Bakıda hava
USD AZN
EUR AZN
08:57Xəyalə Murad Sabahınız xeyir,Pəri xanım 08:34PERI sizinde sabahiz xeyir xeyale xanim 08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41221

Azərbaycan tarixindən yüz şəxsiyyət-9

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Bəhmənyar ibn Mərzban
(?-1066)
Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda yaranmış müstəqil feodal dövlətlərin hökmdarları elmin, maarifin inkişafina xüsusi fikir verir, dövrün qabaqcıl şəxsiyyətlərini saraylarına dəvət edir, onların yaradıcılığı üçün şərait yaradırdılar. Azərbaycanın Təbriz, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil və digər şəhərlərində açılmış mədrəsələr savadlı mütəxəssislər yetişdirirdilər. Sonradan onların bir çoxu Bağdad, Dəməşq, Qahirənin ali təhsil ocaqlarında təhsillərini davam etdirərək elmə yeni-yeni töhfələr verirdilər. Dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri sayılan Azərbaycanın Şimalla Cənubun, Şərqlə Qərbin kəsişdiyi yerdə yerləşməsi də burada elm və mədəniyyətin müxtəlif sahələrinin inkişafı üçün əlavə imkanlar yaradırdı. Əl-Biruni, İbn Sina, əl-Fərabi, Bələzuri, Məsudi, əl-İstəxri, İbn Havgəl, əl-Kindi və digər məşhur Şərq alimləri Azərbaycanın elmi-ədəbi mühiti ilə bilavasitə bağlı olmuşlar.
Azərbaycan tarixindən yüz şəxsiyyət-9

