Bakıda hava 13°
USD 1.7022 AZN
EUR 1.8242 AZN
12:44. Olmaya biler heyat bu !
37102

Yüksək iradəli uşaqlar

Yüksək iradəli uşaqlar

Xaraktecə fərqli uşaqlar kifayət qədər çoxdur. Onları da böyüklər kimi bir-birindən fərqləndirən nadir üstünlükləri ola bilər ki, bu da gələcəkdə həyat yolunda onlara yaşıl işıq yanmağa yardım edəcək. Və ya əksinə, həyat yollarında maneələr törədəcək. 

Güclü xarakterli və yenilməz iradəyə malik olmaq yaxşı deyilmi? "Bəli, əlbəttə"!-deyə böyüklər cavab verəcək. Axı bir çox böyüklərin iradə çatışmamazlığından əziyyət çəkdiyini hər birimiz bilirik. Ancaq uşaqlar nə qədər iradəli və güclü olmalıdırlar? Bu onlara necə təsir edir? Bu cür uşaqları "çətin xarakterli", "özbaşına" və ya "güclü iradəli uşaqlar" adlandırmaq olar. Çox zaman bu yaxşı ola bilər. Ancaq belə uşaqlar valideynlərinə hər zaman problemlər, həyəcan və çətinliklər yaşadırlar.

Bu ona görə baş verir ki, bu üç müsbət keyfiyyətə-"inam, inad və müsbət köklənmə"-kənar effektlər də əlavə edilir.

Yüksək iradəli uşaqlar

1. Uşağı qəti nəsə etməyə məcbur etmək mümkün deyil, əgər o bunu etmək istəmirsə.

Əgər o səhər yeməyini yemək istəmirsə, nə etsən də, o bunu etməyəcək. Əgər küçəyə çıxmaq istəmirsə, nə qədər xahiş etsən belə o, küçəyə çıxmayacaq. O bunu yalnız özü istəsə, edəcək.

2. Hər şeyi özü həll etməyə çalışır. Əgər bilsə belə ki, o bu işin öhdəsindən gələ bilməyəcək, yenə yardım almaqdan imtina edir.

3. Yüksək diqqət tələb edir. Əgər o anası ilə oynamaq və ya onun dizlərində oturmaq istəyirsə, mümkün deyil ki, onun diqətini başqa bir şeyə yönəldəsiniz. O istədiyini etməyincə sizi incidəcək.

4. Bütün qərarları özü vermək istəyir. Bilir ki, nə geyinməlidir, nə yemək istədiyini özü qərar vermək istəyir. Maqazindən nə almaq istədiyini yaxşı bilir. Hara, nə vaxt getmək istədiyini özü qərar vermək istəyir. Hətta bəzən istəyir qeyri-mümkün olsa belə.

5. Valideynlərin nüfuzunu tanımır. İstədiyinin qanun olmasını tələb edir.

6. Nəaliyyətlərində israrlıdır. Əgər siz nəyisə ona qadağan etmisizsə, o, öz istəyinə çatana qədər çalışacaq.

7. Belə uşaqlar gözlənilməz hərəkətlərlə təəccübləndirilər. Nəyisə qərara aldılarsa, heç kimə xəbərdarlıq etmədən yerinə yetirilər. Və öz qərarlarında hər zaman təkid edirlər.

8. Valideynlərin iradlarına qulaq asmır, hətta ədalətsiz hesab edir. Valideynləri onun qərarlarına hörmətlə yanaşmamaqda günahlandırır.

9. Son dərəcə həssas və emosional olurlar.

Yüksək iradəli uşaqlar

10. 1,5 və 2 yaşlı uşaqlarda daha tez bu xarakterin şahidi olmaq olur.

11. Bu yaşda uşaqlar istədiklərini ala bilmədikdə, göz yaşları və qışqırıqlarla öz hisslərini biruzə verirlər.

12. Sərhəd tanımırlar. Əgər adi bir uşağa bir sözü 4-5 dəfə desəniz, o bunu anlayacaq və sərhəd tanıyacaq. Belə uşaqlara isə 100 dəfə desəniz belə avtobusda və ya ictimai yerdə ağlamasın o bunu edəcək. 

12. İstədiklərini həyata keçirmədikcə ağlayıb fəryad edirlər.

13. Bəzən ağrılara dözümlü olurlar. Məsələn möhkəm yıxala və yıxılma təsirindən başında şiş belə əmələ gəlsə, heç nə olmamış kimi durub yenidən oyununa davam edə bilirlər.

