Bakıda hava
USD AZN
EUR AZN
10 dekabr 13:46Feride Her kese salam
41215

Azərbaycan tarixindən yüz şəxsiyyət-19

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Mahmud Şirvani

(XIII əsrin II yarısı - XIV əsrin əvvəlləri)

Nisbətən sabit ərazi olan Şirvanda iri təhsil ocaqlarının mövcud olması, monqol yürüşlərindən qaçan yüzlərcə alimin bu mərkəzlərdə fəaliyyət göstərməsi burada təhsil alanların dərin biliklərə sahib olmasına imkan yaratmışdır. 1260-cı ildə Mahmud ibn İlyas "Təbabət haqqında elmi kitab" şərti adı ilə tanınan böyük elmi əsər yazmışdır. Bilmədiyini öyrənməyi eyib saymayan Mahmud Şirvani hər səyahətdən çoxlu sayda kitab və qeydlərlə qayıdarmış. Belə səyahətlərinin biri haqqında o yazırdı: "Mən çox şeyi gördüm, çox şeyi duydum".

Çox vaxt vətəni Azərbaycandan və onun tərkib hissəsi olan Şirvandan ayrı düşən Mahmud Şirvani qeydlərin birində təsadüfən yolda Kafiəddin Şirvani adlı həmyerlisi ilə görüşünü xatırlayır, onunla "doğma torpağın xatirələrini vərəqləməyin necə sevindirici olmasını" yazır. Digər bir qeydində isə o yazır: "Bu dövrdə Şirazda olsam da, vətənim Şirvanı düşünürəm". Mahmud ibn İlyas Şirvaninin əsəri 4 hissədən ibarətdir: nəzəri təbabət, təcrübi təbabət, ümumi təbabət, kompleks təbabət. Əsərin girişində o qeyd edir ki, digər tibbi əsərlərdən fərqli olaraq onun əsərində xəstəliklər təsvir edilmir, onun məqsədi tibbi bilikləri sistemləşdirmək, nəzəri və təcrübi xüsusiyyətləri öyrənməkdən ibarətdir. "Təbabətin köməyi ilə biz insan orqanizminin vəziyyətini öyrənir, diaqnozu müəyyən edirik, həmçinin bu elmin köməyi ilə orqanizmin xəstəlik nəticəsində itirdiyi maddələri bərpa edir və bu yolla sağlamlığı qaytarırıq". Müəllifin fikrincə, "nəzəri təbabət təbii və qeyri-təbii olanları hərəkətdə öyrənir, onların səbəb və dövranlarını müəyyən edir". O, xəstəliklərin səbəblərini çox soyuq və ya çox isti iqlimdə, çirkli və tüstülü mühitdə, nə ilə isə zəhərlənməkdə, həddindən artıq işləməkdə, tənbəllikdə və boş-boşuna vaxt keçirməkdə, yemək və içməkdə hüdud bilməməkdə və s.-də görürdü. 

Mahmud ibn İlyas bildirirdi ki, "Təcrübi təbabət faydalı olanların necə tətbiq edilməsini, zərərli olanların necə çıxarılmasını, sağlamlığın necə qorunmasını, müxtəlif xəstəliklərdən necə qurtulmağı" öyrənir. Onun təklif etdiyi və uğurla həyata keçirdiyi xəstəliklərin diaqnozunun düzgün müəyyənləşdirilməsi texnikası əslində ona qədər tətbiq olunan bir neçə metodikanı özündə birləşdirmişdir. Xəstə xaricdən yoxlanılmalı, onun nəbzi və hərarəti müəyyən edilməli, gözlərinin, dilinin vəziyyəti, hərəkət etmək qabiliyyəti və s. yoxlanılmalıdır. Müəllif müxtəlif növ nəbzlərin təsvirini vermiş, onların hansı xəstəliklərin əlaməti olmasını vurğulamış, nəbz formalarını sistemləşdirmişdir. Kitabın 3-cü fəsli tibbi-izahlı lüğətdən ibarətdir, 4-cü hissədə tibb sisteminin qurulması prinsipləri öz əksini tapıb. 

