Bakıda hava 31°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:54Ayla Ayla Surayye istide eriyib elememisen? 15:53Ayla Ayla salam canim sen necesen? 14:54PERI her vaxtiz xeyir necesiz millet 09:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40647

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Əziz xanımlar, bildiyinizə görə hal-hazırda feyxoa mövsümüdür. Bəlkə də bir çoxlarınız artıq qış tədarükünü etmisiniz. Mən də hazırladım və sizinlə bölüşmək istəyirəm.

Feyxoa mürəbbəsi və kompotu(foto resept)
Tərkibi:

1 kq feyxoa

1 kq şəkər tozu

Hazırlanması:

Öncə feyxoaları təmiz yuyuruq. 

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Sonra hər iki tərəfini azca kəsirik. Ət maşınından iki dəfə keçiririk və üzərinə şəkər tozu əlavə edirik. Unutmayın, feyxoa neçə kq-dırsa, şəkər tozu da o qədər olmalıdır. Aldığımız qarışımı 5 gün sərin və qaranlıq yerdə saxlamaq şərtilə gün ərzində bir neçə dəfə yaxşı-yaxşı qarışdırırıq. Beşinci günün sonunda bankalara yığıb soyuducuya qoyuruq.

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Budur, feyxoa mürəbbəmiz hazırdır. Hazırladığımız bu qarışım soyuqdəymənin dərmanıdır. Zobdan əziyyət çəkən insanlar bu qarışımdan hər gün səhər 1 çay qaşığı qəbul etsələr, faydasını görərlər. Bu isə feyxoadan hazırladığım kompotdur. 

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Hazırladığımız feyxoaları bankaya qoyub üzərinə 1,5 stəkan şəkər tozu əlavə edirik. Sonra üzərinə qaynar su əlavə edib 15-20 dəqiqə qaynadırıq.

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Budur, kompotumuz da hazırdır.

Nuş olsun!

Səslərin sayı: 11
79
16076
loading...
Şərhlər
Offline
Qəribə
Cox faydalıdır. Ellerine saqliq. give_ros

6 may 2015 18:16
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ayten
ayy bundan anam edir dadi cox gozeldi
6 fevral 2015 18:50
Offline
S.S.E.
feyxoa kampotunu ve cemini xoslayiram murebbesini yememisem
5 fevral 2015 10:51
Offline
♥AyTaDj HəSəNzAdə♥
murebbesin yememisem ama kompotunu duzeltmisdiy icmisem nar suyuyla qarisdirib icinde gesey olur.tewekkurler
30 yanvar 2015 12:55
Offline
Aysel İ.
Ən sevdiyim kampotdu.

Xoslayiram fexua kampotun ve murebbesin

Həm faydalıdır. Həm də dadlı.
27 yanvar 2015 13:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
gunay
Xoslayiram fexua kampotun ve murebbesin
22 yanvar 2015 21:49
Offline
Xanim_Xatun
Ən sevdiyim kampotdu.
17 yanvar 2015 01:07
Offline
ملاك
Kompotu icmisem, dadli olur, teessuf ki, evde yalniz men sevirem feyxoani
15 dekabr 2014 11:12
Offline
Leyla
kanpotunu icmisem cox qesengdi.
15 dekabr 2014 01:13
Offline
Ulker.Agamali
men de bele edirem kecen il etdiklerim atdilar hamisi bu ilkiler ise cox gozel alinib
14 dekabr 2014 18:07
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
AliŞah
Feyxoani cox sevirem,hele kompotunu lap cox nyam
7 dekabr 2014 21:04
Offline
Hacət-i Vuslat
Çoox sevirəm bu mürəbbəni.Halhazırda qonaqlarımı yola salıb yorğunluq çayı içirəm feyxoa mürəbbəsiylə morning
26 noyabr 2014 19:26
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
AFƏR
İndicə elə feyxoa kompotu bağlayırdım qortardım əla alındı
18 noyabr 2014 22:57
Offline
Hacət-i Vuslat
Yorulmayasan qoçaq Dənizimiz. MaşaALlah 3 uşaqla ailəni də sevindirirsən,bizləri də love
18 noyabr 2014 10:34
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Gulsum Memmedova
Kampotuda meyveside lezzet eliyir amma murebbesini yememisem
17 noyabr 2014 23:08
Offline
Aysel İ.
Kompotunu sevmirem ancaq murebbesi dadli olur...Ellerinize saqliq

Komptu da dadlı olur. Ancaq əlbəttə ki, ağız dadları müxtəlifdir. Siz də sağ olun.
15 noyabr 2014 01:20
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Yasemen
Kompotunu sevmirem ancaq murebbesi dadli olur...Ellerinize saqliq
14 noyabr 2014 20:42
Offline
Aysel İ.
Mürəbbəsini elədə sevmirəm..Amma kampooootuuuuuunnnna bayılıarm..
Dadlı olur. nyam
Ellerine sagliq
Təşəkkürlər. give_ros
Türkiyenin hazirladigi hazir turşu almişig.İcerisinde feyxoaya benzer bir meyve var,anamin dediyine göre feyxoadi,cox dadli
:Mən heç dadmamışam turşusunu give_ros:
Bu mürəbbənin mən şəkərini az etmişəm dovleniyanı salır
Təzyiq üçün dərman dərəcəsində xeyirlidir. give_ros
12 noyabr 2014 13:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Bu mürəbbənin mən şəkərini az etmişəm dovleniyanı salır
12 noyabr 2014 13:12
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
mira-kerim
Fidan Məmmədova,
Türkiyenin hazirladigi hazir turşu almişig.İcerisinde feyxoaya benzer bir meyve var,anamin dediyine göre feyxoadi,cox dadlidi
11 noyabr 2014 22:03
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!