IX-XII əsrlərdə dünya mədəniyyətinə Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Ömər Gəncəvi, Yusif ibn Tahir, Fələki Şirvani, Mücirəddin Beyləqani, Xətib Təbrizi kimi ədəbiyyat xadimləri, Əcəmi Əbubəkr, Məsud ibn Davud kimi memarlar bəxş etmiş Azərbaycan mədəni oyanışın ən mühüm mərkəzlərindən biri idi. Bu dövrdə Azərbaycanın vahid dövlət sərhədləri daxilində birləşdirilməsi Azərbaycan ədəbi dilinin formalaşmasına səbəb olur və azərbaycanlılar vahid bir xalq kimi dünyada tanınır. Azərbaycan alimləri müxtəlif elm sahələrinin, o cümlədən təbabət, fəlsəfə, astronomiya, tarix və coğrafiyanın inkişafında dünya elminin önündə gedirdilər. Eynəlqüzzat Miyanəçi, Məkki əl-Bərdəyi, Səid əl-Əzdi kimi filosoflarımız, Əbu Miaz Əbdai Xoylu kimi təbibimiz, Əbubəkr Məhəmməd Şirvani kimi hüquqşünasımız, Fazil Fəridəddin Şirvani kimi astronomumuz "Azərbaycan İntibahı"-nın görkəmli nümayəndələridir.
"Azərbaycan İntibahı”-nın ilk görkəmli simalarından biri Bəhmənyar ibn Mərzban olmuşdur. Bəhmənyar Əbülhəsən ibn Mərzbanın uşaqlığı və gəncliyi barəsində məlumdur ki, o, Cənubi Azərbaycanda sadə azərbaycanlı sənətkar ailəsində anadan olmuşdur. Bir dəfə Azərbaycanda olan görkəmli Şərq alimi Əbu Əli İbn Sina sənətkar Mərzbanın emalatxanasının yanından keçəndə həyətdə oynayan uşaqlardan ona od gətirməyi xahiş edir. Səbadan od və ya kömür gətirmək üçün uşaqların qabı yox imiş, buna baxmayaraq uşaqlardan biri ovucuna torpaq tökdürür və közərən kömürləri bu torpağın üstünə yığdıraraq İbn Sinaya gətirir. Bu uşaq Bəhmənyar imiş. Uşağın ağlına heyrətlənən İbn Sina onun valideynləri ilə danışır və uşağı onun yanına göndərmələrini xahiş edir. Beləliklə, Bəhmənyar İbn Sinanın şagirdi olur.
Həm İbn Sinanın qeydləri, həm də onun əsərlərini təhlil etmiş alimlərin fikrincə, görkəmli alimin bir çox nailiyyətləri onun gənc Bəhmənyarla apardığı söhbətlər və mübahisələr əsasında qazanılmışdır. Bir müddət keçdikdən sonra Bəhmənyara o dövrün əsas aparıcı elmlərindən ətraflı məlumatlar verən və onu istiqamətləndirən İbn Sina şagirdinin müstəqil çalışmasına icazə verir. Şərqin ən məşhur mədrəsələrində dərs deməyə başlayan Bəhmənyar sonda vətəni Azərbaycana qayıdır və burada özünün on məşhur əsərlərini yazır. "Metafizika elminin mövzusuna dair traktat" adlı folsofi əsərində Bəhmənyar qədim yunan və Roma filosofiarının əsərlərini təhlil etmiş, onların nəticələrini XI əsr elmi səviyyəsindən yoxlamış, fərziyyələrinə qiymət vermişdir. Bəhmənyar hərəkət, məkan və zaman anlayışlarının fəlsəfi şərhini vermiş, onların vəhdətini, bir- birindən ayrılmazlığını göstərmişdir. 
"Məntiqə dair zinət kitabı" adlı digər əsərində Bəhmənyar o dövrdə fəlsəfənin tərkib hissəsi kimi təzəcə formalaşmağa başlayan məntiq və onun qanunları araşdırmış, onun anlayışlarının tərifini vermişdir. O özünə qədərki Şərq fəlsəfəsini dərindən öyrənmiş, onun nailiyyətləri ilə yaxından tanış olmuş, məntiqdə anlayış, hökm, istiqlal anlayışlarını geniş işıqlandırmışdır "Mövcudatın mərtəbələri" adlı növbəti fəlsəfi əsərində Bəhmənyar dünya, onun qanunlarını, yaranma və inkişafetmə səbəblərini araşdırmış, insanın bu dünyada tutduğu yeri və oynadığı rolu nəzərdən keçirmişdir. O, idrakda hiss və rasional məqamların əlaqəsini vermişdir. Bəhmənyarın "Təhsil kitabı" adlı əsəri də əhatəliliyinə, məzmun dərinliyinə görə onun yaradıcılığında xüsusi yer tutur.
Bəhmənyar fəlsəfi əsərlərində bildirir ki, hər şeyin əsasını on ümumi mənada varlıq təşkil edir. Varlıq, onun fikrincə, iki formada olur: vacib varlıq və mümkün varlıq. Vacib varlıq zəruridir, mütləq mövcuddur, səbəbsizdir, heç kim tərəfindən yaradılmayıb, əbədidir, mümkün varlığı yaradandır. Mümkün varlıq qeyri-mövcud və mövcud fərz ediləndir, onun varlığı və yoxluğu birsəbəblidir, daha doğrusu, o, nəticədir. Bəhmənyar yazırdı ki, Allah məxluqatdan zamanca qabaqdır. Onun fikrincə, nəticənin dərk olunması ilk səbəbin dərk olunmasına aparıb çıxarır. Bəhmənyarın bu fikirləri müsəlman alimləri tərəfindən müsbət qarşılansa da, mütəkəllimlər (ortodoksal filosoflar) onun "səbəbin varlığından nəticənin varlığının hasili vacibdir", habelə "ilk səbəb zaman etibarilə nəticəyə bərabərdir" fikirlərini qəbul etmirdilər.
Bəhmənyarın etik baxışları toplandığı "Gözəllik və səadət kitabı", həmçinin bir çox təzkirələri də bizə qədər gəlib çatmışdır. "Musiqi kitabı" adlı əsəri etik-fəlsəfi xarakter daşıyır. Bəhmənyarın hal-hazırda Sankt-Peterburq və Daşkənd arxivlərində saxlanılan İbn Sina ilə fəlsəfi yazışması onun bir filosof kimi necə püxtələşməsini, kamilləşməsini öyrənməyə imkan verir. Maraqlıdır ki, hələ sağlığında Bəhmənyarın əsərləri Şərq filosofları tərəfindən dərindən öyrənilmiş, onlar üzü köçürülərək çoxaldılmışdır. Avropa Bəhmənyarın əsərləri ilə XIX əsrdə tanış olmuş və onların bir qismi Almaniyanın Leypsiq şəhərində çap edilmişdir. Onun XX əsrdə də aktuallığını itirməyən fəlsəfi əsərləri Tehranda və Qahirədə nəşr olunmuşdur.
Şərqin görkəmli alim və mütəfəkkirləri Əbül Abbas Ləvkəri, Əfzələddin Xünəci, Nəsirəddin Tusi, Siracəddin Urməvi fəlsəfə elmində özlərini Bəhmənyarın davamçıları hesab etmişlər.
İbn Sinanın şagirdi və davamçısı, Azərbaycan filosofu Bəhmənyarın orta əsr müsəlman Şərqində fəlsəfi fikrin inkişafında böyük rolu olmuşdur. Bəhmənyar ibn Mərzban 1066-cı ildə Cənubi Azərbaycanda vəfat etmişdir.
Səslərin sayı: 6
9
7358
loading...
Şərhlər
Offline
fidancik.nva
maraqli xeber ucun tewekkurler Sert-esinti
16 avqust 2015 23:42
Offline
nigar dadasova
xebere gore tskler
22 fevral 2015 12:29
Offline
Qəribə
Çox sağ ol bilmədiklərimiz haqda bu qədər geniş məlumata görəAmma təssüfki bizim userlər belə məlumatları oxumağı özlərinə sığışdırmır ki amandı birdən maariflənələr
Cox düz deyirsiniz.
Təşəkkürlər Sərt-əsinti bacim. give_ros
20 fevral 2015 19:47
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S.S.E.
Behmenyar İbn Merzban haqqinda melumatim var idi tebii ki.İbn Sinanin Behmenyarin aglina heyretlenib onu sagird kimi goturmeyini bilirdim.Bilmediklerimi de oyrendim tesekkur edirem Sert Esinti
19 fevral 2015 21:15
Offline
Şəri Babayeva
Maraqla oxudum.Təşəkkür. give_ros
19 fevral 2015 20:16
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
İbn Sinanın şagirdi və davamçısı, Azərbaycan filosofu Bəhmənyarın orta əsr müsəlman Şərqində fəlsəfi fikrin inkişafında böyük rolu olmuşdur. Bəhmənyar ibn Mərzban 1066-cı ildə Cənubi Azərbaycanda vəfat etmişdir.
19 fevral 2015 19:35
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Çox sağ ol bilmədiklərimiz haqda bu qədər geniş məlumata görə
Amma təssüfki bizim userlər belə məlumatları oxumağı özlərinə sığışdırmır ki amandı birdən maariflənələr
19 fevral 2015 18:40
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
.........................................
Maraqli bir xebere gore tesekkurler...
19 fevral 2015 18:37
Offline
Aysel İ.
Təşəkkürlər Sərt-əsinti.
19 fevral 2015 18:13
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!