Bakıda hava 18°
USD AZN
EUR AZN

İsveçrədə nəfəs kəsən qatar səyahəti

İsveçrədə nəfəs kəsən qatar səyahəti
Dörd bir yanı dəmir şəbəkələrlə əhatə olunmuş İsveçrədə qatar xalqın ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Hər gün yüz minlərlə insan işlərinə və evlərinə qatarla gedib gəlir. İsveçrədəki çox saydakı dağ və təpələrin demək olar kı, hamısına ötürücülü qatar və ya teleferik sistemlə çıxılır. Budur, İsveçrənin möhtəşəm dəmiryollarından yalnız bir neçəsini sizlərə təqdim edirəm.

İsveçrədə nəfəs kəsən qatar səyahəti
Jungfraujoch Dəmiryolu 
İsveçrənin ən gözəl şəhərlərindən biri olan İnterlakendə yerləşən Jungfrau qatar yolu öz gözəlliyi ilə görənləri ovsunlayır. Jungfrau Perudan sonra dünyada ən yüksək qatar stansiyasının heyəti olduğu ikinci yerdir. "Avropanın Damı" olaraq da adlandırılan Jungfrauya qatarla iki ayrı qoldan çıxmaq mümkündür. Jungfrau dəmiryolu 7,5 kilometrlik tuneldə 1500 metr hündürlükdədir.

İsveçrədə nəfəs kəsən qatar səyahəti
1896-ci ildə Zürihli zəngin bir iş adamı bu bölgəyə tətilə gəlir və gördüyü gözəllikdən çox təsirlənir. Bu mənzərəni hər kəsin görməsini təmin etmək üçün bir şey etməyə qərar verir. Ertəsi gün Zürihə döndüyündə iş adamları ilə görüşür və Jungfrau dəmiryolu layihəsi üçün maliyyə toplayır. Layihənin 1,5 ildə tamamlanacağını və 1,5 milyon frank lazım olacağını nəzərdə tutur. Lakin layihə 16 ilə tamamlanır və 15 milyon frank xərclənir. 7,5 kilometrlik tunelin inşası mərhələsində iş şərtlərinin çətinliyi (soyuq, nəm və qaranlıq) səbəbiylə onlarla insan həyatını itirir və dəmiryolu 1912-ci ildə tamalanır.
Bu gün gündə ortalama 5000 adam tərəfindən ziyarət edilən Avropanın ən yüksək qatar stansiyası Jungfraujochun (3454 m) bənzərsiz bir mühəndislik məhsulu olduğu ortadadır.

İsveçrədə nəfəs kəsən qatar səyahəti
Pilat Dəmiryolu 
Pilat xətti dünyanın ən dik dəmiryoludur. Pilat dağındakı bir xətt 48 faiz meyllidir; bu səbəblə də təpədən dik açılmış ray yerinə iki yanı dişli bir ray istifadə edilməkdədir. Bu ray iki üfüqi dişli çarxa keçirilmişdir. Hərəkəti və əyləci bunlar təmin edir. Bölgəni ziyarət edənlərin bu mənzərə qarşısında ovsunlanmaması mümkün deyil.
İsveçrədə nəfəs kəsən qatar səyahəti
Albula və Bernina dəmiryolu xətti
2008-ci ildə YUNESKO-nun Dünya Mirasları siyahısına əlavə edilən "Rhaetian" qatar yolu Albula və Bernina bölgələrindən keçərək İsveçrə ilə Alp dağlarnı keçən iki qatar yolunu birləşdirir. 1904-cü ildə açılan Albula xətti 67 km uzunluğunda, 42 tunel və 144 viyadükdən ibarətdir. Bernina xətti isə 13 tunel və 52 viyadükdən ibarətdir. 
İsveçrədə nəfəs kəsən qatar səyahəti
YUNESKO-nun Dünya Mirasları səhifəsində bu xətlər barədə belə deyilmişdir: Albula və Bernina bölgələrindən keçən "Rhaetian" qatar yolu, həqiqətən, texniki, arxitektura və ekoloji tarazlıq təmin inşaat mühəndisliyinin və arxitekturanın təbiət ilə inteqrasiya möhtəşəmliyini təmsil edir.
Landwasser viyadükü
Dağlıq və çətin şərtlərə sahib olan İsveçrədə səyahət etmək olduqca çətin idi. Bütün bunları aradan qaldırmaq üçün cəsur dizaynların edilməsi lazım idi. 1902-ci ildə inşa edilən İsveçrə Landwasser Viyadükü dünyanın ən məşhur dəmiryollarından biridir və İsveçrənin turistik təqdimatlarında da çox rast gəlinən bir yerdir.
Səslərin sayı: 6
20
3589
loading...
Şərhlər
Offline
Pərvanə
Çox qorxuludu ürək lazimdi buna.
4 may 2016 18:15
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Aysel İ.
Narinim, sənin bu tip maraqlı xəbərlərin var. Özün hardasan.?
2 may 2016 22:35
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Narin...
Werhleriniz ucun her birinize cox tewekkur edirem.
18 fevral 2015 02:28
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Pərvanə
Yox-yox pulsuzda gondersələr getmərəm bura
13 dekabr 2014 21:52
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
איסון ממדוב.
Cox gozeldi qismet olsa insallah minerem men bu cur eylenceleri cox sevirem
14 noyabr 2014 11:24
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
HUSNA
Men hec vaxt risk eleyib ora minmerem
12 noyabr 2014 21:31
Offline
Narin...
A S I M,
Sema,
Hacət-i Vuslat,
Qəribə,
Ellada Babayeva,

