Həyətə bir dəstə qara geyimli adam doluşdu. Onların atəş açaraq insanları öldürdüyünü görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər onu gördülər, qulağına tanış olmayan dildə bir-birlərinə nəsə deyib güldülər. Dövrəyə alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü başına atdılar. Gözləri qaraldı, çırpınaraq xilas olmaq istəsə də, bacarmadı, onu tutdular! Köməkləşib zorla yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və doğma yurdunun torpağının bir parçasını özü ilə apardı.
O gündən ayağı torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Sonra onu kiməsə satdılar. Yeni sahibi də erməni idi, neçə illər İsveçrədə yaşasa da, Qarabağ atlarını çox sevirdi. Atı oxşayıb əzizlədi, qarşısına ot qoydu. Acından az qala dizləri bükülən at ağzını ota uzatdı, tez də geri çəkdi. Erməni bir neçə yerdən cürbəcür ot gətirtdi, at heç birini yemədi. Ermənini fikir götürdü, belə getsə, at acından ölə bilərdi. Axı onu bura gətirmək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək cıdır yarışında iştirak etsin. Amma nə qədər edirdisə, at onun üzünə belə baxmır, hey ətrafa boylanaraq nəyisə, kimisə axtarırdı. Erməni yenə bir ətək pul tökərək Qarabağdan ot və su gətirməyə məcbur oldu. Otun iyini alan at dəli kimi kişnədi, əvvəlcə otu yaladı, sonra acgözlüklə qırpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı.
Acından arıqlamış at bir neşə gün içində özünə gəldi və atılıb-düşməyə başladı. Atın genişlik istədiyini anlayan erməni onu gəzintiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq yeni sahibinə öyrəşmişdi, çünki sahibi ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa o, atın dilini tapmışdı, onunla Azərbaycan dilində danışırdı.
Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl yerlərindən birində minlərlə insan toplanmışdı. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi. "Qarabağ gözəli" də onların arasında idi. Atı həmin erməni-Armen Papazyan sürəcəkdi. İşarə verilən kimi at ildırım sürəti ilə irəli atıldı. At bütün rəqiblərini bir-bir arxada qoyaraq irəlilədikdə Armen sevindiyindən öz dilində bağırdı. Beyni gicəlləndirən hay-küy içində at belində daşıdığı adamın yad dildə dediyi sözləri eşitdi, sürəti yavaşıdı. At artıq ayaqları altındakı torpağın yadlığını hiss etdi. Özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşısında açılan geniş düzəngaha, onun sonunda görünən dağlara sataşdı. Elə bildi ki, qarşısındakı Cıdır düzüdür, bütün qüvvəsi ilə irəli atıldı.
Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində "Qələbə!" deyə bağırdı. Bu bağırtı atı diksindirdi. O, iki ayaqları üstə şaxə qalxaraq dəli bir nərə ilə kişnədi. Armen qamçı ilə atı sakitləşdirməyə çalışdı, lakin o, yenə ayaqlarını qaldırdı, bir də şaxə qalxdı və ayaqlarını qəzəblə yerə çırpanda sanki yer titrədi. At üçüncü dəfə şaxə qalxaraq dəli bir kişnərti ilə ermənini belindən atdı və finişi tək başına keçərək öz cıdırına sarı irəlilədi.
Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmədilər. Qarabağ atını həsrət çulğamışdı. Lakin nə qədər qaçdısa, doğma torpağının qoxusunu ala bilmədi. Bu yerlər nə qədər gözəl olsa da, yad idi, yadların idi. Nəhayət, ürəyi dözmədi, ağzı köpükləndi. Atın dizləri büküldü, yerə yıxıldı. Bir neçə dəfə qüvvəsini toplayıb ayağa qalxdı, hətta iki-üç addım irəlilədi də. Amma artıq yaşıllıq qurtarmışdı. Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş vücudunu daşımağa gücü qalmamışdı. Torpağa sərildi.
Bayaqdan onu izləyən helikopter yerə endi. İçindəki adamlar yaxınlaşana qədər at artıq can verirdi.
Papazyan atın ölümünü seyr edə-edə telefonunu götürdü. Qarabağ uğrunda Ermənistan ordusunda vuruşan oğluna zəng etdi. Armen oğlunun səsini eşidən kimi dedi:
-Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ bizim olmayacaq. Özgə torpaqdan Vətən olmaz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
ABŞ-da defolt olmayacaq?
2018 gəlinlik kolleksiyası
"İlin sonu" sindromu
Qatıqlı şirniyyat (foto resept)
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
Çərəzli konfetlər (foto resept)
Haram insanın övladına nə kimi təsir edir?
Tailand silkələndi
Məşhur brendlər kürkdən imtina etdi - SƏBƏB
Yaşla bağlı və vaxtsız yaranan qırışların həlli
"Fənərbağça"nın əfsanəsi qayıdır
Fransanın birinci xanımı nəvələrini necə tərbiyə edir?
Məşhur aparıcı nikaha cənazə maşınında gəldi-FOTO
Ezgi Mola ilk dəfə onunla-FOTO
Qadınlara 25 milyon ödəyəcək
Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...
Bir paylaşımla milyon qazanan ulduzlar - Siyahı
Sadəcə İlham və Fərizə
İsrail daha bir ölkə ilə münasibətlərin normallaşdırılmasına başlayır
Rafael Santinin "Afina məkbəti" əsəri
Müəllimlər İnstitutunun saxta diplomu tapıldı
Dünyanın ən böyük ordusunun yeni gözəlləri
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək
Azərbaycanda digər şəhərlərin ictimai nəqliyyatında da ödəniş kartları tətbiq ediləcək
Məşhur aktyor 8 milyonu dostuna görə almadı
Bakıda qarışqanın rekordunu təzələyən avtomobil
"Qarabağa qoşun yeridilməlidir"
Adını Günəşə yazdıran aktrisa
Yulaflı buterburod(foto resept)
Dünyanın ən bahalı rəsmi şahzadənin yaxtasında qorunur-FOTO
Bu günün tarixi (28.06.2014)
Koronavirusa yoluxanların əksəriyyətində immunitet yarandığı təsdiqləndi
Oxford məzununun əl işi
Los Ancelesdə erməni barbarlığı: ABŞ səfiri Azərbaycan XİN-ə çağırıldı
Manatla verilən kreditlər artacaq
Türkiyə ilə Rusiya dollardan İMTİNA EDİR
HAVA necə olacaq?- 11 MAY
Həyatdan ayıran al-qırmızı dəqiqələr
2012-ci ilin idman ayaqqabıları və cins modelləri
Meyvəli maskalar
Gəlinlər üçün boyunbağılar
Valideyn himayəsindən məhrum olmuş 33 uşağı sevindirdilər
İngilis dili - XXXIII dərs
Ziyafət geyimləri
Magistraturaya qəbul olmaq istəyənlərin diqqətinə
Botoksdan daha təsirli maska
Dünya elmində yeni tapıntı: daha bir sirr açılır
"Palm Springs 2020" film festivalı başladı-FOTO
Qədim şəhər sirlərini gizlədir
Metroda işləmək istəyənlər üçün pulsuz kurs - FOTO
- ŞƏRHLƏR