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-19

 

Mahmud Şirvani İbn Sinanın təklif etdiyi tibbi ocaqlar ideyasını dəstəkləmişdir. Belə ki, İbn Sina tibb ocağında həkimləri və tibbi kitabxanaları cəmləşdirməyi təklif etmişdir. Mahmud ibn İlyas bu ideyanı davam etdirmiş və tibb ocağında hospitallar, tibbi kitabxanalarla bərabər, tibbi ləvazimat istehsal edən emalatxanalar, tibb universiteti, dərmanlar hazırlayan əczaxanaları cəmləşdirməyi təklif etmişdir. Hülakülərin saray həkimi təyin edilən təbib qısa müddət ərzində dövlət başçısı Qazan xanın və onun vəziri, əvvəllər həkim olan Fəzlullah Rəşidəddinin etimadını qazanmış və dövlətin tibb xidməti rəisi təyin edilmişdir. 

Mahmud ibn İlyas Şirvaninin təklifı ilə ölkədə "Dar üş-şəfa" ("Şəfa evləri") adlanan tibbi ocaqlar yaradılmağa başlanmışdır. Birinci və eyni zamanda ən böyük belə tibb ocağı Təbrizdə açılmış və qısa müddət ərzində elmi-təcrübi mərkəzə çevrilmişdir. Bütün Şərqdən bura ən məşhur alim və həkimlər dəvət edilmiş və Təbrizin tərkib hissəsi olan "Rəbi Rəşidiyyə" qəsəbəsində yerləşdirilmişlər. 500-dən artıq alim və həkim burada dövlət hesabına yaşayış yeri, ərzaq, paltarla təmin edilirdi. Müalicə ilə bağlı xərclər, hər xəstənin sağaldılmasına

görə həkimə verilən pul mükafatı, yeni elmi əsərlərə görə qonorarlar dövlət hesabına verilirdi. Rəbi Rəşidiyyədə məscidlər, xəstəxana və hospitallar, rəsədxana, kağız və tibbi ləvazimat istehsalı üzrə emalatxanalar, karvansaralar inşa edilmişdi. Kitabxanada 600 mindən atıq nadir kitab toplanmışdı. Tibbi kadrların hazırlanması məqsədi ilə burada 6000 tələbənin təhsil aldığı universitet açılmışdı. Tələbələr "hücrə"-lər adlanan yataqxana kompleksində yaşayır, onların da xərcləri dövlətin hesabına ödənilirdi. Hospital və xəstəxanalarda qəbul otaqları, müalicə otaqları, əməliyyat otaqları, meyitxana təşkil edilmişdi. Dünyada ilk dəfə olaraq hospitallarda ventilyasiya sistemi qurulmuş, təmizliyə riayət olunması üçün kompleks tədbirlər həyata keçirilmişdi. Hospital binası yaxınlığında həkimlərin istirahət otaqları, mühazirə otaqları və əczaxana açılmışdı. Əczaxana nəzdində böyük bağ var idi ki, burada tibbi bitkilər becərilirdi. Bütün tibbi kompleksin idarə edilməsi bilavasitə Mahmud ibn İlyas Şirvaniyə tapşırılmışdı.

Mahmud Şirvani öz əsərində hər bir tibbi peşə sahibinin göstərdiyi köməkliyə görə hansı məbləğlə qiymətləndirildiyini qeyd etmişdir. Həmçinin xəstəxana xərclərinin adları və miqdarı da göstərilmişdir. Belə ki, xəstəxanaya dövlət tərəfindən pul aşağıdakı maddələrlə ayrılırdı: işçilərin məvacibi, tələbələrin müavinətləri, tibbi avadanlığın alınması, qeyri-tibbi avadanlığın alınması, xəstələr üçün həblər, dərmanlar hazırlanması üçün, gündəlik düyü, ciyər yeməkləri hazırlanması üçün, dini ayinlərin icra edilməsi, kəfənlərin alınması üçün vəsait.

Təbriz "Dar üş-Şəfa"-sı əsasında dövlətin müxtəlif yerlərində 67 eynitipli tibb ocağı açılmışdı. Maraqlıdır ki, tibb ocaqlarının birinin nəzdində təkcə müalicə vasitələri ilə deyil, təbiət təsiri ilə müalicə də nəzərdə tutulurdu. Ətraf mühitdən divarlarla ayrılan, böyük bağlarla əhatələnən bu tibb ocağına "Baği Rəşidabad" ("Rəşidabadın bağları") deyilsə də, xalq arasında ona "Kuçe mualicun" ("Müalicə həbsxanası") deyilirdi. Ən böyük əczaxana "Fəthabad" əczaxanası idi ki, burada olan bağlarda dünyanın on nadir bitkiləri becərilir, onlardan hazırlanan dərmanlar ölkə əczaxanalarına göndərilirdi. 

Qərbi və Şərqi Avropada, Afrikada, Cənub və Cənub-Şərqi Asiyada mütəmadi olaraq başlayan epidemiyalar yüz minlərlə insanın həyatına son qoyduğu bir dövrdə Hülakülər (Elxanilər) dövlətinin ərazisində bir dəfə də olsun epidemiya qeydə alınmamışdı və bunun səbəbi dövlətdə tibb xidmətinin yaxşı səviyyədə qurulması ilə bağlı idi. Təsadüfi deyil ki, Fəzlullah Rəşidəddin Mahmud Şirvanini "dövrün Əflatunu (Platonu) və əsrimizin Ərəstunu (Aristoteli)" adlandırırdı.

Səslərin sayı: 2
8
2914
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Təsadüfi deyil ki, Fəzlullah Rəşidəddin Mahmud Şirvanini "dövrün Əflatunu (Platonu) və əsrimizin Ərəstunu (Aristoteli)" adlandırırdı.
13 iyun 2015 09:59
Offline
Qəribə
Xeber ucun tesekkur edirem.
28 aprel 2015 20:54
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
SARA91
PAYLAŞDIĞIN ÜÇÜN TƏŞƏKKÜR ,ÇÜNKÜ ,MAHMUD İBN İLYAS HAQQINDA MƏLUMATIM YOX İDİ.
19 aprel 2015 14:30
Offline
Azadə Həbibzadə
Mahmud ibn İlyas Şirvaninin təklifı ilə ölkədə "Dar üş-şəfa" ("Şəfa evləri") adlanan tibbi ocaqlar yaradılmağa başlanmışdır. Birinci və eyni zamanda ən böyük belə tibb ocağı Təbrizdə açılmış və qısa müddət ərzində elmi-təcrübi mərkəzə çevrilmişdir. Bütün Şərqdən bura ən məşhur alim və həkimlər dəvət edilmiş və Təbrizin tərkib hissəsi olan "Rəbi Rəşidiyyə" qəsəbəsində yerləşdirilmişlər. 500-dən artıq alim və həkim burada dövlət hesabına yaşayış yeri, ərzaq, paltarla təmin edilirdi. Müalicə ilə bağlı xərclər, hər xəstənin sağaldılmasına
19 aprel 2015 10:32
Offline
Aysel İ.
Mahmud Şirvani İbn Sinanın təklif etdiyi tibbi ocaqlar ideyasını dəstəkləmişdir. Belə ki, İbn Sina tibb ocağında həkimləri və tibbi kitabxanaları cəmləşdirməyi təklif etmişdir. Mahmud ibn İlyas bu ideyanı davam etdirmiş və tibb ocağında hospitallar, tibbi kitabxanalarla bərabər, tibbi ləvazimat istehsal edən emalatxanalar, tibb universiteti, dərmanlar hazırlayan əczaxanaları cəmləşdirməyi təklif etmişdir. Hülakülərin saray həkimi təyin edilən təbib qısa müddət ərzində dövlət başçısı Qazan xanın və onun vəziri, əvvəllər həkim olan Fəzlullah Rəşidəddinin etimadını qazanmış və dövlətin tibb xidməti rəisi təyin edilmişdir.
19 aprel 2015 00:20
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Gultekin
Tesekkurler xeber ucun haqqinda bilnek maraqliydi
19 aprel 2015 00:07
Offline
Ellada Babayeva
Mahmud ibn İlyas bildirirdi ki, "Təcrübi təbabət faydalı olanların necə tətbiq edilməsini, zərərli olanların necə çıxarılmasını, sağlamlığın necə qorunmasını, müxtəlif xəstəliklərdən necə qurtulmağı" öyrənir.
19 aprel 2015 00:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
°elif •.°
Allah qeni qeni rehmet elesin sairimiza maragli xeberdi tesekkurler give_ros
18 aprel 2015 21:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək

    “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
  • 20:36 - Müəllif: Nermin_Guler
    Güldürən arxa fon (1)

    Güldürən arxa fon

    Ən çox betmana güldüm
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
  • Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

    Siçan ilində Amerika təpələrinə səfər proqnoz edilir. Daimi dəyişikliklər sizi gözləyir, narahat olmağa dəyməz, əlamətdar hadisələr də az deyil.
  • Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq

    Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )