Bakıda hava
USD AZN
EUR AZN
08:57Xəyalə Murad Sabahınız xeyir,Pəri xanım 08:34PERI sizinde sabahiz xeyir xeyale xanim 08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41221

Azərbaycan tarixindən yüz şəxsiyyət-4

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-4

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Urnayr

(e.ə.IV əsr)

Tarixi Azərbaycan ərazisi haqlı olaraq qədim sivilizasiya ocaqlarından biri sayılır. Yaxın Şərq və Şərqi Avropa mədəniyyətlərinin kəsişdiyi yerdə yerləşən dövlətin coğrafi movqeyi bir çox etnomədəni xüsusiyyətlərin mövcudluğunu şərtləndirirdi. E.ə. III minillikdə bu ərazidə unikal "Kür-Araz mədəniyyəti" formalaşır. E.ə. IV əsrdə bu ərazidə yaşamış ayrı-ayrı tayfalar Albaniya dövləti adı ilə tanınan qurumun tərkibində birləşmişdilər. Qədim yunan müəllifi Strabon yazırdı ki, Albaniya əhalisi vahid mərkəzdən idarə olunan 26 tayfadan ibarətdir. Bu tayfaların vahid mədəniyyəti alimlər tərəfindən şərti olaraq Yaloylutəpə mədəniyyəti kimi qeyd olunur. Antik dövr müəllifləri qeyd edirdilər ki, Albaniyada 30-dan artıq şəhər mövcud olmuşdur. Arxeoloji qazıntılar nəticəsində sübut edilmişdir ki, antik dövr alban şəhərləri siyasi-inzibati və sənətkarlıq-ticarət və mədəni mərkəzlər olmuşdur.

Albaniyada hakimiyyətdə olan hökmdarlar yerli Arranilər sülaləsinə mənsub olmuşlar, sonralar bu sülalə Arşakilər sülaləsi ilə əvəz edilmişdir. Məlumdur ki, birinci sülalənin adı Arran adı ilə bağlıdırsa, ikinci sülalənin adı Azərbaycanda qədimdən məskunlaşmış türk tayfası sakların adı ilə bağlı olmuşdur.

Artıq I-II əsrlərdə Yerusəlimdən (Qüdsdən) Albaniya ərazisinə xristianlıq yayılmağa başladı. Əvvəllər müxtəlif bütlərə sitayiş edən Albaniya əhalisi tədricən xristianlığ qəbul edir. Arxeoloji qazıntılar sübut edir ki, xristianlığa qədər Albaniyada bütpərəstlik hökm sürmüş, insanlar günəş və od, su və torpağa sitayiş etmişlər. Cənubi Azərbaycanda atəşpərəstlik hökm sürdüyü bir dövrdə Albaniyada (Şimali Azərbaycan) bütpərəstlik hökm sürür, bütlərə qurbanlar kəsilirdi. Tarixi mənbələrdən məlum olur ki, Fələstindən Albaniyaya xristianlığı gətirənlər arasında Yegişe adlı birisi fəallıq göstərirmiş. O, Qiş (indiki Kiş) kəndində ilk məbəd inşa etmişdir. Daha sonra kilsələr digər yerlərdə də inşa olunmağa  başlanmışdır və artıq VII əsrdə, ərəblərin yürüşləri ərəfəsində hər kənddə kilsə var idi. Şəhərlərdə olan kilsələrin sayı isə onlarca idi. İndiki erməni "müəlliflər"-in Yaxın Şərqdə xristianlığı ilk qəbul edənlər sırasında öz əcdadları, "qədim erməniləri" göstərmələrinə baxmayaraq, aparılmış tədqiqatlar bunu təkzib edir. Yazılı xristian mənbələrində göstərilir ki, Albaniyada xristianlıq Ermənistandan (Van gölündən qərbdə olan ərazi nəzərdə tutulur) tez yayılmışdır. Qafqazda ilk xristian məbədi olan Qiş məbədi "Şərq kilsələrinin anası" adlandırılır.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-4

 

Üzdəniraq erməni "tədqiqatçılar" gah Albaniyanın heç vaxt mövcud olmadığını, gah Albaniyanın "Böyük Ermənistan" adlı uydurma dövlətin hissəsi olduğunu, gah da alban kilsəsinin erməni kilsəsinə tabe olduğunu iddia etsələr də, aparılmış tədqiqatlar bunu təkzib edir. Azərbaycan Respublikasının Şəki rayonunun Kiş kəndində 2000-2001-ci illərdə Azərbaycan arxeoloqları və Norveç krallığının arxeoloqları tərəfindən aparılmış birgə tədqiqatlar buradakı alban kilsəsinin, doğrudan da, Fələstindən şərqdə olan ərazilərdə on qədim kilsə olduğunu sübut etmiş, bu da ermənilərin bütün iddialarına qarşı tutarlı cavab olmuşdur.

Albaniyada xristianlığın dövlət dini statusu qazanması alban hökmdarı Urnayrın adı ilə bağlıdır. Hələ 337-ci ildə onun əcdadı Sanatruk (bəzi mənbələrdə Sanatürk) ermənilərin romalılarla əlbir olub. Albaniya istiqamətində yürüşlər etmələrini görüb Azərbaycana şimaldan gəlmiş türk hun tayfaları ilə birləşərək Van gölü istiqamətinə gözlənilmədən güclü yürüş etmişdir. Onun qoşunları düşmənləri darmadağın etmiş, alban süvariləri Van gölünün qərb sahillərinə çıxmışlar. İndiki dövrdə bütün bu tarixi həqiqətləri unudan erməni "tarixçilər" guya "dənizdən-dənizə" olan ərazilərin" onların olmasını iddia edir, əslində tarixdə baş vermiş hadisələri

isə xatırlamamağa çalışırlar. Halbuki qədim Albaniyanın ərazisi Xəzər dənizindən başlayıb İberiya sərhədlərinə qədər uzanmışdır, Göyçə gölü isə Albaniyanın daxili gölü olmuşdur.

Hökmdar Urnayrın adı ilk dəfə 314-cü ildə çəkilir. Belə ki, o, Albaniya ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda əsas vasitənin din olmasını anlamışdır. Nəticədə o, 314-cü ildə xristianlığı Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan bütləri məhv edir və tayfaları vahid din ətrafında birləşdirirdi. Xristianlığın qəbul edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi prosesi Albaniyanı daim tabe etməyə çalışan və İran feodalları tərəfindən idarə olunan Sasani dövləti ilə, həmçinin Şərqi Roma (sonralar Bizans) dövləti ilə mübarizə şəraitində baş verirdi. Xristianlığı Fələstin missionerlərindən (yəni xristianlığın  mənbəyindən) qəbul  etməsi isə müstəqil alban kilsəsi yaratmağa, Roma xristian rəhbərlərindən asılı olmamağa imkan verirdi. Eyni zamanda, Sasani hökmdarları da  alban  əhalisinə təsir  imkanlarını itirirdilər. Beləliklə, Urnayrın addımı Albaniyanın vahidliyini və müstəqilliyini təmin edən addım kimi qiymətləndirilməlidir.

Qafqazda ilk xristian dövləti olan Albaniya özü xristianlığı digər Qafqaz xalqları arasında yaymağa başlayır. Buradan missionerlər Qafqaz dağları və Xəzərsahili çöllərə yollanır, Qafqaz dağlarından şimalda təkallahlılığı yayırlar. Məhz alban missionerlərinin sayəsində

xristianlıq regionda aparıcı dinə çevrilir, vacib siyasi amilə dönür. Nəticədə alban hökmdarı Şimali Qafqaz və Volqaboyu əhalisinə təsir etmək imkanı qazanır və bu imkandan istifadə edir.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-4

 

Urnayrın regionda artmış qüdrətini görən Sasani hökmdarı II Şapur onunla qohum olmaq istədiyini bildirir və razılıq alır. II Şapurun bacısı ilə evlənən Urnayr qərbdən gələn yeni təhlükənin qarşısını almağa çalışır. Belə ki, Roma qoşunları əlaltıları olan ermənilərlə Albaniyanı zəbt etmək fikirlərindən dönməmişdilər.

Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, romalıların Albaniyaya ilk yürüşü e.ə. 66-cı ildə baş vermişdir. O vaxtdan bəri romalılar mütəmadi olaraq Albaniya üzərinə yürüşlər etmiş, lakin güclü müqavimətlə üzləşmişlər. Dünyanın ən qüdrətli dövləti sayılan Roma imperiyası bütün səylərinə baxmayaraq Albaniyanı zəbt edə bilməmişdir.

359-cu ildə Roma-erməni qoşunu yürüşə hazırlaşdığı dövrdə Urnayr II Şapurla görüşüb düşmənin hücumunu gözləməməyin, əksinə, hücum edib onu öz torpaqlarındaca məğlub etməyin vacibliyini sübut edir. Birləşmiş alban-Sasani ordusu Suriya istiqamətində yürüş edir və Amida şəhəri yaxınlığındakı döyüşdə düşmənlərinin belini sındırır. Bu dövr mənbələrində Urnayr haqqında belə yazılmışdır: "Urnayr, şərəfli döyüşçü, öz şanlı adını o, böyük müharibələrdə qazanmış, Ermənistanın daxilində öz zəfər bayrağını sancmışdır".

Qələbədən sonra vətənə qayıdan Urnayr ölkədə quruculuq işləri ilə məşğul olmuşdur. O, xristianlığı yaymaq üçün xüsusi qanunlar qəbul etmiş, dini məktəblər  açmışdır. Torpaqların bir qismini kilsə torpaqları adlandırmışdır ki, onlardan gələn gəlir kilsənin xərclərini   ödəsin. Bununla belə, dədə-baba dinlərindən imtina etməyənlərə qarşı o, yumşaq münasibət göstərmiş, heç bir cəza tədbirləri  həyata keçirməmişdir. Nəticədə artıq IV əsrin ortalarında xristianlıq Albaniyada əsl dövlət dini olmuşdur. Bu, Sasani hökmdarının xoşuna gəlməsə də, Urnayr kimi güclü müttəfiqi itirmək istəməyən II Şapur bu tədbirlərə göz yummağı üstün tutmuşdur.

371-ci ildə Roma qoşunları yeni, daha güclü bir yürüşə başlayır. Alban-Sasani ordusu onları qarşılayır, lakin Dzirav yaxınlığında baş  verən döyüşdə məğlub edilir. İgidliklə vuruşan Urnayr bu döyüşdə ağır yaralanır və mühafizəçilərinin köməyi ilə vətəninə çatdırılır. Lakin romalılar da böyük itkilər vermişdilər. Nəticədə Roma-Sasani danışıqları başlayır. 387-ci ildə imzalanan müqaviləyə əsasən Ermənistan dövlətinin adı dünyanın siyasi xəritəsindən silinir. Van gölü ətrafında olan torpaqlar Roma ilə sasanilər arasında bölünür. Növbəti erməni dövləti 1918-ci ildə Azərbaycanın ermənilərə bağışladığı İrəvan şəhəri ətrafında yaranmışdır.

Urnayrın müqavilədən sonrakı taleyi məlum deyil. Hər  halda, bir  şey məlumdur ki, o, dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü təmin etmiş, xalqın bölünməsinə imkan verməmişdir.

Səslərin sayı: 4
15
3346
loading...
Şərhlər
Offline
Wirin Qiz
xeberlere gore twk
4 yanvar 2015 21:33
Offline
nigar dadasova
Xebere gore təşəkkürler give_ros
30 dekabr 2014 13:23
Offline
Almond B-va
vaxt gələcək winked mənim də adim bye orada olacaq fellow

vaxt gələcək winked mənim də adim bye orada olacaq fellow
20 dekabr 2014 10:10
Offline
♥Lamiyə♥
Bu haqda heç məlumatım yox idi. Azərbaycan dövləti həmişə vətənini sevən övladlar yetişdirir
30 noyabr 2014 02:51
Offline
Qəribə
Dəniz84

Ermənilər hər zaman işğalçı millət olublar. Hər zaman başqalarının torpaqlarında gözüb olub onların.
Düz deyirsen baci. Təşəkürlər Sərt_Əsinti baci. give_ros
27 noyabr 2014 12:07
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Urnayır haqda heç bilmirdim sayəndə öyrəndim
25 noyabr 2014 11:10
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
?¿?
qeseyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy wink
23 noyabr 2014 10:54
Offline
Deniz N-va
Tesekkurler maraqli xeberler ucun give_ros Xeberler deyirem cunki devamini gozleyirem.
23 noyabr 2014 00:38
Offline
Ellada Babayeva
Üzdəniraq erməni "tədqiqatçılar" gah Albaniyanın heç vaxt mövcud olmadığını, gah Albaniyanın "Böyük Ermənistan" adlı uydurma dövlətin hissəsi olduğunu, gah da alban kilsəsinin erməni kilsəsinə tabe olduğunu iddia etsələr də, aparılmış tədqiqatlar bunu təkzib edir.

Bu ermənilər qırılmırlarda canımız qurtarsın.. ireful
22 noyabr 2014 18:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Nəzrin
Sərt_Əsinti,
Nə gözəl )))sevindim 96 sınıda oxuyaram inşəAllah )))
22 noyabr 2014 17:43
Offline
Agat_Kris
Oxumuşam Urnayr haqqında döyüşlər haqqında da bilirəm ətraflı oxudum sayəndə təşəkkürlər davamlı olsun belə xəbərlərin

İnşəallah 100 şəxs barədə olacaq :)
22 noyabr 2014 16:49
imza: Pozitiv olun!
Offline
Aysel İ.
Ermənilər hər zaman işğalçı millət olublar. Hər zaman başqalarının torpaqlarında gözüb olub onların. Təşəkürlər Sərt_Əsinti.
22 noyabr 2014 16:46
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ulker.Agamali
Melumatsiz idim,hemise Azerbaycan veteni seven sexsiyyetler yetisdirib
22 noyabr 2014 16:24
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Hacət-i Vuslat
"Sənin baban kim olub" kitabı var idi,məktəb kitablarından kənar ilk aldığım kitab idi.yəni məcburi aldırmışdılar. O qədər qəliz dildə idi ki,rus bölməsindən gəlmişdim,40cü sinifdə idim.Çox çətin idi mənim üçün.Hətta bir dəfə atam məni məktəbə yola salandan tarix dərsi üzündən ağlaya-ağlaya evə qayıtmişdim.Bəlkə bu səbəbdən heç ulduzlarımız barışmadı tarix fənni ilə.amma utanıram,çünki hərkəs Vətənin tarıxını və coğrafiyasını bilməlidir blush
22 noyabr 2014 16:16
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Nəzrin
Oxumuşam Urnayr haqqında döyüşlər haqqında da bilirəm ətraflı oxudum sayəndə təşəkkürlər davamlı olsun belə xəbərlərin
22 noyabr 2014 16:06
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!