Bakıda hava
USD AZN
EUR AZN
12:42Sima heftesonu geldi oleyyy 10:06Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək,Əziz Qadin.Netlilər!
41201

O, qanımızı da əvəz edəcək

 

İsveç alimləri aydınlaşdırıblar ki, şəkər çuğundurunun tərkibindəki zülaldan qan əvəzləyicisi kimi istifadə etmək olar. Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə BBC xəbər yayıb.
Məlumdur ki, hemoqlobin qanda oksigeni saxlayan zülaldır. Tədqiqatçılar araşdırmalar zamanı insan hemoqlobinin kimyəvi tərkibi ilə şəkər çuğundurunun tərkibinin çox oxşar olduğunu aşkar ediblər.
İndi alimlər bitki zülalını insan toxumalarında fəaliyyət göstərə bilməsi üçün dəyişdirməyin mümkün olub-olmadığını araşdırmağa çalışırlar.
Onların sözlərinə görə, bu, üç ilə yaxın vaxt aparacaq. Ekspertlərdən biri bəyan edib ki, bu, "çox maraqlı" olsa da, xeyli vaxt aparacaq.
Qan köçürülməsi bir çox fövqəladə vəziyyətlərdə, xərçəng kimi xəstəliklərdə uzunmüddətli prosedurlara ehtiyacı olan insanlara kömək edə bilər.
Lunda Universitetinin alimləri müəyyən ediblər ki, hemoqlobin bitkinin inkişafında mühüm rol oynayır. Onların sözlərinə görə, şəkər çuğundurundakı hemoqlobin insan qanı ilə 50-60 faiz oxşarlığa malikdir.
Ekspertlərdən biri deyib: "İndi köçürülməsi üçün kəskin qan çatışmazlığı mövcuddur. Biz alternativ tapmalıyıq”.

Mənbə: Milli.Az

 

Səslərin sayı: 0
1
519
loading...
Şərhlər
Offline
Qəribə
şəkər çuğundurunun tərkibindəki zülaldan qan əvəzləyicisi kimi istifadə etmək olar.
Ola biler...
7 noyabr 2014 10:31
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış