Kimdir günahkar?
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Da Vinçi klonlaşdırılır
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Dünyanın ən qəribə toyu
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Marsda müəmmalı baza tapıldı-FOTO
Google istifadəçiləri izləyir
Doğum sonrası qanamalar
Göbələk xəstəlikləri
Çin dollar satışını məhdudlaşdırıb
Fərqli bəy-gəlin-FOTO
Dollar yenə ucuzlaşdı
Bu kitabı əkəndə ağac olur - FOTO
İnstagram milyonçuları
Əlil uşaq və ailə
Hamiləliyin ən gözəl tərəfləri
Azərbaycan üçün yaxşı proqnoz
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Hava necə olacaq?
- ŞƏRHLƏR