Belə uşaqlarla necə rəftar edək? Onlarla necə davranaq?

Əziz valideyinlər, əgər uşağınızda hiperaktiv diaqnozunu təsdiqlədinizsə, onda ilk öncə sizə böyük səbir arzulayırıq və bu psixoloq məsləhəti məhz sizin ücündür. 

1.Uşaqla münasibətdə pozitiv modelə üstünlük verin. Onu layiq olduğu hərhərəkətinə görə tərifləyin, uğurlarını vurğulayın.  Bu uşaqda öz gücünə inam yaradacaq.

Yüksək iradəli uşaqlar
2. Yox, olmaz sözlərini təkrar etməkdən qaçın.
3. Onlarla sakit, yumşaq, təmkinlə danışın.
4. Ayrılmış müəyyən vaxtda uşağa elə iş tapşırın ki, o həmin işin öhdəsindən gələ bilsin.
5. Uşağı diqqətin mərkəzləşməsini tələb edən yaradıcılıq işlərinə yönəldin.
6. Evdə günün planını tutun. Qida qəbulu, ev işlərini görmək, yatmaq hamsı bu cədvələ uyğun olsun.
7. Oyun zamanı calışın ki, uşağın bir partnyoru olsun. Narahat səs küylü uşaqlardan qaçsın.
8. Uşağa imkan verin ki, öz enerjisini sərf edə bilsin. Ən faydalısı fiziki aktivlikdi. Bu təmiz havada uzunmüddətli gəzinti, qacmaq, idman hərəkətləri və s. ola bilər.
Səslərin sayı: 4
21
3266
Şərhlər
Offline
Qəribə
Allah qorusun butun balalari.Teshekkurler.
16 may 2015 17:55
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
19 fevral 2015 12:36
Offline
Ayten
Usagi umumiyetle ne ilesede qorxutmaq duzgun deyil melumat ucun twkler
6 fevral 2015 21:27
Offline
ELiF
Salam xanimlar. Rus dilini orgenmek isteyen (yaw fergi yoxdu) ve yada uwaqlari rus bolmesinde oxuyan analar (1-4 ibidai sinif butun derslerden hazirlayiram Azerbaycan dili ve ingilis dili daxildir hemcinin) muraciyet ede bilersiniz ismaric yazin evde hazirlawdiriram razilawa bilerik. Diqqetivize gore tewekkurler.
21 yanvar 2015 22:35
Offline
Dəniz84
Bacım mənə deyib ki,insanlar sözlə yox hərəkətlərinlə tərbiyə edir övladlarini.

Bacın çox ağıllı və dünya görüşü çox olan insandır. Sən onun məsləhətlərinə qulaq assan peşman olmazsan, Allah saxlasın igid balanı.
10 yanvar 2015 09:40
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Farida_Asadova
13 cü punkt tam igidimə xas xüsusiyyətdir....Mən zatən körpəmlə sərt təftar etmirəm. Bacım mənə deyib ki,insanlar sözlə yox hərəkətlərinlə tərbiyə edir övladlarini. Doğurdan da elədir.Mən hec zaman əlimdə hər nə olur olsun onu necə deyərlər tullamiram harasa,yavasca əyilib yerə qoyura. İndi igidim də hec nəyi yerə atmir...Bu cür misallari cox lap cox gətirə bilərəm.Fikir verirəm ki o mənim etdiklərimi təkrarlamağa calisir.
Bacim mənə deyib ki hec vaxt uşağın əlindən nəyisə zorla almağa calişma bu zaman sən ona zorla əlindən dartib almağı öyrədirsən....Nəyis qiranda dağıdanda ona qişqirma çünki o ətrafı özü üşün kəşf edir.
10 yanvar 2015 09:29
Offline
Ellada Babayeva
İndiki uşaqları nəyəsə həvəsləndirdikdə istədiyini edir. Lazımlı xəbərdir gələcəkdə lazım olacaq. Çox sağ ol, Dəniz. yes
10 yanvar 2015 00:31
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Nura:)))
Maraqlı xebere gore teşekkurler Deniz xanım. Menim qızımın 3 yaşı yoxdu hele amma çox bilmişdi.
9 yanvar 2015 22:46
Offline
Xalidə Həsənzadə
İndiki uşaqların tək dərdi mabil telefon özdə sensorlu . biggrin biggrin düzdü mövzuya aid olmasada bu belədir. Dəniz bacım maraqlı xəbərdir ,çox oxunmalı mövzu hazırlayıbsan. təşəkkür give_ros
9 yanvar 2015 21:55
Offline
Qəribə
Oxudum bacim, maraqli bir xeberdi, tesekkur edirem. give_ros
Allah saxlasın butun usaqlari.
9 yanvar 2015 20:55
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Şəri Babayeva
Maraqla oxudum.Təşəkkür edirəm Dəniz xanım. give_ros
9 yanvar 2015 20:02
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Dəniz84
Çox sağol Dəniz.

