Mitoxondrilərdəki nasoslar
Oturduğumuz yerdən qalxıb yerimək, ayaq üstə dayanmaq, nəfəs almaq, gözlərimizi yumub-açmaq, qısası, yaşamağımız və bütün hüceyrələrimizin işləməsi üçün orqanizmimiz enerji kimi ATF-dən istifadə edir. ATF ehtiyacı təqribən hər insanın çəkisi qədərdir. Yəni 70-80 kq çəkidə insanın təqribən bu miqdarda ATF-ə ehtiyacı var. Bu miqdar fiziki hərəkətlərlə əlaqədar olaraq arta bilər. Halbuki, bədənimizdəki ATF miqdarı cəmi 100 qramdır. Bədənimiz çox az miqdardakı ATF-i Allah`ın yaratdığı mükəmməl sistem sayəsində hasil edir. Bu sistemin mərkəzi hüceyrələrin içində yaradılmış mitoxondridir.
Enerji stansiyası olan mitoxondrilər enerji ehtiyacımızın təqribən 95%-ni təmin edir, qalan 5% isə digər bəzi biokimyəvi reaksiyalardan əldə edilir. Mitoxondrinin həyati əhəmiyyətini bu nümunə ilə anlamaq olar: birbaşa biokimyəvi reaksiyalarla enerji əldə etmək yaşayış yerlərimizi batareyadan əldə edilən enerji ilə işıqlandırmağa bənzəyir. Əlbəttə, bu, zəif enerjidir və məhduddur. Halbuki, mitoxondri evimizin və ya digər yaşayış yerlərimizin elektrikini təmin edən su elektrik stansiyaları kimidir. Bu su elektrik stansiyasının enerji istehsal etməsi xüsusi nasoslarla baş verir. Mitoxondrilərdə ATF istehsalında iştirak edən nasoslar orqanizmin digər orqanoidlərindəki nasoslardan fərqli olaraq işləyərkən ATF-dən istifadə etmirlər. İstehsal üçün lazımi enerjini də mitoxondrinin daxili qılafındakı elektron axını zamanı hasil olan enerji ilə təmin edirlər. Allahın yaratdığı bu sistem sayəsində çox qənaətlə işləyən bu nasoslar mitoxondrinin bol miqdarda ATF istehsal etməsinə kömək edirlər. ATF istehsalı üçün mitoxondri qida maddələrindən istifadə edir. Ancaq enerji xammalı kimi istifadə olunan qida maddələri kiçik hissəciklərə parçalanmalı, yəni həzm olunmuş qidaya çevrilməlidir. Kiçik hissələrə parçalanmış qidalar hüceyrə tərəfindən tutulub mitoxondriyə gətirilir. Mitoxondri bu xammaddələri ən kiçik molekullarına qədər parçalayır, onların içindəki enerjini ortaya çıxarır və hüceyrələr üçün yanacaq olan ATF-ə çevirir. Mitoxondridə enerji istehsalı zamanı kompleks kimyəvi reaksiyalar gedir.
Bütün bu möcüzəvi proseslər bir həqiqəti göstərir: mitoxondri bütün canlıları təşkil edən saysız-hesabsız detal kimi hər şeyi ən incə təfərrüatına qədər bilən, elmi ilə hər şeyi əhatə etmiş (Ənam surəsi, 80) Allah`ın əsəridir.
Mitoxondrinin enerji istehsal etmək üçün elektronlardan istifadə etməsi qida maddələrinin həzm edilməsi ilə mümkündür. Həzm üçün isə nasoslara ehtiyac var.
Mədəmizdəki nasoslar
Nasoslar sadəcə hüceyrənin içində və xaricində deyil, orqanların içində də yüksək qatılıqda ion olmasını təmin edir. Məsələn, qidaların həzm olunduğu mədəmizdə turşulu mühit var. Bu turşulu mühit həm həzm prosesinə kömək edir, həm də qidalarla gələn mikroorqanizmlərin bağırsağa keçməsinin qarşısını alır. Bu yolla bağırsaqlar qidalarla qəbul edilən mikroorqanizmlərdən qorunur. Mədə turşusu ülgücü belə həzm edir, xalını deşir. Bu turşunun əmələ gəlməsi üçün mədədəki hüceyrələr mədənin daxilinə hidrogen ionları nasoslayır. Beləliklə, mədənin içindəki mayenin pH dəyəri düşür və turşulu mühit hazırlanır. Hidrogen ionu (H+) nasosladığı üçün mədədəki nasoslara zülal nasosu da deyilir. Ancaq həzm təkcə mədədə getmir, hüceyrələr xaricdən qəbul etdikləri maddələri həzm etmək, leykositlər tutduqları bakteriyaları və digər zərərli mikroorqanizmləri məhv etmək üçün güclü turşu hasil etməlidirlər. Bu güclü turşular məhz nasoslar sayəsində hasil edilir.
Lizosomlardakı nasoslar
Hüceyrələrimizdə həzm sisteminə kömək edən digər yaradılış möcüzəsi də lizosomlardır. Bu orqanoidlər hüceyrədə parçalama prosesini həyata keçirirlər. Lizosomun ifraz etdiyi fermentlərlə orqanizmdə bir çox parçalama prosesi baş verir. Bu parçalama prosesi orqanizm üçün əhəmiyyət daşıyır. Çünki xarici mühitdən hüceyrənin içinə daxil olan bakteriyaları, yad cisimləri və bəzi zülalları parçalayır. Ancaq parçalama prosesi üçün turşulu mühit lazımdır. Hüceyrənin daxili isə turşulu deyil. Əgər hüceyrə tamamilə turşulu mühitdən ibarət olsaydı, hüceyrəni təşkil edən əsas orqanoidlər parçalanar və hüceyrə bütövlüyünü itirərdi. Odur ki, Allah hüceyrənin içində ancaq lizosomları turşulu edən sistem yaradıb. Hüceyrənin içində bu kiçik orqanoidin içinin turşulu olması nasoslar vasitəsilə baş verir. Lizosomun membranında yerləşən xüsusi nasoslar xaricdən daxilə hidrogen ionları nasoslayır. Bu, eynilə mədədə olduğu kimi orqanoidin daxilindəki pH dəyərini aşağı salır və turşulu mühit əmələ gətirir. Şüuru və ağlı olmayan lizosomlar Allah`ın üstün ağlının təcəllisi olaraq turşululuq dərəcəsini ehtiyaca görə tənzimləyə bilirlər.
Orqanizmimizdəki sistemlərdən hər hansında bir dəyişiklik olsa, bütün kompleks sistemlərin pozulmasına, funksionallığını itirməsinə, bəzən də orqanizmə zərər verməsinə səbəb olar. Ancaq Rəbbimizin üstün yaratması ilə bu proses daima müntəzəm şəkildə davam edir. Bütün bu proseslər Allah`ın üstün yaratmasındakı nizamın və qüsursuzluğun nümunələrindəndir. Allah insan orqanizmini bir bütün olaraq qüsursuz yaradıb.
R.Əkbərov
XƏBƏR LENTİ
2018-də qarşınıza çıxacaq 3 trend
Xamalı quzuqarnı (foto resept)
Dollarda rekord bahalaşma
İmzaya görə xarakter təhlili
Toylarda yalnız bu şəxslər iştirak edə bilər - Şərtlər açıqlandı
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT
Nəyə görə hamilələrə fol turşusu vacibdir ?
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
Vulkan fermeri milyonçu etdi
Kaktusa qulluq
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
"Günəbaxan" peraşkisi (foto-resept)
2014-cü ilin papaq və şərf dəstləri
Şuşa İslam dünyasının paytaxtı elan olunacaq
İnsanları depressiyadan birdəfəlik azad edəcək kəşf
İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq
Elmar Məmmədyarov BMT-də çıxış edəcək
Kişilər və biz
İslam pəhrizinin 13 qızıl qaydası
Soyuq müharibə anonsu
Görmənin gigiyenası
Sabah yaz havası olacaq
Dırnaq boyasını tez qurutmağın asan yolları
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Təzə əncir şirniyyatı (foto-resept)
COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİ
Xəzərdə Qara leylək, Qafqaz və Talış qırqovullarının nəsli kəsildi
10 il komada olan qadın uşaq dünyaya gətirdi - ŞOK Hadisə
Roma saqqıza "müharibə" elan edib
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
Zinət əşyaları
Qatıqlı təzə lobya yeməyi (foto resept)
Sıla xəstə halı ilə konsert verdi-FOTO
Hava qeyri-sabit keçəcək
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında - VİDEO
Günün qoroskopu: Məsuliyyətli gündür
Android itəndə özünü tapacaq
Rusiyada məktəblilər maska taxmaya bilər
Çətirinizi götürmüsünüzmü?
HAVA necə olacaq?
Kütləvi mərasimlərə qoyulan qadağa nə vaxt götürülür? - RƏSMİ
İnsanların ən çox gördüyü 5 yuxu
ASAN Xidmət mərkəzlərində rüsumlar
"Vintage" stildə ayaqqabılar
Ağacdan noutbuk hazırlandı
Dünya İqtisadi Forumunun daha bir irəliləyiş
Bakıda akrobatika üzrə açıq birincilik start götürdü
Hava haqqında
Sinoptiklər sevindirmədilər
- ŞƏRHLƏR