Bu gün – 8 noyabr Metropoliten İşçiləri günüdür. ANS PRESS-in məlumatına görə, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixli fərmanına əsasən Bakı Metropoliteninin istismara verilməsinin 40 illiyi ilə əlaqədar olaraq təsis olunub. Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün - metropolitenin tikintisi qərara alınmışdı.Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılmasına, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da biri “Qara şəhər” adlanan ərazidə yerləşən “Xətai” stansiyası idi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Hazırda Bakı Metropoliteninin 23 stansiyası vardır - “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “M.Əzizbəyov”, “Ulduz”, “Bakmil”, “N.Nərimanov”, “Gənclik”, “C.Cabbarlı”, “Xətai”, “28 may”, “Nizami”, “Emlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” “Memar Əcəmi”, “Sahil”, “İçərişəhər”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül”.
Bu stansityalardan 14-ü ulu öndər Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı sayəsində tikilərək istifadəyə verilib. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Metropolitenə daim diqqət və qayğı ilə yanaşır. Məhz dövlətimizin başçısının beş il öncə imzaladığı Sərəncam əsasında 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi təsdiq olunub.Bunlar hamısı əlbəttə ki, Bakı Metropoliteninə dövlət tərəfindən göstərilən qayğının nümunəsidir. Şəhər nəqliyyatının 30 faizini təşkil edən Bakı Metropoliteninin inkişaf planına əsasən 2030-cu ilədək metro stansiyaların sayı 76-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaqdır. Bütün bunlar bir daha deməyə əsas verir ki, Bakı Metropoliteni bundan sonra da paytaxt əhalisinə yüksək səviyyədə xidmət göstərəcəkdir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Hərbi ekspert: “Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” - VİDEO
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Analar bu dəbi yaymağa başladılar
Göz ətrafına qulluq
Hadisənin 5 gözəllik sirri
Miomaya qarşı əlac
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
2020 Nyu-York moda həftəsi
Avropaya getmək artıq daha asan olacaq
Günün ulduz falı - 08.12.2013
Doğuş sonrası depressiya
Dünyanı böyük sürpriz gözləyir
Rusiya üçün bədbin proqnoz
Səlcuq Bayraktardan Şuşa təbriki: “Şükürlər olsun Rəbbimizə”
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Facebook istifadəçiləri – ehtiyatlı olun
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Bu qəzet səhvən nazir nömrəsini yayımladı
Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü
Bu günün tarixi (03.09.2014)
Bakıda "çolaq" işıqfor
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Leysan qiymətlərə də təsir etdi
2014-cü ilin ev dizaynları
Bütün yaz dəbli görünməyiniz üçün nümunələr
Hava haqqında
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Dövlət qulluqçularına xoş xəbər
Şokoladlı konfet (foto resept)
Toydan sonra ilk işi bu oldu - FOTO
Kişi olmaq daha yaxşı imiş
Dünyanın ən uzun pilləkənlərı (2)
160 cütlük 02.02.2020-ci ildə nikaha girdi - İLK
Hər bir işdə bir xeyir varmış
İxtisas seçimi başladı
Dodaq yemə vərdişi
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxdu, 1nəfər öldü
Sitrus meyvələrinin şahı
Abdullah Gül Bakıya gəlir
Bakının mərkəzində nəhəng park salınır
Yerə asteroid yaxınlaşır
Dərman qəbul edərkən diqqətli olun!
Üçgözlü ilan
Tənbəlliyə qarşı təsirli həb
Hazal Kayadan gözlənilməz addım
Azərbaycanda hava şəraiti yenidən dəyişəcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Hava haqqında
- ŞƏRHLƏR