Təşəkkürlər Lalə.
MAraqla oxudum.Mənimşün lazımlı xəbərdi.

Sənin balaca dəcəlin necədir? Mənimki kimi dəcəldir o da?
9 yanvar 2015 18:15
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Farida_Asadova
MAraqla oxudum.Mənimşün lazımlı xəbərdi.
9 yanvar 2015 18:09
Offline
Hacət-i Vuslat
Mənim kiçik qızım da çox iradəlidir.Amma burda qeyd edilən dəcəlliklər bir az hiperaktivliyə oxşayır.İradə başqa xüsusiyyətdir.Əvvəldə sadalananlar yüksək iradəli uşaqlara aiddir və bu əslində gözəl xüsusiyyətdir. Kiçik qızım məsələn,çox iradəlidir maşaAllah.Qarşısına bir məqsəd qoyubsa onu sonuna çatdırmayana qədər əl çəkmir.Amma dəcəlliklə,üzümə qayıtmaqal bağlı problemlərimiz heç birində olmayıb. Bəlkə zamanında düzgün davrandığım üçün belədir.
Çox sağol Dəniz.
9 yanvar 2015 16:04
Offline
Dəniz84
Qalirambele!Ushaqin deceli olar,amma belesi...

Allah saxlasın. biggrin
Təşəkürlər Səma.
give_ros
9 yanvar 2015 15:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
●♥ Səma ♥●
Denizcim,oxuduqca qaynimin oqlu geldi gozumun qarshisina.Bu sadalananlarin hamisi o ushaqda var.Hele desem ki,bu ushaqda aqriya dozum,yuxilmaqdan,ya her hansi bashqa bir zede almaqdan qorxmamasi-bu lap pisdir.Inan,bize gelende men bilmirem ne eliyim ki,o ushaq teki bizden salamat cixsin,o derecede yeni.2 yashi var,amma o qeder cetin ushaq men indiye qeder gormemishem.Anasi oyreshib onun hereketlerine,hec narahat olmur.Hundure cixir,divanin bashi,televizorun tepesi,shkafin ustu-hara geldi.Sonra da "hop" deyib ordan atir ozunu.Anasina deyirem ki,qorxuram nese olar,deyir:"az,o heyledi,narahat olma..".Qaliramshokbele!Ushaqin deceli olar,amma belesi... no Bizde shukurler olsun,bele problem yashanmayib,ya da yashanmir.Allah komeyi olsun bele ushaqlari olan valideynlere.Sebrler arzu edirem onlara,hem de bol-bol.
Tshekkurler,bacim.Allah her eve korpe qiqiltisi,ushaq gulushu nesib etsn.Amin!
9 yanvar 2015 15:11
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Dəniz84
Diqqetle oxudum , ana olmasamda ushaqlari cox sevirem gelecekde lazimli olacaq xeyirli meslehetlerdi .. cox teshekkkurler xebere gore Deniz xanim

Allah hər bir xanıma analıq hissini yaşamağı nəsib etin. İnşallah yaşayarsınız və saytda olan xəbərlərdən yararlanarsınız.
♥Oxudum bacim maraqli bir xebere gore tesekkur edirem♥

Siz də sağ olun.
9 yanvar 2015 14:41
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
nihatmehtizadə
Mənim balaca oğlumda elədi girl_ten ,nə dedisə onu da eləyir.Bəlkə şirin danışasan,qılıqlayasan,onda eşidə səni,Yoxsa mümkün deyil. dash Təşəkkürlər. give_ros
9 yanvar 2015 14:33
Offline
Fatma xanım
Mənim uşaqlarımın həmişə öz xasiyyətləri olub öz dediklərindən indiyə kimi də dönməyibləramma ki bu xasiyəti tərbiyə ilə qətiyyən qarışdırmaq olmaz
İndi qardaşımın 1 oğlu var onunda xasiyəti elədi öz dediyini edir
9 yanvar 2015 14:07
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
.........................................
♥Oxudum bacim maraqli bir xebere gore tesekkur edirem♥ give_ros
9 yanvar 2015 13:35
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör