V
Onun planeti, planeti tərk etməsi və səyahəti haqqında mən hər gün nəsə öyrənirdim. O bu barədə az danışırdı. Hər şey tədricən baş verirdi, təsadüfi sorğu-sual nəticəsində. Bax, beləcə üçüncü gün baobab dramını da bu yolla öyrəndim. Bu dəfə də söhbət yenə qoyundan gedəndə Balaca şahzadə qəfildən, ciddi bir şübhəsi olan adam kimi məndən soruşdu:
- Qoyunlar doğrudanmı kol-kos yeyir?
- Bəli, düzdür.
- Ah! Mən çox şadam.
Başa düşmədim ki, qoyunların kol-kos yeməsi nə üçün bu qədər əhəmiyyətli bir hadisə hesab olunur. Balaca şahzadə əlavə etdi:
-Deməli, onlar baobabları da yeyirlər, eləmi?
Balaca şahzadəni başa saldım ki, baobablar kol-kos deyil ki, qoyunlar onu yesin, onlar kilsədən də hündür ağaclardır, o, böyük bir fil sürüsü gətirsə də, bir baobab ağacını yeyib qurtara bilməz. Fil sürüsü fikri Balaca şahzadəni güldürdü. O dedi:
- Onda filləri bir-birinin üstünə mindirmək lazım gələrdi...
Sonra ağıl və məntiqlə əlavə etdi:
- Baobab ağacları bu həddə böyüyə-böyüyə gəlib çatırlar, təbii ki, əvvəlcə onlar balaca olur.
- Düz deyirsən! Amma nə üçün sən istəyirsən ki, qoyunların balaca baobabları yesin?
O cavab verdi: "Bəs necə! Sanki söhbət ən adi, hamıya məlum olan bir həqiqətdən gedirdi. Bu məsələni mən özüm başa düşmək üçün xeyli fikirləşməli oldum. Doğrudan da Balaca şahzadənin planetində, başqa planetlərdə olduğu kimi, həm faydalı, həm də zərərli otlar bitirdi. Yaxşı toxumdan nəticə etibarilə yaxşı ot, pis toxumdan pis ot yetişir. Amma, toxumlar gözlə görünmür. Onlar torpağı başına çəkib yerin dərinliklərində mürgüləyirlər. Bu mürgü onlardan birinin qəribə tərzdə oyanmasına qədər davam edir. Sonra zoğ atır, qəddini düzəldir, əvvəlcə zərərsiz görünən, utana-utana heyrətamiz dərəcədə gözəl, zərif və balaca göy zoğ günəşə tərəf boylanır. Söhbət turpun və ya gülün zoğundan gedərsə, onda qoy onlar necə istəyirlərsə elə də böyüsünlər. Amma, söhbət ziyanlı bitkilərdən gedəndə, onları tanıyan kimi dərhal kökündən qoparıb atmaq lazımdır. Balaca şahzadənin planetində də dəhşətli toxumlar vardı... bunlar baobab toxumlarıdır. Planetin torpağı bu toxumlarla doludur. Bir baobabı vaxtında tanımasan sonra ondan yaxa qurtarmaq qeyri-mümkün olacaq. Bütün planeti başdan-başa bürüyəcək. Öz kökləri ilə torpağı dəlik-deşik edəcək. Xüsusilə planet balacadırsa və
baobablar orada çoxdursa, planeti məhv edə bilərlər. "Bu intizam məsələsidir,-Balaca şahzadə kiçik bir fasilədən sonra mənə dedi. Səhər özünü qaydaya salandan sonra, böyük qayğıkeşliklə planetini də qaydaya sal. Müntəzəm olaraq baobabları kökündən qoparıb atmağı özünüzə borc bilin. Körpə ikən baobablar qızılgül koluna çox oxşayır, onları fərqləndirən kimi, ziyankarın kökünü dərhal kəsin. Bu darıxdırıcı iş olsa da , çətin deyil, asan işdir".
Bir gün Balaca şahzadə mənə məsləhət gördü ki, bir şəkil çəkim və baobab haqqında bu fikirləri üşaqların beyninə yeritmək mümkün olsun. Onlar bir gün səyahətə çıxsalar, bu şəkil onların karına gələr. Bəzən gördüyünüz işə fasilə verib onu müvəqqəti dayandıra da bilərsiz. Söhbət əgər baobablardan gedirsə onları özbaşına buraxmaq olmaz, bu həmişə fəlakətdir. Mən bir planet tanıyıram, orada bir tənbəl yaşayır. O, üç kol bitkiyə qarşı diqqətsiz olub, onların hansının gül kolu, hansının baobab olmasına fikir verməyib.
Balaca şahzadənin göstərişini nəzərə alaraq mən həmin planetin şəklini çəkdim. Mən öyüd-nəsihət verməyi sevmirəm. Amma baobab təhlükəsi insanlara o dərəcədə az məlumdur ki, bu və ya digər asteroiddə onun fəsadlarına düçar olmaq riski çox böyük olduğundan bu dəfə təmkinimi pozmalı oldum. Mən dedim: "Uşaqlar! Baobablardan özünüzü gözləyin!" Çoxdan dostlarımı bu təhlükədən xəbərdar etmək istəyirdim, elə bir təhlükə ki, onlar özləri də bilmədən onun lap yaxınlığından dəfələrlə ötüb keçmişlər. Bax elə buna görə mən bu şəkil üzərində bu qədər zəhmət çəkmişəm, sərf etdiyim əməyə də heyfim gəlmir. Dostlarım də mənim kimi yanından sürtünə-sürtünə ötüb keçdikləri baobabı tanımayıblar. Belə bir dərs verməyim zəhmətinə dəyər. Bəlkə də siz bir-birinizdən soruşacaqsınız: Nə üçün bu kitabda baobablardan savayı başqa böyük şəkil yoxdur? Cavabı çox sadədir: Çalışmışam, amma nail ola bilməmişəm. Mən baobabları çəkəndə bunun çox vacib və təxirəsalınmazlığı fikri məni vəcdə gətirmişdir.
VI
Eh! Balaca şahzadə! Sənin həyatının necə kədərli keçməsini yavaş-yavaş başa düşdüm. Uzun vaxtdan bəri sənin yeganə əyləncən günəşin qürubundan aldığın şirinlik olub. Həyatının bu kiçik məqamını mən sənin gəlişinin dördüncü günü, səhər öyrəndim. Onda sən mənə demişdin:
- Günəşin batmasını çox sevirəm. Gedək günəşin qürubuna tamaşa edək...
- Hələ gözləmək lazımdır.
- Nəyi gözləyək?
- Gözləyək ki, günəş qüruba tərəf ensin.
Onda sən qəribə bir görkəm aldın, öz-özünə güldün və sonda mənə dedin:
- Özümü öz evimizdəki kimi hiss edirəm!
Doğrudan da, Amerika Birləşmiş Ştatlarında günorta çağı olanda hamı bilir ki, Fransada gün batır. Günəşin batması səhnəsinə tamaşa etmək üçün bir dəqiqənin içində Fransaya getmək kifayətdir. Bədbəxtlikdən Fransa çox uzaqdır. Amma sənin lap balaca planetində stulunu bir neçə addım kənara çəkməklə sən hər dəfə istədiyin vaxt qaşqaralan vaxta, günəşin qürubuna tamaşa edə bilirsən...
- Bir gün günəşin batmasını mən 43 dəfə seyr etdim!
Az sonra əlavə etdin:
- Bilirsənmi... adam qəmgin olanda günəşin batmasına tamaşa etmək istəyir...
- Deməli, bir gündə Günəşin batmasına 43 dəfə baxanda çox kədərli olubsan, eləmi? Amma Balaca şahzadə cavab vermədi sualıma.
Ardı var...
XƏBƏR LENTİ
Bill Geyt "Coronavirus"la mübarizəyə 100 milyon dollar ayırdı
Sılanın qanlı köynəyini istəyirlər
Ronaldo yenə ən yaxşı oldu
Tapılan telefonda “oğrunun" selfisi və VİDEOSU aşkarlandı
"Əhəmiyyətsiz sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola bilər"
Putin möcüzə yaradır
Məşhur aktrisa həbs olundu-FOTO
Metro ilə gedənlərə müjdə
''Kirpi'' salatı (foto resept)
Hotmail tarix olacaq
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Dəbli görünmək yaşla bağlı deyil
190 manatlıq birdəfəlik ödəmə ilə bağlı MÜHÜM AÇIQLAMA
Nokia xəritəsini Apple-a verməyəcək
Bakıda çin malları brend adı ilə satılır:12 manatlıq geyim 68 manata
"Bizim Tarla" Manqal salatı
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Günün ulduz falı - 21.09.2013
Ayın ətrafında açıq-aydın yadplanetli gəmi göründü
Azərbaycanın sabiq prezidenti 4800 dollar pensiya alır
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Yaponların uzun ömür sirri
2019-un ən dəbli qadını seçildi
İlk dərs günü hava belə olacaq
Məşhur cütlüyün BARIŞIQ xəbəri yayıldı
Anita Tsoy koronavirusdan sağaldı
Möhtəşəm qış toyu üçün tövsiyələr
Sünnət əməliyyatına dair məsləhətlər
Avropanın Çin səddi: miqrantlara yer yoxdur
Dərslər sentyabrın 15-dək təxirə salınır? - RƏSMİ
"Alo, qurbanım qaçdı" xidməti
Əsmər qadınlar necə makiyaj etməlidir?
Uşaqların sosial-psixoloji inkişafı-6
Zəncəfilli peçenyelər( foto resept)
Təhsildə yenilik
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Ronaldodan yeni rekord
Azərbaycanda tikinti işlərinə məhdudiyyət qoyuldu
Dadlı borş
Ermənilər necə silahlandırılır?
Azərbaycanda snayper kursları bərpa olunur
Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 532 yeni yoluxma
Qırmızı pomada seçərkən diqqət edin
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Britni Spirsin son paylaşımı diqqət çəkdi-FOTO
Azərbaycanda insanlar falçılara niyə inanır?
Xizək sürməyin 5 müsbət təsiri
Qırmızı lobya şorbası (foto-resept)
1 aya sürətli saç uzadan maska
Sağlamlığınızı onların güdazına verməyin
- ŞƏRHLƏR