Şərhləriniz üçün çox sağ olun. Minnətdaram xaımlar kiss və cənab. give_ros
12 noyabr 2014 20:58
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
♫ Я тебя люблю ♫
Menim cox xusuma geldi coxda qorxulu deyil wink
12 noyabr 2014 20:27
Offline
●♥ Səma ♥●
Ne vaxtsa cashib bextime Isvecreye getmek yazilsa senin xetrin minerem,ay Narin. crazy
12 noyabr 2014 18:52
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Hacət-i Vuslat
Nəfəsim də kəsildi, başım da fırlandı... Amma gözəldir.
12 noyabr 2014 17:31
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Qəribə
Ceylan xanım mənədə deyinda nolar. Ürəyim partdadı lap.
Yagin ki Ceylan xanımin nəsə xoşuna gəlməyib ay •●Narın●• xanim.
12 noyabr 2014 16:14
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Qatarda getmək ən böyük arzumdur. Amma bu cür qatara minməyi, ürək edə bilmərəm. Narın xanım, maraqlı xəbəriniz üçün çox sağ olun. good
12 noyabr 2014 16:14
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Narin...
Xəbərə girdim ki, görüm həqiqətən nəfəsim kəsiləcəkmi? Kəsildi, amma İsveçrəyə görə yox, başqa şeyə görə, redaktorlarım anlayacaq.

Ceylan xanım mənədə deyinda nolar. cray Ürəyim partdadı lap. mocking

Ceylan Mumoğlu,
Fidan Məmmədova,
▲▼▲▼MiRa H_zade▲▼▲▼,
Sonay Quluzade,
Fatma xanım,
Aida M-ova,
Dəniz84,

Şərhləriniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun xanımlar. kiss
12 noyabr 2014 16:09
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ceylan Mumoğlu
Xəbərə girdim ki, görüm həqiqətən nəfəsim kəsiləcəkmi? Kəsildi, amma İsveçrəyə görə yox, başqa şeyə görə, redaktorlarım anlayacaq. laughing
12 noyabr 2014 15:07
Offline
Fidan Məmmədova
Çoxx gözəl belə riskli şeylər ancaq mənlikdir,böyük məmuniyyətlə İsveçrəyə getsəm 1-ci işim gedib bu qatara minmək olar biggrin çoxx xoşuma gəldi,yəni qorxmaram ona görə ki,yəqin ki,təhlükəsizlik tədbirləri 100% likdir.
12 noyabr 2014 13:16
Offline
.............
Qatarda getmeyi xoşlayıram.Maraqlıdı cox sag olun
12 noyabr 2014 13:05
Offline
Sonay Quluzade
Bizim milyonerlər də bəhsəbəhs villa tikdirir, baxır ki, o birininki bununkundan 5 sm hündürdür, sökdürür, 10 sm hündürünü tikdirir və s. Heç ağıllarına gəlmir ki, nəsə xeyirli iş görsünlər.
Narın, xoşum gəlir ey həyəcanverici şeylərdən, ilklərdən, amma yalan nə deyim bu mənlik olmadı. Xülasə mən İsveçrəyə gedəsi olmadım, çox məcbur etməyin biggrin
12 noyabr 2014 13:00
Offline
Fatma xanım
Qatarda getməyi heç xoşlamıram belə yollarıda heç getmərəm
12 noyabr 2014 12:54
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aida M-ova
Bu qatarlara minmək üçün 2-3 kiloqram şir ürəyi yemək lazımdır lol
12 noyabr 2014 12:48
Offline
Aysel İ.
Adrenalini sevsəm də dağın kənarı ilə gedərkən çox qorxaram))
12 noyabr 2014 12:38
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış